Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

XÜMSÜN HÖKMLƏRİ

  • Müqəddimə
  • BİRİNCİ FƏSİL: XÜMS DÜŞƏN MALLAR
  • İKİNCİ FƏSİL: XÜMS DÜŞMƏYƏN MALLAR
  • ÜÇÜNCÜ FƏSİL: XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ
    • Xüms ili
      • Xüms ilini təyin etməyin qaydası
        Çap versiyası  ;  PDF
         
        Xüms ilini təyin etməyin qaydası

         

        Sual 228. Xüms ili necə təyin edilir?
        Cavab: Xüms ili ixtiyari şəkildə təyin edilmir, əksinə, gəlirin hansı şəkildə əldə edilməsinə görə dəyişir. Gəliri tədrici şəkildə, məsələn, gündəlik əldə edən şəxslərin, o cümlədən tacirlərin və taksi sürücülərinin xüms ilinin başlanğıcı onların işə başladıqları tarixdir. Amma gəliri müəyyən zaman kəsimində, məsələn, aylıq əldə edən şəxslərin xüms ilinin başlanğıcı onların ilk iş gəlirini əldə etdikləri tarixdir. Əkinçi və bağçının xüms ilinin başlanğıcı isə onların məhsulunun “gəlir” adlandığı və maddi dəyərə malik olduğu tarixdir.
         
        Sual 229. Mən təzəlikcə dövlət müəssisələrinin birində işə başlamışam. Oktyabr ayının əvvəlində təlim kursuna göndərildim. Təlim kursunun müddəti təxminən beş ay idi. Bu beş ay ərzində mən təlim maaşı alırdım. Mart ayında isə tam maaşı aldım. Sualım budur ki, mənim xüms ilim hansı tarixdən başlanır? Tam maaşı aldığım tarixdən, yoxsa təlim maaşı aldığım tarixdən başlanır?
        Cavab: Əgər təlim kursunun maaşı sizə əmək haqqı ünvanında verilibdirsə, bu əmək haqqını aldığınız tarix sizin xüms ilinizin başlanğıcıdır. Amma əgər bu maaş sizə müavinət və hədiyyə ünvanında verilibdirsə, bu pula xüms düşmür. Sizin xüms ilinizin başlanğıcı ilk rəsmi maaşınızı aldığınız tarixdir.
         
        Sual 230. Mənim maaşımı və əmək haqqımı bank çeki şəklində ödəyiblər. Mən ilk çeki aldığım tarixi xüms ilimin başlanğıcı təyin etməliyəm, yoxsa pulun nağdlaşdığı tarixi xüms ilimin başlanğıcı təyin etməliyəm?
        Cavab: Pulun nağdlaşdığı tarixi xüms ilinizin başlanğıcı təyin etməlisiniz.
         
        Sual 231. Mən indiyədək özümə xüms ili təyin etməmişəm. İndi mənim üzərimə düşən vəzifə nədir? Xüms ilinin başlanğıcı ilk maaşın alındığı tarix təyin edilir?
        Cavab: Siz ilk fürsətdə mərcəyi-təqlidinizin vəkilinə müraciət etməli və (xüms ilinizin başlandığı tarixi bildiyiniz təqdirdə) öz həqiqi xüms iliniz əsasında malınızın xümsünü hesablatdırıb ödəməlisiniz. Amma əgər xüms ilinizin başlandığı tarixi bilmirsinizsə, mərcəyi-təqlidin vəkili ilə razılaşma əsasında xümsün hesablandığı tarix sizin xüms ilinizin başlanğıcı olacaqdır. Hər il həmin tarixdə malınızın xümsünü hesablamalısınız.
         
        Sual 232. Xüms ili Günəş təqvimi ilə olmalıdır, yoxsa Ay təqvimi ilə olmalıdır?
        Cavab: Xüms ili həm Günəş təqvimi ilə, həm də Ay təqvimi ilə ola bilər. Şəxs bu seçimdə azaddır.
         
        Sual 233. Mən xüms ilimin tarixini miladi təqvimdən hicri-şəmsi təqviminə dəyişə bilərəmmi? Bunu necə etməliyəm?
        Cavab: Miladi ilinin günlərinin sayı ilə hicri-şəmsi ilinin günlərinin sayı eynidir. Odur ki, miladi ilində sizin xüms gününüz olan tarix hicri-şəmsi ilində hansı tarixə təsadüf edirsə, həmin tarix sizin xüms gününüzdür. Məsələn, əgər sizin xüms gününüz aprel ayının 1-idirsə, aprel ayının 1-i fərvərdin ayının 12-sinə təsadüf edir və buna görə də hicri-şəmsi ili ilə sizin xüms gününüz fərvərdin ayının 12-sidir. Siz fərvərdin ayının 12-sini öz xüms ilinizin başlanğıcı hesab edə bilərsiniz.
      • Xüms ilini irəliyə və ya geriyə çəkmək
      • Yeni xüms ilinin başlanğıcı
      • Xüms ili olmayan şəxs
      • Ər və arvadın müştərək xüms ili təyin etmələri
    • Mərhumun malının xümsünün hesablanması
    • Büluğa çatmayan şəxslərin xümsü
    • Büluğa çatmamışdan qabaq uşağa verilən hədiyyələrin gəliri
    • Dəli insanın xümsü
    • Bir neçə müxtəlif işin gəlirinin xümsünün hesablanması
    • Ötən il xüms düşən malın xümsünü bu ilin gəliri ilə ödəmək
    • Xümsü verilməyən pulu xümsü verilən pul ilə əvəz etmək
    • Xümsə dair yaranan şəklər
    • Xümsü ödəməyə maddi imkanın çatmaması
    • Xümsün ödənilməsini yubatmaq və tədrici ödəmək
    • Xümsü ayırıb kənara qoymaq
    • Hər gəlirin xümsünü ayrıca ödəmək
  • DÖRDÜNCÜ FƏSİL: XÜMSÜN SƏRF EDİLDİYİ YERLƏR
  • BEŞİNCİ FƏSİL: XÜMSÜN MÜXTƏLİF MƏSƏLƏLƏRİ
700 /