Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

İslam İnqilabının Ali Rəhbərinin Allah evinin ziyarətçilərinə müraciəti
İslam İnqilabının Ali Rəhbərinin Allah evinin ziyarətçilərinə müraciəti
Həzrət Ayətullah Xamenei Allah evinin ziyarətçilərinə ünvanladığı müraciətində qeyd edib ki, başda ABŞ olmaqla imperialistlərə qarşı nifrət səsinin ucaldılmasının mənası məzlum insanların öldürülməsi və müharibəçi fəaliyyətlərə nifərt, İŞİD və ABŞ-ın Bləkvoter kimi terrorçu mərkəzlərinin qınanması, İslam ümmətinin uşaq qatili olan sionizm və onun havadarları və himayədarlarına qarşı təhdid səsini ucaltması, ABŞ və köməkçilərinin həssas Qərbi Asiya və Şimali Afrika regionunda müharibə odunu qızışdıran davranışlarının qınanması deməkdir. O vurğulayıb ki, müsəlmanların bütün siyasi məsələlərinin başında Fələstin problemi dayanmalıdır:
Ali Rəhbər elmi olimpiadaların medalçıları və Milli Voleybol Komandası ilə görüşdü
Ali Rəhbər elmi olimpiadaların medalçıları və Milli Voleybol Komandası ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər beynəlxalq elmi olimpiadalarda medal qazanmış və yüksək nəticələr göstərmiş bir qrup elit gənclə, habelə ölkənin dünya birincisi olmuş gənclərdən ibarət milli voleybol komandasının üzvləri ilə görüşdə istedadlı gənclərin dərin düşüncəsi, müdrikliyi və dərrakəsini yüksək qiymətləndirərək elit yolunun sonsuz olduğunu dedi: “Ölkə üçün faydalı olan elmi inkişaf inqilabçı baxış və İslam təfəkkürü əsasında mümkündür.
İslam İnqilabının Rəhbəri ölkənin imam cümələri ilə görüşdü
İslam İnqilabının Rəhbəri ölkənin imam cümələri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) səhər ölkənin imam cümələri ilə görüşdə imam cümələrin ədəb-ərkanlı davranmasının zəruri olduğunu vurğulayaraq Cümə namazının zikr, toplaşma və qarşılıqlı sevgi vasitəsilə cəmiyyətin ehtiyacını təmin edən, ali və ayıqlıq bəxş edən diskursların bərqərar olmasına zəmin yaradan çox mühüm bir ayin olduğunu dedi.
İslam İnqilabının Rəhbəri Yaponiyanın baş naziri ilə görüşdü
İslam İnqilabının Rəhbəri Yaponiyanın baş naziri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər Yaponiyanın baş naziri cənab Şindzo Abe və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə vurğuladı: “İran İslam Respublikası ABŞ-a qətiyyən güvənmir və HBFP çərçivəsində ABŞ-la daha öncə baş tutmuş müzakirərlərin acı təcrübəsi heç bir vəchlə təkrarlanmayacaq. Çünki heç bir azad və ağıllı xalq təzyiq altında olan müzakirəni qəbul etməz”.
İnqilabın Rəhbəri dövlətin məsul şəxsləri, İslam ölkələrinin səfirləri və xalqla görüşdü
İnqilabın Rəhbəri dövlətin məsul şəxsləri, İslam ölkələrinin səfirləri və xalqla görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər dövlətin məsul şəxsləri, İslam ölkələrinin səfirləri, xalqın ayrı-ayrı təbəqələrindən olan nümayəndələri ilə görüşdə Fitr bayramının mesajının İslam ölkələrinin birliyi və vəhdəti, İslam ümməti məzmununa qayıdış olduğunu dedi: “İslam dünyasının bu günkü problemlərinin əlacı Qurani-Kərimin “Kafirlərə qarşı sərtdirlər” və “Öz aralarında mehribandırlar” istəyinə qayıdışdadır. Bu istəyi gerçəkləşdirməkdən ötrü İslam alimləri və ziyalılarının üzərinə ikiqat vəzifə düşür”.
İnqilabın Ali Rəhbəri universitetlərin müəllimləri və elmi heyətləri ilə görüşdü
İnqilabın Ali Rəhbəri universitetlərin müəllimləri və elmi heyətləri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xameneinin bu gün (çərşənbə) günortadan sonra universitetlərin müəllimləri və elmi heyətlərinin üzvləri ilə görüşü oldu. Universitetlər və elmi mərkəzlərin həqiqi nailiyyətlərini yüksək qiymətləndirən Həzrət Ayətullah Xamenei İran İslam dövlətinin zirvəyə yüksəlməsi üçün sürətli inkişaf və elmi sıçrayışın zəruri olduğunu dedi.
İmam Əlinin (ə) şəhadətinin ildönümü qeyd edildi
İmam Əlinin (ə) şəhadətinin ildönümü qeyd edildi
Təqvalıların rəhbəri Həzrət Əmirül-möminin İmam Əlinin (ə) şəhadətinin ildönümü günü İslam İnqilabının Ali Rəhbəri və xalqın ayrı-ayrı təbəqələrindən olan insanların iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə o əzəmətli imama həsr edilmiş matəm mərasimi keçirildi.
İmam Əlinin (ə) şəhadətinə həsr edilmiş matəm mərasimi keçirildi
İmam Əlinin (ə) şəhadətinə həsr edilmiş matəm mərasimi keçirildi
Mübarək Ramazan ayının – təkallahlıların rəhbəri Həzrət Əli ibn Əbutalibin (ə) məzlumcasına şəhadətinin ildönümünə təsadüf edən - iyirmi birinci günü İslam İnqilabının Ali Rəhbəri və xalqın ayrı-ayrı təbəqələrindən olan insanların iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə o həzrətin matəm mərasimi keçirildi.
İslam İnqilabının Ali Rəhbəri minlərlə tələbə ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri minlərlə tələbə ilə görüşdü
Minlərlə tələbənin bu gün (çərşənbə günü) günortadan sonra İslam İnqilabının Ali Rəhbəri ilə təşkil etdiyi görüşdə tələbələrin elmi, mədəni, sosial, siyasi və sinfi təşkilatlarının nümayəndələri iki saat müddətində günün müxtəlif məsələləri ilə bağlı görüşlərini və narahatlıqlarını bildirdilər.
İslam İnqilabının Ali Rəhbəri hökumət rəhbərləri və dövlət işçiləri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri hökumət rəhbərləri və dövlət işçiləri ilə görüşdü
Bu gün (çərşənbə axşamı) hökumət rəhbərləri və dövlət işçiləri ilə görüşdə məsul şəxslərə, xüsusilə xalqla bağlı işlərdə, dəbdəbəli həyat tərzindən uzaq durmaq və beytül-mal məsələlərində təqvalı olmağın zəruri olduğunu deyən İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei iqtisadi problemlərin həlli və istehsalın daha da yaxşılaşdırılması məsələsində üç qüvvənin məsul şəxslərinin üzərinə düşən vəzifələrdən danışdı.

Seçilmiş ünvanlar