Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Ali Məqamlı Rəhbər Qətərin əmiri və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdü
Ali Məqamlı Rəhbər Qətərin əmiri və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Qətər dövlətinin əmiri Şeyx Həməd İbn Xəlifə Ali-Sani və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə regionda, xüsusilə də Fars körfəzi regionunda təhlükəsizliyin əhəmiyyətinə toxunaraq vurğuladı: “Fars körfəzi regionunda təhlükəsizliyin əhəmiyyətini təkcə bu və ya digər dövlətə aid etmək olmaz, çünki regionda təhlükəsizliyin bərqərar edilməsi oradakı bütün ölkələrin xeyrinə, pozulması isə hamısının zərərinə olacaq”.
Ali Məqamlı Rəhbər şəhidlər ağası Həzrət Əba-Əbdillah Hüseynə (ə) həsr olunmuş əzadarlıq mərasimində iştirak etdi
Ali Məqamlı Rəhbər şəhidlər ağası Həzrət Əba-Əbdillah Hüseynə (ə) həsr olunmuş əzadarlıq mərasimində iştirak etdi
Aşura gecəsində – Hüseynin (ə), habelə onun ilahi mərifət sahibi olan ixlaslı silahdaşlarının şəhadət gecəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin və xalqın müxtəlif təbəqələrinin nümayəndələrinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Əba-Əbdillah Hüseynə (ə) həsr edilmiş təntənəli əzadarlıq mərasimi keçirildi.
Həcc ziyarətinin təşkilatçıları və məsul rəsmiləri ilə görüş
Həcc ziyarətinin təşkilatçıları və məsul rəsmiləri ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İran İslam Respublikasında həcc ziyarətinin təşkilatçıları və məsul rəsmiləri ilə görüşdə cari ildə mərasimin yaxşı təşkil olunduğunu qeyd edərək dedi: “Keçmişdəki səy və zəhmətlərlə yanaşı, builki həcdə görülən müsbət və faydalı tədbirləri də diqqətə alaraq hər il tətbiq etməyə çalışın”.
Ali Məqamlı Rəhbər “İran-İslam modelli tərəqqi” mövzusunda ilk strateji ideyalar konfransında iştirak etdi
Ali Məqamlı Rəhbər “İran-İslam modelli tərəqqi” mövzusunda ilk strateji ideyalar konfransında iştirak etdi
Həftənin çərşənbə günü, axşam çağı təşkil olunmuş İran İslam Respublikasında ilk strateji ideyalar konfransında İslam İnqilabının Ali Məqamlı Rəhbəri və universitetlərdə, elmi-teoloji mərkəzlərdə fəaliyyət göstərən onlarla mütəfəkkir, professor və mütəxəssis “İran-İslam modelli tərəqqinin əsasları, özəllikləri və müxtəlif aspektləri”ni müzakirə etməyə və araşdırmağa başladılar.
Livanın baş naziri Səd Həriri və onu müşayiət edən nümayəndə heyəti ilə görüş
Livanın baş naziri Səd Həriri və onu müşayiət edən nümayəndə heyəti ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Livanın baş naziri Səd Həriri və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə Livanı “əhəmiyyətli və qəsbkar sionist rejiminə qarşı mübarizədə ön cəbhədə duran ölkə” adlandıraraq bunları vurğuladı: “İran İslam Respublikası Livanı abad, xoşbəxt, nüfuzlu və inkişaf etmiş bir ölkə kimi görmək istəyir”.
İİR Ordusunun Hərbi Dəniz Donanmasının komandanı və komandanlığın müavinləri ilə görüş
İİR Ordusunun Hərbi Dəniz Donanmasının komandanı və komandanlığın müavinləri ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri və Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullah Xamenei bu gün İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Donanmasının komandanı və komandanlığın müavinləri ilə görüşdə bildirdi ki, kadr potensialının gücləndirilməsi, donanmanın şəxsi heyətinə istedadlı kadrların cəlb edilməsi əhval-ruhiyyəsi və irəli sürülən təşəbbüslərin araya-ərsəyə gətirilməsi Hərbi Dəniz Donanmasının gələcəyi üçün vacibdir. O dedi: “Bu mühüm iş güclü iradə, müsbət planlaşdırma, daimi və yeni metodlu idarəçilik sayəsində reallaşa bilər”.
