Xəbərlər
İnqilabın Ali Rəhbəri Həcc ziyarətinin təşkilatçıları və cavabdeh şəxsləri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) günorta Həcc ziyarətinin təşkilaçıları və cavadeh şəxsləri ilə görüşü zamanı bildirdi ki, Allah-taala “müsəlmanların qarşılıqlı əlaqə və münasibətlərinin zəruriliyi” və “İslam ümmətinin qüdrətinin nümayiş etdirilməsi” kimi mühüm siyasi aspekt və mesajlara malik olan Həcc əməlini yerinə yetirmək üçün müsəlmanlara eyni zaman və məkanda toplaşmaq göstərişi vermişdir.
İnqilabın Rəhbəri “Müqəddəs Müdafiə” həftəsinə həsr edilmiş xüsusi mərasimdə iştirak etdi
Komandanlar, döyüşçülər, fədailər və incəsənət nümayəndələrindən bir qrupu “Müqəddəs Müdafiə” həftəsi və Abadanın mühasirədən azad edilməsi münasibəti ilə İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü.
İnqilabın Ali Rəhbəri Asiya oyunlarında medal qazanmış idmançılardan bir qrupu ilə görüşdü
Cakartada (İndoneziya) keçirilən Asiya oyunları-2018 yarışında medal qazanaraq ölkəmizin adını qaldırmış idmançılardan bir qrupu İslam İnqilabının Ali Rəhbəri ilə görüşüb söhbət etdi.
İmam Hüseynə (ə) həsr edilmiş birinci matəm gecəsi
İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə Həzrət Əba Əbdillah Hüseyn (ə) və onun vəfalı səhabələrinə həsr edilmiş matəm mərasiminin birinci gecəsi keçirildi.
Ali Baş Komandan Dəniz Elmləri Universitetində təşkil edilmiş buraxılış tədbirində iştirak etdi
Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün səhər İran İslam Respublikasının hərbi akademiyalarının müdavimlərinin on altıncı birgə məzun və andiçmə tədbirində çıxışı zamanı hərbi formanın mübarək və qürurverici bir paltar olduğunu dedi.
İslam İnqilabının Ali Rəhbəri Türkiyə prezidentini qəbul etdi
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra Türkiyə prezidenti cənab Rəcəb Təyyib Ərdoğan və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə qeyd etdi ki, İsalm dünyasının bu gün ən mühüm ehtiyacı İslam ölkələrinin mümkün qədər çox yaxınlaşması və onlar arasında qarışılıqlı əlaqənin olmasıdır: “İslam ölkələri arasında birlik və əməkdaşlıq regionun problemlərinin həllinə mütləq zəmin yaradacaq.
İslam İnqilabının Ali Rəhbəri Rusiya prezidentini qəbul etdi
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gecə (cümə) Rusiyanın prezidenti cənab Vladimir Putin və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə üçtərəfli Tehran zirvə toplantısının səmərəli olacağına ümidvar olduğunu qeyd etdi.
İslam İnqilabının Rəhbəri Xubriqan Məclisinin sədri və üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər Xubriqan Məclisinin sədri və üzvləri ilə görüşdə qeyd etdi ki, hal-hazırki təhlükəli şəraitdə xalqın və Xubriqan Məclisinin ən mühüm vəzifəsi xalqla hökumət qurumları arasındakı birlik və bağlılığın qorunması və dərinləşdirilməsi istiqamətində iş görmək, məyusluq, ümidsizlik və çarəsizlik hissinin hakim kəsildiyi mühitin yaranmasına imkan verməməkdir.
Ali Baş Komandan Hava Hücumundan Müdafiə Qərargahının komandanları ilə görüşdü
Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günorta İran İslam Respublikası ordusunun Xatəmul-ənbiya (s) Hava Hücumundan Müdafiə Qərargahının komandanları və şəxsi heyəti ilə görüşdü.
İslam İnqilabının Ali Rəhbəri prezident və Nazirlər Kabinetinin üzvləri ilə görüşdü
Bu gün (çərşənbə) səhər prezident və Nazirlər Kabinetinin üzvləri ilə görüşdə Ələvi hökumətinə xas olan ədalət, paklıq, dindarlıq və xalqla birlikdə olmaq xüsusiyyətlərinin məsul şəxslərin fəaliyyətlərinin qiymətləndirilməsi meyarı olduğunu deyən İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei iqtisadi problemlər, xarici siyasət, daxili vəhdət və birliklə bağlı mühüm məsələlərə toxundu.
