Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

İslam İnqilabının Rəhbəri Şərqi Azərbaycan əhalisinin minlərlə nümayəndəsi ilə görüşdü
İslam İnqilabının Rəhbəri Şərqi Azərbaycan əhalisinin minlərlə nümayəndəsi ilə görüşdü
Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) səhər Şərqi Azərbaycan əhalisinin minlərlə nümayəndəsi ilə görüşdə Azərbaycan əhalisinin İranın birlik və azadlıq bayraqdarı olduğunu dedi. O, bu ilin tarixi 22 bəhmən yürüşünü yaratdığı üçün əzəmətli İran xalqına hörmət və ehtiramını bildirdi: “Bu coşqulu, məzmunlu və həqiqi qəhrəmancasına hərəkət millətin İnqilab xəttində möhkəm dayanmasının və bu xətdən sapmamasının nəticəsidir.
İslam İnqilabının Rəhbəri 29-cu Ümumrespublika Namaz Konfransına müraciət ünvanladı
İslam İnqilabının Rəhbəri 29-cu Ümumrespublika Namaz Konfransına müraciət ünvanladı
Həzrət Ayətullah Xamenei 29-cu Ümumrespublika Namaz Konfransına ünvanladığı müraciətdə iki ildən sonra bu konfransın yenidən bərpa edilməsinin sevinc və bərəkət səbəbi olduğunu qeyd etdi: “Xoşbəxt və uğurlu bir cəmiyyətin malik olduğu dostluq, güzəşt, mehribanlıq, birlik, şəfqət, yardımlaşma, xeyirxahlıq və s. kimi həyati bağlar namazın uca tutlması və ona rəvac verilməsinin bərəkəti sayəsində möhkəmlənir”.
İnqilabın Rəhbəri İslam Təbliğatı İdarəsinin məsul şəxslərindən bir neçəsi ilə görüşdü
İnqilabın Rəhbəri İslam Təbliğatı İdarəsinin məsul şəxslərindən bir neçəsi ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri bu gün günorta İslam Təbliğatı İdarəsinin və İncəsənət Mərkəzinin müdirləri və rəhbər şəxslərindən bir qrupu ilə görüşdə yeni fikrə əsaslanan qiymətli məhsulların istehsalı, təbliğatın sosial və mədəni tələblərinin nəzərə alınmasının Allahın əzəməti qarşısında tam qorxunu ifadə etməklə yanaşı, mədəniyyət – təbliğat idarələrinin iki mühüm vəzifəsi olduğunu dedi.
İslam İnqilabının Rəhbəri yüzlərlə təhsilli və aktiv qadınla görüşdü
İslam İnqilabının Rəhbəri yüzlərlə təhsilli və aktiv qadınla görüşdü
İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə) səhər mədəni, elmi və sosial sahələrdə aktiv olan yüzlərlə təhsilli qadınla görüşdə cinsi və insani, hüquq və vəzifələr, fərdi və ailə məsuliyyətləri, sosial rol və vəzifələr sahələrində İslamın qadına olan mütərəqqi və ədalətli baxışından söz açaraq müasir Qərbin qadına vurduğu zərbələrin əsaslı və xəyanətkarcasına olduğunu vurğuladı: “Qadın həyat yoldaşı rolunda eşq və mənəvi rahatlığın məzhəri, ana rolunda isə həyat haqqı kimidir.
İnqilabın Ali Rəhbəri İraqın baş naziri və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdü
İnqilabın Ali Rəhbəri İraqın baş naziri və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) günortadan sonra İraqın baş naziri cənab Məhəmməd Şiya əl-Sudani ilə görüşdə dedi: “İraqın inkişafı, layiq olduğu üstün və həqiqi mövqeyə nail olması İslam Respublikasının xeyrinədir. Biz inanırıq ki, zati-aliniz İraqın daxili işlərini və xarici əlaqələrini inkişaf etdirmək, dövləti layiq olduğu müstəqil tarixi və mədəni mövqeyinə çatdırmaq iqtidarındasınız”.
İslam İnqilabının Rəhbəri İsfahan əhalisinin yüzlərlə nümayəndəsi ilə görüşdü
İslam İnqilabının Rəhbəri İsfahan əhalisinin yüzlərlə nümayəndəsi ilə görüşdü
Bu gün (şənbə) səhər İsfahan əhalisinin yüzlərlə nümayəndəsi ilə görüşdə İsfahanın tərifəlayiq elm, iman, incəsənət və cihad şəhəri olduğunu deyən Həzrət Ayətullah Xamenei qeyd etdi ki, günümüzün əsas problemi durğunluq, hərəkətsizlik və mürtəcelik qarşısında inkişafdır: “İmperializm iranofobiyanı daha da gücləndirərək İran xalqı qarşısında tutduğu mövqedə bütün imkanlarını xalqın, xüsusilə gənclərin beyninə ümidsizlik və çıxılmazlıq düşüncəsini yeritmək üçün səfərbər etmişdir.
İnqilabın Ali Rəhbərinin Şahçıraq ziyarətgahında baş vermiş terrorla bağlı müraciəti
İnqilabın Ali Rəhbərinin Şahçıraq ziyarətgahında baş vermiş terrorla bağlı müraciəti
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei ötən gün Həzrət Əhməd ibn Musanın (əleyhiməssalam) pak hərəmində onlarla günhasız kişi, qadın və uşağın şəhadətə yetməsi və yaralanması ilə nəticələnən terror hadisəsi ilə bağlı ünvanladığı müraciətdə sözügedən hadisənin matəmə qərq etdiyi ailələrə, Şiraz əhalisi və İran xalqına başsağlığı verərək vurğuladı: “Təhlükəsizlik orqanları, məhkəmə, düşüncə və təbliğat sahəsinin fəalları, əziz xalqımızın bütün fərdləri xalqın canı, təhlükəsizliyi və müqəddəs dəyərlərinə etinasızlıq və hörmətsizlik edən cərəyan qarşısında vahid bir yumruq kimi birləşməlidir”.

Seçilmiş ünvanlar