İslam İnqilabının Ali Rəhbəri Ramazan ayının sonuncu cüməsi, eyni zamanda Beynəlxalq Qüds Günü etdiyi çıxışı zamanı qüvvələr balansının İslam dünyası və müqavimət cəbhəsinin xeyrinə dəyişməsinə, qarşılığında ABŞ və sionist rejimin aşkar iflasına işarə edərək bir neçə zəif dövlətlə olan əlaqələrin adiləşdirilməsinin işğalçı rejimin süqutuna mane olmayacağını dedi.
İslam İnqilabının Ali Rəhbəri bu gün (bazar ertəsi) günortadan sonra televiziya vasitəsilə yayımlanan canlı çıxışında böyük İran xalqına müraciət etdi.
İslam İnqilabının Ali Rəhbəri 1400-cü hicri şəmsi ilinin başlanması münasibətilə ünvanladığı müraciətində bütün həmvətənləri, xüsusilə şəhid və əlillərin əzəmətli ailələrini, o cümlədən Novruz bayramını böyük təntənə ilə keçirən bütün xalqları Novruz bayramı münasibətilə təbrik etdi.
Ali Rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri doktor Əliəkbər Vilayəti Suriyanın İrandakı yeni səfiri doktor Şəfiq Dəyub ilə görüşərək Ali Rəhbərin Suriya prezdienti Bəşər Əsədin vəziyyəti ilə maraqlandığını bildirdi və ona Allahdan sağlamlıq dilədiyini çatdırdı.
Həzrət Ayətullah Xamenei Avropada təhsil alan tələbələrin İslami Təşkilatlar Alyansının əlli beşinci qurultayına ünvanladığı müraciətdə “Əsas məsələlərdə həlledici rola görə nişanı”n ölkənin abırlı gənclərinin sinəsinə taxılmasının İslam İnqilabının ən üstün fəxarətlərindən olduğunu dedi.
İslam İnqilabının Rəhbərinin iştirakı ilə keçirilən bu məclisdə çıxış edən Höccətül-İslam vəl-müslimin Ali Həzrət Fatimeyi-Zəhranın (s.ə) dua, zikir və ibadətdə insanların üstünü olduğunu dedi: “Allah-taalanın lütfü bütün yaranmışlara şamil olur. Lakin Allahın xüsusi lütf və mərhəməti Onun dərgahında yoxsulluğunu və təvazökarlığını daha çox göstərən adamlara aid olur”.
Ali Rəhbərlik İdarəsi elan edir ki, “Fatimiyyə (s.ə) günləri” adlı matəm məclisi İmam Xomeyni (r.ə) adına hüseyniyədə ümumi şəkildə qeyd edilməyəcək. İslam İnqilabının Rəhbərinin iştirakı ilə təşkil edilən matəm tədbiri televiziya kanalları vasitəsilə yayımlanacaq.
Böyük təəssüf və kədər hissi ilə Allah adamı olan alim, fəqih, mücahid filosof Ayətullah Hacı Şeyx Məhəmmədtəqi Misbah Yəzdinin vəfat xəbərini aldım. Bu, İslam maarifi və elmi hövzəsi üçün bir itgidir. O, üstün bir mütəfəkkir, layiqli müdir, haqqı çəkinmədən deyən, düz yolda möhkəm və qətiyyətlə irəliləyən bir adam idi.
Həzrət Ayətullah Xamenei nüvə və müdafiə sənayesi üzrə seçilən və yüksək alim olan cənab Möhsün Fəxrizadənin şəhadəti münasibətilə başsağlığı bəyanatı verdi. O, bəyanatda bu cinayəti göstəriş verənlər və onu həyata keçirənlərin qəti şəkildə cəzalandırılması, habelə şəhidin elmi və texnoloji fəaliyyətinin davam etdirilməsinin zəruriliyini vurğuladı.
İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə) səhər televiziya vasitəsilə etdiyi canlı çıxışında əziz İran xalqını və böyük İslam ümmətini sonuncu peyğəmbər Həzrət Məhəmməd Mustafa (s) və Həzrət İmam Cəfər Sadiqin mübarək mövlud ildönümü münasibətilə təbrik etdi.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei Mübarək Qurban bayramı münasabətilə etdiyi canlı teleçıxışında əziz İran xalqını zərər görmüş insanlara və səhiyyə sahəsinin mücahidlərinə mömincəsinə yardım mənəvi müsabiqəsində daha geniş miqyasda və yüksək əhval ruhiyyə ilə iştirak etməyə çağırdı.
Həzrət Ayətullah Xamenei Həcc günləri münasibətilə ünvanladığı müraciətdə İslam ümmətinin təcavüzkar ABŞ və sionist rejimi qarşısındakı vəhdətinin zəruriliyini, habelə məzlum Fələstinə yardım, Yəmənin yaralı bədəninə və dünyanın bütün nöqtələrində zülmə məruz qalmış müsəlmanlara görə narahatlıq hissi keçirilməsinin diqqət mərkəzində saxlanmasının vacibliyini vurğulayaraq bir neçə günlük şəxsi mənfəətlərinə görə qəsbkar sionist rejimi ilə dostluq edən bəzi İslam ölkələrinin başçılarına bu alçaldıcı davranışdan çəkinməyi tövsiyə etdi.
İslam İnqilabının Ali Rəhbəri İslami Şura Məclisinin on birinci mərhələsinin açılışı münasibətilə ünvanladığı müraciətdə parlamentin işlərin başında olmasının zəruri şərtlərindən birinin fəal, nizam-intizamlı, dürüst, əmanətdar, ölkənin mövcud şəraiti və prioritetlərini bilən nümayəndlələrin iştirakının olduğunu dedi. İqtisadiyyat və mədəniyyətin ölkənin prioritetlərinin başında dayandığını bildirən Ali Rəhbər nümayəndələrə zəif təbəqələrin məişətinə üstünlük verilməsi, iqtisaidyyatın məşğulluq, istehsal və inflyasiya kimi əsas xətlərinin islah edilməsi, nəzarət vəzifələrinin həyata keçirilməsində təqva və insafa riayət edilməsi, mühüm hadisələr zamanı inqilabçı mövqelərdən çıxış etməyi, icraçı və məhkəmə orqanları ilə qardaşcasına əməkdaşlıq etmək kimi məsələləri tövsiyə etdi.
Ali Baş Komandan Həzrət Ayətullah Xameneinin Ordunun baş komandanı general-mayor Seyid Əbdürrəhim Musəvi cənablarına göndərdiyi məktubda Konarak hərbi dəniz gəmisində baş vermiş hadisə zamanı Hərbi Dəniz Qüvvələrinin bir qrup üzvinin şəhid olması münasibətilə başsağlığı vermiş, Allahdan ürəyi dağlı ailələrə səbir və dözüm, xəsarət almış adamlara isə şəfa diləmişdir.
İslam İnqilabının Ali Rəhbəri bütün məktəb, universitet və elmi-teoloji mərkəzlərin müəllimlərini “Müəllim Günü” münasibətilə təbrik etdikdən sonra qeyd edib ki, müəllimlərin böyük işi və cihadı ədalətli və ideal dini bir cəmiyyət yaratmaq məqsədilə uşaqlar və yeniyetmələrin istedadlarını İslam və İnqilab dəyərləri istiqamətində çiçkələndirilməsini öyrətməkdir: “Bu yolda tərbiyə alan gənc nəsil heç bir qiymətli fenomenin bərabər tutula bilməyəcəyi zəngin bir sərvətdir”.
İslam İnqilabının Ali Rəhbəri Mübarək Nimeyi-Şəban bayramı və Həzrət Bəqiyyətullahın (ruhmuz ona fəda olsun) mövludu münasibətilə televiziya vasitəsilə etdiyi canlı çıxışında hörmətli İran xalqına müraciət edərək bəşəriyyətin xilaskara olan bu ilki dərin və böyük ehtiyac hissinin tarix boyu analoqu olmadığını dedi.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər televiziya vasitəsilə böyük və şərafətli İran xalqına ünvanladığı canlı müraciətdə Allah-taaladan korona bəlasını çox tez bir zamanda İran xalqı və bəşəriyyətin üzərindən götürməsini dilədi.