
Xəbərlər


Ali Məqamlı Rəhbər Siddiqeyi-Kübra Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinin “şame-qəriban” mərasimində iştirak etdi
Siddiqeyi-Kübra Həzrət Fatimeyi-Zəhranın şəhadətinin “şame-qəriban” gecəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin, xalqın müxtəlif təbəqələrinin və vəzifəli şəxslərin iştirakı ilə ismət və paklıq xanımının xatirəsinə həsr olunan matəm və əza mərasimi keçirildi.

Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın (s.ə) xatirəsinə həsr olunmuş əza mərasimində iştirak etdi
İslam peyğəmbərinin (s) sevimli qızı Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsində İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə ismət və paklıq xanımının xatirəsinə həsr olunmuş matəm və əza mərasimi keçirildi.

Ali Məqamlı Rəhbər professor Əbülqasim Qorcinin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei görkəmli ziyalı və alim, professor Əbülqasim Qorcinin vəfatı ilə əlaqədar başsağlığı verdi.

Ali Məqamlı Rəhbər Ayətullah Seyid Məhəmmədəli Həkimin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ayətullah Hacı Seyid Məhəmmədsəid Həkimə ünvanladığı müraciətdə ona möhtərəm atası Ayətullah Seyid Məhəmmədəli Həkimin vəfatı ilə əlaqədar başsağlığı verdi.

Ali Məqamlı Rəhbər İmam Xomeyninin (r.ə) kürəkəninin vəfatı ilə əlaqədar başsağlığı verdi
Bu gün səhər İnformasiyanın Toplanması və Kəşfiyyat Nazirliyində olan İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İmam Zamanın (ə.f) naməlum əsgərlərinin fəaliyyətini və nailiyyətlərini əks etdirən sərgiyə baxış keçirməklə yanaşı, nazirliyin rəhbər işçiləri, ekspertləri və kadrları ilə də görüşdü.

Ali Məqamlı Rəhbərin imamətliyi ilə cümə namazı qılınacaq
Bu həftə – mərhəmətli imam Həzrət Əli İbn Musa Rizanın (ə) şəhadətinin ildönümündə Tehran şəhərində cümə namazı İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin imamətliyi ilə qılınacaq.

Ali Məqamlı Rəhbər şəhidlər ağası Həzrət İmam Hüseynin (ə) ərbəin mərasimində iştirak etdi
Şəhidlər ağası İmam Hüseynin (ə) və silahdaşlarının şəhadətinin 40-cı günündə İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin və ölkənin müxtəlif universitetlərini təmsil edən tələbə heyətlərinin iştirakı ilə əzadarlıq mərasimi keçirildi, hüseyniyə başdan-başa İmama (ə) qarşı böyük sevgi və emosiyalarla dolub-daşdı.

Ali Məqamlı Rəhbər şəhidlər ağası Həzrət Əba-Əbdillah Hüseynə (ə) həsr olunmuş əzadarlıq mərasimində iştirak etdi
Aşura gecəsində – Hüseynin (ə), habelə onun ilahi mərifət sahibi olan ixlaslı silahdaşlarının şəhadət gecəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin və xalqın müxtəlif təbəqələrinin nümayəndələrinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Əba-Əbdillah Hüseynə (ə) həsr edilmiş təntənəli əzadarlıq mərasimi keçirildi.

Ali Məqamlı Rəhbər ordunun hərbi akademiyalarının müştərək buraxılış və andiçmə mərasimində iştirak etdi
Bu gün İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə Şəhid Səttari adına Hərbi Aviasiya Akademiyasında İran İslam Respublikası Ordusunun hərbi akademiyalarının müdavimlərinin dördüncü birgə buraxılış və andiçmə mərasimi keçirildi.

Ali Məqamlı Rəhbər Qum Elmi-teoloji Mərkəzinin elmi-tədqiqat sahəsindəki nailiyyətlərini əks etdirən sərgiyə baxış keçirdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün günortadan sonra 3 saatdan artıq müddətdə Qum vilayətində fəaliyyət göstərən 70-dən çox islami tədqiqat mərkəzi və müəssisəsinin elmi-tədqiqat əsərlərini əks etdirən sərgiyə baxış keçirdi.

