Oxu / Yüklə:
FİQH TƏLİMLƏRİ
- Cild 1
- BİRİNCİ FƏSİL: TƏQLİD
- İKİNCİ FƏSİL: TƏHARƏT
- ÜÇÜNCÜ FƏSİL: NAMAZ
- DÖRDÜNCÜ FƏSİL: ORUC
- BEŞİNCİ FƏSİL: XÜMS
- ALTINCI FƏSİL: ƏNFAL
- YEDDİNCİ FƏSİL: CİHAD
- YETMİŞ BEŞİNCİ DƏRS: CİHAD
YETMİŞ BEŞİNCİ DƏRS: CİHAD
1. Cihadın mənası
Burada cihad, İslama dəvət və dinin yayılması istiqamətində, habelə İslam dinini düşmənlərin təcavüzündən müdafiə etmək uğrunda səy göstərmək və mübarizə aparmaq anlamındadır.
2. Cihadın vacibliyi
Cihad dinin əsaslarından biridir və onun vacibliyi İslam dinin zəruri inanclarındandır.
3. Cihadın növləri
Cihad 2 növdür:
İbtidai cihad: Bu, İslam dininin təbliği qarşısında yaranan maneələri aradan qaldırmaq üçün aparılan cihaddır. Belə ki, düşmən tərəf hücum çəkmədən İslam qoşunu İslam dininin təbliği qarşısında yaranan maneələri aradan qaldırmaq, digər məmləkətlərin əhalisinin İslama gəliyini əngəlləyən səbəbləri ortadan qaldırmaq, İslam dininin yayılması, haqq səsin ucalması, dinin dirçəlməsi, kafir və müşriklərin hidayəti, şirk və küfrün kökünün kəsilməsi üçün cihada qalxır. (Yəni “ibtidai cihad”da məqsəd torpaqları genişləndirmək deyildir. Burada məqsəd kafir, müşrik və hegemon qüdrətlər tərəfindən allahpərəstlikdən, tövhid və ədalətdən məhrum qalan insanların təbii və fitri haqlarını bərpa və müdafiə etməkdir.)
Difai cihad: Bu cihad düşmənlərin təcavüzü qarşısında müdafiəyə qalxmaqdır. Belə ki, düşmən müsəlmanların torpaqlarına, sərhədlərinə və məmləkətlərinə hücum çəkdiyi və siyasi, hərbi, mədəni və iqtisadi baxımdan onlara hakim olmaq istədiyi zaman müsəlmanlar müdafiəyə qalxmalıdırlar.
1. İbtidai cihad
1) İbtidai cihad yalnız Həzrət Peyğəmbərin (s) və Məsum İmamların (ə) dövrünə aid deyildir. Müsəlmanların vəliyyi-əmri olan camiuş-şərait fəqih əgər lazım bilərsə, ibtidai cihada qalxmaq hökmü verə bilər.[1]
2) İslam dövlətinin himayəsində yaşayan kitab-əhli (məsələn yəhudilər, məsihilər, zərdüştlər) bu dövlətin qanunlarına tabe olduqları və əmniyyətə zidd bir iş yerinə yetirmədikləri müddət boyunca “muahəd” hökmündədirlər, yəni onların canı, malı və heysiyyəti qorunmalı, qanuni və şəri haqlarına riayət olunmalıdır.[2]
3) Əgər kafirlər İslam məmləkətinə hücum çəksələr və onlardan bir neçəsi müsəlmanlara əsir düşsə, əsirlərin taleyi İslam hakiminin əlindədir və müsəlman camaat əsirlərin taleyi barədə qərar verə bilməz. Beləliklə, müsəlman bir şəxs kitab-əhli olan və ya kitab-əhli olmayan bir kafiri - istər kişi olsun, istərsə də qadın – kafirlərin və ya müsəlmanların torpaqlarında öz mülkiyyətinə çevirə bilməz.[3]
2. Difai cihad
1) İslamı və müsəlmanları müdafiə etmək vacibdir və bunun üçün valideynlərin icazəsi şərt deyildir. Lakin buna baxmayaraq, mümkün olduğu qədər valideynlərin razılığını əldə etmək tövsiyə olunur.[4]
2) Əgər insan həyatını, canını qorumaq və qətlin qarşısını almaq üçün təcili və birbaşa hərəkətə keçmək tələb olunursa, bu işi görmək olar, hətta insan həyatını qorumağın vacibliyi baxımından bu işi görmək vacibdir. Bunun üçün şəri hakimin icazəsi və ya onun bu barədə əmrinin olması gərək deyildir. Amma əgər insan həyatını qorumaq üçün hücum çəkən şəxsin qətlə yetirilməsitələb olunarsa, bu halda müxtəlif vəziyyətlər yarana bilər və onların fərqli hökmləri ola bilər.[5]
Suallar:
Cihad nədir?
Cihadın növlərini izah edin.
İbtidai cihadda məqsəd nədir?
Məsum İmamın (ə) qeybi dövründə ibtidai cihadın hökmü nədir? Müsəlmanların vəliyyi-əmri olan camiuş-şərait fəqih ibtidai cihada ayağa qalxmaq hökmü verə bilərmi?
Müsəlman bir şəxs kitab-əhli olan və ya kitab-əhli olmayan bir kafiri - istər kişi olsun, istərsə də qadın – kafirlərin və ya müsəlmanların torpaqlarında öz mülkiyyətinə çevirə bilərmi?
İslam dini təhlükə qarşısında olduğu zaman valideyndən icazəsiz dinin müdafiəsinə qalxmağın hökmü nədir?
-
- Səkkizinci FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
-
