
Xəbərlər


Ali Məqamlı Rəhbərin Müqəddəs Müdafiə savaşının və müqavimət hərəkatının veteranlarına həsr olunmuş mərasimə videoformatda qatılaraq çıxış etmişdir
Bu gün (bazar ertəsi) səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Müqəddəs Müdafiə savaşının və müqavimət hərəkatının veteranlarına həsr olunmuş mərasimə videoformatda qatılaraq çıxış etdi. İran xalqının Müqəddəs Müdafiə savaşındakı parlaq və danılmaz qələbəsinə işarə edən Ali Məqamlı Rəhbər dedi: “Bu reallıq İmam Xomeyninin misilsiz liderliyinin və komandanlığının, xalqın müxtəlif təbəqələrinin hərtərəfli iştirakının, İslamın və İnqilabın müdafiəçilərinin bu tarixi qəhrəmanlıq salnaməsində atdığı rasional addımların nəticəsidir.

Ali Rəhbər Fransada Peyğəmbərin (s) təhqir edilməsi məsələsi ilə bağlı bəyanat verdi
Həzrət Ayətullah Xamenei bəyanat verərək Fransa jurnallarından birinin Böyük Peyğəmbərə (s) qarşı son təhqirini qınadı.

Ali Rəhbərin təlim-tərbiyə və təhsil işləri üzrə məsul şəxslərlə videokonfransı oldu
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) səhər təhsil naziri, nazirin müavinləri, nazirliyin şöbə müdirləri və rəhbər işçiləri ilə vidoe bağlantı vasitəsilə təşkil edilmiş otuz dördüncü təhsil konfransı tədbirində gigiyenik qaydalara əməl edərək İmam Hüseynə eşq və coşqu ilə matəm saxladığına və böyük mənəvi hərəkat yaratdığına görə xalqa səmimi qəlbdən təşəkkür etdi.

İmam Səccadın (ə) şəhadətinə həsr edilmiş matəm mərasimi keçirildi
İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Əbaəbdillah Hüseynin (ə) Həzrət İmam Səccadın (ə) şəhadət gecəsinə təsadüf edən sonuncu matəm gecəsi keçirildi.

İnqilabın Rəhbərinin iştirakı ilə Şami-qəriban mərasimi keçirildi
İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Şami-qəriban mərasimi keçirildi.

İnqilabın Rəhbərinin iştirakı ilə Aşura gecəsi mərasimi keçirildi
İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Aşura gecəsinə həsr edilmiş əzadarlıq mərasimi keçirildi.

İnqilabın Rəhbərinin iştirakı ilə Tasua gecəsi mərasimi keçirildi
İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Tasua gecəsinə həsr edilmiş əzadarlıq mərasimi keçirildi.

Məhərrəm ayının matəm mərasiminin səkkizinci gecəsi keçirildi
İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Məhərrəm ayının səkkizinci gecəsinə həsr edilmiş əzadarlıq mərasimi keçirildi.

Məhərrəm ayının matəm mərasiminin yeddinci gecəsi keçirildi
Məhərrəm ayının yeddinci gecəsi İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə şəhidlər ağası və sərvərinə həsr edilmiş matəm mərasimi keçirildi.

İnqilabın Ali Rəhbərinin “Hökumət həftəsi” münasibətilə nazirlərlə videokonfransı oldu
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xümeneinin Hökumət həftəsi münasibətilə bu gün (bazar) səhər dövlət başçısı və hökumət rəhbərləri ilə vidoekonfransı oldu.

İslam İnqilabının Rəhbərinin Mübarək Qurban bayramı ilə bağlı teleçıxışı oldu
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei Mübarək Qurban bayramı münasabətilə etdiyi canlı teleçıxışında əziz İran xalqını zərər görmüş insanlara və səhiyyə sahəsinin mücahidlərinə mömincəsinə yardım mənəvi müsabiqəsində daha geniş miqyasda və yüksək əhval ruhiyyə ilə iştirak etməyə çağırdı.

İslam İnqilabının Ali Rəhbəri Həcc günləri münasibətilə müraciət ünvanladı
Həzrət Ayətullah Xamenei Həcc günləri münasibətilə ünvanladığı müraciətdə İslam ümmətinin təcavüzkar ABŞ və sionist rejimi qarşısındakı vəhdətinin zəruriliyini, habelə məzlum Fələstinə yardım, Yəmənin yaralı bədəninə və dünyanın bütün nöqtələrində zülmə məruz qalmış müsəlmanlara görə narahatlıq hissi keçirilməsinin diqqət mərkəzində saxlanmasının vacibliyini vurğulayaraq bir neçə günlük şəxsi mənfəətlərinə görə qəsbkar sionist rejimi ilə dostluq edən bəzi İslam ölkələrinin başçılarına bu alçaldıcı davranışdan çəkinməyi tövsiyə etdi.