Ali Məqamlı Rəhbər Qum şəhərinin əhalisi tərəfindən böyük təntənə və izdihamla qarşılandı
Allahın səkkizinci höccəti, mərhəmətli imam, Həzrət Əli İbn Musa Rzanın bərəkətli doğum günündə müqəddəs Qum şəhəri dini və inqilabi dəyərləri bir daha dəstəkləmək üçün yekdilliklə ayağa qalxdı. Qumun inqilabçı və istiqanlı əhalisi Ali Məqamlı Rəhbəri vəsfəgəlməz dərəcədə möhtəşəm şəkildə qarşılamaqla şəhərin tarixinə daha bir iftixar dolu günü yazdı.

Mübarək Ramazan bayramının namazı qılındı
Bu gün – mübarək Ramazan bayramı günündə İran İslam Respublikası bütünlüklə nur, dua və səcdəyə qərq oldu, mömin və şərəfli İran xalqı bir aylıq oruc və ibadətdən sonra Uca Tanrıdan dilədi ki, bu böyük xalqa bayram hədiyyəsi olaraq, Məhəmməd (s) və onun pak Əhli-Beytinin (s.ə) xeyir, bərəkət və gözəlliklərini nəsib etsin.

Əmirəl-möminin Həzrət Əli ibn Əbi-Talibin (ə) şəhadətinə həsr edilmiş əzadarlıq mərasimi
Bu gün – İslamın əzəmətli peyğəmbərinin (s) vəsisi, Əmirəl-möminin Həzrət Əli ibn Əbi-Talibin (ə) şəhadətinin ildönümü günündə, günorta vaxtlarında xalqın müxtəlif təbəqələrini təmsil edən insanların, habelə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə İmam Əlinin (ə) xatirəsinə həsr edilmiş matəm mərasimi keçirildi.

İmam Xomeyni (r.ə) adına hüseyniyyədə Quranla ünsiyyət nuru ilə işıqlanmış mənəvi bir ziyafət keçirildi
Ramazan ayının – Qurani-Kərimin nazil olduğu mübarək ayın ilk günündə ölkənin tanınmış qarilərindən, Quran ustadlarından və hafizlərindən bir qrupu İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin qonağı oldular.
4 saata yaxın davam edən mərasimdə qarilər ayrılıqda və qrup şəklində Quran tilavət etdilər, dualar oxudular.

İmam Xomeyninin (r.ə) vəfatının 21-ci ildönümünə həsr edilmiş mərasim
Sədaqətli, mətin və uzaqgörən İran xalqı dahi imam Xomeyninin (r.ə) vəfatının 21-ci ildönümünə həsr olunmuş mərasimi mərhum liderə qarşı özünün möhtəşəm və dərin sədaqətinin ifadə olunduğu bir meydana çevirdi; imam Xomeyninin (r.ə) işıqlı kursuna sadiq qalacağı barədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri və dövrün Vəliyyi-fəqihi Həzrət Ayətullah Xamenei ilə bir daha əhd-peyman bağladı.

İİR-in banisi Həzrət Xomeyninin əziz xatirəsinə həsr olunan anım mərasimi
İran İslam Respublikasının banisi Həzrət imam Xomeyninin (r.ə) dünyadan köçməsinin 21-ci ildönümü ilə əlaqədar olaraq, o dahi liderin əziz xatirəsini bir daha böyük ehtiramla yad etmək məqsədilə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin təşəbbüsü ilə 3 iyun, 2010-cu il tarixində Böyük Qum məscidində anım mərasimi keçiriləcək. Qeyd edək ki, Ali Məqamlı Rəhbərlik Baş İdarəsi bununla bağlı rəsmi məlumat yaymışdır.

İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın müdavimlərinin buraxılış mərasimi
Bu gün 3 xordad (24 may) tarixində – Xorrəmşəhrin düşməndən azad olunmasının ildönümü günündə İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə imam Hüseyn (ə) adına Hərbi və Müdafiə Təlimi Akademiyasının tələbələrinin buraxılış mərasimi keçirildi.

İslam Peyğəmbərinin sevimli qızı Həzrət Fatimeyi-Zəhranın şəhadət gecəsinə həsr edilmiş əzadarlıq mərasimi
Siddiqeyi-Kubra Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə imam Xomeyni (r.ə) adına hüseyniyədə İslam Peyğəmbərinin (s) istəkli qızının əziz xatirəsini yad etmək üçün matəm və əzadarlıq mərasimi təşkil olundu.
