Xəbərlər

Zirvə əzmkarlıq sayəsində fəth edilir Bu gün səhər saatlarında İslam İnqilabının Ali Məqamlı Rəhbərinin iştirakı ilə tələbə heyətlərinin “Ərbəin” mərasiminə həsr edilmiş izdih...

Fəcr ongünlüyü və İmam Xomeyninin (r.ə) İrana təntənəli dönüşünün ildönümü ərəfəsində
Fəcr ongünlüyü və İmam Xomeyninin (r.ə) İrana təntənəli dönüşünün ildönümü ərəfəsində - İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər saatlarında mərhum İmamın müqəddəs məqbərəsini ziyarət edib namaz qıldıqdan sonra köçüb getmiş o əziz insan və ali şəxsiyyətin uca məqamına fatihə oxuyub ehtiram göstərdi.

İnqilabın Rəhbəri zərərçəkmişələrin problemləri mövzusunda keçirilmiş iclasda iştirak etdi
Həzrət Ayətullah Xamenei zəlzələdən ziyan görmüş bölgələrə baxış keçirdikdən sonra əyalət və yerli idarə rəhbərlərinin, habelə hərbi və polis qüvvələrinin komandirlərinin iştirakı ilə təşkil edilmiş iclasda səlahiyyətli şəxslərin Kermanşah əyalətinin zəlzələdən ziyan görmüş əhalisinin qarşısında çox ağır vəzifələr daşıdıqlarını dedi.

İslam İnqilabının Rəhbəri Sərpol-e Zəhabda zəlzələdən ziyan görmüş ərazilərə baxış keçirdi
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər saatlarında zəlzələ baş vermiş bölgələrə baş çəkmək üçün gözlənilmədən Kermanşaha səfər etdi.

İslam İnqilabının Rəhbəri İmamın (r.ə) məqbərəsini və şəhidlər xiyabanını ziyarət etdi
İslam İnqilabının “Fəcr dekadası” (Fəcr ongünlüyü) münasibətilə bu gün səhər (çərşənbə) mərhum İmamın (r.ə) müqəddəs məqbərəsini ziyarət edən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei namaz qılıb “Fatihə” oxuduqdan sonra İslam İnqilabının dahi banisinin xatirəsini ehtiramla yad etdi.

Ali Məqamlı Rəhbərin nümayəndəsi Plasko qəzasında yaralananları ziyarət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbərinin nümayəndəsi Höccətül-İslam vəl-müslimin Təqəvi bu gün (cümə) səhər Plasko qəzasında yaralanmış yanğınsöndürənlərin yerləşdirildiyi iki xəstəxanada olub. Yaralıları ziyarət edən Təqəvi müalicə prosesi ilə yaxından maraqlanıb və İslam İnqilabı Rəhbərinin bu fədakar və məsul qüvvələri salamladığını, habelə sağalmaları ilə bağlı dua etdiyini deyib.

Ali Məqamlı Rəhbər Müdafiə Nazirliyinin mütəxəssisləri və məsul şəxsləri ilə görüşdü
İmam Xomeyni (r.ə) Hüseyniyyəsi bu gün (çərşənbə günü) Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin müdafiə sənayesinin nailiyyətləri sərgisinə ev sahibliyi etdi.

Ali Məqamlı Rəhbər İmam Xomeyninin (r.ə) müqəddəs məqbərəsini və “Beheşt-e Zəhra” şəhid məzarlığını ziyarət etdi
Mərhum İmam Xomeyninin (r.ə) öz müsəlman vətəninə möhtəşəm qayıdışının ildönümü və “Əyyamullah” – Fəcr dekadası ərəfəsində, bu gün (şənbə günü) səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İmamın müqəddəs məqbərəsini ziyarət etdi.

Ali Məqamlı Rəhbər Veteranlar Günü münasibəti ilə əlil və veteranların evlərinə nümayəndə heyətləri göndərdi
Bəni-Haşimin ayüzlüsü Həzrət Əbəlfəzl Abbasın (ə) mübarək mövludu və bu münasibətlə ölkədə qeyd olunan Veteranlar Günü ilə əlaqədar olaraq, İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin göndərdiyi 4 nümayəndə heyəti bu gün (şənbə günü) səhər Tehranda yaşayan əlil və veteranlardan bir qrupunu evlərində ziyarət edərək onların səbir, rəşadət və fədakarlığına böyük dəyər verildiyini ifadə etmişlər.
Ali Məqamlı Rəhbər Tehranda baş tutan 28-ci Beynəlxalq Kitab Sərgisi ilə tanış oldu
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) səhər İmam Xomeyni (r.ə) adına namazgahda təşkil olunan 28-ci Tehran Beynəlxalq Kitab Sərgisi ilə tanış oldu.

Ali Məqamlı Rəhbər nano-texnologiyalar sahəsində əldə edilmiş nailiyyətləri əks etdirən sərgiyə baxış keçirdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə günü) səhər İmam Xomeyni (r.ə) adına hüseyniyədə təşkil olunmuş, nano-texnologiyalar sahəsindəki nailiyyətləri əks etdirən sərgiyə saat yarım ərzində baxış keçirərək ölkənin gənc alim və tədqiqatçılarının bu sahədə gördüyü işlər və qazandığı uğurlarla yaxından tanış oldu.
Ali Məqamlı Rəhbər İmam Xomeyninin (r.ə) məqbərəsini və Şəhidlər Xiyabanını ziyarət etdi
Dahi İmam Xomeyninin (r.ə) İran İslam dövlətinə möhtəşəm dönüşünün ildönümü və “Əyyamullah” – “Fəcr” dekadası ərəfəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) səhər mərhum imamın (r.ə) məqbərəsini ziyarət etdi.
Ali Məqamlı Rəhbər Ayətullah Mehdəvi Kənini xəstəxanada ziyarət etdi
Bu gün (bazar günü) günortadan sonra İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Tehran xəstəxanalarından birində yatan Ayətullah Mehdəvi Kənini ziyarət etdi.
Ali Məqamlı Rəhbər “Darülhədis” müəssisəsinin elmi-tədqiqat işlərini əks etdirən sərgiyə baxış keçirdi
Bu gün (çərşənbə günü) – bəşəriyyətin xilaskarı Həzrət Sahibəzzamanın (ə.f) mübarək mövludu ərəfəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei “Darülhədis” (Hədis evi) elmi müəssisəsində aparılan elmi-tədqiqat işlərini əks etdirən sərgiyə baxış keçirdi.
