Xəbərlər
Ali Məqamlı Rəhbər İmam Rza (ə) hərəminin ziyarətçiləri və ətrafda yaşayan əhali ilə görüşdü
1394-cü ilin ilk günündə – bu gün (şənbə günü) günortadan sonra İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Həzrət Əli İbn Musa Rzanın (ə) müqəddəs hərəmini ziyarətə gəlmiş insanlar, eləcə də o ətrafda yaşayan əhali ilə görüşdü.
Ali Məqamlı Rəhbər 1394-cü ilin gəlişi münasibətilə xalqa müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 1394-cü hicri-şəmsi ilinin başlaması ilə əlaqədar xalqa ünvanladığı müraciətdə İran xalqını və Novruzu qeyd edən bütün xalqları yeni ilin gəlişi münasibətilə təbrik edərək yeni ili “Dövlət və xalq – birlik və həmrəylik” ili adlandırmışdır.
Ali Məqamlı Rəhbər Höccətül-İslam vəl-muslimin Ruhaninin anasının vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İran İslam Respublikasının prezidenti Höccətül-İslam vəl-muslimin Ruhaninin anasının vəfatı ilə əlaqədar olaraq, rəsmi başsağlığı müraciəti etdi.
Ali Məqamlı Rəhbər Xubriqan Məclisinin nümayəndələri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Xubriqan Məclisinin sədri və məclis üzvləri ilə bu gün (cümə axşamı) səhər keçirdiyi görüşdə qeyd etdi ki, mükəmməl İslamın gerçəkləşməsi Uca Yaradanın istəyi və İran İslam Respublikasının başlıca hədəfidir.
Ali Məqamlı Rəhbər yeni təyinatla bağlı sərəncam imzaladı
Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullah Xamenei keşikçi briqada generalı Hüseyn Əştərinin İran İslam Respublikası Polis Qüvvələrinin Komandanı vəzifəsinə təyin olunması barədə sərəncam imzaladı.
Ali Məqamlı Rəhbər ətraf mühit və təbii sərvətlərin qorunması sahəsi ilə əlaqəli qurumların rəsmiləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ətraf mühit və təbii sərvətlərin qorunması məsələləri ilə əlaqəli hökumət qurumlarının rəsmiləri və rəhbər işçiləri ilə bu gün (bazar günü) səhər keçirdiyi görüşdə qeyd etdi ki, havanın çirklənməsi, qum tufanları, meşələrin, otlaqların və yaşıllıq zonalarının qırılması və s. bu kimi ekoloji problemlərin həlli üçün aidiyyətli qurumların ciddi və ardıcıl surətdə fəaliyyət proqramları hazırlanmasına, müvafiq tədbirlər görməsinə və nəzarətinə ehtiyac var.
Ali Məqamlı Rəhbər xeyriyyə aksiyasında iştirak etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkədə qeyd olunan Ehsan və Xeyriyyəçilik Günü ərəfəsində “İmdad, İmam Xomeyni (r.ə)!” Təşkilatının himayəsi altında olan insanlara və ehtiyaclı ailələrə yardım məqsədilə 500 milyon rial ianə ayırmışdır.
Ali Məqamlı Rəhbər yeni təyinatla bağlı sərəncam imzaladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Höccətül-İslam Şeyx Əbdülkərim Abidininin vəli-fəqihin Qəzvin ostanı üzrə nümayəndəsi və Qəzvin şəhərinin imam-cüməsi təyin olunması barədə sərəncam imzaladı.
Ali Məqamlı Rəhbər “Şəhid pedaqoqlar”, “Şəhid tələbələr” və “Şəhid incəsənət xadimləri” konqreslərinin təşkilat komitələrinin üzləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin 28.11.1393-cü il tarixində “Şəhid pedaqoqlar”, “Şəhid tələbələr” və “Şəhid incəsənət xadimləri” konqreslərinin təşkilat komitələrinin üzləri ilə baş tutan görüşü zamanı etdiyi çıxışın mətni bu gün səhər Teleqüllənin toplantı salonunda keçirilən “Şəhid pedaqoqlar” konqresində oxundu.
