Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Ali Məqamlı Rəhbər Əhli-Beyt (ə) şairləri və söz ustadları ilə görüşdü
Ali Məqamlı Rəhbər Əhli-Beyt (ə) şairləri və söz ustadları ilə görüşdü
İki aləmin seçilmiş xanımı Həzrət Siddiqeyi-Kübra Fatimeyi-Zəhranın (s.ə) və onun şanlı övladı dahi İmam Xomeyninin (r.ə) mübarək doğum günlərində İmam Xomeyni (r.ə) adına hüseyniyə Xanım Fatimənin ali keyfiyyət və fəzilətlərinin rayihəsi ilə doldu.
Əhli-Beyt (ə) şairlərindən bir qrupunun iştirakı ilə keçən bu görüşdə Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın (s.ə) doğum günü münasibəti ilə hər kəsi təbrik etdi və İmam Xomeyninin (r.ə) doğum gününün də xanımın mövludu ərəfəsinə təsadüf etdiyini xüsusi qeyd etdi.
Ali Məqamlı Rəhbər Zəhmətkeşlər həftəsi münasibətilə istehsalat sektorunun fəalları və fəhlələrlə görüşdü
Ali Məqamlı Rəhbər Zəhmətkeşlər həftəsi münasibətilə istehsalat sektorunun fəalları və fəhlələrlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə günü) səhər minlərlə fəhlə və zəhmətkeşlə, istehsalat sektorunda fəal olan sahibkarlar və əməkdar fəhlələrlə görüşdü. Görüş zamanı çıxış edən Ali Məqamlı Rəhbər ölkənin iqtisadiyyat və siyasət arenasında qəhrəmanlıq əzmli bir hərəkata, böyük və sıçrayışlı bir irəliləyişə ehtiyac duyduğunu bildirdi.
Ali Baş Komandan Ordu Günü ərəfəsində hərbçilərlə görüşdü
Ali Baş Komandan Ordu Günü ərəfəsində hərbçilərlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) günorta – 29 fərvərdin İran İslam Respublikası Ordusu Günü ərəfəsində ordu komandanlarından, nümunəvi hərbi kadrlardan, Bəsic Təşkilatının kiçik şəhərlərdəki nümayəndəliklərinin üzvlərindən, habelə hərbçilərin ailə üzvlərindən bir qrupu ilə görüşdü. Görüş zamanı çıxış edən Ali Baş Komandan İran İslam Respublikası Ordusunu qürurverici, xalqa yaxın olan, elmə və dini inanca söykənən, cürbəcür təşəbbüslərlə çıxış edən, sınaqdan çıxmış bir hərbi institut adlandırdı.
Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr olunmuş sonuncu mərasimdə iştirak etdi
Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr olunmuş sonuncu mərasimdə iştirak etdi
Bu gün (bazar ertəsi) axşam İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin, xalqın müxtəlif təbəqələrini təmsil edən insanların və hökumət rəsmilərindən bir qrupunun iştirakı ilə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr olunmuş sonuncu matəm mərasimi təşkil olundu.
Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsinə həsr olunmuş matəm mərasimində iştirak etdi
Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsinə həsr olunmuş matəm mərasimində iştirak etdi
İslam peyğəmbərinin gülü Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsi İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin, xalqın müxtəlif təbəqələrindən olan insanların və dövlət rəsmilərindən bir qrupunun iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə matəm mərasimi təşkil olundu.
Ali Məqamlı Rəhbər Burundi Respublikasının prezidenti ilə görüşdü
Ali Məqamlı Rəhbər Burundi Respublikasının prezidenti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Burundi Respublikasının prezidenti və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə İran İslam Respublikasının Afrika ölkələrinə müsbət yanaşdığına toxunaraq vurğuladı: “İran Afrika ölkələrinin inkişafını və onlar arasındakı birliyi müsbət qarşılayır”.
Ali Məqamlı Rəhbər yeni ilin başlanğıcı münasibəti ilə İmam Rza (ə) hərəminin zəvvarları və qonşuluqda yaşayan əhali qarşısında çıxış etdi
Ali Məqamlı Rəhbər yeni ilin başlanğıcı münasibəti ilə İmam Rza (ə) hərəminin zəvvarları və qonşuluqda yaşayan əhali qarşısında çıxış etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün – 1392-ci ilin ilk günü günortadan sonra Həzrət Əli ibn Rza Musanın (ə) müqəddəs hərəmini ziyarətə gəlmiş zəvvarlardan və hərəmin qonşuluğunda yaşayan əhalidən ibarət izdihamlı və emosional kütlə qarşısında çıxış etdi. Ali Məqamlı Rəhbər öz mühüm çıxışı zamanı İran xalqının 1391-ci ildə bədxahların yaratdığı əməli maneələrə, apardıqları genişmiqyaslı və hərtərəfli təbliğata baxmayaraq, qazandığı böyük və fundamental nailiyyətləri dəyərləndirdi.
Ali Məqamlı Rəhbər yeni ilin təhvil olması münasibəti ilə xalqa müraciət etdi
Ali Məqamlı Rəhbər yeni ilin təhvil olması münasibəti ilə xalqa müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 1392-ci ilin başlaması münasibəti ilə xalqa ünvanladığı müraciətdə ötən il İran xalqının bütün sferalarda, özəlliklə də imperialist dünyası ilə siyasi və iqtisadi mübarizədə nail olduğu irəliləyişə toxunaraq qeyd edir ki, qarşıdan gələn 1392-ci il inkişaf, dinamizm və təcrübə ilə, iqtisadiyyat və siyasət arenalarında İran xalqının cihad əzmli hərəkatı ilə müşayiət olunan ümidverici perspektivlərlə dolu bir il olacaq. O vurğulayır: “Məhz bu baxımdan da 1392-ci ili “İqtisadiyyat və siyasət arenasında qəhrəmanlıq ili” adlandırıram”.
Ali Məqamlı Rəhbər Novruz bayramı və İran İslam Respublikasının yaranması günü münasibəti ilə bir qrup məhkumu əfv etdi
Ali Məqamlı Rəhbər Novruz bayramı və İran İslam Respublikasının yaranması günü münasibəti ilə bir qrup məhkumu əfv etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei qarşıdan gələn Novruz bayramı və 12 fərvərdin – İran İslam Respublikasının yaranması günü münasibəti ilə ümumi və inqilab məhkəmələri, İqtisad Məhkəməsi və Hərbi Tribunal tərəfindən mühakimə edilmiş 1059 məhkumun cəzasının əfvi, yaxud yüngülləşdirilməsi təklifini müsbət cavablandırdı.
Ali Məqamlı Rəhbər Novruz səfərlərinin və xidmətlərinin təşkilinə cavabdeh olan rəsmilərlə görüşdü
Ali Məqamlı Rəhbər Novruz səfərlərinin və xidmətlərinin təşkilinə cavabdeh olan rəsmilərlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Novruz səfərləri və xidmətlərinin təşkilinə cavabdeh olan rəsmilərdən bir qrupu ilə bu gün (şənbə günü) günorta baş tutan görüşündə Novruz səfərləri ilə bağlı işləri həyata keçirən müxtəlif struktur və təşkilatların əməkdaşlarına böyük təşəkkürünü bildirərək vurğuladı: “Bütün rəsmi strukturlar çalışmalıdırlar ki, Novruz səfərləri zamanı yollarda qəza hadisələrinin sayı, mümkün qədər, minimuma endirilsin”.

Seçilmiş ünvanlar