
Xəbərlər


Ali Məqamlı Rəhbər İmam Rzanın (ə) hərəminin ziyarətçiləri qarşısında çıxış etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün, təzə ilin ilk günü günortadan sonra İmam Rzanın (ə) hərəminin ziyarətçiləri və hərəmin yaxınlığında yaşayan insanların böyük izdihamı qarşısında çıxış etdi.

Xalqın və rəhbərliyin məsullardan tələbi istehsal və məşğulluqdur
1396-cı hicri şəmsi ilinin başlanğıcı münasibətilə müraciət ünvanlayan İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bütün həmvətənləri, iranlıları, xüsusilə şəhid və fədakarların möhtərəm ailələrini Həzrət Fatimeyi-Zəhranın (s.ə) mövludu və Novruz bayramı münasibətilə təbrik etdi. İran xalqı və dünya müsəlmanlarına bərəkətli, əmin-aman və rifah dolu bir il arzulayan Rəhbər yeni ili “Müqavimət iqtisadiyyatı: istehsal-məşğulluq ili adlandırdı”.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Əhli-beyt (ə) şair və məddahları ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) səhər Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək mövlud yubileyi münasibətilə Əhli-beyt (ə) şair və məddahlarının bir qrupu ilə görüşdü.

İslam İnqilabının Rəhbəri Xubriqan Məclisinin sədri və üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər Xubriqan Məclisinin sədri və üzvləri ilə görüşdü.

Məsul şəxslər zərurət olmadığı hallarda meyvə idxalının qarşısını alsınlar
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) səhər “Təbii sərvətlər həftəsi” münasibətilə iki meyvə ağacı əkdi.

İslam İnqilabının Rəhbəri “Nur yolçuları” ekskursiya qrupunun təşkilatçıları ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri bu gün (bazar ertəsi) səhər “Nur yolçuları” ekskursiya qruplarının təşkilatçıları, Müqəddəs Müdafiənin döyüşçüləri və komandirlərinin bir qrupu ilə görüşdü.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Azərbaycan Respublikasının prezidenti ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günortadan sonra Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə görüşü zamanı qeyd etdi ki, ortaq məzhəb İran İslam Respublikasının Azərbaycan xalqı və bu ölkənin dövlət rəsmilərinə qarşı yaxınlıq və doğmalıq hissi keçirməsinə səbəb olan ən mühüm amildir.

Ali Məqamlı Rəhbərin iştirakı ilə Həzrət Fatiməyə (s.ə) həsr edilmiş matəm mərasimi keçirildi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri, məhkəmənin sədri, dövlət rəsmilərindən bir qrupu və xalqın müxtəlif təbəqələrindən olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə Həzrət Fatimeyi-Zəhraya (s.ə) həsr edilmiş matəm mərasiminin sonuncu gecəsi keçirildi.

Ali Məqamlı Rəhbərin iştirakı ilə Həzrət Fatiməyə (s.ə) həsr edilmiş matəm mərasimi keçirildi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri, ölkə başçısı, dövlət rəsmilərindən bir qrupu və xalqın müxtəlif təbəqələrindən olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət axşamına həsr edilmiş matəm mərasimi keçirildi.

Ali Məqamlı Rəhbərin iştirakı ilə Həzrət Fatiməyə (s.ə) həsr edilmiş matəm mərasimi keçirildi
İslam İnqilabının Ali Məqamlı Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsinə həsr edilmiş matəm mərasimi keçirildi.

Ali Məqamlı Rəhbərin iştirakı ilə Həzrət Fatiməyə (s.ə) həsr edilmiş matəm mərasimi keçirildi
Bu gecə İslam İnqilabının Ali Məqamlı Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə Həzrət Fatimeyi-Zəhraya (s.ə) həsr edilmiş matəm mərasiminin ikinci gecəsi keçirildi.

Ali Məqamlı Rəhbərin iştirakı ilə Həzrət Fatiməyə (s.ə) həsr edilmiş matəm mərasimi keçirildi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri, qanunverici və məhkəmə orqanlarının rəhbərləri, dövlət rəsmiləri və xalqın müxtəlif təbəqələrindən olan bir qrup insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş birinci mərasim gecəsi keçirildi.

İslam İnqilabının Rəhbəri din mövzusunda yazan şairlərdən bir qrupu ilə görüşdü
Bu gecə məzhəb şairlərindən bir qrupu Həzrət Siddiqeyi-Kubranın (s.ə) şəhadət günlərinin ildönümü münasibətilə İslam İnqilabının Ali Məqamlı Rəhbəri ilə görüşdü.

Ali Məqamlı Rəhbər “Fələstin İntifadasına dəstək” adlı VI Beynəlxalq Konfransda iştirak etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər fələstinli qrupların rəhbərləri, İslam ölkələrinin parlament sədrləri və parlamentariləri, İslam dünyasının yüzlərlə alim, mütəfəkkir, azadlıq tərəfdarı olan görkəmli şəxsiyyətlərinin iştirak etdiyi “Fələstin İntifadasına Dəstək” adlı VI Beynəlxalq Konfransda etdiyi çıxışı zamanı bildirdi ki, regiondakı xaosların, və daxili müharibələrin məqsədi “Qüdsün azadlığı” adlı müqəddəs amalın dəstəklənməsini zəfilətməkdir.

Ali Məqamlı Rəhbər Fiqh mövzusunun xüsusi mühazirə kursunda Xuzistanın problemlərindən danışdı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamanei bu gün (bazar ertəsi) səhər Fiqh mövzusunda xüsusi mühazirənin əvvəlində ölkənin cənub regionlarında sel, daşqın və toz dumanı nəticəsində meydana gəlmiş ciddi problem və xəsarətlərdən danışdı.

Ali Məqamlı Rəhbərin Azərbaycandan gəlmiş minlərlə adamla izdihamlı görüşü oldu
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər Azərbaycandan gəlmiş minlərlə insan izdihamı ilə görüşü zamanı qeyd etdi ki, xalqın 22 Bəhmən yürüşündə sıx, güclü və bayram əhval-ruhiyyəli iştirakı İnqilab, dövlət və İranın şərəf və heysiyyət mənbəyidir.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri İsveçin baş naziri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə) günortadan sonra İsveçin baş naziri cənab Stefan Lofvenlə görüşü zamanı qeyd etdi ki, hər iki ölkə əməkdaşlıqları artırmaq üçün böyük potensiallara malikdir: “İki ölkənin bütün sahələr üzrə əlaqələrinin artırılmasını alqışlayırıq. Ümidvarıq ki, müzakirələr və əldə edilmiş razılaşmalar praktiki olaraq da həyata keçəcək”.

İslam İnqilabının Rəhbəri Hava Hücumundan Müdafiə Qərargahının komandirləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) səhər Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qərargahının komandirləri və şəxsi heyəti ilə görüşü zamanı əziz İran xalqının imanlı, qüdrtəli, məntiqli, özünə inam və etimad hissi ilə dolu olan hərəkətini davam etdirdiyini vurğuladı: “Əgər Allaha ümid və təvəkkül rasionallıqla müşayiət olunsa, Allahın yardımına səbəb olar.
