Oxu / Yüklə:
FİQH TƏLİMLƏRİ
- Cild 1
- BİRİNCİ FƏSİL: TƏQLİD
- İKİNCİ FƏSİL: TƏHARƏT
- ÜÇÜNCÜ FƏSİL: NAMAZ
- DÖRDÜNCÜ FƏSİL: ORUC
- BEŞİNCİ FƏSİL: XÜMS
- ALTMIŞ ALTINCI DƏRS: XÜMS
ALTMIŞ ALTINCI DƏRS: XÜMS
1. Xümsün mənası
Xüms, İslam dininin şəxsi əmlak xüsusunda buyurduğu vacib əməllərdən biri olub lüğəvi mənası “beşdə bir” deməkdir. Belə ki, hər bir mükəlləf şəxsi əmlakının beşdə birini şəri qaydalara müvafiq şəkildə xüms verməlidir.
Diqqət:
• İl ərzində ödənilən dövlət vergiləri həmin ilin “məunə”sindən (yəni zəruri xərclərindən) hesab olunur, amma xüms hesab olunmur. İlin zəruri dolanışıq xərclərindən artıq qalan illik gəlirinxümsü ayrıca olaraq verilməlidir. [1]
2. Xümsün vacibliyi
Xümsün vacibliyi İslam dininin əsaslarındandır. Belə ki, əgər bunu inkar etmək peyğəmbərliyin inkarı, yaxud Həzrət Peyğəmbərin (s) təkzibi, yaxud da şəriətə xələl gətirməklə nəticələnərsə, küfr və irtidada[2] bais olur.[3]
Diqqət:
• Maddi imkansızlıq və ya xüms verməyin cətinliyi mükəlləfin üzərindən şəri vəzifəni götürmür. Odur ki, kimə xüms vacib olubsa, lakin indiyədək onu verməyibsə və hal-hazırda da vermək imkanı yoxdursa, yaxud da xüms vermək ona çətindirsə, xüms borcunu vermək imkanı olduğu vaxt onu verməlidir. Bu şəxslər xüms borcunu xüms işləri məsulu və ya onun vəkilinin dəstgərdanı[4] ilə imkan daxilində - zaman və məbləğ baxımından – tədricən verə bilərlər.[5]
• Xümsün verilməsini xüms ilindən sonrakı ilə təxirə salmaq caiz deyil (icazə verilmir), baxmayaraq ki, hər zaman verilərsə, borc verilmiş olar.[6]
• Əgər həddi-büluğa çatmamış uşağın əmlakına xüms düşərsə (məsələn, halal mala haram qarışarsa), uşağın şəri sahibinə bu əmlakın xümsünü vermək vacibdir. Lakin uşağın əmlakı ilə ticarətdən əldə edilən qazancın və ya uşağın özünün əmək fəaliyyəti ilə əldə etdiyi qazancın xümsünü vermək onun şəri sahibinə vacib deyildir. Ehtiyata (ehtiyati-vacibə) görə uşaq təklif yaşına çatdıqdan sonra əldə edilən həmin qazanc xərclənmədiyi və qaldığı təqdirdə onun xümsünü vermək uşağın özünə vacib olur.[7]
• Xüms vermək şəxslərə vacibdir, dövlətlərə, müəssisələrə, banklara və s. bu kimi təşkilatlara xüms vermək vacib deyil. Beləliklə, əgər hansısa bir müəssisə gəlir əldə edərsə, bu gəlirdən illik xərcləri çıxıb yerdə qalan hissənin xümsünü vermək vacib deyildir. Bəli, əgər bu müəssisənin əmlakı ayrı-ayrı şəxslərin əmlakı olarsa, gəlirin xümsü verilməlidir.[8]
3. Xüms nəyə düşür
7 şeyə xüms düşür:
Qazanc (əmək fəaliyyəti ilə əldə edilən gəlir);
Mədən (yerin təkindən çıxarılan faydalı qazıntılar);
Dəfinə;
Harama qarışmış halal mal;
Dalğıcın dənizin dibindən çıxardığı cəvahirat;
Müharibə qəniməti;
Zimmi kafirin müsəlmandan aldığı torpaq sahəsi.
4. Xüms verilmədikdə ortaya çıxan çətinliklər
Xümsü heç bir üzr olmadan ödəməmək haramdır. Əgər mərhum onun əmlakından müəyyən məbləğin xüms olaraq verilməsini vəsiyyət etsə, yaxud mərhumun müəyyən məbləğ xüms borcu olduğunu varislər yəqinliklə bilsələr, mərhumun vəsiyyətinə əməl etməyənədək və ya irsdənonun xüms borcunu verməyənədək irsdən istifadə edə bilməzlər. Mərhumun vəsiyyətinə əməl etməmiş, yaxud vəsiyyət olunan məbləğdəvə ya borc məbləğində mərhumun borcu verilməmiş varislərin irsdən istifadəsi qəsb hökmündədir və öncədən istifadə etdiklərinə də zamindirlər.[9]
Suallar:
İslam hökumətinin təyin etdiyi vergiləri ödəmək xümsü əvəz edirmi?
Əgər bir şəxsə xüms vermək vacib olubsa, lakin indiyədək onu verməyibsə və hal-hazırda da vermək imkanı yoxdursa, yaxud da vermək ona çətindirsə, onun şəri vəzifəsi nədir?
Xüms nəyə düşür?
Əgər bir şəxs bir neçə il öz illik qazancını hesablamazsa və beləcə, əmlakı nağd pul olub sərmayəsi (var-dövləti) çoxalarsa, sonralar isə əvvəlki sərmayəsini hesablamayıb bundan qeyri əmlakının xümsünü verərsə, bunun maneəsi varmı?
Əgər xümsü verilməyən əmlak ilə mal, torpaq sahəsi və s. alınarsa, bu alqı-satqının hökmü nədir?
Əgər bir şəxs xümsü verilməyən bir malı məscidə bağışlayarsa, onun bu hədiyyəsini qəbul etmək olarmı?
[1] Əcvəbətul-istiftaat, 1031-ci sual.
[2] İrtidad “mürtədlik, dindən çıxma” deməkdir.
[3] Əcvəbətul-istiftaat, 336-cı sual.
[4] Fiqh terminidir:
[5] Əcvəbətul-istiftaat, 925 və 1035-ci suallar.
[6] Əcvəbətul-istiftaat, 976-cı sual.
[7] Əcvəbəutul-istiftaat, 971 və 1037-ci suallar.
[8] Əcvəbətul-istiftaat, 893, 944 və 1033-cü suallar.
[9] Əcvbətul-istiftaat, 864-cü sual.
- ALTMIŞ YEDDİNCİ DƏRS: QAZANCIN XÜMSÜ (1)
ALTMIŞ YEDDİNCİ DƏRS: QAZANCIN XÜMSÜ (1)
Diqqət:
• Hər bir mükəlləfə vacibdir ki, illik xərclərindən artıq qalan qazancının xümsünü versin.
1. Qazancın mənası
Burada “qazanc” dedikdə, əmək fəaliyyəti ilə məşğul olmaqla əldə edilən pul-mal nəzərdə tutulur.
2. Qazancın növləri
Qazancın növləri aşağıdakılardır:
Əkinçilikdən əldə edilən qazanc;
Ticarətdən əldə edilən qazanc;
Əmlakın qazancı: bu, əşyanın icarəsi ilə əldə edilən qazancdır. Məsələn, ev, avtomobil, dəmiryonma dəzgahı, corabtoxuma maşını və sairənin icarəsi ilə əldə edilən qazanc.
Xidmət, zəhmət haqqı olaraq alınan məbləğ, məsələn, müəllimin, mühəndisin, fəhlənin və digər peşə sahiblərinin gördükləri iş müqabilində aldıqları zəhmət haqqı.
3. Nəyə xüms düşmür
1. Miras
1) Mirasa və onun satışından əldə edilən pula - mirasın qiyməti artsa belə - xüms düşmür. Lakin əgər mirası qiyməti artdıqdan sonra satmaq məqsədilə saxlasalar, bu təqdirdə artan məbləğə xüms düşür.[1]
2) Körpə övladlara çatan mirasa xüms düşmür. Lakin mirasdan əldə edilən qazanca gəlincə, əgər uşaqlar şəri baxımdan həddi-büluğa yetişənədək bu qazanc onların mülkiyyətində qalarsa, ehtiyata görə onların hər biri təklif yaşına çatdıqdan sonra bu qazancın xümsünü verməlidirlər.[2]
2. Mehriyyə
Mehriyyəyə xüms düşmür: istər müddətli olsun, istərsə də müddətsiz, yaxud istər nağd pul olsun, istərsə də mal şəkində.[3]
3. Hədiyyə
1) Hədiyyəyə xüms düşmür, baxmayaraq ki, əgər illik xərclərdən artıq qalarsa, onun xümsünü vermək ehtiyati-müstəhəbdir.[4]
2) Bir şeyin hədiyyə adlanması onu verənin niyyətinə bağlıdır. Beləliklə, insana atası, qardaşı və ya hansısa bir qohumu tərəfindən verilən dolanışıq xərci hədiyyə niyyətilə verildiyi təqdirdə hədiyyə hesab olunur.[5]
3) Ata, ana və başqaları tərəfindən insana hədiyyə verilən əşyalara xüms düşmür, baxmayaraq ki, onun bu əşyalara ehtiyacı yoxdur, yaxud ürf baxımından onun şəninə (maddi durumuna) uyğun deyildir. Bəli, əgər bu əşyaları vermək ata və ananın şəninə uyğun deyilsə, bu onların məunəsindən (illik xərclərindən) hesab olunmur və həmin əşyaların xümsünü verməlidirlər.[6]
4) Ata öz qızına cehiz ünvanında bir mənzil bağışlayır. Belə ki, əgər qızına belə bir hədiyyəni bağışlamaq ürfə görə atanın şəninə uyğun olarsa və bu hədiyyəni xüms ili əsnasında bağışlayarsa, bunun xümsünü vermək vacib deyildir.[7]
5) Əlaqədar təşkilatlar tərəfindən şəhid ailələrinə verilən hədiyyələrə xüms düşmür, amma əgər ondan əldə edilən qazanc illik xərclərdən artıq qalarsa, bunun xümsünü vermək vacibdir. Həmçinin bu təşkilatlar tərəfindən şəhidlərin övladlarına verilən hədiyyələrə də xüms düşmür, amma əgər uşaqlar şəri baxımdan həddi-büluğa çatanadək bu hədiyyədən əldə edilən qazancdan onların mülkiyyətində qalarsa, onların hər biri təklif yaşına çatdıqdan sonra bu qazancın xümsünü ehtiyata görə verməlidirlər.[8]
6) İnsan öz əmlakını xüms ili yetişməmişdən qabaq həyat yoldaşına hədiyyə verə bilər, hətta əgər bilsə ki, həyat yoldaşı gələcəkdə ev almaq və ya zəruri xərclər üçün onu saxlayacaqdır. İnsanın öz həyat yoldaşına bağışladığı mal əgər ürfə görə onun və onun kimi fərdlərin şəninə uyğun olarsa, həmçinin bu bəxşiş formal olmayıb xüms verməkdən qaçmaq niyətilə olmazsa, buna xüms düşmür.[9]
7) Xüms verməkdən qaçmaq niyyətilə formal olaraq verilən hədiyyəyə xüms düşür. Beləliklə, xüms ili yetişməmişdən qabaq ər və arvad illik qazanclarının xümsünü verməməkdən ötrü onu formal olaraq bir-birlərinə hədiyyə versələr, həmin qazancın xümsünü verməlidirlər (bu iş vacib xümsü onların üzərindən götürmür).[10]
8) Satılan hədiyyənin puluna - hətta qiyməti artsa belə - xüms düşmür. Lakin əgər hədiyyəni qiyməti artdıqdan sonra satmaq məqsədilə saxlasalar, bu təqdirdə artan məbləğə xüms düşür.[11]
