Oxu / Yüklə:
FİQH TƏLİMLƏRİ
- Cild 1
- BİRİNCİ FƏSİL: TƏQLİD
- İKİNCİ FƏSİL: TƏHARƏT
- ÜÇÜNCÜ FƏSİL: NAMAZ
- İyirmi yeddinci dərs: Namazın qisimləri
İyirmi yeddinci dərs: Namazın qisimləri
1. Vacib və müstəhəb namazlar
Vacib namazlar aşağıdakılardır:
Gündəlik namazlar;
Təvaf namaz (Kəbə evini təvaf etdikdən sonra qılınır);
Ayət namazı (Günəş və Ay tutulduqda, zəlzələ və s. bu kimi təbii fəlakətlər baş verdiyi zaman qılınır);
Meyit namazı (cənazəyə qılınır);
Ata və ananın qəza namazları (böyük oğula vacibdir);
Nəzir və əhd etmək, and içmək və ya əcir olmaq (başqasının qəza namazlarını öhdəsınə götürmək) səbəbilə vacib olan namazlar.
Müstəhəb namazlar:
Məsələn, gündəlik namazların nafilələri müstəhəb namazlardandır.[1]
Diqqət:
• Müstəhəb namazlar çoxdur və “nafilə” adlanırlar. Nafilə namazları arasında gündəlik namazların nafilələri təkidlə tövsiyə olunmuşdur.
2. Gündəlik namazların nafilələri
1. Gündəlik namazların hər birinin nafiləsi vardır. Bu nafilələri qılan şəxsə böyük savab vəd olunub. Bundan əlavə, gecənin ikinci yarısında gecə nafiləsi qılmaq müstəhəbdir və böyük mənəvi təsirlərinə görə onu qılmaq təkidlə tövsiyə olunub. [2]
2. Gündəlik namazların nafilələri:
– zöhr namazının nafiləsi: səkkiz rəkətdir və zöhr namazından qabaq qılınır;
– əsr namazının nafiləsi: səkkiz rəkətdir və əsr namazından qabaq qılınır;
– məğrib namazının nafiləsi: dörd rəkətdir və məğrib namazından sonra qılınır;
– işa namazının nafiləsi: iki rəkətdir və işa namazından sonra oturan vəziyyətdə qılınır;
– sübh namazının nafiləsi: iki rəkətdir və namazdan qabaq qılınır;
– gecə nafiləsi: on bir rəkətdir və gecənin yarısından sübh namazına qədər qılına bilər, lakin gecənin axırıncı üçdə birində qılınması tövsiyə olunur.[3]
Diqqət:
• İşa namazının iki rəkət nafiləsi bir rəkət sayıldığı üçün gündəlik namazların nafilələri 34 rəkətdir (yəni gündəlik namazlardan iki dəfə çoxdur).
