Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

XÜMSÜN HÖKMLƏRİ

  • Müqəddimə
  • BİRİNCİ FƏSİL: XÜMS DÜŞƏN MALLAR
    •  İş gəliri
      • Sərmayə
        • 1- Dövriyyədə olan sərmayə
          Çap versiyası  ;  PDF

           

          1- Dövriyyədə olan sərmayə

           

          Sual 1. Mağazada satışa qoyulan malların xümsünü vermək vacibdirmi?

          Cavab: Əgər bu mallar iş gəliri ilə alınıbsa, onların xümsünü vermək vacibdir.

           

          Sual 2. Pərakəndə satış edən mağaza sahibi xüms ilinin və dövriyyədəki sərmayəsinin hesabatı üçün mağazanın mallarını hansı meyarla qiymətləndirməlidir? Günün topdan satışdakı alış qiyməti, yoxsa günün topdan satışdakı satış qiyməti, yoxsa günün razılaşdırılmış (yəni ən aşağı qazanc ilə olan) satış qiyməti, yoxsa günün pərakəndə satış qiyməti meyar götürülməlidir? Qeyd edək ki, xüms ilinin sonunda malın qeyd edilən şəkillərdə satılaraq nağd pula çevrilməsi mümkündür. Məsələn, bir qutu peçenyeni həm aşağı qiymətlə qutu şəklində satmaq mümkündür, həm də yuxarı qiymətlə pərakəndə satmaq mümkündür. Hansı qiyməti meyar götürmək lazımdır? Yaxud məsələn, paltaryuyan maşını həm razılaşdırılmış qiymətlə, yəni aşağı qiymətlə satmaq mümkündür, həm də pərakəndə satış qiymətilə satmaq, yəni nisbətən yuxarı qiymətə satmaq mümkündür. Hansı qiymət meyar götürülməlidir? Demək olar ki, pərakəndə satışın gəliri sonrakı ilin gəliri olacaqdır. Mal mağazada qaldığı üçün topdan satış qiymət və ya razılaşdırılmış qiymət meyar götürülməlidir?

          Cavab: Malın xüms ilinin sonunda topdan satışının mümkün olduğu qiymət meyar götürülür.

           

          Sual 3. Mən bağ sahibiyəm və ağac əkirəm. Təbii olaraq, birillik ağac taxta kimi istifadəyə bir o qədər də yararlı deyildir. Uzun müddət (ən azı bir neçə il) keçdikdən sonra bu ağaclar istifadəyə yararlı olur. Suallarım budur:
          a) Belə olduğu halda, bu illər ərzində ağacın artımına xüms düşürmü?
          b) Bir neçə illik ağacları satdığım zaman – əvvəlki illərin xümsünü verdiyim və ya vermədiyim təqdirdə – mənim vəzifəm nədir?
          Cavab:
          a) Əgər əsas sərmayənin xümsü verilibsə, ağacların əkildiyi xüms ilinin sonunda ağacların artımı “gəlir” adlandırıldığı və maddi dəyəri olduğu təqdirdə, bu gəlirin xümsü inflyasiya miqdarı çıxılaraq verilir. Sonrakı illər üçün də hökm eynidir.
          b) Ağacların satış pulundan xümsü verilən əsas sərmayə və onun inflyasiya miqdarı çıxılır, bundan sonra qalan məbləğ satış ilinin gəliri hesab olunur. Əgər əvvəlki illərdə ağacın artımına görə olan gəlirin xümsü verilibsə, bu məbləğ də inflyasiya miqdarı hesablanaraq çıxılır. Yox əgər xümsü verilməyibsə, pulun dəyərdən düşməsi miqdarı da hesablanaraq dərhal xümsü ödənilir.

           

        • 2- Sabit sərmayə
      •  Harama qarışan mal
      • Mədən
      • Dəfinə
      • Dalğıclıq vasitəsilə əldə edilən cəvahirat
  • İKİNCİ FƏSİL: XÜMS DÜŞMƏYƏN MALLAR
  • ÜÇÜNCÜ FƏSİL: XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ
  • DÖRDÜNCÜ FƏSİL: XÜMSÜN SƏRF EDİLDİYİ YERLƏR
  • BEŞİNCİ FƏSİL: XÜMSÜN MÜXTƏLİF MƏSƏLƏLƏRİ
700 /