9) İşçilərə (nağd pul və ya ərzaq şəklində) verilən bayramlığa, xüms ilinin sonunadək qalsa belə, xüms düşmür. Bəli, əgər ərzaq ucuz qiymətə işçilərə verilərsə - belə ki, ərzağın müəyyən hissəsi dövlət tərəfindən pulsuz, müəyyən hissəsi isə pul ilə verilərsə - bu təqdirdə, ilin sonunadək qalan ərzağın pul verilən hissəsinə düşən xüms ya ərzaq şəklində, ya da onun hal-hazırkı dəyəri verilməlidir.[12]
4. Həvəsləndirici hədiyyə
Bankların və bu kimi müəssisələrin öz responentlərinə verdiyi həvəslədirici hədiyyələrə xüms düşmür.[13]
5. Vəqf
Vəqf olunan şeylərə (məsələn, torpaq sahəsi) xüms düşmür, hətta vəqf “xas” olsa belə. Onun səmərəsinin və nəmasının da xümsü yoxdur.[14]
6. Xüms və zəkat
Dini elmlər hövzəsində təhsil alan tələbələrə mərcəyi-təqlidlərin xüms və zəkatdan verdikləri təqaüdə xüms düşmür.[15]
7. Qazanc üçün çəkilən xərclər
Ticarət işlərində və ya digər işlərdə qazanc üçün çəkilən xərclər, o cümlədən anbar xərcləri, malın yüklənmə və daşınma xərcləri və s. illik qazancdan çıxılır və ona xüms düşmür.[16]
8. Xümsü verilmiş mal
Bir dəfə xümsü verilən mala yenidən xüms düşmür. Beləliklə, əgər sonrakı ildə həmin maldan istifadə olunmazsa və olduğu kimi qalarsa, ikinci dəfə onun xümsü verilmir.[17]
9. Sığorta
Müalicə xərcləri, dəyən ziyanın aradan qaldırılması və s. bu kimi məqsədlər üçün sığortalanmış şəxslərə sığorta müəssisələrinin müqavilə əsasında verdikləri pula xüms düşmür.[18]
10. Təhsil xərclərinə göstərilən maddi köməklik
Təhsil nazirliyi tərəfindən təhsil xərclərinin qarşılanması üçün tələbələrə göstərilən maddi köməkliyə xüms düşmür. Bəli, bursiyə olunan (dövlət təqaüdü alan???) və tələbəlik illərində əmək haqqı alanların əmək haqqına (tələbəlik təqaüdünə???) xüms düşür.[19]
11. Borc
Borc alınan pula və mala xüms düşmür. Amma xüms ilinin sonunadək borcun iş gəlirindən ödənilən məbləği istisnadır (yəni ona xüms düşür). Beləliklə, əgər bir şəxs müəyyən məbləğ pul borc alsa və xüms ilinin sonunadək onu qaytara bilməsə, onun xümsünü verməsi vacib deyildir. Amma əgər ilingəlirindən bu borcun müəyyən məbləğini ödəsə, borc götürdüyü pul da olduğu kimi qalsa və ilin zəruri dolanışıq xəclərinə sərf edilməsə, yalnızborcdan ödənilənməbləğin xümsünü verməlidir. [20]
Suallar:
Xüms fəslində “qazanc” dedikdə nə nəzərdə tutulur?
Mirasın xümsünün şəri hökmünü bəyan edin.
Hədiyyəyə və bayramlığa xüms düşürmü?
Ər və arvad əmlaklarına xüms düşməsin deyə xüms ili yetişməmişdən qabaq illik qazanclarını bir-birlərinə hədiyyə verirlər. Bu işi gördükdə onların qazanclarına xüms düşmür?
Bankların və bu kimi müəssisələrin öz responentlərinə verdiyi həvəslədirici hədiyyələrə xüms düşürmü?
Sığorta müəssisələrinin dəyən ziyanın aradan qaldırılması üçün sığortalanmış şəxslərə müqavilə əsasında verdikləri pula xüms düşürmü?
[1] Əcəvəbətul-istiftaat, 859-cu sual.
[2] Əcəvəbətul-istiftaat, 950-ci sual.
[3] Əcəvəbətul-istiftaat, 862-ci sual.
[4] Əcəvəbətul-istiftaat, 851-852-ci suallar.
[5] Əcəvəbətul-istiftaat, 854-cü sual.
[6] Əcəvəbətul-istiftaat, 900-cü sual.
[7] Əcəvəbətul-istiftaat, 855-ci sual.
[8] Əcvəbətul-istiftaat, 853 və 950-ci suallar.
[9] Əcvəbətul-istiftaat, 856-cı sual.
[10] Əcvəbətul-istiftaat, 857-ci sual.
[11] Əcvəbətul-istiftaat, 859-cu sual.
[12] Əcvəbətul-istiftaat, 863-cü sual.
[13] Əcvəbətul-istiftaat, 852-ci sual.
[14] Əcvəbətul-istiftaat, 970-ci sual.
[15] Əcvəbətul-istiftaat, 1027-ci sual.
[16] Əcvəbətul-istiftaat, 951-ci sual.
[17] Əcvəbətul-istiftaat, 955, 959 və 1026-cı suallar.
[18] Əcvəbətul-istiftaat, 860 və 876-cı suallar.
[19] Əcvəbətul-istiftaat, 975-ci sual.
[20] Əcvəbətul-istiftaat, 866, 867, 868, 871, 956 və 966-cı suallar.
- ALTMIŞ SƏKKİZİNCİ DƏRS: QAZANCIN XÜMSÜ (2)
ALTMIŞ SƏKKİZİNCİ DƏRS: QAZANCIN XÜMSÜ (2)
Diqqət:
• Qeyd olunduğu kimi, qazancın xümsünü hesablayarkən məunə, yəni illik dolanışıq xərcləri illik qazancdan çıxılır və məunəyə xüms düşmür.
4. Məunə nədir
Burada “məunə” dedikdə, (qazanc üçün çəkilən xərclər deyil,) illik dolanışıq xərcləri nəzərdə tutulur. Dolanışıq xərcləri isə insanın özünün və himayəsində olan ailəsinin dünya və axirət işlərinə əncam verməkdən ötrü çəkdiyi xərclərdir. Məsələn, yemək-içmək, geyim, ev, ev əşyaları, minik vasitəsi, kitab, səfərə getmək, sədəqə, hədiyyə, nəzir və kəffarə vermək, qonaqlıq vermək və s. üçün çəkilən xərclər məunə hesab olunur.
5. Məunənin şərtləri
Məunənin şərtləri aşağıdakılardır:
Ehtiyac;
İllik xərclər;
İllik xərclərin həmin ilin qazancından çıxılması;
Xərclərin insanın şəninə uyğun olması;
Xərclənilən məbləğ məunə hesab olunur.
Ehtiyac
İl boyu çəkilən hər növ xərc “məunə” hesab olunmur. Məunə, dünya və axirət işlərinə əncam verməkdən ötrü ehtiyac duyulan xərclərdir. Odur ki, ehtiyac duyulmayan əşyaya, ərzağa və sairəyə çəkilən xərclər məunə hesab olunmur. Həmçinin haram vasitələrin alınması üçün çəkilən xərclər, məsələn, qızıl kişi üzüyü, haram musiqi alətləri, qumar vasitələri və s. də məunə hesab olunmur.
İllik xərclər
Məunə dedikdə, insanın gündəlik və aylıq dolanışıq xərcləri nəzərdə tutulmur, burada illik xərclər nəzərdə tutulur. Odur ki, qazancın xümsü hesablanarkən insanın illik dolanışıq xərclərindən artıq qalan hissənin xümsü hesablanır.
İllik xərcin həmin ilin qazancından çıxılması
Məunənin şərtlərindən biri budur ki, illik xərclər həmin ilin qazancından çıxılsın (yəni illik xərclər əvvəlki və ya sonrakı ilin qazancından çıxılmamalıdır). Beləliklə, əgər insan hansısa bir ildə qazanc əldə edə bilməyibsə, həmin ilin məunəsini əvvəlki və ya sonrakı illərin qazancından çıxa bilməz.
Xərclərin insanın şəninə uyğun olması
“Məunə”də meyar hər bir fərdinöz durumuna görə adisayılan xərcləridir. Beləliklə, bu xərclər bir tərəfdən zəruri əşyalar və birinci növbəliehtiyaclarla məhdudlaşmır, digər tərəfdən də bədxərcliyə və israfçılığa, yaxud insanın şənindən artıq olan xərclərə(məsələn, bəzi cehizlik əşyalara, yaxud qonaqlıqlarda,toy və yas məclislərində şan-şöhrət məqsədi daşıyanxərclərə) şamil olmur.
Xərclənilən məbləğ məunə hesab olunur
Məunə dedikdə, insanın özü və himayəsində olan ailəsi üçün çəkdiyi xərclər – az və ya çox – nəzərdə tutulur. Çəkilməyən xərclər isə məunə hesab olunmur, baxmayaraq ki, əgər insan bu xərcləri çəksəydi, onun şənindən artıq olan xərclər hesab olunmazdı. Beləliklə, dolanışıq xərclərində simiclik edən və özünün, ailəsinin şəninə uyğun olan xərcləri əsirgəyən şəxs xərcləyə biləcəyi, lakin xərcləmədiyi məbləği məunə hesab edə bilməz.
Diqqət:
• Kişinin öz həyat yoldaşına aldığı qızıl zinət əşyaları əgər kişinin şəninə uyğun olarsa, məunədən hesab olunur və onlara xüms düşmür.[1]
• Əgər bir şəxs övladlarının gələcəyini düşünüb birinci mərtəbəsində yaşadığı evin ikinci mərtəbəsini tikərsə, bu təqdirdə əgər övladlarının gələcəyini düşünüb indidən evin ikinci mərtəbəsini tikmək onun ürfi şəninə uyğun olarsa, bunun üçün çəkdiyi xərcin xümsü yoxdur. Lakin əgər övladlarının gələcəyini düşünüb indidən evin ikinci mərtəbəsini tikmək onun ürfi şəninə uyğun olmazsa və hal-hazırda da nə onun özünün, nə də ki övladlarının bu evə ehtiyacı olmazsa, çəkilən xərclərin xümsünü vermək vacibdir.[2]
• Əgər bir şəxs baha qiymətə bir mülk alsa və onun təmiri üçün də böyük məbləğdə pul xərcləsə, sonra isə bu mülkü həddi-büluğa çatmayan övladına bağışlayıb rəsmi şəkildə onun adına keçirsə, bu təqdirdə əgər mülkün alınması və təmiri üçün çəkdiyi xərc ilin qazancından olsa və onu həmin ildə övladına bağışlasa, habelə bu bəxşiş onun ürfi şəninə uyğun olsa, bu xərclərə xüms düşmür. Əks təqdirdə, xümsün verilməsi vacibdir.[3]
• İnsanın xeyriyyəçiliyə xərclədiyi məbləğ, məsələn məktəb tikintisinə, seldən ziyan çəkənlərə və s. məunədən hesab olunur və ona xüms düşmür.[4]
6. Ehtiyacdan xaric olan məunə
Ehtiyacdan xaric olan məunəyə tikintisi yarımçıq qalan evi nümunə göstərmək olar. Məsələn, bir şəxs yaşamaq üçün bir ev tikməyə başlayır, lakin evin tikintisini tamamlaya bilmir, yaxud da yarımtikili bir ev alır, sonra isə dövlət əmlakı hesab olunan bir evdə məskunlaşır və artıq həmin yarımtikili evə ehtiyacı olmur. Bu surətdə:
Əgər bu şəxs həmin evi illik qazancdan, yaxud da xüms düşməyən və ya xümsü verilmiş qazancdan alıbsa, ona xüms düşmür.
