Xəbərlər
Elitlərə, elm və idman sahəsində medal qazanmış gənclərə müraciət
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei dünya miqyaslı elmi yarışlarda və idman meydanlarında medal qazanmış gənclərə, elmi elitaya ünvanladığı müraciətdə yeniyetmə və gənc elitlərin elm və idman sahələrindəki əvəzsiz rolunu, eləcə də onların ölkədə ümidin, tərəqqinin və yüksək əhval-ruhiyyənin təzahürü olduğunu vurğulayıblar.
Məhkəmə hakimiyyəti rəhbərinin İslam İnqilabının Ali Rəhbəri ilə görüşü
Məhkəmə hakimiyyətinin rəhbəri Höccətül-İslam vəl-müslimin Mohsini Ejei İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei ilə görüşüb söhbət edib.
İslami Şura Məclisinin sədrinin İslam İnqilabının Ali Rəhbəri ilə görüşü
İslami Şura Məclisinin sədri doktor Məhəmməd Baqir Qalibaf İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei ilə görüşüb söhbət edib.
İnqilabın Rəhbərinin ABŞ-də keçirilən dünya çempionatında sərbəst güləş üzrə Ümid Komandasının qazandığı qələbə və uğur münasibətilə müraciəti
Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei Sərbəst Güləş Üzrə Ümid Milli Güləş Komandasının ABŞ-də keçirilən dünya çempionatındakı qələbəsi və qazandığı böyük uğur münasibətilə komandanın rəhbərlərini, məşqçilərini, qeyrətli pəhləvanlarını, böyük İran xalqını, xüsusilə də ölkənin çempion gənc nəslini təbrik edib.
Gənclər arasında Yunan-Roma güləşi üzrə dünya çempionlarına müraciət
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei milli güləş komandasını 23 yaşa qədər idmançılar arasında Yunan-Roma güləşi üzrə dünya çempionatında qazandığı qələbə münasibətilə təbrik edib.
İnqilabın Rəhbərinin Həzrət Zeynəbin (s.ə) mövludu münasibətilə müraciəti
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei Həzrət Zeynəbin (s.ə) mövlud ildönümü və Tibb Bacısı Günü münasibətilə ünvanladığı müraciətdə “İran xalqının misilsiz besəti dövrü”ndə ölkənin Zeynəb (s.ə) yolu gedən qadın və qızlarının rolunun heyranedici olduğunu bildirib.
Polis Həftəsi münasibətilə müraciət
Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei Polis Həftəsi münasibətilə ünvanladığı müraciətdə şücaətli və tədbirli komandanlığın, qeyrətli polis əməkdaşlarının və onların ailələrinin rəşadət və fədakarlığını yüksək qiymətləndirib.
İnqilab Rəhbərinin nümayəndələri Ayətullah Nuri Həmədanini ziyarət ediblər
İslam İnqilabının Ali Rəhbəri tərəfindən göndərilən nümayəndə heyəti bu gün günortadan sonra xəstəxanada Həzrət Ayətullah Nuri Həmədanini ziyarət edib.
33-cü Ümumrespublika Namaz Konfransı ilə bağlı müraciət
33-cü Ümumrespublika Namaz Konfransı bu səhər İmam Rza (ə) hərəminin yaxınlığında İslam İnqilabının Ali Rəhbərinin müraciəti ilə işə başladı.
Müqəddəs Müdafiə Həftəsi və Müqavimətin Seyidinin şəhadətinin ikinci ildönümü
İslam İnqilabının Ali Rəhbəri və Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei Birinci Məcburi Müharibənin başlandığı günlər və İran xalqının səkkizillik unudulmaz Müqəddəs Müdafiə dövrünün ildönümü münasibətilə müraciət ünvanlayıb.
İslam İnqilabının Ali Rəhbərinin məktəblərdə və universitetlərdə yeni tədris ilinin başlanması münasibətilə müraciəti
İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xamenei məktəblərdə və universitetlərdə yeni tədris ilinin başlanması münasibətilə ünvanladığı müraciətdə son dövrdə baş vermiş təcavüzkar müharibədə şəhid olan şagirdlərin, tələbələrin, orta məktəb və universitet müəllimlərinin xatirəsinə ehtiramını ifadə edərək, məktəblərin və universitetlərin yenidən açılmasını millətin parlaq gələcəyə doğru yüksək sürətlə irəliləməsinə, ruh yüksəkliyinə və ümidə müjdə verən bir hadisə kimi qiymətləndirmişdir.
Həzrət Ayətullah-üzma Şübeyrinin vəfatı ilə əlaqədar başsağlığı müraciəti
İnqilabın Ali Rəhbəri şiə məzhəbinin birinci dərəcəli tədqiqatçılarından olan ali dərəcəli fəqih Həzrət Ayətullah-üzma Şübeyrinin (Allah-Taala ruhunu şad etsin) vəfatı ilə əlaqədar başsağlığı verdi.
İqtisadi Araşdırmalar üzrə Komissiyanın yeni rəhbəri təyin olundu
Bu gün səhər – 24 şəhrivər, çərşənbə günü İslam İnqilabı Rəhbərinin Ofisinin Araşdırmalar Şöbəsinin nəzdində İqtisadi Araşdırmalar üzrə Komissiyanın yeni rəhbəri doktor Seyid Ehsan Xanduzinin təqdimat, doktor Əli Ağaməhəmmədin isə yola salınma mərasimi keçirildi.
Vəhdət Həftəsi münasibətilə müraciət
Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei Vəhdət Həftəsi, eləcə də Həzrət Məhəmməd Peyğəmbərin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövlud günləri münasibətilə təbrik müraciəti ünvanlayıb.
Hökumət Həftəsi münasibətilə müraciət
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei Hökumət Həftəsi münasibətilə müraciət ünvanlayıb.
Şəhid Rəhbərin pak cənazəsinin dəfninin qırxıncı günü mərasimi
İslam İnqilabının Ali Rəhbərinin təşəbbüsü ilə Şəhid Rəhbər Həzrət Ayətullah Seyid Əli Hüseyni Xamenei və onun ailə üzvlərinin pak cənazələrinin dəfninin qırxıncı günü ilə əlaqədar İmam Xomeyni (r.ə) adına müsəllada cəmiyyətin müxtəlif təbəqələrindən olan minlərlə insanın, üç hakimiyyət orqanının rəhbərlərinin, mülki və hərbi rəsmilərin iştirakı ilə anım mərasimi keçirildi.
“İranın Şəhid Rəhbərinin dəfninin qırxıncı günü” mərasimi ilə bağlı elan
İslam İnqilabı Rəhbərinin Ofisi İranın Şəhid Rəhbərinin dəfni və vida mərasiminin qırxıncı günü ilə əlaqədar bəyanat yayaraq Tehran, Qum və Məşhəd şəhərlərində Şəhid Rəhbər Həzrət Ayətullah-üzma Seyid Əli Hüseyni Xameneinin xatirəsinə həsr edilmiş anım mərasimlərinin keçiriləcəyini elan edib.
Doktor Zolqədrin İnqilabın Ali Rəhbərinin siyasi müşaviri təyin olunması
İslam İnqilabının Rəhbəri fərman imzalayaraq doktor Zolqədri özünün siyasi müşaviri təyin etdi.
