Xəbərlər
İslam İnqilabının Ali Rəhbəri minlərlə Əhli-beyt (ə) məddahı ilə görüşdü
Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək mövlud ildönümü günü İmam Xomeyni (r.ə) adına hüseyniyənin salonu Böyük Peyğəmbərin (s) əziz qızının adı və xatirəsinin rayihəsi ilə ətirləndi. Əhli-beyt (ə) şair və məddahları İslamın o böyük xanımına həsr etdikləri şeirlərini oxudular.
İnqilabın Rəhbəri Hava Hücumundan Müdafiə Qüvvələrinin bir qrup komandanı ilə görüşdü
Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün (şənbə) səhər Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanları və şəxsi heyətindən bir qrupu ilə görüşdə qeyd etdi ki, 1357-ci il 19 bəhmən (08.02.1979) hadisəsi İmam Xomeyni (r.ə) və mübarizlərin ilahi vədə inamının nəticəsidir: “Əgər Allahın öz vədinə xilaf çıxmayacağı fikri cəmiyyətə hakim olmasa və məsul şəxslər ayıqcasına əməl etsələr, təhdidlər fürsətə çevriləcək və sanksiya ölkənin neft asılılığından xilas amili və bir çox problemlərin həlli ola bilər”.
Ali Rəhbər əhalinin müxtəlif təbəqələrindən olan minlərlə nümayəndəsi ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər əhalinin ayrı-ayrı təbəqələrindən olan minlərlə nümayəndəsi ilə görüşdə qeyd etdi ki, 22 bəhmən yürüşü və İslam Şurası Məclisinə seçkilər İran xalqının iki böyük sınağıdır.
İslam İnqilabının Rəhbəri Elmi-Teoloji Mərkəzlərin Ali Şurasının üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər Elmi-Teoloji Mərkəzlərin Ali Şurasının üzvləri ilə görüşdə gənc tələbələr arasında daha yüksək intellektual istedadların öyrənilməsi və onlardan istifadə edilməsi üçün proqram hazırlanmasının zəruri olduğunu vurğuladı.
Ali Rəhbər Həzrət Zəhranın (s.ə) şəhadətinə həsr olunmuş matəm mərasimində iştirak etdi
İslam İnqilabının Ali Rəhbəri və xalqın müxtəlif təbəqələrindən olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş sonuncu matəm gecəsi keçirildi.
Ali Rəhbər Həzrət Zəhranın (s.ə) şəhadətinə həsr olunmuş matəm mərasimində iştirak etdi
İslam İnqilabının Ali Rəhbəri, bir qrup hökumət rəsmisi və xalqın müxtəlif təbəqələrindən olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət axşamına həsr edilmiş matəm mərasimi keçirildi.
Ali Rəhbər Həzrət Zəhranın (s.ə) şəhadətinə həsr olunmuş matəm mərasimində iştirak etdi
İslam İnqilabının Ali Rəhbəri, bir qrup hökumət rəsmisi və xalqın müxtəlif təbəqələrindən olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş matəm gecəsi keçirildi.
Ali Rəhbər Həzrət Zəhranın (s.ə) şəhadətinə həsr olunmuş matəm mərasimində iştirak etdi
İslam İnqilabının Ali Rəhbəri, bir qrup hökumət rəsmisi və xalqın müxtəlif təbəqələrindən olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş ikinci matəm gecəsi keçirildi.
Ali Rəhbər Həzrət Zəhranın (s.ə) şəhadətinə həsr olunmuş matəm mərasimində iştirak etdi
İslam İnqilabının Ali Rəhbəri, bir qrup hökumət rəsmisi və xalqın müxtəlif təbəqələrindən olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş birinci matəm gecəsi keçirildi.
İslam İnqilabının Ali Rəhbəri Avropada təhsil alan tələbələrə müraciət ünvanladı
Həzrət Ayətullah Xamenei Avropada təhsil alan tələbələrin İslami Assosiasiyalar İttifaqının əlli dördüncü qurultayına ünvanladığı müraciətdə son günlərin mühüm hadisələri, o cümlədən şəhadətlər, hərbi güc göstəriləri, xalqın misilsiz iştirakının tarix yaradan bir hadisənin yüksəlişinin əlamətləri olduğunu dedi: “İslam İnqilabının ikinci addımı bu hadisəni təkmilləşdirməyi bacarmalıdır. Siz tarix yaradan seçilmişlərin sırasında yer ala bilərsiniz”.
