Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

XÜMSÜN HÖKMLƏRİ

  • BİRİNCİ FƏSİL: XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ QAYDASI
    • XÜMSÜN TƏCİLİ ÖDƏNİLMƏSİ
      Çap versiyası  ;  PDF
      XÜMSÜN TƏCİLİ ÖDƏNİLMƏSİ

      Xümsün ödənilməsində “təcili vacib” anlamı

      1. Xümsün ödənilməsi “təcili vacib”dirmi (yəni təxirəsalınmaz vacib əməldirmi)? Yəni şəxsin xüms ili tamamlananda malının xümsünü ayırdığı zaman onu elə həmin gün öz mərcəyi-təqlidinə təhvil verməlidirmi? Yoxsa xümsü ayırması ilə ödəməsi arasındakı zaman fasiləsi adi ölçüdə olarsa, bunun bir iradı yoxdur?

      Cavab: Xüms təcili ödənilməlidir. Əgər xümsü təcili ödəmək çətindirsə, ödəmə imkanı yarananadək telefon əlaqəsi yaratmaqla icazə almaq olar.

      Xümsün ödənişini gecikdirmək

      2. Xümsün ödənişini gecikdirib, onu gələn ildə ödəməyin hökmü nədir?

      Cavab: Bu xüms ilinin xümsünün ödənişini gecikdirib, onu gələn xüms ilində ödəməyə icazə verilmir, baxmayaraq ki, mükəlləf xümsü nə zaman ödəsə, borcu boynundan götürülər.

      3. Ödənişi gecikdirilən xümsə cərimə gəlirmi?

      Cavab: Əgər ötən ilin xümsü cari ilin gəlirindən ödənilərsə, cari ilin gəlirinin də xümsü ödənilməlidir. (1)

       


      (1) Yəni əgər şəxs bu ilin gəliri ilə ötən ilin xümsünü ödəmək istəsə, əvvəlcə bu ilin gəlirinin xümsünü verməlidir. Məsələn, əgər ötən ilin xümsü 20 manat olubsa və bu il qazandığı 25 manatla ötən ilin xümsünü ödəmək istəyirsə, əvvəlcə 25 manatın 5 manatını xüms olaraq verməli, sonra yerdə qalan 20 manatla ötən ilin xümsünü ödəməlidir.

       

    • XÜMSÜ AYIRIB KƏNARA QOYMAĞIN KİFAYƏT ETMƏMƏSİ 
    • XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ QAYDASI
    • XÜMS DÜŞƏN MALIN XÜMS DÜŞMƏYƏN MALA QARIŞMASI
    • XÜMS İLİ
    • XÜMSÜN SƏLAHİYYƏTLİSİ
    • XÜMSÜN MÜSALİHƏSİ(1), MÖHLƏT ALMAQ VƏ DƏSTGƏRDAN ETMƏK(2)
    • XÜMSÜN ÖDƏNİLMƏSİNƏ VƏKİL TUTMAQ
    • BİRİNCİ FƏSLİN XÜLASƏSİ VƏ DİQQƏTƏLAYİQ MƏQAMLAR
  • İKİNCİ FƏSİL: XÜMSÜN VACİB OLDUĞU HALLAR
  • ÜÇÜNCÜ FƏSİL: XÜMS DÜŞMƏYƏN MALLAR
  • Dördüncü fəsil: Xümsün sərf edildiyi yerlər və xüms almağa haqlı olan şəxslər
  • Beşinci fəsil: Xüms düşən əmlakdan istifadə etmək
  • Altıncı fəsil: Xümsün müxtəlif məsələləri
700 /