3. Zöhr və əsr namazlarının nafilələri namazdan sonra və nafilə vaxtında qılındıqda, ehtiyati-vacibə görə “əda”[4] və “qəza” niyyəti etmədən “qürbətən iləllah” niyyəti ilə qılınmalıdır.[5]
4. Gecə nafilələri on bir rəkətdir. Onun səkkiz rəkəti “gecə namazı” adlanır və iki rəkət-iki rəkət qılınır. Sonrakı iki rəkət “şəf`” namazıdır və sübh namazı kimi qılınır. Axırıncı bir rəkət “vətr” namazı adlanır. Bu namazın qunutunda dua kitablarında qeyd olunan qaydada bağışlanma diləmək, möminlər üçün dua etmək və Allah-Təaladan hacət diləmək müstəhəbdir.[6]
5. Gecə namazında “Həmd”dən sonra hansısa bir “Surə”ni oxumaq, bağışlanma diləmək və dua etmək şərt deyildir. Beləliklə, gecə namazının niyyətini edib təkbirətul-ehramı dedikdən sonra hər rəkətdə təkcə Fatihə surəsini oxumaq kifayətdir. Lakin əgər namaz qılan şəxs istəyərsə, Fatihədən sonra Quran surələrindən birini oxuya bilər. Sonra isə digər namazlarda olduğu kimi rüku, səcdə, təşəhhüd və salamları deyib namazı tamamlamalıdır.[7]
6. Gecə namazını qaranlıq və heç kimin olmadığı bir məkanda qılmaq şərt deyildir. Lakin riyakarlıq da etmək olmaz (caiz deyil).[8]
Diqqət:
• Vətr namazından qeyri nafilələri iki rəkət-iki rəkət qılmaq lazımdır. Odur ki, gecə namazını iki dördrəkətli namaz şəklində qılmaq düzgün deyildir.[9]
• Nafilə namazlarını oturan vəziyyətdə qılmaq olar, lakin ayaq üstə qılmaq daha yaxşıdır.[10]
• Səfərdə zöhr, əsr və işa namazlarının nafilələri qılınmır, baxmayaraq ki, işanın nafiləsini qəsdi-rəca ilə qılmaq olar. [11]
• Gündəlik namazların nafilələrinin xüsusi vaxtı vardır və “Şəriət hökmlərinin izahı” kitablarında geniş şəkildə açıqlanmışdır.[12]
Suallar:
1- Vacib namazlar hansılardır?
2- Gündəlik namazların nafilələri neçə rəkətdir?
3- Əgər zöhr və əsr namazlarının nafilələri namazdan sonra və nafilə vaxtında qılınsa, hansı niyyətlə qılınmalıdır?
4- Gecə namazının qaydası necədir?
5- Gecə namazını xəlvət və qaranlıq bir məkanda qılmaq vacibdirmi?
6- Səfərdə hansı namazların nafilələri qılınmamalıdır?
[1] Əcvəbətul-istiftaat, 248, 338, 542 və 711-ci suallar; Rəhbərdən soruşulan suallar, Namaz bölümü,150-ci məsələ.
[2] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 166-cı məsələ.
[3] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 166-cı məsələ.
[4] Namazın öz vaxtında qılınması.
[5] Əcvəbətul-istiftaat, 720-ci sual.
[6] Əcvəbəul-istiftaat, 721-ci sual.
[7] Əcvəbətul-istiftaat, 722-ci sual.
[8] Əcvəbətul-istiftaat, 719-cu məsələ.
[9] Əcvəbətul-istiftaat, 718-ci sual; Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 167-ci məsələ.
[10] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 167-ci sual.
[11] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 167-ci məsələ.
[12] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 168-ci məsələ.
- İyirmi səkkizinci dərs: Namaz qılanın paltarı
İyirmi səkkizinci dərs: Namaz qılanın paltarı (1)
1. Namazda örtünmə
1. Kişi namazda onu heç kim görməsə belə, “övrətəyn”i[1] örtməlidir. Daha yaxşı olar ki, göbəkdən dizlərə qədər örtünsün.[2]
2. Qadın namazda bədəninin hər yerini və başını (saçlarını) örtməlidir. Lakin dəstəmazda yuyulan miqdarda üzü, biləyə qədər əlləri və oynağa qədər ayaqları örtmək lazım deyildir.[3]
Diqqət:
• Çənə üzün bir hissəsi sayıldığına görə namazda onu örtmək lazım deyildir. Lakin çənənin altını örtmək vacibdir.[4]
• Əgər ətrafda naməhrəm olsa, ayağın oynağa qədər olan hissəsini də örtmək (qadına) vacibdir.[5]
• Əgər qadın namaz əsnasında saçının göründüyünü başa düşsə və dərhal örtsə, namazı düzgündür. Lakin əgər bilərəkdən saçlarını örtməsə, namazı batildir.[6]
• Əgər namaz qılan şəxs namazdan sonra bilsə ki, namaz üçün vacib olan qaydada örtünməyibdir, namazı düzgündür.[7]
2. Namaz qılanın paltarının şərtləri (1)
Namaz qılanın paltarının şərtləri aşağıdakılardır:
Pak olmalıdır;
Qəsbi olmamalıdır (yəni mübah olmalıdır);
“Murdar”ın[8] hissələrindən olmamalıdır;
Əti haram heyvanın hissələrindən olmamalıdır;
Qızılla toxunmuş parçadan olmamalıdır;
Xalis ipək olmamalıdır.[9]
Diqqət:
• Beşinci və altıncı şərt kişilərin paltarına aiddir.[10]