İslam İnqilabının Ali Rəhbəri Həcc ziyarəti üzrə məsul şəxslərlə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər Həcc ziyarəti üzrə məsul şəxslərlə görüşdə vurğuladı ki, İslam Respublikasının yeni sözünü, yəni dini demokratiya modelini dünyaya çatdırmaq üçün həcc fürsətindən istifadə etmək lazımdır: “İran İslam Respublikasının ABŞ-a müqavimət göstərməsi və İran xalqının zorakılığı qəbul etməməsi dünya üçün cəzbedici bir həqiqətdir. Bu cazibədən İslam və İran xalqının həqiqətlərini yaymaq üçün isitfadə etmək lazımdır”.
İnqilabın Rəhbəri Tehranda izdihamla müşayiət olunan, unudulmaz Cümə namazı qıldı
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün Tehranda böyük bir izdihamın müşayiəti ilə qıldığı unudulmaz Cümə namazında qeyd etdi ki, müdrik xalqın Hacı Qasım Süleymani və onun mücahid yoldaşlarının dəfn mərasimindəki ecazkar iştirakı və Sepahın amerikalıların Eynül-Əsəd bazasına hücum edərək verdikləri sarsıdıcı cavab təyinedici və dərs götürüləcək iki Allah günü idi: “Xalq öz batinini, yəni şeytan qarşısındakı əzmkarlığını bu iştirak vasitəsilə göstərdi. Bu izzətli yolun davam etdirilməsinin yeganə yolu İranın bütün sahələrdə daha da güclü olmasıdır”.
İnqilabın Ali Rəhbəri Qətərin əmiri və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gecə (bazar günü) Qətərin əmiri Şeyx Təmim ibn Həməd Ali-Sani və onu müşayiət edən nümayəndə heyətinə dedi: “Regionun mövcud şəraiti əvvəlkindən daha çox region ölkələrinin bir-birləri ilə olan əlaqələrini gücləndirməsinə və yadların təlqinlərini qəbul etməmlərinə ehtiyacı var”.
İnqilabın Rəhbəri Ukraina sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı göstəriş verdi
Silahlı Qüvvələrin Baş Qərargahının Ukraina sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbləri ilə bağlı araşdırmalarının nəticəsi elan edildikdən sonra acısı olan ailələrə yenidən başsağlığı verərək onların dərdinə şərik olduğunu bildirən İslam İnqilabının Rəhbəri bəyanat verdi.
İslam İnqilabının Ali Rəhbəri və minlərlə insanın iştirakı ilə anım mərasimi keşirildi
İslam İnqilabının Ali Rəhbəri və xalqın müxtəlif təbəqələrdən olan minlərlə nümayəndəsinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə ABŞ-ın terror cinayətinin qurbanı olmuş İslamın böyük və iftixarlı komandanı şəhid general Hacı Qasim Süleymani, böyük mücahid şəhid Əbu Mehdi Əl-Mühəndis və digər şəhidlərin xatirəsinə həsr edilmiş anım mərasimi keçirildi.
Ali Rəhbər həlak olan insanlarla bağlı başsağlığı verdi
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei Kerman şəhərində uca şəhid Hacı Qasim Süleymaninin pak cənazəsini son mənzilə yola salarkən əziz həmvətənlərdən bir qrupunun həlak olması, habelə sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində bu gün yaşanan faciə münasibətilə başsağlığı verdi.
İnqilabın Rəhbəri Qum şəhərinin minlərlə sakini ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) səhər Qum şəhərinin minlərlə sakini ilə görüşdə qeyd etdi ki, bu gün səhər ABŞ-ın İraqdakı iki hərbi bazasına edilən raket hücumları bir sillə idi.
Tehran Universitetində vida mərasimi təşkil edildi
Tehranın dirçəlişi, mömin və qədirbilən xalqın İslamın böyük və iftixarlı komandanı general şəhid Hacı Qasim Süleymani ilə tarixi vida günü İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei Tehran Universitetinə gələrək bu uca şəhidə, böyük mücahid Əbu Mehdi Əl-Mühəndis və ABŞ terrorçu rejiminin son cinayətinin qurbanı olmuş digər şəhidlərin nəşinə namaz qıldı.