İslam İnqilabının Ali Rəhbərinin Allah evinin ziyarətçilərinə müraciəti
Allah evinin ziyarətçilərinə ünvanladığı müraciətdə həcc əməlinin yerinə yetirilməsi üçün daimi bir görüş yerinin təyin edilməsinin müsəlmanlar arasında vəhdət və birlik, habelə Vahid İslam Ümmətinin formalaşdırılması istiqamətində simvol olduğunu qeyd edən İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei ABŞ-ın müsəlmanlar arasında müharibə odunu qızışdırmaq siyasətinə işarə edərək vurğulamışdır: “Bu şeytan xislətli siyasəti ayıqlıqla iflasa uğratmaq lazımdır. Həccə və müşriklərə nifrət bildirmək bu ayıqlığa zəmin yaradır”.
İslam İnqilabının Ali Rəhbəri xalqın müxtəlif təbəqələrindən olan minlərlə insanla görüşdü
Bu gün (bazar ertəsi) səhər ölkənin ayrı-ayrı əyalətlərindən gəlmiş minlərlə insanla görüşü zamanı əhalinin məişəti və iqtisadi vəziyyəti ilə bağlı mühüm məsələlərə toxunan İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei ABŞ-ın cinayətləri, müzakirə təklifi, habelə xalq və məsul şəxslərin vəhdətinin zəruriliyindən danışdı.
Məhkəmə hakimiyyətinin sədrinin məktubu və İnqilabın Rəhbərinin həmin məktuba cavabı
Məhkəmə hakimiyyətinin sədri İslam İnqilabının Ali Rəhbərinə ünvanladığı məktubda düşmənlərin İran xalqına qarşı apardıqları iqtisadi müharibəyə, bir qrup iqtisadi cinayətkar və korrupsionerin belə bir şəraitdə düşmənlərin hədəfləri ilə səsələşən bəzi cinayətlərinə işarə edərək ölkə iqtisadiyyatı sahəsində qanun pozuntusuna yol vermiş şəxslərin cəzalandırılmasını nəzərdə tutan qanun və İslam Cinayət Məcəlləsi çərçivəsində qətiyyətli və sürətli tədbirlər görülməsinə icazə verilməsini istəmişdir.
Ali Rəhbərin iştirakı ilə bu gün səhər İmam Rzanın (ə) pak qəbrinin tozu alındı
Ziqədə ayı və İmam Rzaya (ə) xas olan ziyarət günləri münasibəti ilə bu gün (cümə axşamı) səhər İslam İnqilabının Rəhbərinin iştirakı ilə Allahın səkkizinci höccəti Həzrət Əli ibn Musa Rzanın (ə) qəbri-şərifinin tozunun alınması mərasimi təşkil edildi.
Ali Rəhbər İranın xarici ölkələrdəki səfirləri və XİN-in işçiləri ilə görüşdü
Bu gün (şənbə) səhər İranın xarici ölkələrdəki səfirləri, Xarici İşlər Nazirliyinin işçiləri və məsul vəzifəli işçiləri ilə görüşdə sözün həqiqi mənasında milli maraqların təmin edilməsi və qorunmasının xarici siyasətin əsas məqsədi olduğunu deyən İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei İslam dövlətinin diplomatik zərurətlərinə aydınlıq gətirdi.
İslam İnqilabının Ali Rəhbəri builki həcc ziyarətinin təşkilatçıları ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər builki Həcc ziyarətinin təşkilaçıları və cavadeh şəxsləri ilə görüşü zamanı bildirdi ki, Həcc mənəviyyat və siyasətin çulğalaşmasının simvoludur və müsəlmanların bəlli zaman və məkanda toplaşması onun ən mühüm xüsusiyyətidir: “Həqiqi həcc bir tərəfdən müşriklərə nifrətlə müşayiət edilən, digər tərəfdən isə müsəlmanların vəhdəti, qəlb və səs birliyinə zəmin yaradan həccdir”.
Ali Rəhbərin dəvəti ilə prezident və Nazirlər Kabinetinin işçlərinin iclası keçirildi
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xameneinin dəvəti ilə bu gün (bazar) səhər ölkə başçısı və Nazirlər Kabinetinin işçilərinin birgə təşkil etdiyi iclasda məsul şəxslərin gecə-gündüz bilmədən göstərdikləri səy və təlaşı, inqilabçı və mübarizə ruhiyyəsi, əhalinin hər tək-təkinin əməkdaşlığı sayəsində ölkənin iqtisadi problemlərdən çıxa biləcəyini vurğulayan Ali Rəhbər inkişaf və qarşıya qoyulan məqsədlər istiqamətində sürətli hərəkətin davamlılıq şərtlərini açıqladı.
Ali Rəhbər İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın buraxılış mərasimində iştirak etdi
Bu gün (şənbə) Ali Baş Komandan Həzrət Ayətullah Xameneinin iştirakı ilə İmam Hüseyn (ə) adına Hərbi və Müdafiə Təlimi Akademiyasının müdavimlərinin illik buraxılış mərasimi keçirildi.