İslam İnqilabının Ali Rəhbəri İraqın baş nazirini qəbul etdi
İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə axşamı) günortadan sonra İraqın baş naziri cənab Mustafa əl-Kazimi ilə görüşdə İran və İraq arasındakı əlaqələrin zəngin tarixi, dini və mədəni ortaqlıqlara, ortaq adət və ənənələrə əsasən, sözün həqiqi mənasında qardaşcasına olduğunu dedi: “İkitərəfli münasibətlərdə İran İslam Respublikası üçün ən çox əhəmiyyət daşıyan məsələ İraqda şəraitin yaxşılaşması, regional güc, maraqlar, mənfəətlər, təhlükəsizlik və izzətdir”.

Ali Rəhbərin İslam Şurası Məclisinin üzvləri ilə videokonfrans şəklində görüşü oldu
İslam İnqilabının Ali Rəhbəri bu gün (bazar ertəsi) səhər İslam Şurası Məclisinin üzvləri ilə videokonfrans şəklində keçirdiyi görüşdə on birinci çağırış parlamentinin xalqın ümid və gözləntisinin simvolu olduğunu dedi.

İslam İnqilabının Ali Rəhbərinin Məhkəmə Sisteminin məsul şəxsləri ilə videokonfransı oldu
İslam İnqilabının Ali Rəhbəri bu gün (şənbə) səhər Məhkəmə Sisteminin sədri və məsul şəxsləri, habelə respublikanın bütün prokurorluq orqanlarının rəhbərləri ilə videokonfransda son bir ildə həyata keçirilmiş tədbirlərdən razı qaldığını bildirdi.

Ali Rəhbərin İmam Xomeyninin (r.ə) vəfat ildönümü münasibətilə teleçıxışı oldu
İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə) səhər İslam Respublikasının banisi İmam Xomeyninin (r.ə) vəfat ildönümü münasibətilə birbaşa yayımlanan teleçıxışında dəyişmək istəyi, marağı və dəyişiklik yaratmaq cəhdinin əzəmətli İmam Rahilin (r.ə) mühüm xüsusiyyətlərindən olduğunu dedi: “İnqilabın diri qalması üçün İmamın bu əhəmiyyətli və əməli xüsusiyyətini rəhbər tutaraq dəyişmək strategiyasını, daha yaxşı olma və sıçrayış hərəkətinə doğru daha sürətlə istiqamətlənmə bütün sahələrdə, xüsusilə geri və hərəkətsiz qaldığımız sahələrdə izləməliyik”.

Ali Rəhbərin İslami Şura Məclisinin on birinci mərhələsi ilə bağlı müraciəti
İslam İnqilabının Ali Rəhbəri İslami Şura Məclisinin on birinci mərhələsinin açılışı münasibətilə ünvanladığı müraciətdə parlamentin işlərin başında olmasının zəruri şərtlərindən birinin fəal, nizam-intizamlı, dürüst, əmanətdar, ölkənin mövcud şəraiti və prioritetlərini bilən nümayəndlələrin iştirakının olduğunu dedi. İqtisadiyyat və mədəniyyətin ölkənin prioritetlərinin başında dayandığını bildirən Ali Rəhbər nümayəndələrə zəif təbəqələrin məişətinə üstünlük verilməsi, iqtisaidyyatın məşğulluq, istehsal və inflyasiya kimi əsas xətlərinin islah edilməsi, nəzarət vəzifələrinin həyata keçirilməsində təqva və insafa riayət edilməsi, mühüm hadisələr zamanı inqilabçı mövqelərdən çıxış etməyi, icraçı və məhkəmə orqanları ilə qardaşcasına əməkdaşlıq etmək kimi məsələləri tövsiyə etdi.

24.05.2020-ci il Şəvval ayının birinci günü, mübarək Ramazan bayramıdır
Ali Rəhbərlik İdarəsi sabah – 24.05.2020-ci ilin (bazar günü) şəvval ayının ilk günü və mübarək Ramazan bayramı olduğunu elan etdi.
