Xəbərlər
Ali Məqamlı Rəhbərin imaməti ilə paytaxt Tehranda möhtəşəm bayram namazı qılındı
Mömin, təkallahlı və bölünməz İran xalqı ramazanda bir ay boyunca həyata keçirdiyi ibadət, oruc və özünütərbiyədən sonra bu gün şanlı İran diyarının dörd bir yanında Allah-taalaya şükür səcdəsi etdi və ən möhtəşəm Fitr namazlarından birini qılaraq Uca Yaradanından milli qurtuluşunun davamını, dünya və axirətdə səadət dilədi.
Ali Məqamlı Rəhbər İmam Əlinin (ə) şəhadətinə həsr olunmuş matəm mərasimində iştirak etdi
Müvəhhidlərin mövlası Həzrət Əli İbn Əbitalibin (ə) məzlumcasına şəhid olmasının ildönümündə İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin və xalqın müxtəlif təbəqələrindən olan insanların iştirakı ilə matəm mərasimi təşkil olundu.
Ali Məqamlı Rəhbər İmam Əliyə (ə) həsr olunmuş matəm mərasimində iştirak etdi
Müttəqilərin mövlası Həzrət Əmirəlmöminin Əlinin (ə) ölümcül qılınc zərbəsi ilə yaralanmasının ildönümü günündə İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin və xalqın müxtəlif təbəqələrini təmsil edən insanların iştirakı ilə o əzmkar imama həsr olunmuş matəm mərasimi keçirildi.
Ali Məqamlı Rəhbər Quran məclisində iştirak etdi
Quranın nazil olduğu mübarək ramazan ayının ilk günündə – bu gün (cümə axşamı) günortadan sonra İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin ofisində 3 saatdan artıq davam edən Quran məclisi təşkil olundu.
Ali Məqamlı Rəhbər İmam Xomeyni (r.ə) hərəmində böyük bir kütlə ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər İslam Respublikasının banisi dahi İmam Xomeyninin (r.ə) müqəddəs hərəmində İran xalqı ilə görüşdü. Dövlətinə və inqilabına sadiq insanlardan ibarət möhtəşəm və misilsiz bir kütlə qarşısında çıxış edən Ali Məqamlı Rəhbər İmam Xomeyni məktəbini “İran xalqının ümid dolu yol xəritəsi” adlandırdı.
Ali Məqamlı Rəhbər İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın məzunlarının buraxılış mərasimində iştirak etdi
Bu gün (çərşənbə günü) səhər, ölkədə qeyd olunan İnqilab Keşikçiləri Günü və 3 xordad – qürurverici “Beytülmüqəddəs” əməliyyatı və Xürrəmşəhrin alınmasının ildönümü günündə Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullah Xameneinin iştirakı ilə İmam Hsüeyn (ə) adına Hərbi Akademiyada məzunların buraxılış mərasimi keçirildi.
Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr olunmuş sonuncu matəm mərasimi keçirildi
Bu gecə İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin, xalqın müxtəlif təbəqələrindən olan insanların, eləcə də rəsmilərdən bir qrupunun iştirakı ilə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr olunmuş sonuncu matəm mərasimi keçirildi.
Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş 4-cü matəm mərasimi keçirildi
İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameninin iştirakı ilə İslam Peyğəmbərinin (s) sevimli qızı Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş 4-cü matəm mərasimi təşkil olundu.
Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr olunmuş 3-cü matəm mərasimi keçirildi
İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr olunmuş 3-cü matəm mərasimi keçirildi.
Ali Məqamlı Rəhbər ölkə başçısı cənab Ruhaninin anasının yas mərasimində iştirak etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Şəhid Mütəhhəri adına ali mədrəsədə ölkə başçısı cənab Həsən Ruhaninin anasının vəfatı ilə bağlı keçirilən yas mərasimində iştirak etdi.
Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsinə həsr olunmuş matəm mərasimi keçirildi
Bu gecə (çərşənbə axşamı) İmam Xomeyni (r.ə) adına hüseyniyədə rəsmilərin və xalqın müxtəlif təbəqələrindən olan insanların iştirakı ilə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsinə həsr olunmuş matəm mərasimi keçirildi.
Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə və Ali Məqamlı Rəhbərin bacısının vəfatına həsr olunmuş matəm mərasimi keçirildi
Həzrət Peyğəmbərin (s) gülü Həzrət Fatimeti-Zəhranın (s.ə) şəhadət axşamında əziz İslam peyğəmbərinin sevimli qızına, eləcə də Ali Məqamlı Rəhbərin bacısı, inqilabçı xanım Seyidə Fatimə Hüseyni Xameneinin vəfatına həsr olunmuş matəm mərasimi təşkil olundu.
Ali Məqamlı Rəhbər Həzrət İmam Hüseynin (ə) ərbəin mərasimində iştirak etdi
Şəhidlər ağası Həzrət Əba Əbdillah Hüseynin (ə) və onun sadiq silahdaşlarının şəhadətinin ərbəin (40-cı) günü İmam Xomeyni (r.ə) adına hüseyniyə ölkənin müxtəlif yerlərindən gəlmiş tələbə kollektivlərinə ev sahibliyi etdi.
