
Xəbərlər


Ölkə zəhmətkeşləri ilə görüş
Bu gün İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin müxtəlif müəssisələrində çalışan minlərlə zəhmətkeşlə görüşdü. Görüşdə inkişaf və tərəqqinin iki amildən: elm və elmi biliklərə əsaslanan istehsalatdan asılı olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei İran İslam Respublikasının əldə etdiyi diqqətəlayiq nailiyyətlərə, ölkənin malik olduğu fövqəladə insan potensialına, təbii və elmi resurslara da toxunaraq təkidlə vurğuladı: “Tarixdən bizə yadigar qalmış nöqsanları, geridə qaldığımız məqamları aradan qaldırmaq üçün hazırkından qat-qat artıq təşəbbüs və əzm göstərməyə, ölkənin zəngin resurslarının hərəkətə gətirilməsi üçün daha sürətli templə çalışmağa ehtiyac var. Daha artıq əzm və təşəbbüskarlıq isə sözlər, tərif və alqışlarla ərsəyə gəlmir. Bunun üçün, sözün əsl mənasında, qollarını çırmalayıb əmək və təşəbbüs meydanına atılmaq lazımdır”.

Ölkənin Hüquq Mühafizə Qüvvələrinin komandanlığı və şəxsi heyəti ilə görüş
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Daxili İşlər naziri, Silahlı Qüvvələrin Ali Baş Komandanının Polis Qüvvələrindəki müavini, Polis Qüvvələrinin Komandanı, habelə bu güc strukturunun komandirləri və şəxsi heyətindən bir qrupu ilə görüşdü. İslam İnqilabının Rəhbəri ölkənin Silahlı Qüvvələri arasında Polis Qüvvələrinin öhdəsinə olduqca müstəsna, ağır və eyni zamanda həssas bir vəzifənin düşdüyünü qeyd edərək təkidlə vurğuladı: “Polis Qüvvələri öz güc və qüdrətini qoruyub-saxlamaqla yanaşı, xalqa qarşı səmimi və mehriban olmalıdırlar. Heç bir halda bu mühüm xüsusiyyətlər bir-birindən ayrılmamalıdır”.

Ölkənin səhiyyə ocaqlarında çalışan yüzlərlə tibb bacısı ilə görüş
Bu gün İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin səhiyyə ocaqlarında çalışan yüzlərlə tibb bacısı ilə görüşdü. İslam İnqilabının Rəhbəri tibb bacılarının xəstə insanların fiziki və psixoloji sağlamlığında oynadığı rolu yüksək qiymətləndirdiyini bildirdi. Həzrət Ayətullah Xamenei Həzrət Zeynəbin (s.ə) tarix boyu bütün bəşəriyyətə, İslam İnqilabının müxtəlif mərhələlərində isə İran xalqına örnək olduğunu deyərək təkidlə vurğuladı: “İran xalqının malik olduğu güc və optimizmin başlıca amili onun mənəviyyatındakı Allaha iman hissidir. İnşaallah, Uca Yaradanın lütfü ilə bu xalq bütün sahələr üzrə irəli gedəcək, özünün gündən-günə artan imanı və uzaqgörənliyi sayəsində bütün təhdidlərə və məkrli planlara qələbə çalacaq”.

Dövlət administrasiyasının başlıca siyasət istiqamətləri elan olundu
İİR-nın Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Qurumun Mənafeyini Müəyyənləşdirən Şura ilə məsləhətləşmələrdən sonra dövlət administrasiyasının başlıca siyasi strategiyaların istiqamətlərini açıqlayaraq qeyd etdi ki, aidiyyəti olan rəsmi şəxslər bu siyasi strategiyaların əməli surətdə həyata keçirilməsi üçün konkret vaxt bölgüsü aparmalı, habelə görülən işlər barədə periodik olaraq məlumat verməlidirlər.

Ali Məqamlı Rəhbərin Nüvədən Beynəlxalq Tərksilah Konfransına müraciəti
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei Tehranda baş tutan Beynəlxalq Nüvədən Tərksilah Konfransına müraciət ünvanladı.

Keşikçi Korpusun və ordunun komandirləri, hərbi və polis qüvvələrinin yüksək rütbəli zabitləri ilə görüş
Bu gün İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Silahlı Qüvvələrin Baş Qərargahının sədri, Keşikçi Korpusun və ordunun baş komandirləri, habelə hərbi və polis qüvvələrinin bir qrup yüksək rütbəli komandirləri ilə görüşdü. Ali Məqamlı Rəhbər Silahlı Qüvvələri xalqı və dövləti mühafizə edən “qala divarları” adlandıraraq, həmçinin onların daim möhkəm və ayıq-sayıq olmasının vacibliyinə toxunaraq təkidlə vurğuladı: “Hər bir dövlətin və xalqın həqiqi möhkəmliyi Uca Yaradana arxalanmaqda, müdriklikdə, özünəinam hissində, mübarizə və müqavimət bacarığına inanmaqda və müqavimət gücünü artırmaqdadır”.