Əgər bu şəxs həmin evi xüms düşən, lakin xümsü verilməyən qazanc məhəllindən alıbsa, xərclədiyi məbləğə xüms düşür.
Əgər bu şəxs həmin evi xüms düşən, lakin xümsü verilməyən qazancın özü ilə alıbsa, xərclədiyi məbləğin və ya həmin evin hal-hazırkı qiymətinin - qiyməti artdığı təqdirdə – xümsünü verməlidir.[5]
Diqqət:
• Şəxsi kitabxanası olan bir şəxs vaxtilə oradakı kitablardan istifadə etsə də, bir neçə ildir ki, onlardan istifadə etmir, amma gələcəkdə istifadə edəcəyini ehtimal verir. Bu təqdirdə əgər həmin kitabları alarkən mütaliə etmək və ya bir elmi mənbə kimi onlara müraciət etmək üçün şəxsin onlara ehtiyacı olubsa, habelə onların miqdarı (kitabların sayı???) şəxsin ürfi şəninə uyğun olubsa, aldığı ildən sonrakı illərdə onlardan istifadə etməsə belə onlara xüms düşmür. Həmçinin əgər kitablar ona irs qalıbsa, yaxud atası, anası və ya başqaları tərəfindən ona hədiyyə verilibsə, onlara xüms düşmür.[6]
7. Məunənin satışı ilə əldə edilən pul
“Ehtiyacdan xaric olan məunə” barədə dediklərimiz “məunənin satışı”na da aiddir. Beləliklə, əgər ev, avtomobil və s. bu kimi insanın özünün və ailəsinin ehtiyacı olan vasitələr illik qazancdan əldə edilibsə, yaxud da xüms düşməyən (irs, hədiyyə kimi) və ya xümsü verilən qazancdan əldə edilibsə, sonra isə zərurət yarandığına görə, yaxud da əldə olan malı daha keyfiyyətli mala çevirmək və s. bu kimi məqsədlərə görə satılarsa, onun satış puluna və qiyməti artdığı təqdirdə artan məbləğə xüms düşmür. Bəli, əgər sözügedən vasitələr xüms düşən, lakin xümsü verilməyən qazanc məhəllindən alınıbsa, xərclənən pulun xümsü verilməlidir, hətta həmin vasitələr satılmasa belə. Əgər sözügedən vasitələr xüms düşən, lakin xümsü verilməyən qazancın özü ilə alınıbsa, onun satışından əldə edilən pulun hamısına düşən xüms verilməlidir.[7]
Diqqət:
Öz minik vasitəsini satan şəxs:
Əgər onun minik vasitəsi məunə idisə (yəni ondan istifadə edir və ehtiyaclarını təmin edirdisə, habelə bu minik vasitəsi onun ürfi şəninə uyğun idisə), onun satış pulu “məunənin satışından əldə edilən pul” hökmündədir.
Əgər bu minik vasitəsi iş vasitəsi idisə, bu təqdirdə:
Əgər borc pula və ya nisyə alınıbsa, borcun qaytarılmasına sərf olunan məbləğin xümsü verilməlidir;
Əgər xüms düşən, lakin xümsü verilməyən qazancın özü ilə alınıbsa, onun satışından əldə edilən pulun hamısının xümsü verilməlidir.[8]
Suallar:
Məunə nədir?
Məunənin şərtləri hansılardır?
Kişinin öz həyat yoldaşı üçün aldığı qızıl zinət əşyalarına xüms düşürmü?
Ehtiyacdan xaric olan məunənin şəri hökmü nədir?
Əgər bir şəxs evini satsa və əldə etdiyi pulu banka depozit qoysa, xüms ili çatdıqda bu pulun şəri hökmü nədir? Əgər bu pulu ev almaq üçün yığarsa, bu təqdirdə onun şəri hökmü nədir?
Əgər xümsü verilməyən məişət ehtiyacı sayılan vasitələr, məsələn avtomobil, xalça və s. satılarsa, onun satışından əldə edilən pulun xümsü dərhal verilməlidirmi?
[1] Əcvəbətul-istiftaat, 901-ci sual.
[2] Əcvəbətul-istiftaat, 915-ci sual.
[3] Əcvəbətul-istiftaat, 1008-ci sual.
[4] Əcvəbətul-istiftaat, 919-cu sual.
[5] Əcvəbətul-istiftaat, 880, 881, 882, 885, 888, 890, 987 və 990-cı suallar.
[6] Əcvəbətul-istiftaat, 900-cü sual.
[7] Əcvəbətul-istiftaat, 880, 881, 882, 885, 888, 889, 890, 987 və 990-cı suallar.
[8] Əcvəbətul-istiftaat, 887 və 924-cü suallar.
- ALTMIŞ DOQQUZUNCU DƏRS: QAZANCIN XÜMSÜ (3)
ALTMIŞ DOQQUZUNCU DƏRS: QAZANCIN XÜMSÜ (3)
8. Məunəyə daxil olmayan bəndlər
Sərmayə
Əmək fəaliyyəti ilə əldə edilən sərmayəyə xüms düşür. Beləliklə, bir şəxsin başqa bir şəxsə verdiyi müzaribə sərmayəsinə xüms düşür və onun xümsünü verməlidir. Sərmayə ilə ticarət edib əldə edilən qazanca gəlincə, bu qazancdan dolanışıq üçün çəkilən xərclərə xüms düşmür, illik xərclərdən artıq qalan qazanca isə xüms düşür.[1]
Diqqət:
• Bir şəxs illik qazancından torpaq sahəsi alır, bu məqsədlə ki, onu satıb puluna ev tikdirsin. Bu təqdirdə o, onun ???bu torpaq sahəsinin və ya pulun və ya qazancın??? xümsünü verməlidir.[2]
• Bir şəxs bəzi mərtəbələrini kirayə vermək və aldığı kirayə pulu ilə dolanışıq xərclərini qarşılamaq məqsədilə bir neçə mərtəbəli ev tikdirir və yaxud alır. Bu təqdirdə kirayə vermək istədiyi mənzillərin miqdarında evin xümsünü verməlidir (çünki bu miqdar sərmayə hökmündədir).[3]
• Meyvə bağları salmaqdan ötrü məhsuldarlıq üçün yararlı vəziyyətə gətirilən becərilməmiş, xam torpaqlara gəlincə, bu torpaqlar üçün çəkilən xərclər çıxıldıqdan sonra onlara xüms düşür. Torpağın sahibi onun xümsünü həm torpağın özündən, həm də torpağın hal-hazırkı qiymətindən verə bilər. Həmçinin su boruları və nasoslarının, tinglərin və sairənin qiyməti ədalətli şəkildə hesablanmalı və xümsü verilməlidir. Əgər sahibkarın onların xümsünü birdəfəyə vermək imkanı yoxdursa, xüms işləri məsulunun və ya onun vəkilinin dəstgərdanı ilə onu hissə-hissə, məbləğ və müddət baxımından imkanı dairəsində verməlidir. Bəli, əgər mövcud sərmayə yalnız dolanışıq xərclərinə kifayət edirsə, belə ki, əgər xüms versə, yerdə qalan məbləğ ilə iş görmək dolanışıq xərclərini ödəməyəcəkdir, bu təqdirdə ona xüms düşmür.[4]
• Şərikliyə gəlincə:
Şəriklərin hər biri öz paylarının (yəni yatırdıqları sərmayənin) xümsünü verməlidirlər. Məsələn, şərikli şəkildə özəl tədris mərkəzi inşa etdirən şəxslər bu işə yatırdıqları sərmayənin xümsünü verməlidirlər. Həmçinin xüms ilinin sonunda müştərək sərmayə ilə əldə edilən gəlirdən onlara düşən payın xümsünü - əlbəttə, məunəni çıxdıqdan sonra - verməlidirlər.[5]
Şəriklərin hər biri öz paylarının xümsünü verməyənədək müştərək sərmayədən istifadə etmək caiz deyildir. Deməli, əgər şəriklər xümsü vermirlərsə, onlardan ayrılmaq lazımdır. Lakin əgər onlardan ayrılmaq ziyanla və ya çox böyük çətinliklə nəticələnərsə, bu təqdirdə onlarla şərikliyi davam etdirmək olar.[6]
Şərikli sərmayənin və bu sərmayə ilə əldə edilən qazancın xümsünü vermək hər bir şərikin öz payı miqdarında onun şəri vəzifəsidir. Bu işin şəriklər heyətinin məsulu tərəfindən yerinə yetirilməsində sərmayə yatıran şəxslərin icazəsi və vəkillik verməsi tələb olunur.[7]
Hər bir şərik şərikli sərmayədə onun payına düşən xümsü verdikdən sonra ümumi şərikli sərmayəyə artıq ikinci dəfə xüms düşmür.[8]
2) Ticarət məkanı sərmayədən hesab olunur və onun xümsünü vermək vacibdir. Buna imkanı olmayan şəxs xüms işləri məsulu və ya onun vəkilinin dəstgərdanı ilə xümsü tədricən verə bilər.[9]
İş vasitələri və alətləri
İş vasitələri və alətləri sərmayə hökmündədir. Əgər bunlar iş fəaliyyəti ilə əldə edilən qazancdan alınıbsa, xümsü verilməlidir. Beləliklə, qazanc əldə etmək üçün iş vəsiləsi kimi alınan avtomobilə xüms düşür və xümsü verilməlidir.[10]
Diqqət:
• Bir şəxs həcc karvanına lazım olan bütün vasitələri – belə ki, bunlar onun şəxsi əmlakı idi - həcc ziyarəti təşkil edən şirkətə satır. Əgər o bu vasitələri xümsü verilmiş pul ilə almışdısa, satışdan əldə etdiyi pula xüms düşmür. Əks təqdirdə pulun xümsünü verməlidir.[11]
Sərmayənin artması
Bir malın qiyməti artıb və onun müştərisi də var, lakin malın sahibi daha çox gəlir əldə etmək üçün onu satmır. Bu təqdirdə xüms ili çatdıqda artan qiymətin xümsü verilməlidir. Lakin əgər bir mal xüms ili çatanadək satılmayıbsa və onun müştərisi də yoxdursa, hal-hazırda onun artan qiymətinin xümsünü vermək lazım deyildir. Onun satışı ilə əldə edilən gəlir satış ilinin gəliri hesab olunacaqdır.[12]
Əgər bir mal satış məqsədilə xümsü verilmiş puldan alınarsa və bir müddətdən sonra da satılarsa, onun alış qiymətindən artıq olan məbləğ qazanc hesab olunur və bu qazancın məunədən artıq qalan hissəsinə xüms düşür.[13]
Ehtiyat pul
