
Xəbərlər


Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsinə həsr olunmuş matəm mərasimində iştirak etdi
İslam peyğəmbərinin gülü Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsi İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin, xalqın müxtəlif təbəqələrindən olan insanların və dövlət rəsmilərindən bir qrupunun iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə matəm mərasimi təşkil olundu.

Ali Məqamlı Rəhbər Xanım Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr olunmuş ikinci matəm mərasimində iştirak etdi
İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə İslam peyğəmbərinin sevimli qızı Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr olunmuş ikinci matəm mərasimi təşkil olundu.

Ali Məqamlı Rəhbər Xanım Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr olunmuş ilk matəm mərasimində iştirak etdi
İslam peyğəmbərinin sevimli qızı Həzrət Siddiqeyi-Kübra Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr olunan matəm günlərinin yetişməsi ilə əlaqədar olaraq, İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə ilk əza mərasimi təşkil olundu.

Ali Məqamlı Rəhbər Ağacəkmə günü münasibəti ilə iki ting əkdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkədə qeyd olunan Təbii resurslar həftəsi və Ağacəkmə günü ilə əlaqədar olaraq, bu gün (çərşənbə axşamı) günorta iki ting əkdi.

Ali Məqamlı Rəhbər Ayətullah Xoşvəxtin xatirəsinə matəm mərasimi təşkil etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin təşəbbüsü ilə bu gün (bazar günü) günortadan sonra İmam Xomeyni (r.ə) adına hüseyniyədə Tanrı arifi, əxlaq ustadı Ayətullah Hacı Şeyx Əzizullah Xoşvəxtin xatirəsinə həsr olunan matəm və anım mərasimi keçirildi.

Ali Məqamlı Rəhbər Ayətullah Xoşvəxtə cənazə namazı qıldı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə günü) səhər Tehran Universitetində rəbbani alim, Allaha doğru mənəvi yüksəliş yolunun yolçusu Ayətullah Hacı Şeyx Əzizullah Xoşvəxtin (Allah ona Behişti nəsib etsin!) cənazə mərasimində iştirak etdi.
Ali Məqamlı Rəhbər Ayətullah Tehraninin xatirəsinə matəm mərasimi təşkil etdi
Bu gün səhər İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin təşəbbüsü və iştirakı ilə ruhani alim, əxlaq ustadı Ayətullah Hacıağa Müctəba Tehraninin xatirəsinə anım və matəm mərasimi keçirildi.

Ali Məqamlı Rəhbər İmam Hüseynə (ə) həsr olunmuş ərbəin mərasimində iştirak etdi
Bu gün səhər – şəhidlər ağası Əba Əbdillah Hüseynin (ə), o həzrətin səhabə və dostlarının şəhadətinin 40-cı (ərbəin) günündə İmam Xomeyni (r.ə) adına hüseyniyə İmam Hüseynə (ə) əzadarlıq etmək üçün toplaşmış tələbə kollektivlərinə ev sahibliyi etdi.

Ali Məqamlı Rəhbər Ayətullah Tehraninin dəfn mərasimində iştirak edərək mərhuma cənazə namazı qıldı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər ruhani alim, əxlaq müəllimi Ayətullah Hacıağa Müctəba Tehraninin dəfn mərasimində iştirak etdi.
Tehrandakı Şəhid Mütəhhəri adına ali mədrəsədə qədirbilən xalqın, üçlü hakimiyyət qüvvələrinin başçılarının, ölkə və ordu rəsmilərinin iştirakı ilə, emosiyalarla dolu izdihamlı bir atmosferdə keçən mərasim zamanı Ali Məqamlı Rəhbər o aliqədr alimin cənazəsinə meyit namazı qıldı.