İslam İnqilabı Mənzil İnşaat Fondunun təsis edilməsinin 31-ci ildönümü ərəfəsində Ali Məqamlı Rəhbər fonda maliyyə yardımı göstərdi
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei imam Xomeyninin (r.ə) sərəncamı əsasında təsis edilmiş İslam İnqilabı Mənzil İnşaat Fondunun 31-ci ildönümü ərəfəsində ehtiyacı olan əhali üçün mənzil tikintisinə yardım məqsədilə imam Xomeyni (r.ə) adına 100 saylı hesaba 200 milyon riyal məbləğində pul köçürdü.

Bir qrup dövlət rəsmisi, görkəmli elm və siyasət adamı ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bir qrup dövlət rəsmisi, görkəmli elm və siyasət adamları ilə görüşdə ölkənin mövcud problemlərinin prinsipial və ikinci dərəcəli məsələlər olmaq üzrə iki yerə bölünməli olduğunu vurğulayaraq dedi: “Ölkə rəsmiləri, vəzifəli şəxslər bütün diqqətlərini müxtəlif sahələr üzrə dövlətin prinsipial hədəflərinin həyata keçirilməsi, xalqa xidmət üzərində cəmləməlidirlər”.

Hökumət nümayəndələri, İslami Şura Məclisinin rəhbər heyəti və ölkə rəsmiləri ilə görüş
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra hökumət nümayəndələri, İslami Şura Məclisinin rəhbər heyəti və məclisin ayrı-ayrı komitələrinin rəhbərləri, yüksək vəzifəli ədliyyə işçiləri, Keşikçi Şuranın katibi və şuranın hüquqşünas üzvləri ilə görüşdü. Görüşdə Ali Məqamlı Rəhbər ölkənin tərəqqi və yüksəliş yolundakı hərəkətində dövlət məsullarının çiyin-çiyinə, birgə fəaliyyət göstərməsinin vacibliyini təkidlə vurğulayaraq dedi: “Rəsmilər ölkənin saysız-hesabsız, misilsiz maddi-mənəvi resurslarını öyrənib müxtəlif sahələrdə onlardan düzgün istifadə etməli, “20 illik perspektiv plan”ın qarşıya qoyduğu məqsədlərə, habelə bundan da yüksək zirvələrə çatmaq uğrunda daha çox təşəbbüs göstərib işləməli, bütün güc və bacarıqlarını səfərbər etməlidirlər”.

Ali Məqamlı Rəhbər “Dəşti-Abbas” hərbi əməliyyat zonasında – “Fəthül-mubin” əməliyyatının yad edildiyi yerdə oldu
Bu gün günorta İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei “Dəşti-Abbas” hərbi əməliyyat zonasında ‒ unudulmaz və iftixar doğuran “Fəthül-mubin” hərbi əməliyyatının yad edildiyi yerdə oldu, bununla da 1361-ci ildə qalibiyyətlə yerinə yetirilmiş bu uğurlu əməliyyatda cəsur İslam əsgərlərinin göstərdiyi rəşadət və qəhrəmanlığın xatirəsini ehtiramla yad etdi. Ali Məqamlı Rəhbər Uca Yaradandan əməliyyat zamanı şəhid olmuş əziz döyüşçülərin ruhlarına ən ali dərəcələri nəsib etməsini dilədi.

Ali Məqamlı Rəhbər ölkənin avtomobil sənayesinin imkanlarını nümayiş etdirən sərgiyə baxış keçirdi
Bu gün səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei böyük sənaye mərkəzlərindən birində oldu və ölkənin istehsal potensialının bir hissəsinin, xüsusilə də avtomobilqayırma və milli mühərrik istehsalı sahələrinin işi ilə yaxından tanış oldu.

Ümumdünya Novruz mərasimində iştirak etməyə gəlmiş ölkə başçıları və xarici ölkə nümayəndələri ilə görüş
Tehranda baş tutmuş Ümumdünya Novruz mərasiminə qatılan xarici ölkə prezidentləri və nümayəndələri bu gün günortadan sonra İranın dövlət başçısı cənab Mahmud Əhmədi Nejadla birgə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşmüşlər.

