Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

XÜMSÜN HÖKMLƏRİ

  • BİRİNCİ FƏSİL: XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ QAYDASI
  • İKİNCİ FƏSİL: XÜMSÜN VACİB OLDUĞU HALLAR
    • 1. İLİN MƏİŞƏT XƏRCLƏRİNDƏN ARTIQ QALAN GƏLİR
    • 2. SƏRMAYƏ VƏ ONUN GƏLİRİ
    • 3. HARAMA QARIŞMIŞ HALAL MAL
      Çap versiyası  ;  PDF
       
      3. HARAMA QARIŞMIŞ HALAL MAL
       
      Harama qarışmış malın halal olmasının yolu
      155. Əgər haram bir mal insanın halal malına qarışarsa, bu malın hökmü nədir və necə halal ola bilər? Malın haramlığını bildikdə və ya bilmədikdə insanın vəzifəsi nədir?
      Cavab: Əgər bir şəxs öz əmlakında haram malın olduğuna əmin olsa, lakin onun dəqiq miqdarını və sahibinin kimliyini bilməsə, onu halal etməyin yolu xümsünü verməkdir. Amma əgər malına haram malın qarışdığına şəkk edirsə, bu halda onun öhdəsinə heç nə düşmür.
       
      Haram sərmayədən qazanılan malın halal edilməsi
      156. Əgər sərmayəsi haram olan bir şəxs öz həyatını halallaşdırmaq istəsə, vəzifəsi nədir?
      Cavab: Əgər haram malların sahibi məlumdursa, onların razılığı əldə edilməlidir. Amma əgər malların sahibini tanımırsa və ya onlarla əlaqə saxlamaq mümkün deyilsə, eyni halda malın miqdarı məlumdursa, “məchulul-malik”(1) hökmündədir və sahibi tərəfindən şəri yoxsula(2) sədəqə verilməlidir. Burada ehtiyata əsasən, şəri hakimdən(3) icazə alınmalıdır. Əgər haram malın həm miqdarı və həm də sahibi məlum olmasa, bu halda malın xümsünü verməlidir. 
       

      (1) Sahibi məlum olmayan mal.
      (2) Şəri yoxsul o şəxsdir ki, özünün və ailəsinin il ərzindəki məişət xərclərini öz şəninə uyğun təmin edə bilmir. 
      (3) Mərcəyi-təqlid və ya mərcəyi-təqlid ilə əlaqə saxlamaq mümkün olmadığı halda onun vəkili. 
    • 4. MƏDƏN
    • 5. TAPILAN XƏZİNƏ
    • İKİNCİ FƏSLİN XÜLASƏSİ VƏ DİQQƏTƏLAYİQ MƏQAMLAR
  • ÜÇÜNCÜ FƏSİL: XÜMS DÜŞMƏYƏN MALLAR
  • Dördüncü fəsil: Xümsün sərf edildiyi yerlər və xüms almağa haqlı olan şəxslər
  • Beşinci fəsil: Xüms düşən əmlakdan istifadə etmək
  • Altıncı fəsil: Xümsün müxtəlif məsələləri
700 /