Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

XÜMSÜN HÖKMLƏRİ

  • BİRİNCİ FƏSİL: XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ QAYDASI
    • XÜMSÜN TƏCİLİ ÖDƏNİLMƏSİ
    • XÜMSÜ AYIRIB KƏNARA QOYMAĞIN KİFAYƏT ETMƏMƏSİ 
    • XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ QAYDASI
    • XÜMS DÜŞƏN MALIN XÜMS DÜŞMƏYƏN MALA QARIŞMASI
      Çap versiyası  ;  PDF
       
      XÜMS DÜŞƏN MALIN XÜMS DÜŞMƏYƏN MALA QARIŞMASI
       
      Xümsü verilmiş malın xümsü verilməmiş mala qarışması
      38. Əgər qərzül-həsənə hesabımda 1000 manat xümsü verilmiş pulum olsa, daha sonra onun üstünə 500 manat xümsü verilməmiş pul əlavə etsəm və il ərzində hesabımdakı ümumi puldan müəyyən məbləğ xərcləsəm, xüms ili tamamlananda bu pulun hamısının xümsünü hesablamalıyam, yoxsa sonradan əlavə etdiyim puldan artıq qalan məbləğin xümsünü verməliyəm?
      Cavab: Əgər xümsü verilmiş pul növbəti ildə xərclənməsə və qalsa, ona yenidən xüms düşmür. Əgər həmin ilin gəliri xümsü verilmiş pul ilə müşərək şəkildə ilin məişət xərclərinə sərf edilərsə, xüms ili tamamlananda artıq qalan pulun xümsü “xümsü verilmiş pul” ilə “xümsü verilməmiş pul”un nisbəti şəklində ödənilməlidir. (1)
       
      39. Bu ilin martında xümsümü ödədikdən sonra hesabımda 5500 manat pul qaldı. Aylıq maaşlarım da onun üstünə gəldi. Belə ki, xümsü verilmiş pul ilə xümsü verilməmiş pul bir-birinə qarışdı. Bu pulları xərcləyərkən mənim vəzifəm nədir?
      Cavab: Hesabınızdan çəkdiyiniz pulun xümsü verilmiş puldan, yoxsa cari ilin maaşından olduğunu öz niyyətinizlə təyin edə bilərsiniz.
       
      40. Toy hədiyyəsi, yeni ailə quranlara verilən pul krediti və maaşdan ibarət müəyyən məbləğ pulum var idi. Əgər bu puldan əlimdə təkcə kredit və hədiyyə məbləğində qalarsa, ona xüms düşürmü?
      Cavab: Əgər puldan xərcləyərkən maaşınızdan xərclədiyinizi niyyətdə tutmusunuzsa, əlinizdə qalan məbləğə xüms düşmür. Əks təqdirdə, əlinizdə qalan məbləğin xümsünü “xümsü verilmiş pul” ilə “xümsü verilməmiş pul”un nisbəti şəklində verməlisiniz.
       
      41. Bir şəxsin “xümsü verilmiş pul” ilə “xümsü verilməmiş pul”un bir-birinə qarışdığı müəyyən məbləğ ehtiyat pulu var. O, məişət xərclərindən ötrü bəzən bu pulun üstündən götürür, bəzən də onun üstünə pul əlavə edir. Xümsü verilmiş pulun məbləğinin məlum olduğunu nəzərə alaraq, bu şəxs əlində qalan pulun hamısının xümsünü ödəməlidir, yoxsa təkcə xümsü verilməmiş pulun xümsünü ödəməlidir?
      Cavab: Əlində qalan pulun xümsünü “xümsü verilmiş pul” ilə “xümsü verilməmiş pul”un nisbəti şəklində ödəməlidir.
       
      Dövriyyədə olan pullar
      42. Bank hesabımda müəyyən məbləğ pulum var idi və xüms günümdə onun xümsünü ödədim. Amma cari xüms ilimdə bir neçə dəfə o pulun üstünə əlavə etmiş, yaxud onun üstündən götürmüşəm. Hazırda xüms ilim başa çatıb. Mən bu pulun xümsünü necə ödəməliyəm? Pulun demək olar ki, dövriyyədə olduğunu nəzərə alaraq, onun hamısına xüms düşürmü? Yoxsa hal-hazırda bank hesabımda mövcud olan məbləğ ötən ilki məbləğdən çox olduğu halda, yalnız artan məbləğə xüms düşür? 
      Cavab: Əgər sözügedən pul sərmayə kimi dövriyyədə olubsa, artan məbləğin xümsünü vermək yetərlidir. Amma əgər ehtiyat pul kimi saxlanılıb və hamısı da xərclənibsə, onun yerinə qoyulan yeni ehtiyat pulun hamısına xüms düşür. Yox əgər əvvəlki ehtiyat pulun bir qismi xərclənibsə, bank hesabında mövcud olan məbləğin xümsü “xümsü verilmiş pul” ilə “xümsü verilməmiş pul”un nisbəti şəklində hesablanacaqdır.
       