1. Pak olmalıdır.
1. Namazda geyinilən paltar pak olmalıdır.[11]
2. Napak bədən və paltarla qılınan namazın batil olduğunu bilməyən şəxs əgər napak bədən və paltarla namaz qılsa, namazı batildir.[12]
3. Bədəninin və ya paltarının napak olduğunu bilməyən şəxs əgər namazdan sonra onların napak olduğunu bilsə, qıldığı namaz düzgündür. Lakin əgər namazdan öncə onların napak olduğunu bilsə və bunu unudub namaz qılsa, namazı batildir.[13]
4. Əgər bir şəxs namaz əsnasında bədəninin və ya paltarının napak olduğunu başa düşsə, bu halda əgər onun namazdan öncənapak olduğunu, yaxud namaz qıldığı əsnada napak olduğunu və buna görə də namazın bir hissəsininapak bədən və ya paltarla qıldığını bilsə, namaz vaxtı geniş olduğu təqdirdə bu şəxsin qıldığı namaz batildir. Amma əgər namaz vaxtı dar olarsa,bu halda əgər namazazidd olmayan bir əməli yerinə yetirmədən bədəni paklamaq və ya napak paltarı əyindən çıxartmaq mümkün olarsa, bədənini paklamalı və ya napak paltarı əynindən çıxartmalı, namazını tamamlamalıdır. Amma əgər namaz halətini qoruyaraqnapaklığı aradan qaldırması mümkün olmazsa vəçılpaq vəziyyətdə namazını qıla bilməzsə, həmin vəziyyətdə namazı tamamlamalıdır.[14]
5. Əgər namaz qılan şəxs napak paltarını suya çəksə və paklandığına əmin olub onunla namaz qılsa, lakin namazdan sonra paltarının paklanmadığını bilsə, qıldığı namaz düzgündür. Amma sonrakı namazlar üçün paltarını paklamalıdır.[15]
6. Paltarın napak olub-olmamasına şəkk etdikdə, paltar pak hökmündədir və onunla namaz qılmaq düzgündür. Deməli, tərkibində spirt olan ətirlərin napak olduğunu bilmədiyimiz təqdirdə onlarla ətirlənmiş paltarda namaz qılmağın maneəsi yoxdur. Həmçinin əgər bir şəxs çıxılmaz vəziyyətdə bövl məxrəcini daş, çubuq və s. bu kimi əşyalarla paklayarsa və evə döndükdən sonra özünü su ilə paklayarsa, paltarının bövlün rütubəti ilə napak olduğuna əmin olmayanadək namaz qılmaq üçün onu dəyişməsi və ya paklaması lazım deyildir.[16]
2. Qəsbi olmamalıdır.
1. Namaz qılanın paltarı qəsbi olmamalıdır, yəni mübah olmalıdır.[17]
2. Əgər bir şəxs paltarının qəsbi olduğunu bilməsə və ya unutsa, həmçinin qəsbi paltar geyinməyin ümumiyyətlə haram olduğunu bilməsə, bu paltarda qıldığı namaz düzgündür. Beləliklə, əgər bir şəxs bir müddət xüms düşən bir paltarda namaz qılsa, lakin bu paltara xüms düşdüyünü və ya belə bir paltardan istifadə etməyin haram olduğunu bilməsə, qıldığı namazlar düzgündür.[18]
3. Xümsü və ya zəkatı verilməyən bir əmlak ilə alınan paltarda qılınan namaz batildir.[19]
3. “Murdar”ın hissələrindən olmamalıdır.
