Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Ali Məqamlı Rəhbər Ordunun Hava Qüvvələrinin komandanları ilə görüşdü
Ali Məqamlı Rəhbər Ordunun Hava Qüvvələrinin komandanları ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) səhər İmam Xomeyni (r.ə) adına hüseyniyədə İran İslam Respublikası Ordusunun Hava Qüvvələrinin yüksək rütbəli rəsmiləri, zabit-komandan heyəti ilə görüşdü. Görüş zamanı çıxış edən Ali Baş Komandan bildirdi ki, Ordunun Hava Qüvvələrinin 1357-ci il 19 bəhmən günü (1979-cu il 8 fevral) avanqardlıq edərək cəsarətlə atdığı addımdan alınan ən mühüm dərs təşəbbüskarlığın, vaxtında hərəkətə keçməyin, gələcəyə ümidlə baxaraq irəliyə getməyin verə biləcəyi effektin dərk olunmasıdır.
Ayətullah Xameneinin imamətliyi ilə Tehranda cümə namazı qılındı
Ayətullah Xameneinin imamətliyi ilə Tehranda cümə namazı qılındı
İslam İnqilabının qələbəsinin 33-cü ildönümü ərəfəsində, Fəcr ongünlüyünün yaşandığı bu günlərdə Ali Məqamlı Rəhbər Həzrət Ayətullah Xameneinin imamətliyi ilə Tehranda möhtəşəm izdihamlı cümə namazı qılındı. Namazın xütbələrində İslam İnqilabının qazandığı nailiyyətləri, ölkədaxili məsələləri, düşmənlərin təhdidlərini, regionda və beynəlxalq arenadakı vəziyyəti ətraflı təhlil edən Həzrət Ayətullah Xamenei parlamentin 9-cu çağırışına seçkilərlə bağlı məqamlara da toxundu.
Fələstin İslam Cihadı Təşkilatının baş katibi ilə görüş
Fələstin İslam Cihadı Təşkilatının baş katibi ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Fələstin İslam Cihadı Təşkilatının baş katibi cənab Ramazan Abdullah və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (çərşənbə axşamı) günortadan sonra baş tutan görüşündə qeyd etdi ki, ötən bir il ərzində baş verən dəyişiklikləri və islami oyanışı nəzərə almaqla dünyanın hazırkı reallığını Qərbin günü-gündən artan zəifliyi, İslam dünyasının isə qüdrətlənməsi kimi dəyərləndirmək olar.
Ali Məqamlı Rəhbər İmam Xomeyninin (r.ə) məqbərəsini ziyarət etdi
Ali Məqamlı Rəhbər İmam Xomeyninin (r.ə) məqbərəsini ziyarət etdi
İslam İnqilabının Fəcr ongünlüyü, İmam Xomeyninin (r.ə) öz müsəlman vətəninə tarixi qayıdışının ildönümü ərəfəsində – bu gün (çərşənbə axşamı) səhər mərhum imamın müqəddəs məqbərəsini ziyarət edən Ali Məqamlı Rəhbər “Fatihə” oxuyaraq İran İslam Respublikasının banisinin xatirəsini ehtiramla yad etdi.
Ali Məqamlı Rəhbər gənc alim Əhmədi Rouşənin şəhadəti ilə əlaqədar başsağlığı müraciəti etdi
Ali Məqamlı Rəhbər gənc alim Əhmədi Rouşənin şəhadəti ilə əlaqədar başsağlığı müraciəti etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei gənc və görkəmli alim Əhmədi Rouşənin terror nəticəsində şəhid olması ilə əlaqədar etdiyi başsağlığı müraciətində mühüm məqamlara toxundu. Müraciətində: “İmperialist blokunun bütün səylərinə rəğmən, böyük İran xalqı öz inkişaf yolunu güclü iradə və qüdrətlə davam etdirir” – deyən Ali Məqamlı Rəhbər bu cinayətin arxasında gizlənən qüvvələrin və onu törədən cinayətkarların cəzasız qalmayacaqlarını vurğuladı.
Ali Məqamlı Rəhbər Qum əhalisi ilə görüşdü
Ali Məqamlı Rəhbər Qum əhalisi ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər Qum şəhərində müxtəlif təbəqələri təmsil edən minlərlə insanla, ruhani alim və tələbələrlə görüşdü. Öz mühüm çıxışında Qumun 19 dey hadisəsini dünyadakı yeni dəyişikliklərin tarixinin başlanğıcı adlandıran Ali Məqamlı Rəhbər İslam dövlətinin ardıcıl olaraq qazandığı uğurlarda səbir və bəsirətin roluna toxundu.