Ali Məqamlı Rəhbər ölkədə qeyd olunan Mühəndislər Günü ilə əlaqədar təşkil edilmiş xüsusi komitənin üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin ölkədə mühəndislərin peşə bayramının lazımi səviyyədə qeyd olunması məqsədi ilə təşkil olunmuş komitənin üzvləri ilə 6 bəhmən 1393-cü il (23 yanvar 2015) tarixində baş tutan görüşü zamanı etdiyi çıxışın mətni bu gün səhər həmin məqsədlə Tehran teleqülləsinin toplantı salonunda keçirilən konfransda oxundu.
Ali Məqamlı Rəhbər Ayətullah Xatəminin qızının vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mərhum Ayətullah Seyid Ruhullah Xatəminin qızı, şəhid anası xanım Xəlilinin vəfatı ilə əlaqədar olaraq, rəsmi başsağlığı müraciəti etdi.
Ali Məqamlı Rəhbər Dr. Seyid Sadiq Təbatəbayinin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Dr. Seyid Sadiq Təbatəbayinin vəfatı ilə əlaqədar olaraq rəsmi başsağlığı müraciəti etdi.
Ali Məqamlı Rəhbər Şərqi Azərbaycan ostanında əhali ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Şərqi Azərbaycan ostanında əhalinin müxtəlif təbəqələrini təmsil edən minlərlə insanla bu gün (çərşənbə günü) səhər baş tutan görüşündə builki 22 bəhmən yürüşlərində möhtəşəm iştirakına görə böyük İran xalqına təşəkkür və qədirdanlığını bildirdi.
Ali Məqamlı Rəhbər cənab Mahmud Əhmədinejadın anasının vəfatı ilə bağlı başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei cənab Dr. Mahmud Əhmədinejadın anasının vəfatı ilə əlaqədar rəsmi başsağlığı müraciəti etdi.
Ali Məqamlı Rəhbər İslam İnqilabının qələbəsinin ildönümü münasibəti ilə əfv fərmanı imzaladı
İslam İnqilabının möhtəşəm qələbəsinin ildönümü ərəfəsində Ali Məqamlı Rəhbər Ümumi və İnqilab Məhkəmələri, Hərbi Tribunal və İqtisad Məhkəməsi tərəfindən mühakimə edilmiş 1020 məhkumun cəzasının əfvi və yüngülləşdirilməsi barədə fərman imzaladı.
Ali Məqamlı Rəhbər Ordunun Hərbi Hava Qüvvələrinin və Havadan Müdafiə Qərargahının yüksək rütbəli zabitləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ordunun Hərbi Hava Qüvvələrinin və Havadan Müdafiə Qərargahının yüksək rütbəli zabitləri və şəxsi heyəti ilə bu gün (bazar günü) səhər baş tutan görüşündə Amerikanın İrana qarşı 36 ildir davam edən və sonu bilinməyən düşmənçiliyinin başlıca səbəbini və hədəfini açıqladı.
Ali Məqamlı Rəhbər nano-texnologiyalar sahəsində əldə edilmiş nailiyyətləri əks etdirən sərgiyə baxış keçirdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə günü) səhər İmam Xomeyni (r.ə) adına hüseyniyədə təşkil olunmuş, nano-texnologiyalar sahəsindəki nailiyyətləri əks etdirən sərgiyə saat yarım ərzində baxış keçirərək ölkənin gənc alim və tədqiqatçılarının bu sahədə gördüyü işlər və qazandığı uğurlarla yaxından tanış oldu.
Ali Məqamlı Rəhbər İmam Xomeyninin (r.ə) məqbərəsini və Şəhidlər Xiyabanını ziyarət etdi
Dahi İmam Xomeyninin (r.ə) İran İslam dövlətinə möhtəşəm dönüşünün ildönümü və “Əyyamullah” – “Fəcr” dekadası ərəfəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) səhər mərhum imamın (r.ə) məqbərəsini ziyarət etdi.
