Xəbərlər
Sistan və Bəluçistan şəhidlərinə həsr edilmiş konfransın təşkilatçıları ilə görüş
İslam İnqilabı Rəhbərinin Sistan və Bəluçistan əyalətinin şəhidlərinə həsr edilmiş konqresin təşkilatçıları ilə baş tutmuş 16 bəhmən 1396-cı il (5 fevral 2018) tarixli görüşündə verdiyi bəyanat bu gün səhər Zahidanda - konfransın keçirildiyi məkanda yayımlandı.
İnqilabın Ali Rəhbəri 22 bəhmən yürüşü münasibəti ilə xalqa müraciət ünvanladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei əziz İran xalqına ümumrespublika yürüş qəhrəmanlığı münasibəti ilə müraciət ünvanladı.
Ali Rəhbər Hərbi Hava Qüvvələrinin komandirləri və şəxsi heyəti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər Hərbi Hava Qüvvələrinin “Homafər” briqadasının 19 bəhmən 1357-ci ildəki (8 fevral 1979) tarixi beyətinin ildönümü münasibəti ilə Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qərargahının şəxsi heyəti və komandirlərindən bir qrupu ilə görüşdü.
Fəcr ongünlüyü və İmam Xomeyninin (r.ə) İrana təntənəli dönüşünün ildönümü ərəfəsində
Fəcr ongünlüyü və İmam Xomeyninin (r.ə) İrana təntənəli dönüşünün ildönümü ərəfəsində - İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər saatlarında mərhum İmamın müqəddəs məqbərəsini ziyarət edib namaz qıldıqdan sonra köçüb getmiş o əziz insan və ali şəxsiyyətin uca məqamına fatihə oxuyub ehtiram göstərdi.
Ali Rəhbər bu gün “Fiqhin xaric dərsi”nidə Əfqanıstanda baş verən hadisələrdən danışdı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər “Fiqhin xaric dərsi” mühazirəsində Əfqanıstanda baş vermiş son terror hadisələri zamanı qətlə yetirilmiş günahsız insanlara görə dərindən təəssüf hissi keçirdiyini bildirdi: “ABŞ-ın İŞİD terrorçularını Əfqanıstana yönəltməkdə məqsədi regiondakı varlığını davam etdirməsinə don geyindirmək və sionist rejimin təhlükəsizliyini təmin etməkdir”.
İslam İnqilabının Ali Rəhbəri Avropada təhsil alan tələbələrə müraciət ünvanladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Avropada təhsil alan tələbələrin İslami Assosiasiyalar İttifaqının qurultayına ünvanladığı müraciətdə vurğulayıb: “Tələbə gənc müasir dövrü tanımalı, baş verən prosesləri bilməli və özünü ona hazırlamalıdır”.
Həmasın Siyasi İdarəsinin sədri İsmayıl Həniə Ali Məqamlı Rəhbərə məktub yazıb
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneiyə yazdığı məktubda imperializmin müqavimət qalası olan Qəzzanı alt-üst etmək, işğalçı rejimə qarşı mübarizəyə son qoymaq, regionun asılı dövlət başçılarının işğalçı rejimlə olan əlaqələrini normal və adi vəziyyətə gətirmək məqsədi ilə Qüdsə və Fələstin xalqına qarşı hazırladığı böyük planın ayrı-ayrı hissələrindən söz açan Fələstin İslami Müqavimət Hərəkatının Siyasi İdarəsinin (Həmas) rəhbəri cənab İsmayıl Həniə İran xalqına müqavimət hərəkatını dəstəklədiyinə və İslam İnqilabının Rəhbərinə istiqamətləndirici tövsiyələr veridiyinə görə təşəkkürünü bildirmişdir.
Ali Rəhbər İslam Ölkələri Parlament Assambleyasının iclasının iştirakçıları ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) günortadan sonra İslam Ölkələri Parlament Assambleyasının XIII iclasının iştirakçıları ilə görüşdə vurğuladı ki, İslam dünyası əsas məsələlərdə mövqeyini və sözünü açıq və uca səslə bəyan etməlidir.
Ali Rəhbər faciədə həlak olanların yaxınlarına başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei neft tankerinin şəxsi heyətinin ürək dağlayan acı faciəsi ilə bağlı başsağlığı verdi.
İslam İnqilabının Ali Rəhbəri Qumun minlərlə sakini ilə görüşdü
Bu gün (çərşənbə) səhər minlərlə Qum sakini ilə görüşündə xalqın son günlərdə müntəzəm şəkildə təşkil etdiyi böyük və izdihamlı hərəkatını yüksək qiymətləndirən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei onların haqlı tələblərindən sui-istifadə etmək üçün düşmənlərin əl atdığı hiylənin müxtəlif yönləri və qatlarına açıqlama gətirdi.
İslam İnqilabının Ali Rəhbərinin əzəmətli şəhid ailələrindən bir qrupu ilə görüşü oldu
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) günorta əzəmətli şəhid ailələrindən bir qrupu ilə həftəlik görüşü zamanı qeyd etdi ki, İran xalqı öz izzəti, təhlükəsizliyi və inkişafını şəhidlərin fədakarlığına borcludur.
Ali Rəhbər “Qumun ruhani fədailəri və şəhidləri” konqresinin təşkilatçıları ilə görüşdü
İslam İnqilabının Ali Rəhbərinin 22 aban 1396-cı il tarixində (13 noyabr 2017) təşkil edilmiş “Qum əyalətinin ruhani şəhidləri və fədailəri” konqresinin təşkilatçıları ilə görüşü zamanı verdiyi bəyanat Qumun konfars təşkil edilmiş eyni məkanında yayımlandı.
Ali Rəhbər Ümumrespublika İslam Təbliğatı Koordinasiya Şurasının üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) səhər Ümumrespublika İslam Təbliğatı Koordinasiya Şurasının idarə heyəti və üzvləri ilə görüşdü.
İslam İnqilabının Ali Rəhbərinin Ümumrespublika Namaz Konfransına müraciət ünvanladı
Həzrət Ayətullah Xamenei XXVI Ümumrespublika Namaz Konfransına ünvanladığı müraciətdə namaza dəvət məsələsində bütün imkanlardan istifadə edilməsinin zəruri olduğunu vurğuladı: “Hər il bu konfransı təşkil edənlər Allahın bu böyük lütfünün qədrini bilsinlər və bu düz yolda qətiyyət göstərməklə bilsinlər ki, Allah səbr edənlər və qətiyyət göstərənlərlədir”.
Ali Rəhbər dövlət rəsmiləri, Vəhdət konfransının qonaqları və səfirlərlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslamın əziz peyğəmbəri Həzrət Məhəmməd Mustafa (s) və Həzrət İmam Cəfər Sadiqin (ə) mübarək mövludu münasibəti ilə üç qüvvənin rəhbəri, dövlət rəsmilərindən bir qrupu, İslam ölkələrinin səfirləri və “İslam Vəhdəti” konfransının qonaqları ilə keçirdiyi görüşdə bildirdi ki, İslam ümmətinin daxili, regional və qlobal problemlərdən xilas olmasının şərti Həzrət Məhəmmədin (s) təlimlərinə əməl etməkdir: “İslam dünyası izzət və qüdrət istəyirsə, vəhdət və müqaviməti öz sərlövhəsi etməlidir”.
Ali Baş Komandan Silahlı Qüvvələrin yüksək rütbəli komandirləri ilə görüşdü
Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün (bazar) Silahlı Qüvvələrin yüksək rütbəli komandirləri və Malik Əştər festivalının seçilmişləri ilə görüşdə düşmənlərin millət və İslam dövləti ilə olan daimi düşmənçiliklərinə işarə edərək vurğuladı ki, bu düşmənçiliklərə qarşı mübarizə Silahlı Qüvvələrin müqaviməti və günbəgün artmaqda olan imkanlarının gücləndirilməsi ilə şərtlənir:
Ali Rəhbər “Qərbi Azərbaycanın 12 min şəhidi” adlı konfransın təşkilatçıları ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbərinin 30 mehr 1396-cı il (22 oktaybr 2017) tarixində “Qərbi Azərbaycan əyalətinin 12 min şəhidi” adlı konfransının təşkilatçıları ilə görüşündə verdiyi bəyanatlar bu gün səhər Urmiyada, konfransın keçirildiyi məkanda yayımlandı.
İslam İnqilabının Ali Məqamlı Rəhbəri “Zəkat” illik konfransına müraciət ünvanladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei “Zəkat” illik konfransına göndrdiyi müraciətində bu vacib hökmün yüksək əhəmiyyəti və mövqeyinə işarə edərək zəkat ibadətinin həyata keçirilməsi sahəsində az işlər görüldüyünü tənqid etdi: “İslam Respublikası bu böyük ibadəti öz proqramlarının sərlövhəsi etməlidir”.