1. Namaz qılanın paltarı sıçrayışlı qanı olan “murdar”ın (ölü və ya şəri qaydada kəsilməyən heyvanın) hissələrindən olmamalıdır. Ehtiyati-vacibə görə hətta sıçrayışlı qanı olmayan “murdar”ın da hissələrindən olmamalıdır.[20]
2. Əgər namaz qılanın üstündə, paltarında “murdar”ın hissələrindən olsa, ehtiyati-vacibə görə bu namaz batildir. Lakin əti halal olan heyvanın murdarının tükü, yunu, buynuzu və sümüyü kimi ruhsuz hissələri olsa, namaz batil deyildir.[21]
3. Əgər heyvanın şəri qaydada kəsildiyinə şəkk edilərsə, bu heyvanın ətindən yemək və dərisindən hazırlanmış paltarda namaz qılmaq olmaz, başqa sözlə, bu baxımdan o, “murdar” hökmündədir. Lakin paklıq və napaklıq baxımından “murdar” hökmündə deyil və pakdır. Bu hökmü bilməyib ona riayət etməyən şəxsin qıldığı namazlar düzgündür. Deməli, şəri qaydada kəsilib-kəsilmədiyini bilmədiyimiz heyvanın dərisi napak deyil, amma onunla qılınan namaz batildir.[22]
4. Əti haram heyvanın hissələrindən olmamalıdır.
1. Namazda geyinilən paltar əti haram heyvanın hissələrindən olmamalıdır. Hətta əgər belə heyvanın tükü namaz qılarkən insanın bədəninə və ya paltarına yapışmış olsa, namaz batildir.[23]
2. Əgər namaz qılanın bədənində və ya paltarında pişik kimi əti haram heyvanın ağız və burnunun suyundan olsa, onun namazı batildir. Lakin əgər bu su quruyub və tamamilə aradan gedibsə, namaz batil deyildir. Beləliklə, əgər namaz qılanın bədənində və ya paltarında əti haram quşların nəcisi olsa, onun namazı batildir. Lakin əgər quruyub bədəndən və paltardan tökülübsə, onun qıldığı namaz düzgündür.[24]
3. Namaz qılanın bədənində və ya paltarında insan tükünün, tərinin və ağız suyunun, həmçinin arı pətəyinin, mirvarinin və sədəfin olmasının maneəsi yoxdur.[25]
4. Əgər bir şəxs bir paltarın əti halal, yoxsa haram heyvanın hissələrindən olduğuna şəkk etsə, bu paltarda namaz qılmağın maneəsi yoxdur.[26]
Suallar:
1- Qadın namaz qılarkan bədəninin hansı hissələrini örtməlidir? Namazda qolu qısa paltar geyinmək və corab geyinməmək olarmı?
2- Əgər qadın namaz əsnasında saçının göründüyünü başa düşsə və dərhal örtsə, namazını yenidən qılmalıdırmı?
3- Namaz qılanın paltarının şərtləri hansılardır?
4- Əgər namaz qılan şəxs namaz əsnasında bədəninin və ya paltarının napak olduğunu başa düşsə, nə etməlidir?
5- Əgər bir şəxs xüms düşən bir paltarda bir müddət namaz qılıbsa, qıldığı namazların hökmü nədir?
6- Əgər namaz qılan şəxsin üstündə pişiyin tükü və ya ağzının suyu olsa, namazı batildirmi?
[1] “Övrətəyn” dedikdə cinsiyyət və arxa nəzərdə tutulur.
[2] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 174-cü məsələ.
[3] Əcvəbətul-istiftaat,437-ci sual; Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 174-cü məsələ.
[4] Əcvəbətul-istiftaat, 437-ci sual.
[5] Əcvəbətul-istiftaat, 437 və 438-ci suallar.
[6] Əcvəbətul-istiftaat, 432-ci sual.
