Xəbərlər
Ali Məqamlı Rəhbər Ayətullahül-üzma Qolpayqaninin xatirəsinə həsr edilmiş konfransa müraciət ünvanladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mərhum Ayətullahül-üzma Qolpayqaninin xatirəsinə həsr olunan konfransa ünvanladığı müraciətdə aşağıdakıları vurğuladı: “O böyük alim yüksək şəxsi keyfiyyətlərə sahib idi. Onlardan ən bariz olanı dini məsələlərdə mətinliyi, dinə əsasən seçdiyi mövqelərin üzərində möhkəm durması idi”.
Ali Məqamlı Rəhbər Ayətullah Qazinin xatirəsinə həsr olunmuş konfransa müraciət ünvanladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ayətullah Seyid Əli Qazinin xatirəsinə həsr olunmuş konfransın iştirakçılarına ünvanladığı müraciətdə mərhum Qazinin böyük elmi və əməli xidmətləri olan şəxsiyyətini, mənəvi-irfani məqamlarını yüksək dəyərləndirərək vurğuladı: “Mərhum cənab Qazi dünyadakı ilahi gözəlliklərdən, xeyirlərdən biridir. Böyük dini şəxsiyyətlər arasında onun kimi bir dühanın tayı-bərabərinə, doğrudan da, az-az rast gəlmək mümkündür”.
Ali Məqamlı Rəhbər Ayətullah Məlikhüseyninin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə günü) günortadan sonra mücahid alim, vəli-fəqihin nümayəndəsi, Kohgiluyə və Buyer Əhməd ostanında yaşayan əhalinin Xubriqan Məclisindəki nümayəndəsi Ayətullah Hacı Seyid Kəramətullah Məlikhüseyninin vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi.
Ali Məqamlı Rəhbər tələbə və şagirdlərlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei minlərlə tələbə və şagirdlə bu gün (çərşənbə günü) səhər baş tutan görüşündə mühüm məsələlərə toxundu. O, İran xalqının imperialist Amerika dövlətinə qarşı 60 ildir davam edən irimiqyaslı mübarizəsinin müxtəlif mərhələləri, Amerikanın İslam dövlətinin heyrətamiz maddi-mənəvi uğurları qarşısında silsilə məğlubiyyətləri, siyasi, iqtisadi, hərbi və ideoloji statusunun enməsi haqda ətraflı danışaraq qeyd etdi ki, müqavimət ruhunun və gözüaçıqlığın qorunub saxlanması, Allaha təvəkkül, davamlı şəkildə çalışıb səy göstərmək, rəsmilər arasında birlik və həmrəylik bu ardıcıl mübarizədən alınan ibrət dərsləridir.
Ali Məqamlı Rəhbər əzəmətli həcc toplantısına müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei əzəmətli həcc toplantısına ünvanladığı müraciətdə ilahi sirlərlə dolu bu mərasimin İslam ümmətinin islahı yollarını araşdırmaq, İslam dünyasında baş verən mühüm hadisələr haqda dərindən düşünmək üçün böyük bir fürsət olduğunu qeyd etdi.
Ali Məqamlı Rəhbər avtobusun aşması nəticəsində bir qrup şagird qızın həlak olması ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Borucen rayonunda məktəb avtobusunun aşması nəticəsində bir qrup şagird qızın həlak olması ilə bağlı başsağlığı müraciəti etdi.
Ali Məqamlı Rəhbərlik Baş İdarəsi Şimali Xorasan əhalisini təqdir üçün elamnamə yaydı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Şimali Xorasan vilayətinə 8 günlük səfərinin başa çatması ilə Ali Məqamlı Rəhbərlik Baş İdarəsi vilayətin imanlı və cəsur əhalisinə təşəkkür və qədirdanlıq etmək məqsədilə elamnamə yaydı.
Ali Məqamlı Rəhbər Şimali Xorasan vilayətinə 8 günlük səfərini müqəddəs İmam Rza (ə) hərəminin ziyarəti ilə başa vurdu
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Şimali Xorasan vilayətinə 8 gün davam etmiş səfəri, vilayətin mömin və istiqanlı əhalisinin müxtəlif təbəqələri ilə görüşü bu gün (çərşənbə günü) günortadan sonra Həzrət Əli ibn Musa Rzanın (ə) müqəddəs hərəminin ziyarəti ilə başa çatdı.
