Xəbərlər
Ali Məqamlı Rəhbər Pakistanda baş vermiş böyük sel faciəsi ilə bağlı İslam ümmətinə müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Yer kürəsində yaşayan bütün müsəlman xalqlarına etdiyi müraciətdə Pakistanda baş vermiş ağır sel faciəsinə, faciənin törətdiyi geniş miqyaslı xəsarətlərə toxundu, milyonlarla pakistanlı müsəlmanın təcili və təxirəsalınmaz yardıma ehtiyac duyduğunu qeyd edərək vurğuladı: “Bu təhlükəli vəziyyətdə müsəlman qardaşlığını rəhbər tutaraq, öhdəmizə düşən vəzifəyə əməl etməli, müsibətə düçar olmuş qardaş-bacılarımızın köməyinə tələsməliyik”.
Ali Məqamlı Rəhbər ölkə başçısı və hökumət nümayəndələri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra ölkə prezidenti Mahmud Əhmədi Nejad və hökumət nümayəndələri ilə görüşdü. Ali Məqamlı Rəhbər qeyd etdi ki, dövlətin başlıca siyasi-ideoloji strategiyalarını qoruyub saxlamaq – yəni ədalətpərvərlik, parıltı və dəbdəbədən uzaq, sadə yaşayış tərzi, yorulmaq bilmədən çalışıb xalqa xidmət göstərmək, imperializmə qarşı mübarizə və s. kimi prinsiplərə sadiq qalmaq vacibdir. Həzrət Ayətullah Xamenei bunları da vurğuladı: “Dövlətin başlıca strategiyaları arasında xalqın rifah səviyyəsinin yüksəldilməsi və “20 illik perspektiv plan”ın icrası istiqamətində daha çox səy göstərilməlidir”.
Ali Məqamlı Rəhbər qocaman və gənc şairlərdən, ədəbiyyat və mədəniyyət xadimlərindən bir qrupu ilə görüşdü
İmam Həsən Müctəbanın (ə) milad gecəsində qocaman və gənc şairlərdən, ədəbiyyat və mədəniyyət xadimlərindən bir qrupu İslam İnqilabının Ali Məqamlı Rəhbərinin qonağı oldular. Görüş əsnasında 30-a yaxın söz ustadı dini, ictimai, əxlaqi və qəhrəmanlıq məzmunlu şerlərini oxudular.
Ali Məqamlı Rəhbər minlərlə universitet tələbəsi ilə görüşdü
Bu gün günortadan sonra İmam Xomeyni (r.ə) adına hüseyniyyə minlərlə universitet tələbəsinin İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə səmimi və həyəcanlı bir atmosferdə görüşdüyü məkana çevrildi.
3 saata yaxın davam edən görüş əsnasında müxtəlif tələbə təşkilatlarını təmsil edən 12 nəfər nümayəndə elm, ali təhsil, ictimaiyyət, siyasət və iqtisadiyyat sferalarındakı ən mühüm problemlərlə bağlı rəy və fikirlərini Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Xamenei ilə bölüşdülər.
Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Xamenei Höccətül-İslam vəl-muslimin Hacı Seyidtəqi Dorçeyinin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mübariz ruhani Höccətül-İslam vəl-muslimin Hacı Seyidtəqi Dorçeyinin vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi.
Dövlət rəsmiləri və hökumət nümayəndələri ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra yüksək vəzifəli hökumət nümayəndələri ilə görüşdü. Ali Məqamlı Rəhbər İslam Respublikasının mühüm daxili və xarici məsələlərlə bağlı yürütdüyü siyasəti açıqlamaqla yanaşı Ramazan ayını “tövbə, günahlardan təmizlənmə və ixlas üçün, habelə ictimai və siyasi müstəvidə təqvaya riayət edilməsinə daha artıq diqqət yetirmək üçün əvəzsiz bir fürsət” adlandırdı. Birlik və həmrəyliyin vacibliyini xüsusi vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Dövlət rəsmiləri arasında birlik və həmrəylik mühüm dini vəzifələrdən biridir. Bu birliyin qəsdən pozulması şəriətə zidd bir iş hesab olunur”.
