Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • TƏQLİD MƏSƏLƏLƏRİ
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • İhtikar və israf
  • Alğı-satqı və müamilənin ehkamı
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
    Çap versiyası  ;  PDF
     
    Sülh[1] (Razılaşma)
     
    Sual 1792: Bir şəxs bütün əmlakını, o cümlədən, evini, maşınını, ev əşyalarını öz həyat yoldaşına sülh etmişdir (yəni əmlakının öz həyat yoldaşının mülkiyyətinə keçməsinə razılaşmışdır). Həmçinin həyat yoldaşını öz azyaşlı övladlarının qəyyumu təyin etmişdir. Belə olduğu təqdirdə, bu şəxsin ölümündən sonra ata-ananın onun irsindən pay tələb etməyə haqqı vardırmı?
    Cavab: Əgər sübuta yetsə ki, bu şəxs həyatda ikən bütün əmlakını öz həyat yoldaşına və ya başqa bir şəxsə sülh etmişdir, belə ki, öldüyü günədək özü üçün (öz mülkiyyətində) bir şey saxlamamışdır, ata-anaya və ya başqa varislərə irs çatması məsələsinə yer qalmır. Buna görə də, bu şəxs həyatda ikən onun həyat yoldaşının mülkiyyətinə keçən əmlakından ata-ananın və ya başqa varislərin pay tələb etmək haqları yoxdur.
     
    Sual 1793: Bir şəxs əmlakının bir hissəsini öz övladına sülh edir. Amma bir neçə il keçdikdən sonra bunu həmin övladına satır. Hal-hazırda isə bu şəxsin varisləri həkimin yazılı rəyi əsasında iddia edirlər ki, onların atası evi satmamışdan bir müddət qabaq ağlını itiribmiş. Sülh edilən malı sülh edilən tərəfin özünə satmaq sülhdən dönmək hesab olunurmu və müamilənin düzgünlüyünə hökm edilirmi? Əgər sülh öz düzgünlüyündə qalıbdırsa, bu, sülh edilən malın üçdə biri barəsində düzgündür, yoxsa onun hamısı barəsində?
    Cavab: Əvvəlki sülh düzgündür və keçərlidir. Sülh edən şəxsin müqaviləni pozmaq haqqına malik olduğu sübuta yetməyənədək, bu sülhə əməl olunmalıdır. Buna görə də, sülh edən şəxsin sülh edilən malı sonradan satması - hətta onu satdığı vaxt ağıl sağlamlığına malik olsa belə - düzgün deyildir. Baş tutan və düzgünlüyünə hökm edilən sülh, sülh edilən malın hamısı barəsində qüvvədədir.
     
    Sual 1794: Bir şəxs özünün bütün əmlakını, hətta alacaqlarını və tibbi sığorta müəssisəsindəki haqqını öz həyat yoldaşına sülh etmişdir. Amma sözükeçən müəssisə bildirmişdir ki, qanun baxımından bu müəssisədə olan haqqını başqasına sülh etməyə onun haqqı yoxdur. Buna görə də, onunla bu barədə razılaşmamışdır. Sülh edən şəxs də bu məsələni etiraf edir, həmçinin deyir ki, başqalarına olan borcunu qaytarmaqdan boyun qaçırmaq məqsədilə belə bir iş görmüşdür. Bu sülhün hökmü nədir?
    Cavab: Başqasının malı barəsində və ya başqalarının haqqının aid olduğu mal barəsində edilən sülh “füzuli əqd”dir və onun düzgünlüyü mal, ya haqq sahibinin icazəsinə bağlıdır. Əgər sülh edən şəxs tamamilə özünə aid olan mal barəsində sülh edərsə, amma məqsədi başqalarına olan borcunu qaytarmaqdan boyun qaçırmaq olarsa - xüsusilə də, əgər hazırkı əmlakından başqa bir əmlak əldə edə biləcəyinə və borclarını bu əmlakdan qaytara biləcəyinə ümidi yoxdursa - bu sülhün düzgünlüyü və keçərliliyi məhəlli-işkaldır (yəni düzgün deyildir).
     