Ali Məqamlı Rəhbər 110 min nəfərə yaxın bəsici ilə görüşdü
Ali Məqamlı Rəhbər 110 min nəfərə yaxın bəsici ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei imamət və dini rəhbərlik bayramı olan mübarək Qədir-Xum bayramında və 5 Azər – İran İslam Respublikasında bəsic qüvvələrinin formalaşdırılmasının ildönümü ərəfəsində 110 min nəfərə yaxın bəsici ilə görüşdü. Ali Məqamlı Rəhbər qeyd etdi ki, əzəmətli bir hadisə olan Qədir-Xum hadisəsinin gerçək mahiyyəti tarixdə imamətin, ədalətli və bütün bəşər cəmiyyətinə səadət bəxş edəcək hökumətin təcəssüm etməsidir. O, bəsicin misilsiz dərəcədə parlaq mahiyyətinə də toxunaraq dedi: “Bəsicilərin varlığını davam etdirməsi, ixlasını, uzaqgörənliyini və mətinliyini gücləndirməsi mömin İran xalqının sonda qəti qələbə qazanacağı barədə verilmiş sadiq ilahi vədin gerçəkləşməsinin simvoludur”.
Ali Məqamlı Rəhbər bir qrup məhkumun əfvinə və cəzasının yüngülləşdirilməsinə razılıq verdi
Ali Məqamlı Rəhbər bir qrup məhkumun əfvinə və cəzasının yüngülləşdirilməsinə razılıq verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Məhkəmə Hakimiyyətinin Sədri Ayətullah Amoli Laricaninin mübarək Qədir-Xum bayramı münasibətilə irəli sürdüyü təklifi müsbət cavablandıraraq ümumi və inqilabi məhkəmələrdə, İqtisadi Cinayətlər Komitəsi və Silahlı Qüvvələrin Ədliyyə Komitəsində mühakimə edilmiş 649 nəfər məhkumun əfvinə, yaxud cəzasının yüngülləşdirilməsinə razılıq verdi.
Ali Məqamlı Rəhbər minlərlə İsfahan sakini ilə görüşdü
Ali Məqamlı Rəhbər minlərlə İsfahan sakini ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei minlərlə İsfahan sakini ilə emosional bir atmosferdə baş tutan izdihamlı görüşdə qeyd etdi ki, İran xalqının müvəffəqiyyətlərinin sirri onun imanında və dini dəyərlərə sadiqliyindədir. Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “İran xalqı bu bərəkətli sədaqətini daha da möhkəmləndirmək sayəsində bütün sferalarda avanqard və qalib olacaqdır. Düşmənin isə həmişə olduğu kimi, arzuları puç olacaq, məyus və ümidsiz bir vəziyyətdə qalacaq!”
Ali Məqamlı Rəhbər əzəmətli həcc toplumuna müraciət etdi
Ali Məqamlı Rəhbər əzəmətli həcc toplumuna müraciət etdi
Vəhdət və qürur rəmzi, təkallahlılıq və mənəviyyat simvolu olan Kəbə həcc mövsümündə dünyanın hər yerindən cəlil Allahın çağırışına cavab verib, “Ləbbeyk!” deyə-deyə İslamın beşiyi olan bu məkana tələsən həsrətli və ümidli qəlbləri qarşılayaraq ev sahibliyi edir. Hal-hazırda İslam ümməti dünyanın dörd bir yanından göndərdiyi, bu məkana gəlib toplaşmış nümayəndələrinin gözü ilə özünün nə qədər genişmiqyaslı və müxtəlif tərkibli olduğunun, təkallahlılıq əqidəsinə əsaslanan bu dinin ardıcıllarının qəlbinə nə qədər dərin imanın hakim kəsildiyinin kiçik bir mənzərəsini müşahidə edə, bu böyük və misilsiz sərvəti lazımınca dərk edə bilər.
