Oxu / Yüklə:
FİQH TƏLİMLƏRİ
- Cild 1
- BİRİNCİ FƏSİL: TƏQLİD
- İKİNCİ FƏSİL: TƏHARƏT
- ÜÇÜNCÜ FƏSİL: NAMAZ
- DÖRDÜNCÜ FƏSİL: ORUC
- BEŞİNCİ FƏSİL: XÜMS
- ALTINCI FƏSİL: ƏNFAL
- YETMİŞ DÖRDÜNCÜ DƏRS: ƏNFAL
YETMİŞ DÖRDÜNCÜ DƏRS: ƏNFAL
1. Ənfalın mənası
Ənfal, Həzrət Peyğəmbərin (s) və onun məsum canişinlərinin (ə) ixtiyarında olan ümumi əmlakdır. Hal-hazırkı dörv İmam Zamanın (ə.f) qeyb dövrü olduğundan ənfal, “müsəlmanların vəliyyi-əmri”nin ixtiyarındadır (başqa sözlə, İslam hökumətinin istifadəsindədir) və bu əmlak cəmiyyətin ümumi xeyrinə olan işlərə sərf olunur.[1]
2. Ənfalın mənbələri
Ənfalın mənbələri aşağıdakılardır:
Fey: qoşun çəkmədən və müharibə aparmadan müsəlmanların əlinə keçən hər bir şey, istər torpaq olsun, istərsə də torpaqdan qeyri şey;
Becərilməmiş, xam torpaqlar: belə ki, bu torpaqlar məhsuldar vəziyyətə gətirilmədən və abad edilmədən istifadəyə yararlı deyildir;
Tərk edilmiş şəhərlər və kəndlər;
Dənizlərin və böyük çayların sahilləri;
Meşəliklər, təbii qamışlıqlar, dərələr, dağların zirvəsi;
Meşəlikdə müsəlmaların əlinə keçən şahlara məxsus çox qiymətli əşyalar;
Dəyərli və seçilən qənimətlər, məsələn cins at, qiymətli paltar və s.;
Müsəlmanların rəhbərinin izni olmadan aparılan müharibədə ələ keçən qənimətlər;
Varisi olmayan mərhumun əmlakı;
Mədənlər.[2]
Diqqət:
• Şəhər icra idarəsi şəhərlərin salınması, abadlaşdırılması və bu kimi işlər üçünçayların yatağındakı daş, çınqıl və qumlardan istifadə edə bilər. Ayrı-ayrı şəxslər tərəfindən böyük və ümumi çayların yatağına sahiblik iddiası məqbul deyildir.[3]
• Əgər bir şəxsin şəxsi mülk olan ərazilərin qonşuluğundakı otlaqlarda heyvanlarını otarmaq icazəsi varsa, bu o demək deyil ki, o, şəxsi mülk olan ərazilərə daxil ola bilər və oradakı sudan istifadə edə bilər. Bu ərazilərin sahibinin icazəsi olmadan ora daxil olmaq və oradakı sudan istifadə etmək caiz deyildir.[4]
• Vəqfin şəri baxımdan düzgünlüyü “vəqf olunan şey”in “qanuni şəxsi əmlak olması” ilə şərtlənir, eləcə də hansısa bir əmlakın irs yolu ilə başqa bir şəxsin mülkiyyətinə keçməsi həmin əmlakın mərhumun “şəxsi əmlakı olması” ilə şərtlənir. Odur ki, indiyədək heç kimin şəxsi mülkü olmayan və heç kim tərəfindən abadlaşdırılmayan təbii meşələr və otlaqlar şəxsi mülk hesab olunmur, buna görə də vəqf oluna və ya irs kimi ötürülə bilməz. Hər halda ayrı-ayrı şəxslərin meşələrdə şəri və qanuni icazə ilə saldıqları əkin sahələri, tikdikləri yaşayış evləri və s. şəxsi mülk olduğuna görə həmin ərazilər vəfq edildiyi təqdirdə,vəqfi əmlakın şəri sahibləri onlardan istifadə edə bilər.Vəqf edilmədiyi təqdirdə isə bu mülkləröz şəri sahibinin ixtiyarındadır. Amma meşələrin təbii meşəlik və otlaq şəklində qalan hissələri ənfal və ümumi əmlak hesab olunur və bu ərazilər qanunlara müvafiq olaraq İslam dövlətinin ixtiyarındadır.[5]
Suallar:
Ənfal nədir?
Ənfalın mənbələri hansılardır?
Şəhər icra idarəsi çayların dibindəki daşlardan və qumlardan şəhərlərin salınması və abadlaşdırılması üçün istifadə edə bilərmi? İstifadə etdiyi təqdirdə ümumi çayların yatağına ayrı-ayrı şəxslərin sahiblik iddiası məqbuldurmu?
Tərəkəmələrin otlaqlarının alğı-satqısı nə zaman düzgündür?
Şəxsi əkin sahələrinin qonşuluğundakı otlaqlarda heyvanlarını otarmaq icazəsi olan heyvandarlar bu əkin sahələrinin suyundan özləri və heyvanları üçün istifadə etmək məqsədilə sahibinin icazəsi olmadan ora daxil ola bilərlərmi?
-
- YEDDİNCİ FƏSİL: CİHAD
- Səkkizinci FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
-