Əgər qazancdan ehtiyat pul yığılarsa - hətta dolanışıq xərclərinin qarşılanması məqsədilə olsa belə - xüms ili çatdıqda ona xüms düşür. Lakin əgər şəxsin maddi durumuna görə zəruri məişət əşyalarını almaq və ya zəruri dolanışıq xərclərini təmin etmək qazancdan ehtiyat pul yığılmasına bağlıdırsa və ehtiyat pul da yaxın gələcəkdə, məsələn, xüms ilindən iki-üç ay sonra sözügedən məqsəd üçün sərf ediləcəyi qərara alınıbsa, bu təqdirdə ona xüms düşmür.[14]
Diqqət:
• İzdivac etməyi qərara alan bir gənc əgər öz aylıq əmək haqqını yığarsa, xüms ili çatdıqda onun xümsünü verməlidir. Lakin əgər o, xüms ilindən iki-üç ay sonra yığdığı pulu izdivac xərclərinə sərf etməyi qərara alıbsa və xüms verəcəyi təqdirdə ehtiyacların hamısı qarşılanmayacaqsa, bu təqdirdə o pula xüms düşmür.[15]
• Bir şəxs pul yığmaq üçün özünü və himayəsində olan ailəsini dolanışıq baxımından sıxıntıya salarsa, bu təqdirdə əgər yığdığı məbləğ dolanışıq xərclərinə sərf olunacaqsa və yaxın gələcəkdə, məsələn, xüms ilindən iki-üç ay sonrayadək sözügedən məqsəd üçün istifadə ediləcəksə, bu pulun xümsünü vermək vacib deyildir. Əks təqdirdə xümsü verilməlidir.[16]
• Bir şəxsin hansısa bir məişət əşyasına, məsələn soyuducuya ehtiyacı var və onun pulunu birdəfəyə ödəyib almaq imkanı yoxdur. Odur ki, həmin əşyanı almaq üçün lazımi məbləği toplamaqdan ötrü hər ay bir qədər pulu kənara qoyur. Əgər ehtiyac duyulan məişət əşyasını almaqdan ötrü yığılan pul yaxın gələcəkdə (məsələn, xüms ilindən iki-üç ay sonrayadək) sərf ediləcəksə və bu pulun xümsü verildiyi təqdirdə həmin əşyanı almaq mümkün olmayacaqsa, bu pula xüms düşmür. Əks təqdirdə onun xümsü verilməlidir.[17]
• Bir şəxs iki ildir ki, ehtiyacı olan (məskunlaşmaq istədiyi) evi tikməkdən ötrü torpaq sahəsi almışdır və evi tikmək üçün gündəlik xərclərindən bir qədər pulu ayırıb yığır. Əgər o, illik qazancdan yığdığı bu pulu xüms ilindən iki-üç ay sonrayadək evini tikmək üçün sərf edəcəksə, bu pula xüms düşmür. Əks təqdirdə onun xümsünü verməlidir.[18]
Qazancdan yığılan ehtiyat pula bir dəfə xüms düşür. Ehtiyat pulun bankda “qərzül-həsənə” ünvanında saxlanılması, bu pula xümsün düşməməsinə səbəb olmur.[19]
Bir neçə şəxs birlikdə abadlıq və tikinti işləri aparmaq istəyirlər və bunun üçün böyük vəsait tələb olunur. Onların bu vəsaiti birdəfəyə ödəmək imkanları olmadığından bir büdcə yaradırlar və hər ay müəyyən məbləği ora əmanət qoyurlar. Beləcə, lazımi məbləğ yığıldıqdan sonra onu sözügedən məqsəd üçün sərf edəcəklər. Əgər bu şəxslərin həmin büdcəyə qoyduqları əmanət onların illik qazancındandırsa və sözügedən məqsəd üçün sərf edilənədək onların əmlakı hesab olunursa, habelə xüms ilinin sonunda həmin məbləği oradan geri götürmək imkanları vardırsa, bu məbləğin xümsünü verməlidirlər.[20]
Alınacaq borclar
İnsanın nisyə satdığı mal və ya gördüyü iş müqabilində (zəhmət haqqı) alacağı məbləğə gəlincə, əgər xüms ili çatdıqda bu məbləği əldə edə bilərsə - baxmayaraq ki, hal-hazırda onu əldə etməyibdir - xüms ili çatdığı vaxt onun xümsünü verməlidir. Əks təqdirdə bu məbləğ, hansı il əldə ediləcəksə, həmin ilin qazancından hesab olunacaqdır. Beləliklə:
Əgər işçilərin əmək haqqı bir neçə il gecikdirilib dövlət tərəfindən ödənməyibsə, bu əmək haqqı hansı ildə ödəniləcəksə, həmin ilin qazancından hesab olunacaqdır (əmək haqqının aid olduğu ilin qazancından deyil). Bu məbləği aldığı il həmin ilin dolanışıq xərclərindən artıq qalan hissəsinə xüms düşür.
Əgər işçinin xüms ili ilin sonuncu ayına təsadüf edirsə və o, əmək haqqını xüms ilindən cəmi bir neçə gün əvvəl alırsa, xüms ili çatanadək bu məbləğ dolanışıq xərclərinə sərf edilmədiyi təqdirdə onun xümsünü verməlidir.[21]
Müəyyən bir məbləği borc verən şəxs əgər bu məbləği iş fəaliyyəti ilə əldə etdiyi qazancdan və eyni zamanda xümsünü verməmişdən qabaq borc veribsə, bu təqdirdə əgər xüms ili çatanadək borcunu geri ala bilərsə, xüms ili çatdıqda bu məbləğin xümsünü verməlidir. Yox əgər xüms ili çatanadək borcunu geri ala bilməzsə, hal-hazırda onun xümsünü verməsi vacib deyildir, lakin borcunu geri aldığı vaxt onun xümsünü verməlidir.[22]
Bir şəxs banka işə düzəlmək istəyir və bunun üçün məcburi olaraq həmin bankda hesab nömrəsi açdırıb müəyyən məbləği oraya uzunmüddətli derozit qoymalı, faizini almalıdır. Əgər hal-hazırda bu məbləği geri götürmək mümkün deyilsə, onun xümsünü vermək vacib deyildir. Lakin aldığı illik faizin məunədən artıq qalan hissəsinə xüms düşür.[23]
6. Məskuk qızıl - Zərb olunmuş qızıl
Əgər zərb olunmuş qızıl iş fəaliyyətinin qazancı hesab olunarsa, xümsün vacibliyi baxımından başqa qazanclar hökmündədir.[24]
7. Pensiya
Pensiyanın illik dolanışıq xərclərindən artıq qalan hissəsinə xüms düşür. Bu şəri hökmdə əmək haqqından pensiya fondu üçün tutulan məbləğ ilə - belə ki, bu məbləğ pensiyaya çıxdıqdan sonra aybaay şəxsə ödənilir – dövlətin yardım ünvanında bu məbləğin üzərinə əlavə etdiyi məbləğ arasında bir fərq yoxdur.[25]
8. Kəfən
Kəfən alıb onu bir neçə il evində saxlayan şəxs onun xümsünü verməlidir. Lakin əgər kəfəni xümsü verilmiş pul ilə alıbsa, ona xüms düşmür.[26]
Suallar:
Əgər bir şəxsin şərikləri xümsə qarşı laqeydirlərsə və xüms vermirlərsə, bu şəxsin şəri vəzifəsi nədir?
İş vasitələrinə və alətlərinə xüms düşürmü?
Ev almaq və ya ehtiyac duyulan digər məişət əşyalarını almaq üçün aybaay yığılan pula xüms düşürmü?
Əgər işçi il ərzində alacağı aylıq əmək haqqını xüms ilindən sonra alarsa, onun xümsünü verməlidirmi?
Əgər bir şəxs xüms ili çatmazdan qabaq öz qazancından müəyyən məbləği borc verərsə və xüms ilindən bir neçə ay keçdikdən sonra borcunu geri alarsa, bu məbləğin hökmü nədir?
[1] Əcvəbətul-istiftaat, 895 və 952-ci suallar.
[2] Əcvəbətul-istiftaat, 916-cı sual.
[3] Əcvəbətul-istiftaat, 961-ci sual.
[4] Əcvəbətul-istiftaat, 968-ci sual.
[5] Əcvəbətul-istiftaat, 921, 940 və 941-ci suallar.
[6] Əcvəbətul-istiftaat, 941-ci sual.
[7] Əcvəbətul-istiftaat, 942-ci sual.
[8] Əcvəbətul-istiftaat, 921-ci sual.
[9] Əcvəbətul-istiftaat, 926-cı sual.
[10] Əcvəbətul-istiftaat, 887, 924 və 972-ci suallar.
[11] Əcvəbətul-istiftaat, 959-cu sual.
[12] Əcvəbətul-istiftaat, 960-cı sual.
[13] Əcvəbətul-istiftaat, 964-cü sual.
[14] Əcvəbətul-istiftaat, 886, 909 və 978-ci suallar.
[15] Əcvəbətul-istiftaat, 886, 909, 978-ci suallar.
[16] Əcvəbətul-istiftaat, 956-cı sual.
[17] Əcvəbətul-istiftaat, 988-ci sual.
[18] Əcvəbətul-istiftaat, 957-ci sual.
[19] Əcvəbətul-istiftaat, 955-ci sual.
[20] Əcvəbətul-istiftaat, 947-ci sual.
[21] Əcvəbətul-istiftaat, 899, 922, 974, 979, 982 və 991-ci suallar.
[22] Əcvəbətul-istiftaat, 871, 895, 955, 977 və 989-cu suallar.
[23] Əcvəbətul-istiftaat, 896-cı sual.
[24] Əcvəbətul-istiftaat, 953-cü sual.
[25] Əcvəbətul-istiftaat, 852-ci sual.
[26] Əcvəbətul-istiftaat, 1029-cu sual.
- YETMİŞİNCİ DƏRS: QAZANCIN XÜMSÜ (4)
YETMİŞİNCİ DƏRS: QAZANCIN XÜMSÜ (4)
9. Məunəyə daxil olan bəndlər
1. İstifadəsi zamanı aradan gedən və aradan getməyən mallar
Qənd, şəkər tozu, düyü, yağ və s. bu kimi gündəlik tələbat olan ərzaqlar “istifadəsi zamanı aradan gedən mal” qisminə daxildir. Əgər bu ərzaqlar il ərzində istifadə edilməsi üçün ilingəlirindən alınarsa və istifadə olunarsa, məunə hesab olunurvə onlara xüms düşmür. İlin (xüms ilinin) sonunadək istifadə olunmayan miqdar isə məunə hesab olunmur və həmin miqdara xüms düşür.
Ev, ev əşyaları, şəxsi avtomobil, qızıl zinət əşyaları və s. isə “istifadəsi zamanı aradan getməyən mal” qisminə daxildir. Əgər bu mallar məişət tələbatı olub ilingəlirindən alınarsa və istifadə olunarsa, məunə hesab olunur və onlara xüms düşmür.[1]
Diqqət:
• “Qalıcı olan mallar”a xüms düşüb-düşməməsində insanın ürfi şəninə uyğun olan “ehtiyac” əsas götürülür, baxmayaraq ki, il ərzində onlardan istifadə olunmamışdır. Beləliklə, əgər xalça və qab-qacaq təsadüfən il ərzində istifadə olunmazsa, lakin qonaq qarşılamaq üçün onlara ehtiyac vardırsa, onlara xüms düşmür.
