Xəbərlər

Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinə həsr olunmuş şame-qəriban mərasimində iştirak etdi
Siddiqeyi-Kübra Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinin şame-qəribanında İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin, xalqın müxtəlif təbəqələrini təmsil edən insanların və rəsmilərin iştirakı ilə ismət və paklıq xanımına həsr edilən möhtəşəm əza mərasimi təşkil olundu.
Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsi ilə əlaqədar keçirilən əza mərasimində iştirak etdi
Bu gecə (çərşənbə axşamı) məğrib və işa namazlarından sonra İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam Peyğəmbərinin (s) gül balası Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsi ilə əlaqədar matəm mərasimi təşkil olundu. Höccətül-İslam vəl-muslimin Seyid Əhməd Xatəminin nitqi, cənab Mahmud Kəriminin mərsiyələri ilə davam edən məclisdə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei də iştirak etdi.
Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhraya (s.ə) həsr olunmuş ikinci əza gecəsində iştirak etdi
İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə İslam Peyğəmbərinin (s) əziz qızı Həzrət Fatimeyi-Zəhraya (s.ə) həsr olunan əza mərasimlərinin ikincisi gecəsi keçirildi.

Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhraya (s.ə) həsr olunmuş ilk əza gecəsində iştirak etdi
Bu ərəfədə İslam Peyğəmbərinin (s) əziz qızı Həzrət Fatimeyi-Zəhranın (s.ə) vəfatı ilə bağlı matəm günləri yaşanır. Bu münasibətlə İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə ismət və paklıq təcəssümü Xanım Zəhraya (s.ə) həsr olunan ilk əza məclisi təşkil olundu.

Ali Məqamlı Rəhbər ağacəkmə aksiyasında iştirak etdi
Bu gün (çərşənbə axşamı) – Təbii resurslar həftəsi çərçivəsində qeyd olunan Ağacəkmə günündə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei də aksiyaya qoşularaq 2 ting əkdi.

Ali Məqamlı Rəhbər Həzrət Əba Əbdillah Hüseynin (ə) ərbəin mərasimində iştirak etdi
Bu gün səhər – şəhidlər ağası Əba Əbdillah Hüseynin (ə) və o həzrətin silahdaşlarının ərbəin günündə (vəfatın 40-cı günü) İmam Xomeyni (r.ə) adına hüseyniyə ölkənin dörd bir yanından gəlmiş tələbə kollektivlərinə ev sahibliyi etdi.

Ali Məqamlı Rəhbər Kirmanşah vilayətində yerləşən hərbi və polis birləşmələrinin birgə paradında iştirak etdi
Bu gün (cümə axşamı) günortadan sonra İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə İİR Ordusunun Quru Qoşunlarının 81-ci zirehli briqadasının qarnizonunda Kirmanşah vilayətində yerləşən hərbi və polis birləşmələrinin birgə paradı keçirildi.

Ali Məqamlı Rəhbər Polis Akademiyasının tələbələri ilə görüşdü
Bu gün səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə Polis Akademiyasının tələbələrinin buraxılış mərasimi keçirildi.

Ali Məqamlı Rəhbər müqəddəs İmam Rza (ə) məqbərəsinin toz alma mərasimində iştirak etdi
Bu gün (çərşənbə günü) səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə, mənəvi bir ab-hava içərisində Allahın səkkizinci höccəti Həzrət İmam Rzanın (ə) qəbri-şərifinin toz alma mərasimi keçirildi.
Mərasim boyunca qarilər və Əhli-Beyt (ə) məddahları nurani ayələr qiraət edib, pak və məsum Əhli-Beytin (ə) şərəfinə mədhiyyələr oxuyaraq bu təntənəli ayinə xüsusi mənəvi-ruhani atmosfer bəxş etdilər.