Ali Məqamlı Rəhbər nazirlərin iştirakı ilə Şimali Xorasana həsr olunmuş iclas keçirdi
Ali Məqamlı Rəhbərin Şimali Xorasan vilayətinə səfərinin sonuncu – 7-ci günündə Nazilər Kabinetinin üzvləri Bocnurdda xüsusi iclas keçirdikdən sonra bu gün (çərşənbə günü) günorta Həzrət Ayətullah Xamenei ilə görüşərək vilayət əhalisinin problemlərinin həlli, vilayətin inkişaf tempinin sürətləndirilməsi istiqamətində qəbul etdikləri qərarları ona təqdim etdilər.
Ali Məqamlı Rəhbər Bocnurdun “Şəhidlər gülzarı”nı və imamzadə Seyid Abbas ibn Musa (ə) ziyarətgahını ziyarət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gecə (çərşənbə axşamı) Bocnurdun “Şəhidlər gülzarı”nı ziyarət etdi.
Ali Məqamlı Rəhbər Şimali Xorasan əhalisinin müxtəlif təbəqələrinin təmsilçiləri və vilayətin administrasiya rəsmiləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Şimali Xorasan əhalisinin müxtəlif təbəqələrindən seçilmiş nümayəndələr və vilayətin administrasiya rəsmiləri ilə bu gün (çərşənbə axşamı) səhər keçirdiyi görüşdə xalqa təmənnasız xidmətin ölkə rəsmiləri ilə üçün ilahi nemət olduğunu qeyd etdi.
Ali Məqamlı Rəhbər Şimali Xorasan vilayətinin bəsiciləri ilə görüşdü
Şimali Xorasan vilayətinə səfərinin 6-cı günündə – bu gün (bazar ertəsi) günortadan sonra İslam İnqilabının Ali Məqamlı Rəhbəri vilayətin minlərlə bəsicisi ilə görüşdü. Çıxışı əsnasında o vurğuladı: “Bəsic qızıl açardır, Yaradanın İran xalqına hədiyyəsidir. Bu günə qədər o, bir çox düyünləri açdığı kimi, gələcəkdə də ölkənin və cəmiyyətin ehtiyac duyduğu mühüm məsələləri irəli aparacaq”.
Ali Məqamlı Rəhbər Şirvan şəhristanının “Şəhidlər gülzarı”nı ziyarət etdi
Bu gün (bazar ertəsi) səhər Şirvanın “Şəhidlər gülzarı”nı ziyarət edən Ali Məqamlı Rəhbər “Fatihə” oxuyaraq bu məntəqənin şəhidlərinin uca məqamına ehtiramını bildirdi.
Ali Məqamlı Rəhbər on minlərlə Şirvan sakini ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Şirvanın və ətraf məntəqələrin on minlərlə sakini ilə bu gün (bazar ertəsi) səhər izdihamlı bir atmosferdə baş tutan görüşündə İran xalqının düşmənlərinin son 30 ildə düçar olduqları uğursuzluqlara toxunaraq vurğuladı: “Rəsmilər iqtisadi məsələlərdə üç amilə: elmi yanaşmaya, tədbirli planlamaya və siyasətlərin sabit və ardıcıl şəkildə icrasına tam diqqət yetirməlidirlər ki, Allahın fəzli və xalqın sayıqlığı sayəsində, dünyanın hegemon dövlətləri İranla iqtisadi qarşıdurmada da məğlub olsunlar”.
Ali Məqamlı Rəhbər Ayətullah Ənvarinin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri mücahid alim Ayətullah Şeyx Mühyəddin Ənvarinin vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi.
Ali Məqamlı Rəhbər Şimali Xorasan gəncləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Şimali Xorasanda yaşayan minlərlə tələbə və şagirdlə, həmçinin digər gənclərlə bu gün (bazar günü) səhər baş tutan izdihamlı görüşündə qeyd etdi ki, həyat tərzi islami tərəqqinin, yeni İslam sivilizasiyasının formalaşdırılmasının əsas və gerçək aspektidir.
Ali Məqamlı Rəhbər Şimali Xorasanın şəhid ailələri, əlil və veteranları ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Şimali Xorasan vilayətində yaşayan şəhid ailələri, əlil və veteranlarla bu gün (şənbə günü) günortadan sonra keçirdiyi görüşdə qeyd etdi ki, gənc nəslin simasında İslam İnqilabına qoşulan yeni və saysız-hesabsız pöhrələr şəhidlərin qanının bərəkəti sayəsində ortaya çıxmış heyrətamiz bir təzahürdür.
Ali Məqamlı Rəhbər İsfərayen şəhristanının “Şəhidlər gülzarı”nı ziyarət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri bu gün (şənbə günü) səhər İsfərayenin “Şəhidlər gülzarı”nı ziyarət etdi. Şəhid məzarları başında “Fatihə” oxuyan Ali Məqamlı Rəhbər bu məntəqənin şəhidlərinin uca məqamına sonsuz ehtiramını ifadə etdi.