İmam Rzanın müqəddəs hərəminin zəvvarları və hərəmin yaxınlığında yaşayan əhali ilə izdihamlı görüş
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei baharın və yeni ilin ilk günündə – bu gün günortadan sonra səkkizinci imam Həzrət Əli ibn Musa Rzanın (ə) müqəddəs hərəmini ziyarətə gələnlər və hərəmin yaxınlığında yaşayan əhali ilə izdihamlı görüş keçirdi. Ali Məqamlı Rəhbər yeni ilin şüarının – yəni “Daha da artıq təşəbbüs və zəhmət” şüarının reallaşmalı olduğu müxtəlif sahələr barədə ətraflı danışdı, həmçinin “Ədalət və tərəqqi” onilliyinin zəruri tələb və amillərini bir daha açıqladı. O, İran xalqının seçkinin ardınca baş vermiş hadisələrə və düşmənin səylərinə qarşı nümayiş etdirdiyi birlik və həmrəyliyi yüksək qiymətləndirərək təkidlə vurğuladı: “Allahın mərhəmət və fəziləti sayəsində bundan sonra da xalqımızın və ölkəmizin alın yazısı qələbə və tərəqqi, düşmənlərin alın yazısı isə məğlubiyyət və geriləmə olacaq!”

Yeni ilin təhvil olması münasibətilə İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xameneinin müraciəti
Mübarək Novruz bayramı və yeni ilin gəlişi ‒ baharın başlanğıcı və təbiətin oyanışı münasibətilə geniş və sevimli diyarımızın dörd bir yanında yaşayan əziz həmvətənlərimizi, habelə dünyanın istənilən nöqtəsində olan, arzu və həsrət gözünü doğma vətənə dikmiş iranlıları, xüsusilə də ölkəmizin və İslam İnqilabının uca amalları uğrunda böyük fədakarlıqlar etmiş, canını, gənc övladlarını bu əzəmətli inqilabın uğrunda, ölkəmizin vüqarı naminə qurban vermiş qardaş və bacılarımızı, əziz şəhidlərimizin, əlil və veteranlarımızın ailə üzvlərini, ölkəmizin və dövlətimizin başıucalığı uğrunda çalışıb zəhmət çəkən bütün fədakar insanları səmimi-qəlbdən təbrik edirəm.

Briqada generalı Məhəmməd Pakpur İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunlarının komandanı təyin edildi
İİR-nın Ali Məqamlı Rəhbəri, Ali Baş Komandan Həzrət Ayətullah Xamenei verdiyi fərmanla keşikçi briqada generalı Məhəmməd Pakpuru İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunlarının komandanı vəzifəsinə təyin etdi.

Ali Məqamlı Rəhbər İmdad Komitəsinin himayəsi altında olan insanlara 200 milyon riyal məbləğində yardım etdi
Ölkədə qeyd edilən Xeyirxahlıq Günü ərəfəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei imam Xomeyni (r.ə) adına İmdad Komitəsinin himayəsi altında olan insanlara və ehtiyaclı ailələrə kömək məqsədilə komitəyə 200 milyon riyal məbləğində maliyyə yardımı etdi.

“Təbii resurslar” həftəsində ağacəkmə mərasimi
Bu gün günorta İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei “Təbii resurslar” həftəsi münasibətilə iki ting əkdi. Mərasimdə Əkinçilik Cihadı naziri, Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri və Tehran şəhərinin meri də iştirak etdilər.

Dövlət rəsmiləri və xalqın müxtəlif təbəqələrinin nümayəndələri ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei sonuncu peyğəmbər, nur, ədalət və rəhmət elçisi Həzrət Muhəmməd Mustafanın (s) mübarək doğum günü, habelə Peyğəmbər ailəsinin “sadiq”i – imam Cəfər Sadiqin (ə) təvəllüdü münasibətilə hökumət rəsmiləri və xalqın müxtəlif təbəqələrinin nümayəndələri ilə görüşdü. İslam İnqilabının Rəhbəri çıxışında İslam həqiqətlərinin öyrənilməsini və sonuncu Peyğəmbərin (s) təlimlərinə əməl olunmasını İslam ümmətinin başlıca və təxirəsalınmaz ehtiyacı adlandırdı. O qeyd etdi: “Müxtəlif müsəlman məzhəblərinin tərəfdarlarının bir yumruqda birləşməsi İslam dünyasının problemlərini həll edəcək, onu inkişaf və yüksəlişə doğru aparacaq yeganə amildir”.