Ali Məqamlı Rəhbər minlərlə şagird və tələbə ilə görüşdü
Ali Məqamlı Rəhbər minlərlə şagird və tələbə ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei minlərlə tələbə və şagirdlə bu gün səhər baş tutan izdihamlı görüşdə 13 Abanı “Amerikanın tamahkarlığının, despot şah rejiminin xaricdən asılılığının, gözüaçıqlığa söykənən imanın mətinliyinin, gənc nəslin ictimai-siyasi meydanlarda avanqard sıralarda yer almasının və gənc inqilabçılar nəslinin şücaət və cəsarətinin simvolu” adlandıraraq bunları vurğuladı: “Bu gün İran xalqı hər zaman olduğundan daha qətiyyətli və güclü şəkildə yüksək hədəflərə, səadət zirvələrinə doğru irəliləməkdədir və bu möhtəşəm hərəkatın ön sırasında gənclər durub!”
Ali Məqamlı Rəhbərlik Baş İdarəsi rəsmi müraciətlə Qum şəhərinin sakinlərinə təşəkkür və minnətdarlıq bildirdi
Ali Məqamlı Rəhbərlik Baş İdarəsi rəsmi müraciətlə Qum şəhərinin sakinlərinə təşəkkür və minnətdarlıq bildirdi
Həzrət Ayətullah Xameneinin müqəddəs Qum şəhərinə 10 günlük səfərinin ardınca Ali Məqamlı Rəhbərlik Baş İdarəsi rəsmi müraciətlə şəhərin imanlı, gözüaçıq, istiqanlı və cəsur əhalisinə, habelə böyük mərcə-təqlidlərə, möhtərəm din alimlərinə, dəyərli ruhanilərə, ağıllı və uzaqgörən ruhani tələbələrə dərin təşəkkür və minnətdarlıq edərək ümidvar olduğunu bildirdi ki, Ali Məqamlı Rəhbərin səfər çərçivəsində müxtəlif görüşlər zamanı verdiyi tövsiyə və istiqamətləndirmələr Qum şəhərinin başdan-başa qürur və iftixar salnaməsi olan tarixində yeni bir fəslin başlanğıcı olacaq.
Qum vilayətinin müxtəlif məntəqələrində çalışan vəzifəli şəxslərlə görüş
Qum vilayətinin müxtəlif məntəqələrində çalışan vəzifəli şəxslərlə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Qum vilayətinin müxtəlif məntəqələrində məsul vəzifələrdə çalışan şəxslərlə görüşündə xalqa xidmət etməyi “Tanrının insana nəsib etdiyi müvəffəqiyyət və dəyər” adlandıraraq vurğuladı: “Üstəlik bu xidmət Qum vilayətinin əhalisi kimi imanlı, mücahid, ictimai işlərdə ülvi stimula malik olan və sınaqlardan çıxmış bir camaat üçündürsə, sözsüz ki, ikiqat dəyərə malikdir. Məhz buna görə də vəzifəli şəxslər Qum əhalisinə maksimum səviyyədə xidmət göstərmək və vilayətin problemlərini həll etmək yolunda bütün qüvvələrini səfərbər etməlidirlər”.
Rəhbər Qum Elmi-teoloji Mərkəzinin Ali İdarəetmə Şurasının üzvləri ilə görüş
Rəhbər Qum Elmi-teoloji Mərkəzinin Ali İdarəetmə Şurasının üzvləri ilə görüş
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ötən gecə Qum Elmi-teoloji Mərkəzinin Ali İdarəetmə Şurasının üzvləri ilə görüşündə qeyd etdi ki, Elmi-teoloji Mərkəzin fəaliyyəti üçün vahid təhsil, tədqiqat və təbliğat sisteminin işlənib hazırlanması vacibdir. O, əlavə etdi: “Elmi-teoloji Mərkəzin ciddi ehtiyaclarından biri perspektiv inkişaf planının, strateji fəaliyyət proqramının işlənib hazırlanmasıdır”.

Seçilmiş ünvanlar