Xəbərlər
Ali Məqamlı Rəhbər cənab Rəcəbəli Tahirinin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ixtisasca mühəndis olmuş cənab Rəcəbəli Tahirinin vəfatı ilə əlaqədar rəsmi başsağlığı müraciəti etdi.
Ali Məqamlı Rəhbər möhtəşəm həcc toplumuna müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei möhtəşəm həcc toplumuna ünvanladığı müraciətdə qeyd edir ki, həcc mövsümünün yetişməsi İslam ümməti üçün böyük bir bayram, İslam dünyasının zəif cəhətlərinə əlac etmək üçün möcüzəvi bir fürsətdir.
Ali Məqamlı Rəhbər ölkənin gənc elm xadimləri ilə görüşdü
Bu gün səhər ölkənin mindən çox gənc elm xadimi İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşərək 2 saata yaxın müddət ərzində öz rəy və görüşlərini, müxtəlif problemlərlə bağlı narahatlıqlarını bölüşdülər. Onlar həmçinin Ali Məqamlı Rəhbərin İranın inkişaf, tərəqqi və quruculuğa nail olmasında əsas rola malik faktor kimi, ölkə elminin daxildən qaynaqlanan, sürətli inkişafının zəruri aspektləri və incəlikləri barədə dəyərli fikirləri ilə tanış oldular.
Ali Məqamlı Rəhbər Asiya Çempionatında qazandığı qələbəyə görə İranın voleybol üzrə milli yığmasına təşəkkürünü bildirdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İranın voleybol üzrə milli yığmasına Asiya Çempionatında qazandığı qələbəyə görə təşəkkür müraciəti etdi.
Ali Məqamlı Rəhbər hərbi akademiyaların buraxılış mərasimində iştirak etdi
Bu gün (şənbə günü) səhər Şəhid Setari adına Aviasiya Akademiyasında Ali Baş Komandan Həzrət Ayətullah Xameneinin iştirakı ilə İran İslam Respublikası Ordusunun hərbi akademiyalarının birgə buraxılış mərasimi keçirildi.
Ali Məqamlı Rəhbər Höccətül-İslam Şeyx Mustafa Rəhnümanın vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mücahid ruhani Höccətül-İslam Şeyx Mustafa Rəhnümanın vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi.
Ali Məqamlı Rəhbər yeni təyinat haqqında sərəncam imzaladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Höccətül-İslam vəl-muslimin Hacı Seyid Məhəmmədmehdi Hüseyni Həmədaninin vəli-fəqihin Əlborz ostanındakı nümayəndəsi və Kərəc şəhərinin imam-cüməsi təyin olunması haqqında sərəncam imzaladı.
Ali Məqamlı Rəhbər yoxsul şagirdlərə 250 milyon rial hədiyyə etdi
Nəcib İran xalqının orta məktəblərdə təhsil alan yoxsul şagirdlərə yardımlar toplamaqla ölkədə Sevgi və mərhəmət bayramını qeyd etdiyi bu günlərdə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei də 250 milyon rial məbləğində pul yardımı ilə bu xeyir işə qatıldı.
Ali Məqamlı Rəhbər Şəhid və Veteranlar Günü münasibətilə şəhid ailələrinə və veteranlara müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkədə qeyd olunan Müqəddəs Müdafiə həftəsi, habelə Şəhid və Veteranlar Günü münasibətilə şəhid ailələrinə və müharibə veteranlarına bu gün (cümə axşamı) günortadan sonra ünvanladığı müraciətdə aşağıdakıları vurğulayır: “İran xalqı şəhidlərinin fədakarlığı, veteranlarının səbri və mətinliyi, habelə onların ailə üzvlərinin böyüklüyü və dözümlülüyü sayəsində izzət və qürurun zirvəsinə yetişməyə müvəffəq olmuşdur”.
Ali Məqamlı Rəhbər ölkə başçısı Dr. Həsən Ruhani ilə görüşdü
BMT-nin Baş Assambleyasının Nyu-Yorkda açılacaq yeni sessiyasına qatılmağa hazırlaşan Höccətül-İslam vəl-muslimin Dr. Həsən Ruhani İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü.
Ali Məqamlı Rəhbər dünya çempionatında qazandığı qələbəyə görə İranın sərbəst güləş üzrə milli komandasına təşəkkür etdi
Sərbəst güləş üzrə Macarıstanda keçirilən dünya çempionatında İranın milli yığmasının birincilik əldə etməsinin ardınca İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei komandanın idmançılarına rəsmi təşəkkür müraciəti etdi.
Ali Məqamlı Rəhbər yeni təyinat haqqında sərəncam imzaladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Höccətül-İslam vəl-muslimin Seyid Məhəmmədəli Şəhidi Məhəllatinin vəli-fəqihin Şəhid və Veteranlar Fondundakı nümayəndəsi təyin olunması haqqında sərəncam imzaladı.
Ali Məqamlı Rəhbər İslam İnqilabı Keşikçiləri Korpusunun komandanları və sıravi heyəti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunun komandanları, qocaman zabitləri və sıravi heyəti ilə bu gün (çərşənbə axşamı) səhər keçirdiyi görüşdə qeyd etdi ki, korpusun parlaq keçmişi xalqın nə qədər böyük şəxsiyyətə malik olmasının və uğurlu təcrübələrinin göstəricisidir.
Ali Məqamlı Rəhbər Qurumun Mənafeyini Müəyyənləşdirən Şuraya yeni üzv təyin etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Dr. Səid Cəlilinin Qurumun Mənafeyini Müəyyənləşdirən Şuraya üzv təyin olunması barədə sərəncam imzaladı.
Ali Məqamlı Rəhbər yeni təyinat haqqında sərəncam imzaladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Konstitusiyanın 176-cı maddəsinin icrasına müvafiq olaraq, cənab Əli Şəmxaninin Ali Milli Təhlükəsizlik Şurasında 3 il müddətinə öz nümayəndəsi təyin olunması haqqında sərəncam imzaladı.
Ali Məqamlı Rəhbər ölkə üzrə həcc ziyarətinin təşkilinə cavabdeh olan rəsmilərlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei builki həcc ziyarətinin təşkilinə ölkə üzrə cavabdeh olan rəsmi şəxslərlə bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə həcc ziyarətinin müsəlman toplumuna siyasi, mədəni və mənəvi cəhətdən güc-qüdrət qazandırdığını bildirdi.
Ali Məqamlı Rəhbər Höccətül-İslam vəl-muslimin Rəhimiyanı müqəddəs Cəmkəran məscidinin rəhbəri təyin etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Höccətül-İslam vəl-muslimin Hacı Şeyx Məhəmmədhəsən Rəhimiyanın müqəddəs Cəmkəran məsidinin rəhbəri təyin olunması haqqında sərəncam verdi.