[7] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 175-ci məsələ.
[8] Yəni ölü və ya şəri qaydada kəsilməyən heyvan.
[9] Rəhbərdən soruşulan suallar, Namaz bölümü 176-cı məsələ.
[10] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 176-cı məsələ.
[11] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 176-cı məsələ.
[12] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 177-ci məsələ.
[13] Rəhbərdən soruşulan suallar, Namaz bölümü,178-ci məsələ.
[14] Əcvəbətul-istiftaat, 430-cu sual.
[15] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 180-cı məsələ.
[16] Əcvəbətul-istiftaat, 428, 433 və 436-cı suallar.
[17] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 176-cı məsələ.
[18] Əcvəbətul-istiftaat, 373-cü sual; Rəhbərdən soruşulan suallar, Namaz bölümü,181-ci məsələ.
[19] Rəhbərdən soruşulan suallar, Namaz bölümü,182-ci məsələ.
[20] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 183-cü məsələ.
[21] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 184-cü məsələ.
[22] Əcvəbətul-istiftaat, 429 və 431-ci suallar.
[23] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 185-ci məsələ.
[24] Əcvəbətul-istiftaat, 441-ci sual; Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 186-cı məsələ.
[25] Rəhbərdən soruşulan suallar, 187-ci məsələ.
[26] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 188-ci məsələ.
- İyirmi doqquzuncu dərs: Namaz qılanın paltarının hökmləri (2)
İyirmi doqquzuncu dərs: Namaz qılanın paltarının hökmləri (2)
Diqqət:
• Qısa bir müddət üçün də - məsələn, təkcə toy günü - kişilərə qızıl zinət əşyaları taxmaq haramdır.[1]
• Əgər ağ qızıl adlanan metal elə sarı qızıl olub müəyyən bir kimyəvi maddənın təsiri nəticəsində rəngi dəyişibsə, sarı qızıl hökmündədir. Lakin əgər bu metalın tərkibində sarı qızıl çox az olduğu üçün ürfdə onu sarı qızıl adlandırmırlarsa, kişilərin ondan istifadə etməyinin maneəsi yoxdur.[2]
• Platin qızıl sayılmır və qızıl hökmündə də deyildir. Odur ki, ondan kişilərin istifadə etməsinin maneəsı yoxdur.[3]
6. Xalis ipək olmamalıdır.
Ümumiyyətlə, kişiyə xalis ipəkdən tikilmiş paltar geyinmək haramdır. Namazda da kişi xalis ipəkdən paltar geyinə bilməz, hətta onun araqçını, corabı, paltarının astarı belə xalis ipək olmamalıdır. Lakin xalis ipək parçadan olan cib dəsmalının və s. bu kimi şeylərin onun cibində olmasının maneəsi yoxdur və namazı batil etmir.[4]
3. Hansı hallarda namaz qılanın bədəninin və ya paltarının paklığı şərt deyil
Aşağıdakı hallarda namaz qılanın bədəninin və ya paltarının paklığı şərt deyildir:
1. Bədən və ya paltar yara, çiban və bədənin kəsilməsi nəticəsində qana bulaşdıqda;
2. Bədəndəki və ya paltardakı qan dirhəmin[5] ölçüsündən (təqribən şəhadət barmağının bir bəndinin ölçüsü qədər) kiçik olduqda;