    Sual 1795: Sülh əqdi sənədində qeyd edilibdir ki, ata öz əmlakını bir hissəsini övladına sülh etmiş və ona təhvil vermişdir. Bu sənəd şəriət və qanun baxımından etibarlı sayılırmı?
    Cavab: Sülh əqdi sənədində qeyd edilənlərin doğru olduğuna yəqinlik hasil olmayanadək mövcud sənəd sülh əqdinin baş tutduğuna və əqdin şərtlərinə şəri dəlil-sübut hesab olunmur. Bəli, əgər mal sahibinin sülh etdiyi dəqiqləşdikdən sonra bu sülhün şəriət baxımından düzgün şəkildə baş tutduğuna dair şübhə mövcud olarsa, sülh əqdi şəriət baxımından düzgün hesab olunur və bu mal sülh edilən tərəfə aid olacaqdır.
     
    Sual 1796: Mən izdivac edəndə qayınatam - yəni ərimin atası - müəyyən məbləğ pulun qarşılığında bir torpaq sahəsini mənə sülh etdi və onu mənə təhvil verdi. Bu barədə bir neçə şahidin qarşısında müqavilə də tənzimlədi. Amma indi bu sülhün formal olduğunu iddia edir. Bu məsələnin hökmü nədir?
    Cavab: Bu sülh şəriət baxımından düzgündür və iddaçı şəxs sülhün formal olduğunu sübuta yetirməyənədək bu iddianın heç bir təsiri yoxdur.
     
    Sual 1797: Atam həyatda ikən bütün daşınmaz və qeyri-daşınmaz əmlakını mənə sülh etdi. Bu şərtlə ki, o, vəfat etdikdən sonra mən bacılarımın hər birinə müəyyən məbləğ pul verməli idim. Bacılarım da buna razı oldular və vəsiyyət sənədini imzaladılar. Atam vəfat etdikdən sonra mən onların haqqını verdim və əmlakın qalan hissəsini özümə götürdüm. Mən bu əmlakdan istifadə edə bilərəmmi? Əgər bacılarım buna (mənim bu əmlakdan istifadə etməyimə) razı olmasalar, məsələnin hökmü nədir?
    Cavab: Bu sülhün maneəsi yoxdur və sualda qeyd edilənlərə əsasən, sülh edilən mal sizə aiddir, başqa varislərin narazılığının heç bir təsiri yoxdur.
     
    Sual 1798: Əgər bir şəxs yanında olan övladlarının razılığı olmadan və yanında olmayan övladlarından da xəbərsiz olaraq öz əmlakını oğullarından birinə sülh edərsə, bu sülh düzgündürmü?
    Cavab: Mal sahibi həyatda ikən öz əmlakını varislərindən birinə sülh etməsi digər varislərin icazəsinə bağlı deyildir və digər varislərin buna etiraz etməyə haqqı yoxdur. Bəli, əgər bu iş övladlar arasında fitnə və ixtilafın düşməsinə səbəb olarsa, bu sülhə icazə verilmir.
     
    Sual 1799: Əgər bir şəxs bir malı başqa bir şəxsə bu şərtlə sülh etsə ki, yalnız həmin şəxs (yəni sülh edilən tərəf) ondan istifadə edə bilər, həmin şəxs sülh edən şəxsin razılığı olmadan bu malı eyni məqsədlə istifadə etməsi üçün üçüncü bir şəxsə verə bilərmi? Yaxud sülh edən şəxsin razılığı olmadan, bu maldan istifadə etməkdə başqa bir şəxsi özünə şərik edə bilərmi? Əgər bu iş düzgündürsə, sülh edən şəxs bu sülhdən dönə bilərmi?
    Cavab: Sülh edilən tərəf sülh əqdində öhdəsinə götürdüyü şərtləri poza bilməz. Bu şərtləri pozduğu təqdirdə sülh edən şəxs sülh əqdini poza bilər.
     
    Sual 1800: Sülh əqdi baş tutduqdan sonra sülh edən şəxs bu əqddən dönə bilərmi və sülh edilən tərəfə bildirmədən həmin malı başqa bir şəxsə sülh edə bilərmi?
    Cavab: Əgər sülh düzgün şəkildə baş tutarsa, sülh edən şəxs ona əməl etməlidir. Sülh edən şəxs özünə əqdi pozmaq haqqı təyin etməyənədək, sülhdən dönmək haqqı yoxdur. Buna görə də, əgər həmin malı başqa bir şəxsə sülh edərsə, bu sülh “füzuli”dir və onun düzgünlüyü sülh edilən birinci şəxsin icazəsinə bağlıdır.
     