Amma “qalıcı olmayan mallar”a xüms düşüb-düşməməsində isə “istifadə” əsas götürülür. Beləliklə, bu malların ilin sonunadək istifadə olunmayan miqdarına xüms düşür.[2]
• Əgər bir neçə cilddən ibarət kitabın bütün cildlərinə ehtiyac varsa və ya ehtiyac olan cild təklikdə satılmadığı üçün bütün cildləri almaq lazımdırsa, onlara xüms düşmür. Əks təqdirdə hal-hazırda ehtiyac duyulmayan cildlərin xümsü verilməlidir. Kitabın hər cildindən bir neçə səhifəni oxumaq onlara xümsün düşməməsi üçün kifayət etmir.[3]
• “Ehtiyac” sayılan yaşayış evi, əvvəldə qeyd olunduğu kimi, məunə hesab olunur. Beləliklə, hər mərtəbəsində iki otaq olan üç mərtəbəli yaşayış evinin əgər bir mərtəbəsində ev sahibinin özü və digər iki mərtəbəsində övladları yaşayırsa, bu evə xüms düşmür.[4]
• Şəxsi istifadə və məişət ehtiyacları ücün illik qazancdan alınan avtomobil əgər şəxsin ürfi şəninə uyğun olan ehtiyaclardandırsa, məunə hesab olunur və ona xüms düşmür. Bəli, əgər iş fəaliyyətilə məşğul olmaq və qazanc əldə etmək üçün alınarsa (məsələn, taksi, yük maşını, avtobus və s.), “iş vasitəsi və aləti” hökmündədir və ona xüms düşür.[5]
• İllik qazancdan alınan və xüms ili çatanadək qalan dərmanlar əgər ehtiyac duyulan zaman istifadə üçün alınarsa və həqiqətən də ehtiyac zamanı istifadə olunarsa, məunə hesab olunur və onlara xüms düşmür.[6]
2. Qazancdan tədricən alınan yaşayış tələbatları
Əgər bir şəxsin ev, ev əşyaları, cehizlik və bu kimi məişət tələbatlarına ehtiyacı olacağı zaman onları birdəfəyə almaq imkanı yoxdursa və bunun üçün bir neçə ilin qazancından tədricən alıb ehtiyacı olan vaxta saxlayırsa, hər il öz ürfi şəninə uyğun miqdarda aldıqları məunədir və onlara xüms düşmür.[7]
Diqqət:
• Əgər bir məntəqənin adət-ənənəsinə görə ev əşyalarını oğlan evi (bəy evi) almalıdırsa və onlar da həmin əşyaları tədricən alıb yığırlarsa, bu təqdirdə əgər gələcək ailə həyatı üçün ev əşyaları almaq ürf baxımından məunə hesab olunursa, il ötdükdən sonra onlara xüms düşmür.[8]
• Bir şəxsin evi yoxdur, lakin onun torpaq sahəsi vardır. Bu torpaq sahəsi onun mülkiyəti olduğu vaxtdan bir il və ya daha çox müddət keçsə də, o burada bir ev tikə bilməyibdir. Bu təqdirdə əgər o bu torpaq sahəsini ehtiyacı olan evi tikmək məqsədilə il ərzində əldə etdiyi qazancdan alıbsa, həmin ilin xərclərindən (illik xərclərdən) hesab olunur və ona xüms düşmür. Amma əgər bu torpaq sahəsini illik qazancdan alsa da, aldığı vaxt məqsədi onu satıb pulu ilə ev tikmək olubsa, bu torpaq sahəsinin xümsünü (xüms tarixi çatdıqda) verməlidir.[9]
• Ehtiyac hesab olunan evi tikmək üçün alınan torpaq sahəsinə xümsün düşməməsi məsələsində şəxsin bir və ya bir neçə torpaq sahəsinə sahib olması, həmçinin bir və ya bir neçə ev tikmək istəməsi əsas götürülmür. Bu məsələdə meyar, şəxsin ürfi şəni baxımından həmin evə onun “ehtiyac”ı olması, həmçinin maddi imkan baxımından bu evi tədricən tikə bilməsidir.[10]
• Şəxsi evi olmayan bir şəxs illik qazancından torpaq sahəsi alıb və orada ev tikməyi nəzərdə tutubdur. Belə ki, əgər evi tikməyə başlasa, lakin evin tikintisi tamamlanmamışdan qabaq xüms ili çatsa, tikinti materiallarına xərclədiyi məbləğə xüms düşmür.[11]
3. Qaytarılmamış borc
Qaytarılmamış borc – istər müddətli borc olsun, istərsə də müddətsiz borc, həmçinin istər pul borc alınsın, istərsə də nisyə mal alınsın – illik qazancdan çıxılmır. Lakin əgər şəxs qazanc ilinin xərclərini təmin etmək üçün borc alsa və illik qazancdan bu borcun müəyyən mıqdarını qaytarmaq istəsə, həmin miqdar illik qazancdan çıxılır və ona xüms düşmür. Amma əgər əvvəlki illərin borcunu qaytarmaq istəsə, baxmayaraq ki, bu borcları illik qazancdan qaytarmaq caizdir (yəni buna icazə verilir), lakin əgər ilin sonuna qədər qaytarılmıbsa, illik qazancdan çıxılmır. Beləliklə:
İşçilər qazanclarının illik xərclərindən artıq qalan hissəsinin xümsünü verməlidirlər, baxmayaraq ki, nağd və ya kredit borcları vardır. Bəli əgər işçi illik xərclər üçün il ərzində borc alsa və ya ilin bəzi ehtiyacları üçün nisyə mal alsa, bu təqdirdə əgər borcu həmin ilin qazancından qaytarmaq istəyibsə, borcun miqdarı illik xərclərdən artıq qalan qazancdan çıxılır.
Ev və s. bu kimi məişət tələbatları üçün ödənilən kreditlərə gəlincə, baxmayaraq ki, bu kreditləri həmin ilin qazancından ödəmək mümkündür, lakin ödənilmədiyi təqdirdə həmin ilin qazancından çıxılmır və xüms ilinin sonunda qazancdan artıq qalan məbləğə xüms düşür.
Qeyri-məunə üçün alınan borca (məsələn, sərmayənin artması, illik qazancı ehtiyat pul ünvanında yığmaq, gələcəkdə satmaq məqsədilə torpaq sahəsi almaq) gəlincə, baxmayaraq ki, illik qazancı onların qaytarılması üçün sərf etmək caizdir, lakin əgər ilin sonuna qədər qaytarılmayıbsa, borc alınan ilin qazancından çıxılmır və qazancın həmin ilin xərclərindən artıq qalan hissəsinə xüms düşür.[12]
Kirayənin “pişpul”u[13]
Əgər müstəcirin (kirayə götürən şəxs) mücirə (kirayə verən şəxs) verdiyi pişpul müstəcirin illik qazancındandırsa, bir il ötdükdən sonra ona xüms düşür və müstəcir bu məbləği mücirdən aldığı zaman onun xümsünü verməlidir.[14]
Həcc və ya ümrə ziyarətinə getmək istəyən şəxslər növbə tutmaqdan ötrü müzaribə müqaviləsi əsasında indidən banka müəyyən məbləğdə pul (depozit) qoymalıdırlar və qeyd edək ki, bu pulun üzərinə xeyir də (faiz) də gəlir. Təxminən 3 il sonra onların növbəsi yetişdikdə bu pulu xeyri ilə birgə bankdan götürüb “Həcc işləri idarəsi”nə ödəyir və həcc və ya ümrə ziyarətinə gedirlər. Əgər depozit qoyduqları ildə həcc ziyarətinə getsələr, bu pula xüms düşmür. Lakin əgər onların növbəsi bu xüms ilindən sonrakı ilə təsadüf edərsə, qoyulan pulun özünə xümsü verilməmiş puldan olduğu təqdirdə xüms düşür. Amma pulun üzərinə gələn xeyri (faiz) əgər həcc ziyarətinə getməmişdən öncə almaq mümkün olmazsa, onu aldığı il həmin ilin qazancı hesab olunur və həmin ildə xərcləndiyi təqdirdə ona xüms düşmür.[15]
Kitab sərgisindən alınan, lakin alıcıya çatdırılmayan kitablar üçün öncədən ödənilən pula xüms düşmür, bu şərtlə ki, sözügedən kitablara ehtiyac olsun və alıcının ürfi şəninə uyğun olsun, habelə onları əldə etmək üçün pulunu öncədən ödəmək tələb olunsun.[16]
Suallar:
1. Məunəyə xüms düşməməsinin meyarı il ərzində onun “istifadə olunması”dır, yoxsa il ərzində ona olan “ehtiyac”dır, baxmayaraq ki, il ərzində ondan istifadə olunmamışdır?
2. Əgər illik qazancdan alınan dərmanlar xüms ilinin sonuna qədər qalarsa, onlara xüms düşürmü?
3. Yaşayış üçün şəxsi evi olmayan bir şəxs özünə ev tikdirmək üçün torpaq sahəsi alır, lakin ev tikdirmək üçün kifayət qədər pulu olmadığından torpaq sahəsini aldığı tarixdən bir il ötür və bu torpaq sahəsini də satmır. Bu torpaq sahəsinə xüms düşürmü?
4. Əgər işçilərin qazanclarından illik xərclər çıxıldıqdan sonra artıq qalarsa, nağd və ya kredit borcları olduğu təqdirdə qazancın artıq qalan hissəsinə xüms düşürmü?
5. Əgər “pişpul” ünvanında verilən pul illik qazancdan olsa və kirayə verən şəxsdə qalsa, bu pulu geri aldıqdan sonra onun xümsü dərhal verilməlidirmi? Əgər şəxs həmin pul ilə başqa bir evi kirayələmək istəsə, nə etməlidir?
6. Həcc ziyarətinə ad yazdırıb növbə tutmaq üçün pul ödənilir və ödəniş tarixindən bir neçə il keçir. Bu pula xüms düşürmü?
[1] Əcvəbətul-istiftaat, 912 və 923-cü suallar.
[2] Əcvəbətul-istiftaat, 904, 905 və 923-cü suallar.
[3] Əcvəbətul-istiftaat, 907-ci sual.
[4] Əcvəbətul-istiftaat, 911-ci sual.
[5] Əcvəbətul-istiftaat, 887 və 924-cü suallar.
[6] Əcvəbətul-istiftaat, 908-ci sual.
[7] Əcvəbətul-istiftaat, 906 və 918-ci suallar.
[8] Əcvəbətul-istiftaat, 906-cı sual.
[9] Əcvəbətul-istiftaat, 913 və 916-cı suallar.
[10] Əcvəbətul-istiftaat, 903-cü sual.
[11] Əcvəbətul-istiftaat, 914-cü sual.
[12] Əcvəbətul-istiftaat, 865, 869, 874, 875, 877 və 878-ci suallar.
[13] “Pişpul” hansısa bir evi, obyekti kirayələmək üçün ödənilən bir məbləğdir. Belə ki, kirayə alan bu məbləği kirayə verənin istifadəsinə verir və kirayədən çıxdığı zaman həmin məbləği geri alır. Müt.
[14] Əcvəbətul-istiftaat, 879, 898 və 946-cı suallar.
[15] Əcvəbətul-istiftaat, 973-cü sual.
[16] Əcvəbətul-istiftaat, 902-ci sual.