Ali Məqamlı Rəhbər Qanbahasının Ödənilməsinə Yardım İctimai Qərargahına 700 milyon rial məbləğində yardım etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ehtiyaclı məhbusların azadlığa çıxmasına yardım məqsədilə ölkədə XX dəfə qeyd olunan Qolrizan bayramı ilə əlaqədar Qanbahası İctimai Qərargahına 700 milyon rial məbləğində yardım etdi.
İmam Xomeyni (r.ə) adına hüseyniyyədə Quranla ünsiyyət nuru ilə işıqlanmış mənəvi bir ziyafət keçirildi
Ramazan ayının – Qurani-Kərimin nazil olduğu mübarək ayın ilk günündə ölkənin tanınmış qarilərindən, Quran ustadlarından və hafizlərindən bir qrupu İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin qonağı oldular.
4 saata yaxın davam edən mərasimdə qarilər ayrılıqda və qrup şəklində Quran tilavət etdilər, dualar oxudular.
Mübarək Ramazan ayı boyunca Həzrət Ayətullah Xameneinin imamətliyi ilə zöhr və əsr namazları qılınacaq
Tanrının rəhmət və ziyafət ayı olan mübarək Ramazan ayı boyunca hər gün (cümə günlərindən başqa) İmam Xomeyni (r.ə) adına hüseyniyyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin imamətliyi ilə zöhr və əsr namazları qılınacaq.
Qvineya-Bisao Respublikasının prezidenti ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Qvineya-Bisao Respublikasının dövlət başçısı Malam Basay Sanha və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə qeyd etdi ki, İran İslam Respublikası digər İslam ölkələri ilə əlaqələrin genişləndirilməsini dəstəkləyir. O dedi: “İslam ümməti böyük və istedadlı bir toplumdur. Dünyanın hansı yerində olmalarından asılı olmayaraq, müsəlmanlar dostluq əllərini biri-birinə uzadaraq birləşməlidirlər”.
Həzrət Fatimeyi-Məsumənin (s.ə) müqəddəs məqbərəsinin hamisi Hüccətül-İslam vəl-muslimin Məsudi Xomeyni ilə görüş
Həzrət Fatimeyi-Məsumənin (s.ə) müqəddəs məqbərəsinin hamisi Hüccətül-İslam vəl-muslimin Məsudi Xomeyni bu gün günortadan qabaq İslam İnqilabının Ali Məqamlı Rəhbəri ilə görüşdü.
Tacikistan, Əfqanıstan və İran prezidentləri ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Tacikistan, Əfqanıstan və İranın dövlət başçıları ilə görüşündə üç ölkə arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsi üçün olduqca geniş və müştərək zəminin mövcud olduğunu qeyd edərək vurğuladı: “İran, Tacikistan və Əfqanıstan qohum dövlətlərdir. Hər üç ölkənin mənafeyi aralarındakı sıx əməkdaşlıqdan və əldə edilmiş sazişlərin həyata keçirilməsindən asılıdır”.
Ali Məqamlı Rəhbər Zahidanda törədilmiş terror aktı nəticəsində şəhid olmuş insanların vəfatının 7-ci günü ilə əlaqədar xalqa müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Zahidan şəhərinin came məscidində törədilmiş partlayış nəticəsində şəhid olmuş bir qrup sakinin vəfatının 7-ci günü münasibətilə xalqa ünvanladığı müraciətdə bu cinayətin arxasında, əslində, Amerika, İsrail və İngiltərə hökumətlərinin casus orqanlarının durduğunu bildirərək vurğuladı: “Düşmənlərin bu terror hadisəsini törətməkdə əsas məqsədlərindən biri xalqımız arasına məzhəb zəminində fitnə və ixtilaf salmaqdır, lakin İran İslam Respublikası dünya imperializminin əlaltılarının öz məqsədinə çatmasına imkan verməyəcək. Xalqımızın birliyinə, ölkəmizdəki asayiş və təhlükəsizliyə düşmən olanlarla ciddi və qətiyyətli mübarizə aparmaq, onlara əməllərinə layiq cəza vermək üçlü hakimiyyət qüvvələrini təmsil edən bütün rəsmilərin borcudur”.