Ali Məqamlı Rəhbər 3-cü strateji ideyalar konfransında iştirak etdi
Ali Məqamlı Rəhbər 3-cü strateji ideyalar konfransında iştirak etdi
Bu gün (çərşənbə günü) axşam yüzlərlə müətəfəkkir, tədqiqatçı, elmi əsər müəllifi, universitet və teoloji mərkəz müəllimi İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə birgə İslam Respublikasında keçirilən sayca 3-cü strateji ideyalar konfransında iştirak edərək “Qadın və ailə” mövzusunda fikir mübadiləsi apardılar, problemin müxtəlif aspektlərini araşdırdılar.
Ali Məqamlı Rəhbər “Qadın və ailə” mövzusuna həsr edilmiş 3-cü strateji ideyalar konfransında iştirak etdi
Ali Məqamlı Rəhbər “Qadın və ailə” mövzusuna həsr edilmiş 3-cü strateji ideyalar konfransında iştirak etdi
Bu gün (çərşənbə günü) axşam yüzlərlə alim, tədqiqatçı, elmi əsər müəllifi, universitet və teoloji mərkəz müəllimi İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə birgə İslam Respublikasında keçirilən 3-cü strateji ideyalar konfransında bir araya gələrək “Qadın və ailə” mövzusunun müxtəlif aspektlərini araşdırdı.
Ali Məqamlı Rəhbər səfirlər və XİN-in rəsmiləri ilə görüşdü
Ali Məqamlı Rəhbər səfirlər və XİN-in rəsmiləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) səhər Xarici İşlər Naziri, XİN-in yüksək vəzifəli rəsmiləri və İİR-in müxtəlif ölkələrdəki səfirləri ilə görüşdü. Görüş zamanı o qeyd etdi ki, regiondakı islami oyanış və Qərb ölkələrində baş verənlər daha öncə rast gəlinməmiş, olduqca mühüm proseslərdir.
Ali Məqamlı Rəhbər həcc ziyarətinin ölkə üzrə təşkilatçı rəsmiləri ilə görüşdü
Ali Məqamlı Rəhbər həcc ziyarətinin ölkə üzrə təşkilatçı rəsmiləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) günorta cari ilin həcc ziyarətinə ölkə üzrə təşkilatçılıq etmiş məsul şəxslərlə görüşdü. Həcci “böyük bir şans, Allahın lütfü və neməti” adlandıran Ali Məqamlı Rəhbər dedi: “Bu böyük ilahi nemətin mükəmməl surətdə şükürü bu misilsiz fürsətin qədrini bilməkdə, ondan maksimum yararlanmaqdadır.
Ali Məqamlı Rəhbər 9 Dey Təşəbbüs Mərkəzinin üzvləri ilə görüşdü
Ali Məqamlı Rəhbər 9 Dey Təşəbbüs Mərkəzinin üzvləri ilə görüşdü
Bu gün (bazar ertəsi) səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 9 deyin tarixi bir gün kimi qeyd olunması məqsədilə yaradılmış təşəbbüs mərkəzinin üzvləri ilə görüşdü. Görüş zamanı Ali Məqamlı Rəhbər qeyd etdi ki, Uca Yaradanın iradəsi, Allahın dəstək və yardımına inam İran xalqını müxtəlif siyasi-ictimai meydanlarda iştiraka istiqamətləndirən başlıca amil olmuşdur.
Ali Məqamlı Rəhbər İmam Hüseyn (ə) müsibətinə həsr olunmuş 6-cı matəm gecəsində iştirak etdi
Ali Məqamlı Rəhbər İmam Hüseyn (ə) müsibətinə həsr olunmuş 6-cı matəm gecəsində iştirak etdi
Bu gecə (cümə axşamı gecəsi) Həzrət Əba Əbdillah Hüseynin (ə) minlərlə aşiqinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə o həzrətin faciəsinə həsr edilmiş 6-cı matəm mərasimi keçirildi. Şənbə günü – məhərrəm ayının 7-dən başlamış mərasim sonuncu gecə Höccətül-İslam vəl-muslimin Sədiqinin çıxışı, Hacı Mehdi Səmavati və Hacı Mehdi Sələhşurun Əhli-Beytə (ə) həsr olunan mədhiyyələri ilə davam edərək başa çatdı.

Seçilmiş ünvanlar