- YETMİŞ BİRİNCİ DƏRS: QAZANCIN XÜMSÜ (5)
YETMİŞ BİRİNCİ DƏRS: QAZANCIN XÜMSÜ (5)
Qazancın xümsünün hesablanması və verilməsi10. Qazancın xümsünün hesablanması və verilməsi
1. Qazanca xüms düşməsi
Qazancın özünə (istər pul şəklində olsun, istərsə də mal) xüms düşür və “xüms sahibləri”[1] qazancın hər bir hissəsində “malik” (pul-mal sahibi) ilə şərikdirlər. Odur ki, xüms işləri məsulunun icazəsi olmadan malikin xüms verməmiş qazancın hamısından istifadə etməsinə icazə verilmir (istər yemək-içmək, geyinmək və bu kimi istifadələr olsun, istərsə də satmaq, bağışlamaq, kirayə vermək kimi istifadələr), baxmayaraq ki, o özünü xüms sahiblərinə borclu bilir və qazancdan istifadə edərkən tələf olduğu təqdirdə ona zamin olacaqdır. Həmçinin icazə verilmir ki, xüms verilməmiş qazancın bir hissəsindən istifadə olunsun, baxmayaraq ki, qazancdan qalan məbləğ xüms miqdarında və ya daha çoxdur və “malik”[2] yerdə qalan məbləğdən xüms vermək niyyətindədir.[3]
2. Qazanca nə vaxt xüms düşür
Qazanc əldə edildikdə artıq ona xüms düşür, lakin xümsün verilməsinə bir ilə qədər möhlət verilir. Odur ki, “malik” il tamamlanmamışdan qabaq qazancın xümsünü verə bilər. Həmçinin xüms ilini geri və ya irəli çəkə bilər, bu şərtlə ki, qazancın əldə edildiyi tarixdən ötən müddəti hesablamalı və bu iş xüms sahiblərinin ziyanına olmamalıdır.[4]
3. Malın xümsünü malın özü və ya qiyməti (pulu) ilə verməkdə seçim etmək
Malik malın xümsünü malın özü və ya onun qiyməti ilə verməkdə seçim edə bilər. Lakin o, malın xümsünü onun qiyməti ilə vermək istədikdə pulun da xümsünü verməlidir. Məsələn, bir şəxsin bir mülkü var (ev və ya torpaq sahəsi) və ona xüms düşür. Əgər bu mülkün xümsünü illik qazancından vermək istəsə, qazancın da xümsünü verməlidir.[5]
Diqqət:
• Qiyməti sabit qalmayan (daim dəyişən) qızıl sikkə pula gəlincə, əgər malik onun pulunu xüms vermək istəsə, xüms verdiyi günün məzənnəsini əsas götürməlidir.[6]
4. Qazanc üçün çəkilən xərcləri çıxmaq
Qazanc əldə etmək üçün çəkilən xərclər, o cümlədən yükün daşınma xərcləri, mala dəyən ziyan, dükanın kirayə pulu, fəhlənin və dəllalın zəhmət haqqı, vergilər və s. həmin ilin qazancından çıxılır və ona xüms düşmür.[7]
5. Məunəyə, yəni illik dolanışıq xərclərinə “qazancın xümsü”nün düşməməsi
Məunəyə qazancın xümsü düşmür, yəni il ərzində qazancdan yaşayış tələbatları üçün çəkilən xərclərə xüms düşmür. Xüms, ilin sonunda qazancın məunədən artıq qalan hissəsinə düşür və bunun hesabını aparmaq lazımdır.[8]
6. İllik xərcləri həmin ilin qazancından çıxmaq
İllik xərclər həmin ilin qazancından çıxılır, əvvəlki və sonrakı illərin qazancından deyil. Odur ki, əgər şəxs hansısa bir ildə qazanc əldə edə bilməsə, həmin ilin məunəsini əvvəlki və sonrakı illərin qazancından çıxa bilməz.[9]
7. Qazancın məunəyə sərf edilməsi üçün şəxsin qazancdan başqa əmlakının olmaması şərt deyil
Qazancın məunəyə sərf edilməsi üçün şəxsin qazancdan başqa əmlakının olmaması şərt deyil. Deməli, əgər şəxsin qazancdan başqa əmlakı olarsa və həmin əmlaka xüms düşməzsə, yaxud xüms düşsə də xümsü verilmiş olarsa, o öz məunəsini qazancdan götürüb istifadə edə bilər. Bəli, əgər illik qazanc ilə birlikdə xümsü verilmiş əmlakını da məunəyə sərf edərsə, ilin sonunda qazancdan artıq qalan hissənin xümsünü verməlidir və icazə verilmir ki, xümsü verilmiş əmlakdan məunə üçün xərclədiyini illik qazancdan çıxsın. Məsələn, əgər xümsü verilmiş düyünü istifadə edibsə, xümsü hesabladığı vaxt yeni aldığı düyüdən istifadə etdiyi düyünü çıxa bilməz. Deməli, yeni düyüdən məunəyə istifadə etdiyi miqdarın xümsü yoxdur, yerdə qalan miqdara isə xüms düşür.[10]
8. Xümsün hesablanması üçün xüms ilinin olması
Az da olsa öz qazancı olan şəxslərin – istər subay olsunlar, istərsə də ailəli – xüms ili olmalı və qazanclarını hesablamalıdırlar. Beləcə, ilin sonunda qazancdan artıq qalan hissənin xümsünü verməlidirlər. Əlbəttə, xüms ilinin olması və illik qazancın xümsünün hesablanması “müstəqil vacib əməl” deyildir. Bu, xümsün miqdarını bilməkdən ötrüdür və şəxs onun əmlakına xümsün düşdüyünü bildikdə, lakin onun miqdarını bilmədikdə (xüms ilinin olması və illik qazancın xümsünün hesablanması) vacib olur. Lakin əgər qazancdan heç nə qalmazsa və bütünlüklə məunəyə sərf edilərsə, bu şəxsə xüms vacib olmadığıi üçün hesabat aparmaq da vacib olmur.[11]
Diqqət:
• Öz aylıq əmək haqlarını müştərək şəkildə ev xərclərinə sərf edən qadın və kişinin hər birinin ayrılıqda öz qazancları etibarilə xüms ili olmalıdır. Onların hər biri xüms ilinin sonunda əmək haqlarından və illik qazanclarından artıq qalan hissənin xümsünü verməlidirlər. Həmçinin əgər evdar xanımın – belə ki, onun həyat yoldaşının xüms ili vardır və həmin tarixdə o öz qazancının artıq qalan hissəsinin xümsünü hesablayıb verir – ara-sıra müəyyən qazancı olarsa, birinci qazancını əldə etdiyi tarixi xüms ilinin başlanğıcı qərar verməlidir. İl ərzində onun öz qazancından şəxsi xərclər, məsələn ziyarətə getmək, hədiyyə vermək və s. bu kimi məqsədlər üçün sərf etdiyinə xüms düşmür, lakin ilin sonunda illik qazancının məunədən artıq qalan hissəsinə isə xüms düşür.[12]
• Mükəlləf öz əmlakının xümsünü özü hesablaya və xümsü ayırıb xüms işləri məsuluna və ya onun vəkilinə verə bilər.[13]
9. Xüms ilinin başlanğıcının təyin olunması
Xüms ilinin başlanğıcı mükəlləf tərəfindən təyin olunmur, bu, illik qazancın əldə edilməsi ilə təyin olunur. Beləliklə, fəhlə və işçinin xüms ilinin başlanğıcı ilk qazanclarını əldə etdikləri gündür. Tacirlərin və dükan sahiblərinin xüms ilinin başlanğıcı alış-verişə başladıqları gün, əkinçilərinki isə ilk məhsulu yığdıqları gündür.[14]
Diqqət:
• Yuxarıda qeyd olunduğu kimi, fəhlə, işçi və s. bu kimi əmək haqqı alan şəxslərin xüms ilinin başlanğıcı işə başladıqları gün deyildir, ilk əmək və ya zəhmət haqqı aldıqları və ya ala biləcəkləri gündür.[15]
10. Xüms ilini şəmsi və ya qəməri ili ilə hesablamaq seçimi
Mükəlləf xüms ilini şəmsi və ya qəməri ili ilə hesablamaqda seçim edə bilər.[16]
Suallar:
Xüms ilini (xüms tarixini) irəli və ya geri çəkmək olarmı?
Bir şəxsin mülkü vardır və ona xüms düşür. O bu mülkün xümsünü illik qazancından verə bilərmi? O, illik qazancın da xümsünü verməlidirmi?
Xüms ilinin sonunda bir şəxsin qazancından min manat artıq qalır və o bu pulun xümsünü verir. Gələn il isə onun qazancından min beş yüz manat artıq qalır. İndi bu şəxs beş yüz manatın xümsünü verməlidir, yoxsa min beş yüz manatın xümsünü?
Ata və anası ilə birgə yaşayan subay gənclərə xüms vermək vacibdirmi?
Mükəlləf öz əmlakının xümsünü özü hesablaya və xümsü ayırıb xüms işləri məsuluna və ya onun vəkilinə verə bilərmi?
Xüms vermək üçün xüms ilinin başlanğıcı necə təyin olunur?
[1] Xüms İmama (ə) və seyidlərə çatır və onlar “xüms sahibləri” adlanır.
[2] Qazanc sahibi.
[3] Əcvəbətul-istiftaat, 864, 931, 932, 937, 940, 979 və 984-cü suallar.
[4] Əcvəbətul-istiftaat, 965, 986 və 1001-ci suallar.
[5] Əcvəbətul-istiftaat, 863, 949 və 992-ci suallar.
[6] Əcvəbətul-istiftaat, 992-ci sual.
[7] Əcvəbətul-istiftaat, 951-ci sual.
[8] Əcvəbətul-istiftaat, 901, 906 və 918-ci suallar.
[9] Əcvəbətul-istiftaat, 974 və 979-cu suallar.
[10] Əcvəbətul-istiftaat, 962, 980, 1026 və 1028-ci suallar.
[11] Əcvəbətul-istiftaat, 969, 994 və 997-ci suallar.
[12] Əcvəbətul-istiftaat, 998-999-cu suallar.
[13] Əcvəbətul-istiftaat, 1002-ci sual.
[14] Əcvəbətul-istiftaat, 986, 994, 996, 997 və 999-cu suallar.
[15] Əcvəbətul-istiftaat, 995-ci sual.
[16] Əcvəbətul-istiftaat, 1000-ci sual.