Ali Məqamlı Rəhbər İmam Hüseynə (ə) həsr olunmuş 5-ci matəm gecəsində iştirak etdi
Bu gecə (bazar ertəsi) İmam Xomeyni (r.ə) adına hüseyniyədə Hüseyn aşiqi olan minlərlə əzadarın iştirakı ilə Həzrət Əba-Əbdillah Hüseynə (ə) həsr olunmuş 5-ci matəm gecəsi keçirildi.
Ali Məqamlı Rəhbər “Şam-e qəriban” gecəsi təşkil olunan matəm mərasimində iştirak etdi
Bu gecə (bazar günü) – Həzrət Əba-Əbdillah Hüseynin (ə) “Şam-e qəriban” gecəsində İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbərinin iştirakı ilə Kərbəla ağasına və onun vəfalı silahdaşlarına həsr olunan matəm mərasimi keçirildi.
Ali Məqamlı Rəhbər Aşura gecəsi keçirilən matəm mərasimində iştirak etdi
Bu gecə (şənbə) – şəhidlər ağası Həzrət Əba-Əbdillah Hüseynin (ə) Aşura gecəsində İslam İnqilabının Ali Məqamlı Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə matəm mərasimi təşkil olundu.
Həzrət Əba-Əbdillah Hüseynə (ə) həsr olunan ikinci matəm gecəsi keçirildi
Tasua gecəsi İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Əba-Əbdillah Hüseynə (ə) həsr olunan ikinci matəm gecəsi keçirildi.
Xalqın müxtəlif təbəqələrini təmsil edən minlərlə insanın iştirak etdiyi mərasimdə Höccətül-İslam vəl-muslimin Seyidəhməd Xatəmi Aşura hadisəsinin müxtəlif aspektlərini şərh etdi.

Ali Məqamlı Rəhbər İmam Hüseynə (ə) həsr olunmuş ilk matəm gecəsində iştirak etdi
İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə şəhidlər ağası Həzrət Əba-Əbdillah Hüseynə (ə) və onun sadiq silahdaşlarına həsr olunmuş matəm mərasimi keçirildi.

Ali Məqamlı Rəhbər Şimali Xorasandakı hərbi birləşmələrin müştərək sabah mərasimində iştirak etdi
Bu gün (cümə günü) səhər Keşikçi Korpusun Bocnurddakı İmam Cavad (ə) adına piyada briqadasının Şəhid Nuri adına qarnizonunda Ali Baş Komandan Həzrət Ayətullah Xameneinin iştirakı ilə Şimali Xorasanda yerləşən hərbi, polis və bəsic birləşmələrinin müştərək sabah mərasimi keçirildi.

Ali Məqamlı Rəhbər ordunun hərbi akademiyalarının buraxılış mərasimində iştirak etdi
Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər İran İslam Respublikası Ordusunun hərbi akademiyalarında təhsil alan müdavimlərin buraxılış, andiçmə və poqon alma mərasimində iştirak etdi. Mərasim zamanı sonuncu peyğəmbər Məhəmməd Mustafanın (s) nurlu şəxsiyyətinin təhqir olunması məsələsinə toxunan Ali Baş Komandan aşağıdakıları vurğuladı: “İmperializmin və sionizmin anti-islam siyasətlərini dərk edən xalqlar baş verən hadisədə Amerikanı və bəzi digər Avropa ölkələrini ittiham edirlər. Həmin ölkələrin başçıları bu tip ağılsız hərəkətlərin qarşısını alaraq bu böyük günah və cinayətə şərik olmadıqlarını əməldə sübut etməlidirlər”.
Ali Məqamlı Rəhbər İmam Əlinin (ə) şəhadətinə həsr olunmuş matəm mərasimində iştirak etdi
Müvəhhidlərin mövlası Həzrət Əli ibn Əbitalibin (ə) şəhadət günündə xalqın müxtəlif təbəqələrindən olan insanların və İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə o həzrətə həsr olunan matəm mərasimi təşkil olundu.
Ali Məqamlı Rəhbər İmam Xomeyni (r.ə) aşiqləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei minlərlə İmam Xomeyni (r.ə) aşiqi İslam Respublikasının banisinin pak hərəmində baş tutan görüşü zamanı mərhum imamı “xalqın atası”, “mehribanlıq, güc və dözümün təcəssümü” adlandırdı.