3. Corab və s. bu kimi övrəti örtmək üçün kifayət etməyən geyimlər napak olduqda;
4. Namaz qılan şəxs napak bədən və ya paltarla namaz qılmaq məcburiyyətində qaldıqda.
1. Bədən və ya paltar yara, çiban və bədənin kəsilməsi nəticəsində qana bulaşdıqda.
Əgər namaz qılanın paltarı qandırsa, yaxud bədənində yara, kəsik və ya çiban varsa, bu təqdirdə əgər hər dəfə bədəni və ya paltarı paklamaq, yaxud paltarı dəyişmək onun üçün çətindirsə, bu şəxs yarası, çibanı sağalanadək qana bulaşmış paltarda namaz qıla bilər. Qanlı irinə bulaşan paltarın, yaxud yaranın üzərinə qoyulan və nəticədə napak olan dərmanın da hökmü belədir.[6]
2. Bədəndəki və ya paltardakı qan dirhəmin ölçüsündən kiçik olduqda.
1. Əgər namaz qılanın bədəni və ya paltarı birinci bənddə qeyd olunan səbəblərdən qeyri səbəblər nəticəsində qana bulaşarsa və bu qanın ölçüsü (yəni paltarın qana bulaşan hissəsinin ölçüsü) şəhadət barmağının bir bəndindən kiçik olarsa, bu vəziyyətdə namaz qılmağın maneəsi yoxdur.[7]
2. Ölçüsü dirhəmdən kiçik olan qanın şərtləri aşağdakılardır:
- Bu qan heyz qanı olmamalıdır. Heyz qanının bir zərrəsi namaz qılan şəxsin bədənində və ya paltarında olsa, namazı batildir. Ehtiyati-vacibə görə nifas qanı və istihazə qanı da bu hökmdədir.
- İt və donuz kimi nəcisul-eyn heyvanların (belə ki, bu heyvanlar “nəcasət” hesab olunur), əti haram heyvanların və şəri qaydada kəsilməyən heyvanın qanı olmamalıdır.
- Kənardan bu qana rütubət (su) dəyməməlidir. Lakin əgər ona dəyən rütubət qanla tamamilə qarışsa və şəhadət barmağının bir bəndindən artıq ölçüdə yayılmasa, belə bədən və paltarda namaz qılmaq düzgündür. Əks təqdirdə, ehtiyati-vacibə görə belə bədən və paltarda namaz qılmağın maneəsi vardır.[8]
3. Əgər namaz qılanın bədəni və ya paltarı öz qanına deyil, kənar şəxsin qanına bulaşıb napak olarsa, bu bədən və paltarda namaz qılmaq olmaz.[9]
3. Corab və s. bu kimi övrəti örtmək üçün kifayət etməyən geyimlər napak olduqda.
1. Əgər namaz qılan şəxsin corabı, əlcəyi, araqçını və s. bu kimi övrəti örtmək üçün kifayət etməyən kiçik geyimləri, həmçinin üzük, qolbaq və s. bu kimi əşyaları “nəcasət”lə (məsələn, qan, idrar və s.) təmasda olub napak olsa, onlarla namaz qılmağın maneəsi yoxdur.[10]
2. Əgər cib dəsmalı, çanta, bıçaq və s. bu kimi insanın üstündə gəzdirdiyi əşyalar napakdırsa, onlarla övrəti örtmək mümkün olmadığı təqdirdə onlarla namaz qılmağın maneəsi yoxdur.[11]
4. Namaz qılan şəxs napak bədən və ya paltarla namaz qılmaq məcburiyyətində qaldıqda.
Əgər insan havanın soyuq olması, suyun olmaması və s. bu kimi səbəblərə görə napak bədən və ya paltarla namaz qılmaq məcburiyyətində qalsa, qıldığı namaz düzgündür.[12]
Suallar:
1-Zinət və bəzənmək məqsədi olmadan və kimsə də görmədən kişilər qızıldan istifadə edə bilərlərmi?
2- Kişilər ağ qızıldan olan üzük taxa bilərlərmi?
3- Hansı hallarda namaz qılan şəxs napak bədən və ya paltarla namaz qıla bilər?
4- Dirhəmdən kiçik olan qanın şərtləri hansılardır?
5- Üstündə napak cib dəsmalı olan namaz qılan şəxsin namazı batildirmi?
6- Əgər namaz vaxtının əvvəlindən axırınadək namaz qılan şəxsin burnundan və ya ağzından qan gəlsə, namazın hökmü nədir?
[1] Əcvəbətul-istiftaat, 445-ci sual.