- YETMİŞ İKİNCİ DƏRS: QAZANCIN XÜMSÜ (6)
YETMİŞ İKİNCİ DƏRS: QAZANCIN XÜMSÜ (6)
Qazancın xümsünün hesablanması və verilməsi11. Sərmayənin xümsünün hesablanması və verilməsi
Sərmayənin xümsünü hesablamaq üçün ilk öncə mövcud malları və nağd pulu ilin sonunda hesablayıb qiymətini çıxarmaq və ona düşən xümsü vermək lazımdır. Növbəti il isə mövcud sərmayəni əvvəlki ildəki sərmayə ilə müqayisə etməli və sərmayə ardığı təqdirdə artan məbləğ qazanc hesab olunduğundan ona düşən xümsü vermək lazımdır. Qazanc olmadığı təqdirdə isə xüms vermək vacib olmur. Məsələn, bir şəxsin sərmayəsi doxsan səkkiz baş qoyun və müəyyən məbləğ pul idi və o bu əmlakının xümsünü vermişdir. Əgər xüms ilinin sonunda mövcud qoyunların qiyməti nağd pul ilə birlikdə əvvəlki ildə xümsünü verdiyi doxsan səkkiz baş qoyunun qiyməti və nağd puldan çox olarsa, artan məbləğə xüms düşür.[1]
Diqqət:
• Sərmayənin xümsü hesablanarkən vacibdir ki, malların (yəni nağd pul şəklində olmayan sərmayənin) qiyməti mümkün olan hər hansı bir şəkildə, hətta təqribi olsa da, çıxarılsın və çətin olmasını əsas götürüb bu işi yerinə yetirməmək caiz deyildir.[2]
• Əgər xüms düşməyən bir mal (məsələn hədiyyə) sərmayəyə qarışarsa, xüms ilinin sonunda onu sərmayədən çıxmaq və yerdə qalan əmlakın xümsünü vermək caizdir (olar)....... səh.305
• Sərmayənin xümsü hesablanarkən dövriyyədə olan sərmayənin özü (başqa sözlə, sərmayənin növü) meyar götürülür. Belə ki, əgər dövriyyədə olan sərmayə sikkə qızıldırsa, xüms ilinin sonunda xümsü verilmiş sikkələr çıxılır və yerdə qalanın xümsü verilir, baxmayaraq ki, onların qiyməti ötən il ilə müqayisədə artmışdır. Amma əgər dövriyyədə olan sərmayə nağd pul, yaxud maldırsa və xüms ilinin sonunda onlar qızıl sikkənin qiyməti ilə ölçülüb xümsü verilibdirsə (məsələn, şəxsin nağd pulu, yaxud malı 100 sikkə dəyərindədir və o, 20 sikkəni xüms verir, beləcə yerdə qalan sərmayəsi 80 sikkə dəyərində olur), növbəti xüms ilində yalnız sikkələrin ötən ilki qiyməti (yəni, ötən ilin məzənnəsi ilə 80 sikkənin dəyəri) mövcud sərmayədən çıxılır. Beləliklə, əgər növbəti ildə sikkələrin qiyməti artıbdırsa, artan qiymət sərmayədən çıxılmır və bu, qazanc hesab olunduğundan ona xüms düşür.[3]
12. Qazancın xümsünün düzgün hesablanmasında şəkk etmək
Ötən illərin qazancının xümsünü düzgün hesabladığına şəkk edən şəxs öz şəkkinə etina etməməlidir və yenidən xüms vermək ona vacib deyildir. Bəli, əgər qazanc xüsusunda şəkk etsə, yəni qazanc, xümsü verilmiş ötən illərin qazancındandır, yoxsa bu ilin qazancındandır və xümsü verilməmişdir, bu təqdirdə ehtiyat üçün onun xümsünü verməlidir. Lakin əgər aydın olsa ki, həmin qazancın xümsü verilmişdir, ona xüms düşmür.[4]
13. Xümsün verilməsində şəkk etmək
Hər kim şəkk etsə ki, hansısa bir şeyin xümsünü veribdir, yoxsa verməyibdir, bu təqdirdə əgər həmin şey “xüms düşən əmlak” qismindədirsə, onun xümsünü verdiyinə əmin olmalıdır.[5]
14. Müsalihə (razılaşma)
Hər kim qazancına xüms düşüb-düşmədiyini bilməsə - məsələn, mükəlləf yaşadığı evi qazancı ilə aldığına əmindir, amma bilmir ki, qazancı il əsnasında ev almaq üçün sərf etmişdir, yoxsa il qurtardıqdan sonra və qazancın xümsü verilməmişdən öncə - bu təqdirdə o, xüms işləri məsulu və ya onun vəkili ilə müsalihə etməlidir.[6]
Diqqət:
• Qazanca və ya əmlaka xüms düşdüyünə əmin olduqda, müsalihəyə yer qalmır. Müsalihə, şəkk zamanı baş tuta bilər.[7]
15. Dəstgərdan
Bir kəs xüms verməli, lakin maddi imkanı çatmadığından hal-hazırda onu verə bilmir. Bu təqdirdə o, üzərində olan xüms borcunu xüms işləri məsulu və ya onun vəkili ilə dəstgərdan etməli və imkanı dairəsində tədricən - zaman və miqdar baxımından - verməlidir.[8]
Diqqət:
• Bir şəxs xüms düşməyən malından xüms verir. Əgər onun xüms verdiyi məbləğ şəri qaydada sərf olunubsa, hal-hazırda onun malına düşən xümsün yerinə hesab olunmur. Bəli, əgər onun xüms verdiyi pul və ya malın özü sərf olunmayıbsa, onu geri istəyə bilər.[9]
• Bir şəxs ehtimal verir ki, atası sağlığında öz əmlakının xümsünü tam olaraq verməyibdir. O, atasının irs qoyub getdiyi torpaq sahələrindən birini xəstəxana inşası üçün bağışlayır. Əgər o bu torpaq sahəsini mərhumun əmlakının xümsü hesab etmək istəsə, bu, xüms hesab olunmur.[10]
• Şəri baxımdan şəxsi mülk hesab olunmayan və kimsənin adına sənədləşdirilməyən “becərilməmiş, xam torpaqlar”ı xüms və ya xüms borcu hesab etmək düzgün deyil. Həmçinin şəxsi mülk olan, lakin dövlət və ya şəhər icra idarəsi tərəfindən müəyyən qanunlar əsasında sahibindən kompensasiya ilə və ya kompensasiyasız alınan torpaqlar da sahibi tərəfindən xüms və ya xüms borcu hesab edə bilməz.[11]
• Bank vasitəsilə xümsü və digər şəri vergiləri lazımı yerlərə çatdırmağın maneəsi yoxdur. Beləliklə, əgər bir şəxs üçün xümsün özünü xüms işləri məsuluna və ya onun vəkilinə çatdırmaq çətindirsə, onu bank vasitəsilə çatdıra bilər, baxmayaraq ki, bankdan təhvil alınan vəsait banka təhvil verilən vəsaitin özü (xümsün özü) deyildir.[12]
Suallar:
Sərmayənin xümsünün hesablanma və verilmə qaydasını izah edin.
Əgər xüms düşməyən bir mal (məsələn hədiyyə) sərmayəyə qarışarsa, xüms ilinin sonunda onu sərmayədən çıxmaq və yerdə qalan əmlakın xümsünü vermək olarmı?
Ötən illərin sərmayəsinə düşən xümsü düzgün hesabladığına şəkk edən bir şəxsin vəzifəsi nədir?
Müsalihə hansı halda reallaşa bilər?
Dəstgərdan hansı şəraitdə reallaşır?
Əgər bir şəxs xüms düşməyən malından müəyyən məbləğ xüms veribsə, bu məbləği hal-hazırda borclu olduğu xümsün yerinə hesab edə bilərmi?
[1] Əcvəbətul-istiftaat, 948, 982 və 985-ci suallar.
[2] Əcvəbətul-istiftaat, 983-cü sual.
[3] Əcvəbətul-istiftaat, 993-cü sual.
[4] Əcvəbətul-istiftaat, 963-cü sual.
[5] Əcvəbətul-istiftaat, 1034-cü sual.
[6] Əcvəbətul-istiftaat, 928 və 935-ci suallar.
[7] Əcvəbətul-istiftaat, 958-ci sual.
[8] Əcvəbətul-istiftaat, 925, 927 və 1035-ci suallar.
[9] Əcvəbətul-istiftaat, 1036-cı sual.
[10] Əcvəbətul-istiftaat, 1024-cü sual.
[11] Əcvəbətul-istiftaat, 1039-cu sual.
[12] Əcvəbətul-istiftaat, 936-cı sual.
- YETMİŞ ÜÇÜNCÜ DƏRS
YETMİŞ ÜÇÜNCÜ DƏRS
1. Mədənin xümsü
Bir şəxsin və ya şərikli şəkildə bir neçə şəxsin mədəndən çıxardıqlarına xüms düşür, bu şərtlə ki, ixrac və saflaşdırma xərclərini çıxdıqdan sonra şəxsə və ya şəxslərin (şəriklərin) hər birinə çatan pay iyirmi qızıl dinar və ya iki yüz gümüş dirhəm dəyərində olmalıdır.[1]
Diqqət:
Mədəndən faydalı qazıntı çıxaran şəxs çıxardığı qazıntının sahibi olduğu halda mədənə xüms vacib olur. Dövlətin çıxardığı mədənlərmüəyyən bir şəxsin və ya şəxslərin əmlakı olmadığına, əksinə, “cəhət əmlakı” olduğuna görə xümsün vacib olma şərtinə malik deyildir. Nəticədə, dövlətə və hökumətə xümsün vacib olması üçün bir əsas qalmır. [2]
2. Haram mala qarışmış halal mal
Əmlakına haram mal qarışdığına əmin olan şəxs haram malın miqdarını dəqiq bilmədiyi və sahibini də tanımadığı təqdirdə bu malı halal etməyin yolu onun xümsünü verməkdir. Lakin əgər o, əmlakına haram mal qarışdığına şəkk edərsə, onun boynunda heç bir haqq yoxdur.[3]
Diqqət:
• Xüms və zəkat verməyən, həmçinin riba alan bir ailədə yaşayan şəxs istifadə etdiyi şeylərin haram olduğuna əmin olmayınca onlardan istifadə edə bilər. Əks təqdirdə onlardan istifadə etmək caiz deyildir (olmaz). Lakin əgər ailədən ayrılmaq və onlarla əlaqəni kəsmək onu böyük çətinliyə salarsa, bu təqdirdə onların harama qarışmış malından istifadə etməyin maneəsi yoxdur, lakin istifadə etdiyi mala düşən xüms və zəkata, habelə bu mala qarışmış başqalarının malına zamindir.[4]
3. Xümsün istifadəsi
1. İmam (ə) payı və seyid payı
1) Xüms iki bərabər paya ayrılır: biri İmam (ə) payı və digəri seyid payıdır.
2) İmam dedikdə, hər dövrün Məsum İmamı (ə) nəzərdə tutulur və bizim dövrümüzün imamı Həzrət Məhdidir (ə.f). Seyid dedikdə isə ata tərəfdən nəsli Həzrət Peyğəmbərin (s) cəddi cənab Haşimə (ə) çatan şəxslər nəzərdə tutulur.
3) Hal-hazırda dövrün Məsum İmamı (ə) ilə əlaqə yaratmaq mümkün olmadığından İmam (ə) payı bütünlüklə “müsəlmanların vəliyyi-əmri”nə verilir və o bu əmlakı İmamın (ə) razı qalacağı işlərə, o cümlədən, müsəlmanların ümumi xeyrinə olan işlərə, xüsusilə də dini elmlər hövzələrinin idarəçiliyinə sərf edir. Seyid payının da ixtiyarı İmam (ə) payı kimi “müsəlmanların vəliyyi-əmri”nin əlindədir. Beləliklə, boynunda və ya əmlakında bir miqdar “İmam (ə) payı” və ya “seyid payı” olan şəxs onu xüms işləri məsuluna və ya onun vəkilinə təhvil verməlidir. Əgər o bu məbləği xümsün istifadə olunduğu məqsədlərdən birinə, məsələn, faydalı və lazımlı dini kitabların alınmasına, seyidlərin izdivacına, onların işıq, qaz və su pulu kimi kommunal xərclərinin ödənilməsinə və s. sərf etmək istəsə, ilk öncə bunun üçün xüms işləri məsulundan və ya onun vəkilindən icazə almalıdır.[5]
4) Əgər mükəlləf əmlakının xümsünü təqlid etdiyi mərcəyi-təqlidin fətvası əsasında verərsə, borcdan çıxmışdır.[6]
Diqqət:
• İmam (ə) payı və seyid payı hədiyyə verilə bilməz.[7]
• Şəri haqla (başqa sözlə, şəri vergi ilə), məsələn xüms, zəkat və sairlə ticarət etmək - belə ki, bu şəri haqq və vergilər şəriətdə göstərilən qaydada lazımi yerlərə sərf olunmalıdır və başqa məqsədlər üçün sərf oluna bilməz – baxmayaraq ki, ticarətdən gələn gəliri mədəni-maarif müəssisəsinin xərcləri üçün sərf etmək nəzərdə tulubdur, xüms işləri məsulunun icazəsi olmadan ondan istifadə etməyin maneəsi vardır. Onunla ticarət olunduğu təqdirdə isə əldə edilən qazanc sərmayəyə aiddir və sərmayənin sərf olunduğu yerə sərf olunmalıdır. Ona xüms düşmür.[8]
• Şəri vergini xüms işləri məsulunun vəkilinə verən, yaxud xüms işləri məsuluna çatdırmaq üçün başqa bir şəxsə verən şəxs onlardan tələb edə bilər ki, xümsün çatdığına dair üzərində xüms işləri məsulunun möhürü olan qəbzi təhvil versinlər.[9]
• Bir şəxs xüms işləri məsulu tərəfindən xüms yığmağa icazəli olduğunu iddia edir və xüms vermək istəyən bir mükəlləf onun iddiasına şəkk edir. Bu təqdirdə mükəlləf ədəb qaydalarına müvafiq bir şəkildə ondan yazılı icazənaməni göstərməsini, yaxud da üzərində xüms işləri məsulunun möhürü olan qəbzi tələb edə bilər. Belə ki, əgər iddiaçı şəxs xüms işləri məsulunun icazəsinə müvafiq şəkildə davranırsa, ona etibar olunmalıdır.[10]
2. Seyid payı hansı şərtlərə malik olan şəxslərə verilir
Aşağıdakı şərtlərə malik olan şəxslərə “seyid payı” verilə bilər:
Seyid olmalıdır;
On iki imam şiəsi olmalıdır;
Fəqir olmalıdır;
Vacibun-nəfəqə olmamalıdır;
Xüms günah işlər üçün sərf olunmamalıdır;
Xüms alan seyid aşkarda (insanların gözü önündə) günah işlətməməlidir.
