Xəbərlər
Ali Məqamlı Rəhbər Aşura gecəsi təşkil olunan matəm mərasimində iştirak etdi
Allah-Taalanın əziz tutduğu bir ailənin matəm və müsibət gecəsi olan Aşura gecəsində İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin, dövlət rəsmilərindən bir qrupunun və xalqın müxtəlif təbəqələrini təmsil edən minlərlə insanın iştirakı ilə şəhidlər ağası Həzrət Əba-Əbdillah Hüseynə (ə) və onun sadiq səhabələrinə həsr olunmuş matəm mərasimi təşkil olundu.
Ali Məqamlı Rəhbər tasua axşamı təşkil olunan matəm mərasimində iştirak etdi
Tasua axşamı İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə Həzrət Seyyidüş-şühəda Hüseynin (ə) şəhadətinə matəm mərasimi təşkil olundu.

Ali Məqamlı Rəhbər Həzrət Əba-Əbdillah Hüseynə (ə) həsr olunmuş ilk matəm gecəsində iştirak etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İmam Xomeyni (r.ə) adına hüseyniyədə şəhidlər ağası Həzrət Əba-Əbdillah (ə) Hüseynə və onun sadiq silahdaşlarına həsr olunmuş ilk matəm mərasimində iştirak etdi.

Ali Məqamlı Rəhbər Ayətullah Mehdəvi-Kəninin nəşinə cənazə namazı qıldı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) səhər mücahid alim Ayətullah Mehdəvi-Kəninin Tehran Universitetində keçirilən dəfn mərasimində iştirak etdi.

Ali Məqamlı Rəhbərin imaməti ilə Ramazan bayramı namazı qılındı
Bu gün İran xalqının öz müsəlman ölkəsinin dörd bir yanında qıldığı möhtəşəm bayram namazı ilə Ramazan bayramı ikiqat gözəlləşdi.
Ali Məqamlı Rəhbər Həzrət Əlinin (ə) şəhadətinə həsr olunmuş matəm mərasimində iştirak etdi
Müvəhhidlərin mövlası Həzrət Əli ibn Əbu Talibin (ə) məzlumcasına şəhid edildiyi günün ildönümündə İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin və xalqın müxtəlif təbəqələrindən olan insanların iştirakı ilə matəm mərasimi təşkil olundu.

Ali Məqamlı Rəhbər Həzrət Əlinin (ə) xatirəsinə həsr olunmuş matəm mərasimində iştirak etdi
Müttəqilərin mövlası Həzrət Əmirəl-möminin Əlinin (ə) qılınc zərbəsi aldığı günün ildönümündə İmam Xomeyni (r.ə) adına hüseyniyədə xalqın müxtəlif təbəqələrindən olan insanların və İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə o həzrətə həsr olunmuş matəm mərasimi keçirildi.
Ali Məqamlı Rəhbər İmam Xomeyninin (r.ə) vəfatının ildönümü günüdə xalqla görüşdü
İslam İnqilabının dahi memarı İmam Xomeyninin (r.ə) vəfatının 25-ci ildönümündə ölkənin dörd bir yanından axışıb gəlmiş Xomeynisevərlər o həzrətin nurlu məqbərəsi yaxınlığında misilsiz bir ehtişam, mübarizlik, qürur və İslam İnqilabının amallarına sevgi nümunəsi təcəssüm etdirdilər, İran xalqının haqq dünyasına qovuşmuş əziz liderinin ideya və amalları ilə bir daha sədaqət əhd-peymanı bağladılar.
Ali Məqamlı Rəhbər İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın buraxılış mərasimində iştirak etdi
Bu gün səhər – 3 xordad Xürrəmşəhrin fəthi və qürurverici “Beytül-müqəddəs” əməliyyatının ildönümü günündə İmam Hüseyn (ə) adına Hərbi Akademiyada Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullah Xameneinin iştirakı ilə məzunların buraxılış mərasimi keçirildi.

Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş sonuncu matəm gecəsində iştirak etdi
Bu gecə (cümə gecəsi) İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin, xalqın müxtəlif təbəqələrindən olan insanların və hökumət rəsmilərindən bir qrupunun iştirakı ilə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş sonuncu matəm mərasimi təşkil olundu.

Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinin şame-qəriban gecəsinə həsr olunmuş matəm mərasimində iştirak etdi
Siddiqeyi-Kübra Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinin şame-qəriban gecəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin, hakimiyyətin 3 qolunun başçılarının, hökumət rəsmilərindən bir qrupunun və xalqın müxtəlif təbəqələrini təmsil edən insanların iştirakı ilə ismət və paklıq mücəssəməsi olan o xanıma həsr edilmiş möhtəşəm əza mərasimi keçirildi.

Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsinə həsr olunmuş matəm mərasimində iştirak etdi
Həzrət Peyğəmbərin (s) gül balası Xanım Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsində İmam Xomeyni (r.ə) adına hüseyniyədə Ali Məqamlı Rəhbərin, xalqın müxtəlif təbəqələrindən olan insanların və rəsmilərdən bir qrupunun iştirakı ilə matəm mərasimi keçirildi.

Ali Məqamlı Rəhbər Xanım Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr olunmuş ikinci matəm gecəsində iştirak etdi
İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr olunmuş ikinci matəm mərasimi keçirildi.

Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr edilmiş ilk matəm gecəsində iştirak etdi
İslam peyğəmbərinin (s) əziz qızı Həzrət Siddiqeyi-Kübranın (s.ə) şəhadətinin ildönümü ilə əlaqədar olaraq, İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə ismət və paklıq təcəssümü olan o xanımın xatirəsinə ilk matəm gecəsi təşkil olundu.

Ali Məqamlı Rəhbər Təbii Resurslar Həftəsinin başlaması ilə əlaqədar olaraq ağacəkmə aksiyasına qatıldı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkədə qeyd olunan Təbii Resurslar Həftəsi ilə əlaqədar olaraq, bu gün (çərşənbə) – Ağacəkmə günü günorta saatlarında ağacəkmə aksiyasına qatılaraq bir ting əkdi.
Ali Məqamlı Rəhbər tələbə kollektivlərinin iştirak etdiyi ərbəin mərasiminə qatıldı
Ölkənin dörd bir yanından gəlmiş tələbə kollektivlərinin və İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə Şəhidlər ağası Həzrət Əba Əbdillah Hüseynin (ə), habelə onun sadiq dost və silahdaşlarının şəhadətinin ərbəin (qırx) günü ilə əlaqədar təşkil olunmuş mərasim İmam Xomeyni (r.ə) adına hüseyniyəni başdan-başa Həzrət Hüseynə (ə) aid hiss və emosiyalarla doldurdu.
Ali Məqamlı Rəhbər İmam Hüseynə (ə) həsr olunmuş beşinci matəm gecəsində iştirak etdi
Bu gecə (cümə gecəsi) İmam Xomeyni (r.ə) adına hüseyniyədə Ali Məqamlı Rəhbərin iştirakı ilə Həzrət Əba Əbdillah Hüseynin (ə) şəhadətinə həsr olunan beşinci əzadarlıq məclisi təşkil olundu.