İslam İnqilabının vüqarlı veteranlarına təşəkkür və minnətdarlıq ifadə etmək məqsədilə 3 nümayəndə heyəti ezam etdi
Həzrət Əbul-fəzl Abbasın (ə) mübarək doğum günü və ölkədə qeyd olunan Fədakar Döyüşçülər Günündə İslam İnqilabının Ali Məqamlı Rəhbəri tərəfindən ezam edilmiş üç nümayəndə heyəti paytaxt Tehranın müxtəlif yerlərində yaşayan bir qrup əlil və veterana yaşadıqları mənzillərdə baş çəkdi.
XXVII Beynəlxalq Quran Müsabiqəsinin iştirakçıları ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İmam Huseynin (ə) mübarək doğum günü ərəfəsində İmam Xomeyni (r.ə) adına huseyniyədə keçirilmiş XXVII Beynəlxalq Quran Müsabiqəsinin iştirakçıları, münsiflər heyətinin üzvləri və müəllimlərlə görüşündə Quranı “bəşəriyyətə nicat verəcək möhkəm ilahi kəndir” adlandıraraq dedi: “Quran insanlara gözəl həyat vəd edir. Bu gözəl həyat şərəf və heysiyyət, asayiş, rifah, azadlıq, elm, tərəqqi, əxlaq və mənəviyyat, mülayimlik və güzəşt içərisində yaşanan bir ömürdür ki, bu da Qurani-Kərimlə ünsiyyət, bu möhkəm ilahi kəndirdən bərk-bərk yapışmaq sayəsində gerçəkləşə bilər”.
Konstitusiyanı Mühafizə Şurasının 3 fəqihi şuranın növbəti çağırışına üzv təyin olundular
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Konstitusiyanın 91-ci maddəsinə istinadən Konstitusiyanı Mühafizə Şurasının fəqihlərindən üçünü şuranın növbəti çağırışına üzv təyin etdi.
İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli zabitləri və şəxsi heyət üzvləri ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei hicri-qəməri təqvimlə şəban ayının 3-ü – İmam Hüseynin (ə) mübarək doğum günü və ölkədə İslam İnqilabı Keşikçiləri Günü ərəfəsində, bu gün səhər İslam İnqilabı Keşikçiləri Korpusunun minlərlə zabiti və şəxsi heyət üzvləri ilə görüşdü. Ali Məqamlı Rəhbər İnqilab Keşikçiləri Korpusunun mənəvi-ideoloji mahiyyətini bu sosial-inqilabi institutun ötən 30 il ərzində müxtəlif meydanlarda və müxtəlif şərtlər daxilində “təqdirəlayiq və mütəhərrik fəaliyyətinin” başlıca amili adlandırdı. O, ölkədəki və beynəlxalq arenadakı mühüm reallıqları analiz edərək vurğuladı: “Ölkə rəsmiləri müxtəlif sferalarda öhdələrinə düşən ağır vəzifələrə layiqincə əməl etməli, ötən 31 il ərzində olduğu kimi, istənilən situasiya ilə üzləşmək üçün hazırlıqlı olmalıdırlar. Heç şübhəsiz, böyük İran xalqı və İslam Respublikası bu aramsız qarşıdurma meydanında, eynilə keçmişdə olduğu kimi, yenə də qalib gəlcək!”.
Vəli-fəqihin Universitetlər üzrə Nümayəndəlikləri Komitəsinin məsul işçiləri ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Vəli-fəqihin Universitetlər üzrə Nümayəndəlikləri Komitəsinin ali təhsil ocaqlarındakı idarələrinin məsul işçiləri ilə görüşündə qeyd etdi ki, hazırda ölkə universitetlərində hərtərəfli müsbət və münasib bir şərait mövcuddur. O vurğuladı: “Universitetlərin elmi hərəkatı və əldə etdiyi nailiyyətlər, cihad əhval-ruhiyyəli saysız-hesabsız tələbənin varlığı, müəllim və tələbə kollektivlərinin siyasi uzaqgörənliyi, onların həssas və həlledici məqamlarda ölkənin ictimai-siyasi meydanlarında hazır olması, universitetlərdə dini atmosferin hökm sürməsi, ali təhsil ocaqlarında ölkənin sabahını düşünən, imanlı müəllimlərin sayının çoxluğu ölkənin universitet mühitinin parlaq reallıqlarıdır”.