Birinci şərt: seyid olmalıdır
1) “Seyid payı”nı ata tərəfdən nəsli Həzrət Peyğəmbərin (s) cəddi cənab Haşimə (ə) çatan şəxslər ala bilərlər. Beləliklə, Ələvi (nəsli Əli ibn Əbu Talibə (ə) çatan), Əqili (nəsli Əqil ibn Əbu Talibə çatan) və Abbasi (nəsli Abbas ibn Əbu Talibə çatan) seyidlərin hamısı “Haşimi seyidləri” sayılır və Haşimi seyidlərinə aid olan məziyyətlərdən faydalana bilərlər.[11]
2) Ata tərəfdən nəsli Abbas ibn Əli ibn Əbu Talibə (ə) çatan seyidlər Ələvi seyidlər hesab olunurlar.[12]
3) Baxmayaraq ki, ana tərəfdən nəsli Həzrət Peyğəmbərə (s) çatan şəxslər də Peyğəmbər övladı hesab olunurlar, lakin seyidliyin şəri hökmlərinin şamil olması üçün ata nəsli meyar götürülür.[13]
4) Bir şəxsin nəsəbi qohumlarından birinin sənədində seyid olduğu qeyd olunub. Bu, şəxsin seyid olmasına şəri dəlil hesab olunmur və o, öz seyidliyini dəqiqləşdirə və ya buna dair şəri dəlil gətirə bilməyincə seyidliyin şəri hökmləri ona şamil olmur.[14]
5) Övladlığa götürülən uşaq şəri baxımdan kişinin həqiqi ovladı hesab olunmur, odur ki, həqiqi atası seyid olmayan şəxsə seyidliyin şəri hökmləri şamil olmur.[15]
Üçüncü şərt: fəqir olmalıdır
1) Əmək fəaliyyəti ilə məşğul olub qazanc əldə edən seyidlərə gəlincə, əgər onların qazancı ürfi şənlərinə uyğun olan dolanışığa yetirsə, onlara xüms düşmür.[16]
2) Ailə başçısı olan seyyid (kişi) ailəsinə nəfəqə (dolanışıq xərcləri) verməkdə səhlənkarlıq göstərir və ailəsi də atadan nəfəqə ala bilmir. Bu təqdirdə onlara seyid payından nəfəqələri miqdarında verilə bilər.[17]
3) Ehtiyaclı seyidlərin əgər yemək və geyimdən əlavə başqa bir şeyə ehtiyacları olsa və bu ehtiyac onların şəninə uyğun olsa, həmin ehtiyacın təmin olunması üçün seyid payından onlara vermək olar.[18]
4) Bir seyyidə qadının əri yoxsuldur və o, qadının nəfəqəsini verə bilmir. Qadının özü də şəri baxımdan yoxsul hesab olunur. Bu qadın ehtiyaclarını təmin etmək üçün seyid payı ala bilər və aldığı məbləği özünə, övladlarına və hətta həyat yoldaşına xərcləyə bilər.[19]
Dördüncü şərt: vacibun-nəfəqə olmamalıdır
Vacibun-nəfəqə olan şəxsə[20] xüms vermək olmaz. Məsələn, yoxsul ata-anasına maddi köməklik göstərmək imkanı olan şəxs əmlakına düşən xümsü çıxarıb ata-anasına verə bilməz.[21]
5. Xümsün müxtəlif məsələləri
1. Hər kim şəkk etsə ki, istifadə etmək istədiyi mala xüms düşür, yoxsa yox, ondan istifadə etməyin maneəsi yoxdur. Əlbəttə, əgər ilk əvvəl ona xüms düşdüyünə əmin idisə, bu təqdirdə hökm fərqlidir. Beləliklə:
1) Xüms verməyən bir şəxsin yeməyindən yemək məsələsinə gəlincə, əgər mükəlləf yediyi yeməyə xüms düşdüyünə əmin deyilsə, onu yeməyin maneəsi yoxdur.
2) Əgər dükan sahibi onun dükanından alış-veriş edən müştərinin əmlakının xümsünü verib-vermədiyini bilmirsə, müştərinin ona verdiyi pula xüms düşdüyünə əmin olmayanadək onun boynuna heç bir haqq gəlmir və bu barədə araşdırma aparmaq da lazım deyildir.[22]
2. Dini hökmlərə, xüsusilə də namaz və xüms kimi hökmlərə əməl etməyən müsəlmanlarla ünsiyyətdə olmaq əgər onların dini hökmlərə qarşı bu məsuliyyətsizliklərinə haqq qazandırmaq anlamına gəlməzsə, onlarla ünsiyyətin maneəsi yoxdur. Lakin əgər onlarla əlaqəni kəsmək onların dini hökmlərə əhəmiyyət vermələrinə səbəb olarsa, bu təqdirdə “nəhy ənil-munkər” məqsədilə müvəqqəti olaraq onlarla əlaqəni kəsmək vacibdir. Əlbəttə, onların əmlakından, məsələn yemək və əşyalarından istifadə etməyə gəlincə, həmin şeylərə xüms düşdüyünə əmin olmayınca onlardan istifadə etməyin maneəsi yoxdur.[23]
3. Boynunda şəri haqq (şəri vergi) olan şəxs onu qiyməti sabit qalan valyutaya çevirə bilər, əlbəttə boynunda olan vacib şəri haqqı verərkən həmin günün məzənnəsini əsas götürməlidir. Amma xüms işləri məsulunun vəkili xüms ünvanında aldığı pulu başqa pula (başqa valyutaya) çevirə bilməz. Amma əgər onun bu işə icazəsi olarsa, bu işi yerinə yetirə bilər. Qeyd edək ki, pulun dəyərinin qalxıb-düşməsi bu iş üçün şəri əsas götürülmür.[24]
4. Əgər bir şəxs xüms işləri məsulu və ya onun vəkilinin icazəsi ilə öz xümsünü məktəb binası inşasına və ya bu kimi işlərə sərf edibsə, onu geri almaq və ondan şəxsi istifadə etmək haqqı yoxdur.[25]
5. Müstəhəb həcc ziyarəti yerinə yetirmək istəyən şəxs müəyyən bir məbləği “Həcc işləri idarəsi”nin bank hesab nömrəsinə köçürmüş, lakin ziyarətə yollanmamışdan qabaq dünyasını dəyişmişdir. Onun banka köçürdüyü məbləğin qəbzi bugünkü qiyməti ilə irs hesab olunur və əgər mərhumun boynunda həcc ziyarəti yoxdursa, həmçinin onun əvəzinə həcc ziyarəti yerinə yetirilməsini vəsiyyət etməyibsə, onun əvəzindən həcc ziyarəti yerinə yetirmək vacib deyildir. Əgər həmin məbləğə xüms düşübsə, lakin xümsü verilməyibsə, onun xümsünü vermək vacibdir.[26]
Suallar:
Mədənin nisab həddi nə qədərdir?
Əgər bir şəxsin ailəsi xüms və zəkat vermirsə, həmçinin riba alırsa, onun vəzifəsi nədir?
“İmam (ə) payı” və “seyid payı” ifadələrində İmam (ə) və seyid dedikdə kimlər nəzərdə tutulur?
Bəzi şəxslər seyidlərin işıq, su və qaz pulu kimi kommunal xərclərini ödəyirlər. Onların ödədikləri bu məbləği xümsdən hesab etmək olarmı?
Əmək fəaliyəti ilə məşğul olub qazanc əldə edən seyidlərə xüms vermək olarmı?
Ələvi seyidlərindən olan bir qadın Ələvi seyidlərindən olmayan bir kişi ilə ailə qurmuş və övladları vardır. Əgər onun əri fəqirdirsə, bu qadına “seyid payı” vermək olarmı? Bu qadın aldığı payı övladlarına və ərinə xərcləyə bilərmi?
[1] Əcvəbətul-istiftaat, 893-cü sual.
[2] Əcvəbətul-istiftaat, 893-cü sual.
[3] Əcvəbətul-istiftaat, 894-cü sual.
[4] Əcvəbətul-istiftaat, 929-cu sual.
[5] Əcvəbətul-istiftaat, 1004, 1005, 1013, 1014, 1018, 1019, 1020 və 1023-cü suallar.
[6] Əcvəbətul-istiftaat, 1003-cü sual.
[7] Əcvəbətul-istiftaat, 1024-cü sual.
[8] Əcvəbətul-istiftaat, 1033-cü sual.
[9] Əcvəbətul-istiftaat, 1006-cı sual.
[10] Əcvəbətul-istiftaat, 1007-ci sual.
[11] Əcvəbətul-istiftaat, 1010-cu sual.
[12] Əcvəbətul-istiftaat, 1010-cu sual.
[13] Əcvəbətul-istiftaat, 1009-cu sual.
[14] Əcvəbətul-istiftaat, 1011-ci sual.
[15] Əcvəbətul-istiftaat, 1012-ci sual.
[16] Əcvəbətul-istiftaat, 1021-ci sual.
[17] Əcvəbətul-istiftaat, 1017-ci sual.
[18] Əcvəbətul-istiftaat, 1017-ci sual.
[19] Əcvəbətul-istiftaat, 1015-ci sual.
[20] Yəni, bu şəxsin nəfəqəsini vermək insanın öhdəsindədir. Müt.
[21] Əcvəbətul-istiftaat, 1022-ci sual.
[22] Əcvəbətul-istiftaat, 933, 934 və 939-cu suallar.
[23] Əcvəbətul-istiftaat, 933-cü sual.
[24] Əcvəbətul-istiftaat, 1032-ci sual.
[25] Əcvəbətul-istiftaat, 1038-ci sual.
[26] Əcvəbətul-istiftaat, 858-ci sual.
-
- ALTINCI FƏSİL: ƏNFAL
- YEDDİNCİ FƏSİL: CİHAD
- Səkkizinci FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
-