[2] Əcvəbətul-istiftaat, 443-cü sual.
[3] Əcvəbətul-istiftaat, 443-cü sual.
[4] Rəhbərdən soruşulan suallar, Namaz bölümü 191-ci məsələ.
[5] Keçmişin gümüş pul vahididir. Müt.
[6] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 192-ci məsələ.
[7] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 193-cü məsələ.
[8] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 194 və 195-ci məsələlər.
[9] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 196-cı məsələ.
[10] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 197-ci məsələ.
[11] Əcvəbətul-istiftaat, 435-ci sual; Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 198-ci məsələ.
[12] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 199-cu məsələ.
- Otuzuncu dərs: Namaz qılanın məkanı (1)
Otuzuncu dərs: Namaz qılanın məkanı (1)
Namaz qılanın məkanının şərtləri
Namaz qılanın məkanının şərtləri aşağıdakılardır:
1. Mübah olmalıdır (yəni qəsbi olmamalıdır);
2. Hərəkətsiz olmalıdır;
3. Bu məkanda dayanmaq haram olmamalıdır;
4. Peyğəmbərin (s) və Məsum İmamların (ə) qəbrindən öndə olmamalıdır;
5. Səcdə yeri pak olmalıdır;
6. Bu məkan namaz qılanın bədəninin və ya paltarının napak olmasına bais olmamalıdır;
7. Ehtiyati-vacibə görə namaz qılarkən qadınla kişi arasında ən azı bir qarış məsafə olmalıdır;
8. Düz olmalıdır.
1. Mübah olmalıdır.
1. Namaz qılanın məkanı qəsbi olmamalıdır. Qəsbi məkanda qılınan namaz - xalça, taxt və s. qəsbi olmasa da -batildir.[1]
2. Əgər insan bir yerin qəsbi olduğunu bilmirsə və ya unudubsa, yaxud da qəsbi məkandan istifadə etməyin haram olduğunu bilmirsə, orada qıldığı namaz düzgündür. Beləliklə, əgər insan xümsü verilməyən bir səccadənın üstündə namaz qılsa və ona xüms düşdüyünü bilməsə, yaxud xümsü verilməyən əşyadan istifadə etməyin haram olduğunu bilməsə, onun üstündə qıldığı namazlar düzgündür.[2]
3. Bir mülkdə bir nəfərlə şərik olan şəxs, şəriklərin hər birinin payı müəyyən olmadığı təqdirdə öz şərikinin razılığı olmadan orada namaz qıla bilməz.[3]
4. Xümsü və zəkatı verilməyən pul ilə alınmış mülkdə qılınan namaz batildir.[4]
Diqqət:
• Bir yer əvvəllər “vəqf” olmuş, lakin sonradan dövlət tərəfindən istifadə edilmiş və orada məktəb tikilmişdir. Əgər əsaslı bir ehtimal verilsə ki, dövlətin bu yerdən istifadə etməsi üçün şəri icazəsi olmuşdur, orada namaz qılmağın maneəsi yoxdur. Həmçinin, əgər əsaslı bir ehtimal verilsə ki, sahiblərinin razılığı olmadan onlardan alınmış yerlərdə aidiyyatı qurumlar şəriət və dövlət icazəsi ilə məktəb tikdirmişlər, orada namaz qılmağın maneəsi yoxdur.
