Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

İslam İnqilabının Rəhbəri Xubriqan Məclisinin sədri və üzvləri ilə görüşdü
İslam İnqilabının Rəhbəri Xubriqan Məclisinin sədri və üzvləri ilə görüşdü
Bu gün (cümə axşamı) səhər Xubriqan Məclisinin sədi və üzvləri ilə görüşdə Allahın yardımının haqq cəbhəsinə verilmiş qəti, əminlik yaradan və sevindirici bir vəd olduğunu deyən İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei əziz İranın parlaq gələcəyinə işarə edərək dedi: “Allahın bu qəti vədinin gerçəkləşməsi cəmiyyətə iman hissinin aşılanması sahəsində alimlərin, dövlət, təhsil və təbliğat idarələrinin məsul şəxslərinin üzərinə düşən vəzifələri yerinə yetirməsi, əməldə təqvaya bağlı olmaları, dəbdəbəli həyat tərzindən uzaq durmaları, səy, təlaş və sabitlikləri ilə şərtlənir”.
İnqilabın Rəhbəri “Nur yolçuları” ekskursiya qruplarının iştirakçıları ilə görüşdü
İnqilabın Rəhbəri “Nur yolçuları” ekskursiya qruplarının iştirakçıları ilə görüşdü
Bu gün (şənbə) səhər “Nur yolçuları” ekskursiya qruplarının iştirakçısı olmuş şagird və tələbələrdən bir qrupu ilə görüşdə Müqəddəs müdafiə dövrünün ölkə və inqilab tarixinin qızıl səhifəsi və işıqlı bir parçası olduğunu deyən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei vurğuladı ki, “Nur yolçuları” ekskursiya qrupları o dövrün qorunub saxlandığını gösətərən amillərdəndir: “Beynəlxalq güclər İslam İnqilabını məhv etmək üçün İran xalqını 8 illik məcburi müharibəyə cəlb etdilər, ancaq gənclərin böyüklüyü, fədakarlığı, imanı, tədbiri, şücaət və ayıqlığı müharibənin xalqın xeyrinə tamamlanmasına, İslam İnqilabının daha da kök atıb güclənməsinə səbəb oldu”.
İslam İnqilabının Ali Rəhbəri minlərlə Əhli-beyt (ə) şair və məddahı ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri minlərlə Əhli-beyt (ə) şair və məddahı ilə görüşdü
Həzrət Siddiqeyi-Kubra Fatimeyi-Zəhranın (s.ə) mübarək doğum günü münasibəti ilə minlərlə Əhli-beyt (ə) şair və məddahı İslam İnqilabının Ali Məqamlı Rəhbəri ilə görüşdü. Əhli-beyt (ə) şair və məddahlarından bir neçəsi İmam Xomeyni (r.ə) adına hüseyniyyəni İslam peyğəmbərinin (s) əziz qızının fəzilət və üstünlüklərindən bəhs edən şeirlərin rayihəsi ilə ətirləndirdi.
Ali Məqamlı Rəhbər Şərqi Azərbaycan əhalisinin minlərlə nümayəndəsi ilə görüşdü
Ali Məqamlı Rəhbər Şərqi Azərbaycan əhalisinin minlərlə nümayəndəsi ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) səhər Təbrizin dindar və inqilabçı əhalisinin minlərlə nümayəndəsi ilə coşqu və sevgi dolu görüşü zamanı qeyd etdi ki, millətin “inqilab və sistemi”i “müxtəlif  təşkilat və qurumların funksiyası”ından fərqləndirilməsi sahəsindəki dərin və inqilabçı dərki xalqın bu ilki 22 bəhmən ümumrespublika yürüşü zamanı sərgilədiyi fərqli və təqdirəlayiq iştirakının əsas səbəblərindəndir.
Ali Rəhbər Hərbi Hava Qüvvələrinin komandirləri və şəxsi heyəti ilə görüşdü
Ali Rəhbər Hərbi Hava Qüvvələrinin komandirləri və şəxsi heyəti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər Hərbi Hava Qüvvələrinin “Homafər” briqadasının 19 bəhmən 1357-ci ildəki (8 fevral 1979) tarixi beyətinin ildönümü münasibəti ilə Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qərargahının şəxsi heyəti və komandirlərindən bir qrupu ilə görüşdü.
Ali Rəhbər bu gün “Fiqhin xaric dərsi”nidə Əfqanıstanda baş verən hadisələrdən danışdı
Ali Rəhbər bu gün “Fiqhin xaric dərsi”nidə Əfqanıstanda baş verən hadisələrdən danışdı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər “Fiqhin xaric dərsi” mühazirəsində Əfqanıstanda baş vermiş son terror hadisələri zamanı qətlə yetirilmiş günahsız insanlara görə dərindən təəssüf hissi keçirdiyini bildirdi: “ABŞ-ın İŞİD terrorçularını Əfqanıstana yönəltməkdə məqsədi regiondakı varlığını davam etdirməsinə don geyindirmək və sionist rejimin təhlükəsizliyini təmin etməkdir”.
İslam İnqilabının Ali Rəhbəri Qumun minlərlə sakini ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Qumun minlərlə sakini ilə görüşdü
Bu gün (çərşənbə) səhər minlərlə Qum sakini ilə görüşündə xalqın son günlərdə müntəzəm şəkildə təşkil etdiyi böyük və izdihamlı hərəkatını yüksək qiymətləndirən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei onların haqlı tələblərindən sui-istifadə etmək üçün düşmənlərin əl atdığı hiylənin müxtəlif yönləri və qatlarına açıqlama gətirdi.
Ali Rəhbər dövlət rəsmiləri, Vəhdət konfransının qonaqları və səfirlərlə görüşdü
Ali Rəhbər dövlət rəsmiləri, Vəhdət konfransının qonaqları və səfirlərlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslamın əziz peyğəmbəri Həzrət Məhəmməd Mustafa (s) və Həzrət İmam Cəfər Sadiqin (ə) mübarək mövludu münasibəti ilə üç qüvvənin rəhbəri, dövlət rəsmilərindən bir qrupu, İslam ölkələrinin səfirləri və “İslam Vəhdəti” konfransının qonaqları ilə keçirdiyi görüşdə bildirdi ki, İslam ümmətinin daxili, regional və qlobal problemlərdən xilas olmasının şərti Həzrət Məhəmmədin (s) təlimlərinə əməl etməkdir: “İslam dünyası izzət və qüdrət istəyirsə, vəhdət və müqaviməti öz sərlövhəsi etməlidir”.
Ali Baş Komandan Silahlı Qüvvələrin yüksək rütbəli komandirləri ilə görüşdü
Ali Baş Komandan Silahlı Qüvvələrin yüksək rütbəli komandirləri ilə görüşdü
Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün (bazar) Silahlı Qüvvələrin yüksək rütbəli komandirləri və Malik Əştər festivalının seçilmişləri ilə görüşdə düşmənlərin millət və İslam dövləti ilə olan daimi düşmənçiliklərinə işarə edərək vurğuladı ki, bu düşmənçiliklərə qarşı mübarizə Silahlı Qüvvələrin müqaviməti və günbəgün artmaqda olan imkanlarının gücləndirilməsi ilə şərtlənir:

Seçilmiş ünvanlar