
Fiqh və şəri hökmlər


Orucun və mübarək Ramazan ayının bir sıra hökmləri
Müstəhəbdir ki, oruc tutan şəxs iftar etməmişdən qabaq məğrib namazını qılsın. Amma əgər kimsə onu süfrə başında gözləyirsə, yaxud özü çox ac olduğuna görə namazı hüzuri-qəlb ilə qıla bilməyəcəkdirsə, yaxşı olar ki, o, əvvəlcə iftar etsin. İmkan daxilində də namazı fəzilətli vaxtında qılsın.

Orucun vacib olmadığı şəxslər
Əgər oruc tutmaq qoca kişiyə və ya qadına olduqca çətin və əziyyətlidirsə, onlara oruc tutmaq vacib olmur. Onlar hər gün üçün bir müdd təam fəqirə verməlidirlər.

Vəzifəsinə zidd olaraq oruc tutan müsafir şəxs
Əgər oruc tutmamalı olan müsafir şəxs bilərəkdən öz vəzifəsinə zidd olaraq oruc tutsa, orucu düzgün deyildir.

Müsafir orucunun hökmləri
Ramazan ayında səfər etməyə, hətta orucdan yayınmaq məqsədilə olsa belə, icazə verilir. Amma səfər etməmək daha yaxşıdır. Yaxşı və ya lazımlı bir iş üçün səfər etmək isə istisna təşkil edir.

Təxir kəffarəsi
Təxir kəffarəsi bir müdd təamdır, yəni 750 qram buğda, un, çörək, düyü və bu kimi ərzaqlardır və fəqirə verilməlidir.

Orucun qəzasının hökmləri
Əgər bir şəxsin boynunda bir neçə Ramazan ayının qəza orucu vardırsa, onlardan hansını birinci tutsa, düzgündür. Amma əgər axırıncı Ramazan ayının qəza orucları üçün vaxt dar olsa, məsələn, axırıncı Ramazan ayından beş gün qəza orucu olsa və qarşıda gələn Ramazan ayınadək yalnız beş gün vaxt qalsa, bu halda ehtiyat-vacibə görə, axırıncı Ramazan ayının qəza oruclarını tutmalıdır.

Yalnız orucun qəzasının vacib olduğu hallar
Ramazan ayında şəri məğribin olduğuna yəqinlik olmayanadək orucu açmaq olmaz.

Orucu bilərəkdən pozmağın kəffarəsi
Müqəddəs İslam şəriətində mübarək Ramazan ayının orucunu bilərəkdən pozmağın kəffarəsi üç işdən biridir.

Orucun qəzası və kəffarəsinin vacib olduğu hallar
Əgər bir şəxs mübarək Ramazan ayında orucu pozan işləri bilərəkdən və ixtiyari olaraq və heç bir şəri üzr olmadan yerinə yetirsə, oruc pozulur və orucun qəzasından əlavə, ona orucu bilərəkdən pozmağın kəffarəsi də vacib olur.

Oruc tutan şəxsə məkruh olan işlər
Oruc tutan şəxsə məkruh olan işlər

Orucu pozan işlər
Orucu pozan işlər (yemək, içmək və s.) bilərəkdən və ixtiyari şəkildə yerinə yetirildikdə oruc pozulur.

Orucu vacib edən şərtlər
Şəri büluğ yaşına yeni çatan qızlara oruc tutmaq vacibdir. Çətin olduğuna, halsızlıq yaratdığına və bu kimi başqa səbəblərə görə onlar orucu tərk edə bilməzlər. Amma əgər oruc tutmağın onlara ziyanı olarsa və ya böyük çətinlik yaradarsa, bu hallarda oruc tutmamalarına icazə verilir.

Hicri-qəməri 1445-ci il Ramazan ayının əvvəlinin təyin edilməsi qaydası
Aliməqamlı Rəhbərin son fətvalarına əsasən (eyni üfüqə malik olmaq şərti, ayın hilalını müşahidə vasitələri ilə görməyin kifayət etməsi, sabahkı günün ayın əvvəli olduğunu təsdiqləmək üçün bu gün gündüz vaxtı ayın hilalının müşahidə olunmasına əsaslanmaq) Ramazan ayının əvvəlinin təyin edilməsi aşağıdakı qaydadır:

Orucun niyyəti
Başqa ibadətlərdə olduğu kimi, orucda da niyyət etmək vacibdir. Yəni Allahın əmrinə itaət etmək niyyətilə yeyib-içməkdən və orucu pozan digər işlərdən çəkinmək lazımdır.

Ayın əvvəlinin sübuta yetməsi yolları
Oruc – səmavi dinlərdə insanın kamilləşməsinə xidmət edən ən mühüm ibadətlərdən biridir. Bu ibadət İslam şəriətindən öncəki şəriətlərdə də vacib buyurulmuşdur. İslam şəriətində orucu mübarək Ramazan ayında tutmaq əmr olunub.

8 Mart Beynəlxalq Qadınlar Günü ilə bağlı Ayətullah Xameneinin nəzəri
Əgər bu günü bayram kimi qeyd etməyin fəsadı olmazsa və bayağı mədəniyyəti yaymaq hesab olunmazsa, bunun öz-özlüyündə maneəsi yoxdur.

Etikaf
Ayətullah Xameneinin "Namaz və oruc" risaləsinə istinadən etikafın şəri məsələləri

Rəcəb ayı ilə əlaqədar müxtəlif məsələlər
Boynunda qəza orucu olan şəxs müstəhəb oruc tuta bilməz. Amma əgər oruc tutmağın müstəhəb olduğu günlərdə qəza orucunu tutarsa, həmin günün savabından da bəhrələnər, inşallah.