      “Xüms düşməyən mal”ın “xümsü verilməmiş mal”a qarışması
      43. Mən və həyat yoldaşım Təhsil Nazirliyində işləyirik. Həyat yoldaşım öz maaşını həmişə mənə hədiyyə edir. Mən Təhsil Nazirliyi İşçilərinin Əkinçilik Şirkətinin səhmlərindən alaraq şirkətin səhmdarı oldum. Amma səhmlərin alışına sərf etdiyim pulun öz maaşımdan, yoxsa həyat yoldaşımın maaşından olduğunu bilmirəm. Nəzərə alsaq ki, xüms ilim tamamlananda həyat yoldaşımın maaşından yığılan pul onun il boyu aldığı puldan az idi, sözügedən pula xüms düşürmü?
      Cavab: Öz maaşınızdan yığılan və şirkətin səhmlərini almaq üçün ödədiyiniz pula xüms düşür. Həyat yoldaşınızın sizə hədiyyə etdiyi pula gəlincə, əgər hədiyyə etmək xümsdən yayınmaq məqsədilə olmasa və şənə uyğun olsa, bu pula xüms düşmür. Həmçinin öz maaşınızdan, yoxsa həyat yoldaşınızın maaşından olduğuna şəkk etdiyiniz pulun xümsünü vermək vacib deyil, baxmayaraq ki, onun xümsünü vermək və ya müsalihə etmək ehtiyata müvafiqdir.
       
      “Xümsü verilmiş pul”u “xümsü verilməmiş pul”dan niyyət vasitəsilə ayırmaq
      44. Sizin fətvanıza əsasən, bir bank hesabında mövcud olan “xümsü verilmiş pul”u “xümsü verilməmiş pul”dan niyyət vasitəsilə ayırmaq olar. Bu iş üçün ümumi niyyət kifayət edirmi? Məsələn, bir şəxs xümsü verilmiş pulunu saxlayıb, il boyu yalnız cari ilin gəlirindən istifadə etmək istəyir, amma bank hesabından hər dəfə pul götürəndə bunu niyyət etmir. Bu halda şəri vəzifəsi nədir?
      Cavab: Əgər bankdan götürəcəyi hər pulun xümsü verilməmiş puldan olmasını əvvəlcədən niyyət etsə, niyyətini dəyişmədiyi müddətdə hər dəfə pul götürərkən bu niyyəti etməsinə gərək yoxdur. 
       

       (1) Sualdakı misala əsasən, cavabın izahı belədir:
      “Xümsü verilmiş pul”un, yəni 1000 manatın “xümsü verilməmiş pul”a, yəni 500 manata nisbəti 2-nin 1-ə nisbətidir. Beləliklə, əgər xüms ilinin sonunda 600 manat qalarsa, onun 400 manatına xüms düşmür, amma 200 manatın xümsü verilməlidir.

    • XÜMS İLİ
    • XÜMSÜN SƏLAHİYYƏTLİSİ
    • XÜMSÜN MÜSALİHƏSİ(1), MÖHLƏT ALMAQ VƏ DƏSTGƏRDAN ETMƏK(2)
    • XÜMSÜN ÖDƏNİLMƏSİNƏ VƏKİL TUTMAQ
    • BİRİNCİ FƏSLİN XÜLASƏSİ VƏ DİQQƏTƏLAYİQ MƏQAMLAR
  • İKİNCİ FƏSİL: XÜMSÜN VACİB OLDUĞU HALLAR
  • ÜÇÜNCÜ FƏSİL: XÜMS DÜŞMƏYƏN MALLAR
  • Dördüncü fəsil: Xümsün sərf edildiyi yerlər və xüms almağa haqlı olan şəxslər
  • Beşinci fəsil: Xüms düşən əmlakdan istifadə etmək
  • Altıncı fəsil: Xümsün müxtəlif məsələləri
700 /