    Sual 1801: Anadan qalan irs onun oğulları və qızları arasında bölüşdürülmüşdür. Bu məsələ özünün qanuni mərhələlərini keçmiş, irsin bölüşdürüldüyünə dair rəsmi sənəd imzalanmışdır. Varislərin hər biri öz payını aldıqdan və bu məsələnin üstündən xeyli vaxt keçdikdən sonra mərhumənin qızlarından biri iddia edir ki, anası həyatda ikən özünün bütün əmlakını ona sülh etmişdir. Bu barədə adi (qeyri-rəsmi) sənəd mövcuddur ki, yalnız qızın özü və onun əri bu sənədi imzalamışlar. Həmçinin bu sənəddə ananın da barmaq imzası vardır. İndi bu qız irsin hamısını tələb edir. Vəzifə nədir?
    Cavab: Həyatda ikən ananın öz əmlakını bu qızına sülh etdiyi sübuta yetməyənədək, iddia etdiyi şey (irsin hamısı) xüsusunda qızın heç bir haqqı yoxdur. Sülh əqdi sənədinin həqiqətə uyğun olduğu sübuta yetməyənədək, bu sənədin heç bir etibarı yoxdur.
     
    Sual 1802: Bir ata bütün əmlakını öz övladlarına sülh etmişdir. Bu şərtlə ki, həyatda olduğu müddətdə bu əmlakdan istifadə etmək ixtiyarı olacaqdır. Bu deyilənləri nəzərə alaraq, aşağıdakı məsələlərin hökmü nədir?
    a) Bu sülh sözügedən şərtlə düzgündürmü və keçərlidirmi?
    b) Bu sülh düzgün və keçərli olduğu təqdirdə, sülh edən şəxs ondan dönə bilərmi? Sülh edən şəxs ondan dönə bildiyi təqdirdə, əgər sülh etdikdən sonra bu əmlakın bir hissəsini satarsa, onun bu əməli sülhdən dönmək hesab olunurumu? Bu əməl sülhdən dönmək hesab olunduğu təqdirdə, sülhdən bütünlüklə dönmək deməkdir, yoxsa satılan mal xüsusunda sülhdən dönməkdir?
    c) Əqddə qeyd edilən “həyatda olduğu müddətdə bu əmlakdan istifadə etmək ixtiyarı” cümləsi, sülh edən şəxsin əqdi pozmaq haqqına malik olması mənasını bildirirmi? Yoxsa bu əmlakı başqasına verə bilmək haqqına malik olması mənasını bildirir? Yaxud da həyatda olduğu müddətdə bu əmlakdan sadəcə istifadə etmək haqqına malik olması mənasını bildirir?
    Cavab:
    a) Bu sülh sözügedən şərtlə düzgündür və keçərlidir.
    b) Sülh əqdi “lazım əqd”dir. Nəticədə, sülh edən şəxsin əqdi pozmaq haqqı olmayanadək, onun bu əqdi pozması düzgün deyildir. Deməli, əgər o, sözügedən əmlakı sülh etdikdən sonra əqdi pozmaq haqqına malik olmadığı bir halda əmlakın bir hissəsini sülh edilən tərəflərdən birinə satarsa, alıcının payı xüsusunda müamilə düzgün deyildir. Sülh edilən digər təfələrin payı xüsusunda isə müamilə “füzuli”dir və müamilənin düzgünlüyü onların icazəsinə bağlıdır.
    c) “Həyatda olduğu müddətdə bu əmlakdan istifadə etmək ixtiyarı” cümləsi sülh edən şəxsin əmlakdan sadəcə istifadə etmək haqqına malik olması mənasını bildirir. Bu cümlə, sülh edən şəxsin nə əqdi pozmaq haqqına malik olması, nə də bu əmlakın başqasına verə bilmək haqqına malik olması mənasını bildirir.

    [1] Sülh – şəri əqdlərdən (müqavilə) biridir və burada əqdin hər iki tərəfi mal-mülkə sahiblənmə, borcun bağışlanması, haqqın ortadan qalxması və s. bu kimi məsələlərdə öz razılıqlarını elan edirlər.
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /