
Xəbərlər


Ali Məqamlı Rəhbərin Müqaviməti Dəstəkləyən Din Alimlərinin Ümumdünya Assosiasiyasının konqresinə müraciəti
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Müqaviməti Dəstəkləyən Din Alimlərinin Ümumdünya Assosiasiyasının konqresinin baş tutması ilə əlaqədar olaraq, assosiasiyanın sədrinə ünvanladığı müraciətdə vurğulayır: “Allah İsrailə qarşı mübarizədə qəti qələbə vədi verib”.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri İraqın baş naziri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər İraqın baş naziri cənab Heydər Əl-İbadi ilə görüşündə qeyd etdi ki, müxtəlif qüvvələrin vəhdəti, dövlətin xalq qüvvələri, mömin və cəsur gəncləri himayə etməsi terrorçular və onların himayədarlarına qarşı mübarizədə əldə edilmiş qələbələrin sirridir.

Ali Məqamlı Rəhbər Hərbi Akademiyanın müdavimlərinin buraxılış mərasimində iştirak etdi
Bu gün (çərşənbə günü) səhər Ali Baş Komandan Həzrət Ayətullah Xameninin iştirakı ilə İmam Əli (ə) adına Hərbi Akademiyada hərbi akademiyaların müdavimlərinin birgə məzun, andiçmə və epolet təqdimatı mərasimi keçirildi.

İslam İnqilabının Ali Rəhbəri yüksək elmi istedadı və intellekti olan gənclərlə görüşdü
Bu gün (çərşənbə günü) səhər ölkənin minlərlə yüksək elmi intellekt və istedada malik olan gəncləri ilə görüşdə vətənin intellektual gənclərinin İranın parlaq gələcəyinə ümid səbəbi olduqlarını deyən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Böyük Şeytanın hiylə və kələyi qarşısında ayıq olmağın zəruri olduğunu vurğulayaraq xalqa, məsul şəxslərə, siyasi və media fəallarına BFKP ətrafında baş verən son hadisələrlə bağlı yeddi tövsiyə verdi.

Ayətullah Xamenei Myanmaya 10 milyard riyal yardım ayırdı
Qırmızı Aypara Təşkilatının sədri və Vəliyyi-Fəqihin bu qurumdakı nümayəndəsinin Myanmada baş vermiş faciəli hadisələr nəticəsində rohingiyalı müsəlmanların qarşılaşdığı ağır şərait haqqında İslam İnqilabının Rəhbərinə ünvanladığı məktubun ardınca Həzrət Ayətullah Xamenei yardım məqsədilə Myanmanın məzlum və köməksiz qaçqınlarına 10 milyard riyal (təqribən 300 min dollar) pul ayırdı.

Ali Məqamlı Rəhbər Türkiyə prezidenti və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu axşam (çərşənbə) Türkiyə prezidenti cənab Rəcəb Təyyib Ərdoğan və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə iki ölkə arasındakı iqtisadi əməkdaşlıqların artırılmasının zəruri olduğunu vurğuladı.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Şəhid Möhsün Höcəcinin ailəsi ilə görüşdü
Bu gün (çərşənbə axşamı) günorta Şəhid Möhsün Höcəcinin ailəsi ilə görüşündə bu ali dərəcəli şəhidin Allahın nişanəsi, məzlum və başları bədənlərindən ayrılmış şəhidlərin sözçüsü olduğunu deyən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei xalqın adıçəkilən şəhidin dəfn mərasimindəki əzəmətli və misilsiz iştirakına münasibət bildirərək dedi: “Allah əziz Möhsünün mübarizəsi vasitəsilə İran xalqını izzətli və başıuca, özünü isə inqilabçı gənc nəslin simvolu və İslam İnqilabının cari möcüzəsi etdi”.

İslam İnqilabının Ali Rəhbəri bu ilki Həcc mərasiminin təşkilatçıları ilə görüşdü
Bu ilki Həcc mərasiminin təşkilatçıları, cavabdeh şəxlsəri və iranlı hacıların qrup rəhbərləri ilə görüşdə iranlı hacıların sağ-salamat və izzətlə geri dönməsinə sevindiyini deyən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslam Respublikası qarşısında böyük və beynəlxalq bir təbliğat cəbhəsi olduğunu dedi: “Bu təhlükəli cəbhə ilə mübarizə aparmağın yolu işıqlandırma, fəal və hücumçu təbliğat mübarizəsidir. Həcc bu fəaliyyətlərin aparılması üçün əsas mərkəzdir”.