Əmirəlmöminin Əlinin (ə) şəhadətinə həsr edilmiş əza mərasimi keçirildi
Bu gün (bazar ertəsi) günorta xalqın müxtəlif təbəqələrinin nümayəndələrinin və İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə fəzilət sahiblərinin öndəri, imamlar atası Əli ibn Əbitalibin (ə) məzlumcasına şəhid edilməsinin ildönümü ilə əlaqədar matəm mərasimi keçirildi.

Əmirəlmöminin Əliyə (ə) mehrabda zərbə vurulmasının ildönümü ilə əlaqədar əza mərasimi keçirildi
Əmirəlmöminin Əlinin (ə) mehrabda zərbə alaraq ölümcül yaralanmasının ildönümü ilə əlaqədar Ali Məqamlı Rəhbərin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə əza mərasimi keçirildi.

Ali Məqamlı Rəhbər İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın məzunlarının buraxılış mərasimində iştirak etdi
Bu gün səhər İmam Hüseyn (ə) adına Zabitlər və İnqilab Keşikçiləri Akademiyasının məzunlarının birgə buraxılış mərasimində iştirak edən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin mömin, cihad əhval-ruhiyyəli, novator, enerji dolu və uzaqgörən hərbçilərə günü-gündən daha artıq ehtiyac duyduğunu bildirərək dedi: “Amerika” adlı böyük şeytanın siyasətlərinin son dərəcə həssas Orta Şərq regionunda məğlubiyyətə uğraması, təlatümə gəlmiş region xalqları arasında İslam şüarlarının ümidverici dirçəlişi İran xalqına verilmiş ilahi vədlərdən bir hissəsinin həyata keçməsi deməkdir. Bu yolda dözümlülük və sabitqədəmlik ilahi zəfərin tam olaraq gerçəkləşməsi ilə sonuclanacaq”.

Ali Məqamlı Rəhbər Siddiqeyi-Kübra Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadətinin “şame-qəriban” mərasimində iştirak etdi
Siddiqeyi-Kübra Həzrət Fatimeyi-Zəhranın şəhadətinin “şame-qəriban” gecəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin, xalqın müxtəlif təbəqələrinin və vəzifəli şəxslərin iştirakı ilə ismət və paklıq xanımının xatirəsinə həsr olunan matəm və əza mərasimi keçirildi.

Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın (s.ə) xatirəsinə həsr olunmuş əza mərasimində iştirak etdi
İslam peyğəmbərinin (s) sevimli qızı Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət gecəsində İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə ismət və paklıq xanımının xatirəsinə həsr olunmuş matəm və əza mərasimi keçirildi.

Ali Məqamlı Rəhbər professor Əbülqasim Qorcinin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei görkəmli ziyalı və alim, professor Əbülqasim Qorcinin vəfatı ilə əlaqədar başsağlığı verdi.

Ali Məqamlı Rəhbər Ayətullah Seyid Məhəmmədəli Həkimin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ayətullah Hacı Seyid Məhəmmədsəid Həkimə ünvanladığı müraciətdə ona möhtərəm atası Ayətullah Seyid Məhəmmədəli Həkimin vəfatı ilə əlaqədar başsağlığı verdi.

Ali Məqamlı Rəhbər İmam Xomeyninin (r.ə) kürəkəninin vəfatı ilə əlaqədar başsağlığı verdi
Bu gün səhər İnformasiyanın Toplanması və Kəşfiyyat Nazirliyində olan İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İmam Zamanın (ə.f) naməlum əsgərlərinin fəaliyyətini və nailiyyətlərini əks etdirən sərgiyə baxış keçirməklə yanaşı, nazirliyin rəhbər işçiləri, ekspertləri və kadrları ilə də görüşdü.

Ali Məqamlı Rəhbərin imamətliyi ilə cümə namazı qılınacaq
Bu həftə – mərhəmətli imam Həzrət Əli İbn Musa Rizanın (ə) şəhadətinin ildönümündə Tehran şəhərində cümə namazı İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin imamətliyi ilə qılınacaq.
