Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

XÜMSÜN HÖKMLƏRİ

  • Müqəddimə
  • BİRİNCİ FƏSİL: XÜMS DÜŞƏN MALLAR
  • İKİNCİ FƏSİL: XÜMS DÜŞMƏYƏN MALLAR
  • ÜÇÜNCÜ FƏSİL: XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ
    • Xüms ili
    • Mərhumun malının xümsünün hesablanması
    • Büluğa çatmayan şəxslərin xümsü
    • Büluğa çatmamışdan qabaq uşağa verilən hədiyyələrin gəliri
    • Dəli insanın xümsü
    • Bir neçə müxtəlif işin gəlirinin xümsünün hesablanması
    • Ötən il xüms düşən malın xümsünü bu ilin gəliri ilə ödəmək
    • Xümsü verilməyən pulu xümsü verilən pul ilə əvəz etmək
    • Xümsə dair yaranan şəklər
      Çap versiyası  ;  PDF
       
      Xümsə dair yaranan şəklər
       
      1- Şəxs əvvəlki illərin xümsünün düzgün hesablanıb-hesablanmadığına dair şəkk edir: Bu halda hesabatın düzgün olduğunu qəbul etməlidir.
      2- Şəxs mala xüms düşdüyünü bilirdi, amma xümsü ödəyib-ödəmədiyinə dair şəkk edir: Bu halda xümsü ödəməlidir.
      3- Şəxs malın xüms düşən mal (məsələn, iş gəliri), yoxsa xüms düşməyən mal (məsələn, hədiyyə) olduğuna dair şəkk edir: Bu halda malın xümsünü ödəmək vacib olmur.
      4- Şəxs malın builki gəlir, yoxsa ötənilki gəlir olduğuna dair şəkk edir və bu da öz növbəsində iki qismə ayrılır:
      1) Xüms ili başa çatmışdır və şəxs mövcud malın xüms düşən builki gəlir, yoxsa xümsünü verdiyi ötənilki gəlir olduğunu bilmir: Bu halda o, ehtiyata görə, şəri-hakim ilə müsalihə etməlidir.
      2) Xüms ili başa çatmamışdır və şəxs mövcud malın xüms düşməyən builki gəlir, yoxsa xümsünü vermədiyi ötənilki gəlir olduğunu bilmir: Bu halda bu malı cari ilin gəliri hesab etməlidir.
       
      Xümsün ödənilib-ödənilmədiyinə dair şəkk
      Sual 249. Əgər bir malın xümsünü verib-vermədiyimə dair şəkk etsəm, amma onun xümsünü verdiyimi güman etsəm, üzərimə düşən vəzifə nədir?
      Cavab: Onun xümsünü verməlisiniz.
       
      ◘ Mala xümsün düşüb-düşmədiyinə dair şəkk
      Sual 250. Əgər əlimdə olan pulun xüms düşən, yoxsa xüms düşməyən pul olduğunu bilməsəm, üzərimə düşən vəzifə nədir?
      Cavab: Əgər mövcud pulun xüms düşən pul (məsələn, iş gəliri), yoxsa xüms düşməyən pul (məsələn, hədiyyə) olduğunu bilməsəniz, onun xümsünü vermək vacib olmur. Amma əgər hesabat aparmadığınıza görə hansı məbləğə xüms düşdüyünü bilməsəniz, bu halda araşdırma və hesabat aparmalı və şəkki aradan qaldırmalısınız.
       
      Sual 251. Əgər bir şəxs kitabının arasından müəyyən məbləğ pul tapsa və tərəddüddə qalsa ki, görəsən, bu pul ötən ilin gəlirindəndirmi və onun xümsünü dərhal verməlidir, yoxsa cari ilin gəlirindəndir və xüms ilinin sonunadək onu məişət ehtiyaclarına sərf etməyə vaxt vardır, bu halda onun vəzifəsi nədir?
      Cavab: Bu pul cari ilin gəliri hesab olunacaq.
       
      Məişət ehtiyacı olan bir şeyin nə zaman alındığına dair yaranan şəkk
      Xüms ilinə sahib olan şəxs əgər yaşayış evini və ya məişət ehtiyacı olan bir şeyi iş gəliri ilə alsa, amma onu il ərzində əldə etdiyi gəlir ilə aldığını, yoxsa xüms ili başa çatdıqdan sonra və gəlirin xümsünü verməmişdən qabaq aldığını bilməsə, bu şeyin xümsünü vermək baxımından onun üzərinə bir vəzifə düşmür.
       
      Sual 252. Təəssüflər olsun ki, xümsümü bir neçə ildir ki, hesablaya bilməmişəm. Bu müddət ərzində ev əşyaları və ya məişət ehtiyacı olan başqa şeylər almışam. Amma onların hansını il ərzindəki gəlir ilə və hansını ötən illərin gəliri ilə aldığımı bilmirəm. Xahiş edirəm, bu məsələdə mənə yol göstərəsiniz.
      Cavab: Əgər sizin xüms ili hesabatınız olmayıbsa və məişət ehtiyacı olan şeyləri xüms ili başa çatan, yoxsa başa çatmayan pul ilə aldığınızı bilmirsinizsə, bu şeylərin alış qiyməti barəsində, ehtiyat vacibə görə, bizim nümayəndələrdən biri ilə müsalihə edin.

       

    • Xümsü ödəməyə maddi imkanın çatmaması
    • Xümsün ödənilməsini yubatmaq və tədrici ödəmək
    • Xümsü ayırıb kənara qoymaq
    • Hər gəlirin xümsünü ayrıca ödəmək
  • DÖRDÜNCÜ FƏSİL: XÜMSÜN SƏRF EDİLDİYİ YERLƏR
  • BEŞİNCİ FƏSİL: XÜMSÜN MÜXTƏLİF MƏSƏLƏLƏRİ
700 /