Həzrət Hüseynə (ə) həsr edilmiş sonuncu matəm mərasimi keçirildi
Abidlərin zinəti Həzrət İmam Səccadın (ə) şəhadət gecəsi İslam İnqilabının Ali Məqamlı Rəhbəri, dövlət rəsmiləri və minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə Həzrət Əba Əbdillaha (ə) həsr edilmiş matəm mərasiminin sonuncu gecəsi keçirildi.

Şami-qəriban mərasimi keçirildi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri, dövlət rəsmiləri, qəlbində Kərbəlanın azad insanları və şəhidlərinin hüznü olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə şəhidlər ağası və öndəri Həzrət Əba Əbdillah Hüseynə (ə) və onun vəfalı səhabələrinə həsr edilmiş matəm mərasimi keçirildi.

Həzrət İmam Hüseynə (ə) həsr edilmiş Aşura axşamı mərasimi
İmam Hüseynə həsr edilmiş Aşura axşamı, yəni Alul-lahın hüzn və matəm axaşamı Həzrət Əba Əbdillaha (ə) sevgisi olan minlərlə insan İmam Xomeyni (r.ə) adına hüseyniyyəyə toplaşdı və İslam İnqilabının Ali Məqamlı Rəhbərinin iştirakı ilə matəm keçirdilər.

Həzrət İmam Hüseynə (ə) həsr edilmiş Tasua axşamı mərasimi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri, dövlət rəsmiləri və Əhli-beytə (ə) sevgisi olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə Həzrət Hüseynə (ə) həsr edilmiş Tasua axşamı mərasimi keçirildi.

Həzrət İmam Hüseynə (ə) həsr edilmiş ikinci matəm gecəsi
Bu gecə İslam İnqilabının Ali Məqamlı Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə şəhidlər ağası Həzrət Əba Əbdillah Hüseyn (ə) və onun vəfalı səhabələrinə həsr edilmiş matəm mərasiminin ikinci gecəsi keçirildi.

Ali Məqamlı Rəhbər Müqəddəs Müdafiə Həftəsi münasibətilə xalqa müraciət ünvanladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Müqəddəs Müdafiə Həftəsi münasibətilə müraciət ünvanladı.

İmam Hüseynə (ə) həsr edilmiş birinci matəm gecəsi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri, dövlət rəsmiləri və minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Əba Əbdillah Hüseynə (ə) həsr edilmiş matəm mərasiminin birinci gecəsi keçirildi.

Ali Məqamlı Rəhbər Şəhid Höcəcinin pak cənazəsini ziyarət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər İmam Hüseyn (ə) məscidində Hərəmin müdafiəçisi şəhid Möhsün Höcəcinin pak cənazəsini ziyarət etdi, ruhuna fatihə oxuduqdan sonra bu şəhidin Allah dərgahında ali dərəcələrə yüksəlməsini dilədi.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Xubriqan Məclisinin sədri və üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər Xubriqan Məclisinin sədri və üzvləri ilə görüşündə bu məclisin İslam dövlətindəki misilsiz və müstəsna roluna işarə edərək Xubriqan Məclisindən mühüm bir vəzifəyə əməl etməsini istədi: “Bu məclis makro, strateji və dərin baxış bucağına malik olan düşüncə qrupu təşkil etməklə İslam İnqilabının keçən 38 il ərzində əsl məqsədə doğru necə hərəkət etməsini, bu yolda əldə edilən nailiyyətləri, durğunluqları və geriləmələri araşdırmalı və ümumiləşdirmə əsasında müxtəlif qurumlar qarşısında tələblər qoymalıdır”.

Ali Baş Komandanın iştirakı ilə Polis Akademiyasında buraxılış mərasimi keçirildi
Bu gün (bazar günü) səhər Ali Baş Komandanın iştirakı ilə Polis Akadamiyasının tələbələrinin buraxılış mərasimi keçirildi.