• Dövlət müəssisəsinə aid olan evdə yaşayan şəxsdən müqavilə müddəti başa çatdığı üçün evin boşaldılması tələb olunur. Əgər bu şəxsin müəssisə rəhbərliyi tərəfindən icazəsi olmazsa, bu evdən istifadə etmək qəsbi məkandan istifadə etmək hökmündədir.[5]
• Əvvəllər qəbristanlıq olmuş bir yerdə inşa edilən idarə binasında namaz qılmağın maneəsi yoxdur. Lakin əgər şəri yolla sübuta yetsə ki, bu yer ölüləri dəfn etmək üçün vəqf olunmuş və qeyri-şəri şəkildə mənimsənilərək orada bina tikilmişdir, həmin binada namaz qılmaq qəsbi məkandan istifadə etmək hökmündədir.[6]
• İndiki parklarda namaz qılmağın maneəsi yoxdur. Bu məkanların qəsb olması, həmçinin onların sahibinin məlum olmaması ehtimalına etina olunmamalıdır.[7]
• Dövlət tərəfindən məhkəmə yolu ilə sahibindən müsadirə edilən şirkət və müəssisələrə gəlincə, əgər ehtimal verilsə ki, hakim səlahiyyətləri çərçivəsində şəriət və dövlət qanunlarına müvafiq olaraq müsadirə hökmü çıxarmışdır, belə yerlərdə namaz qılmaq və sair işlər görməyin maneəsi yoxdur. Bu, qəsb hökmündə deyildir.
• Zalım dövlətin aldığı məkanların şəri baxımdan qəsbi məkanlar hökmündə olduğu məlum olarsa, qəsbi məkan hökmündədir və orada namaz qılmaq, başqa işlər görmək caiz deyil (olmaz).[8]
Suallar:
1- Namaz qılanın makanının şərtlərini sadalayın.
2- Qəsbi məkanda səccadə və ya taxta parçasının üzərində qılınan namaz düzgündür, yoxsa batildir?
3- Əgər bir nəfər xüms düşən bir səccadənin üstündə bir neçə müddət namaz qılsa, qıldığı namazların hökmü nədir?
4- Əgər dövlət müəssisəsinə aid olan evdə yaşayan şəxsdən müqavilə müddəti başa çatdığı üçün evin boşaldılması tələb olunsa, bu evdə qılınan namazların hökmü nədir?
5- Əgər bir şəxs sahibi olduğu torpaq sahəsinin dövlət tərəfindən alınmasına razı deyilsə və həmin yerdən namaz qılmaq və ya digər məqsədlər üçün istifadə edilməsinə narazıdırsa, orada namaz qılmağın hökmü nədir?
6- Zalım dövlətin qəsb etdiyi yerlərdə namaz qılmaq olarmı?
[1] Əcvəbətul-istiftaat, 384-cü sual; Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 200-cü məsələ.
[2] Əcvəbətul-istiftaat, 373-cü sual; Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 201-ci məsələ.
[3] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 202-ci məsələ.
[4] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 203-cü məsələ.
[5] Əcvəbətul-istiftaat, 376-cı sual.
[6] Əcvəbətul-istiftaat, 279-cu sual.
[7] Əcvəbətul-istiftaat, 280-cı sual.
[8] Əcvəbətul-istiftaat, 370-ci sual.
- Otuz birinci dərs: Namaz qılanın məkanı (2)
Otuz birinci dərs: Namaz qılanın məkanı (2)
Namaz qılanın məkanının şərtləri (2)
2. Hərəkətsiz olmalıdır.
Namaz qılanın məkanı hərəkətsiz olmalıdır. Yəni bu məkan elə olmalıdır ki, namaz qılan şəxs tərpənmədən və hərəkət etmədən namaz qıla bilsin. Deməli, maşında, yaylı çarpayının üstündə və s. bu kimi qeyri-ixtiyari hərəkət edən və tərpənən məkanlarda namaz qılmaq düzgün deyildir. Əlbəttə, namaz vaxtının darlığı kimi insanın məcburiyyət qarşısında qaldığı müstəsna hallarda belə məkanlarda namaz qılmaq olar.[1]
Diqqət:
• Avtobusla uzaq şəhərlərə səfərə çıxan sərnişinlərə vacibdir ki, namazlarının qəza olacağını ehtimal verdikləri təqdirdə maşını namaz qılmaq üçün münasib bir yerdə saxlamağı sürücüdən tələb etsinlər. Sürücüyə də vacibdir ki, sərnişinlərin bu istəyini qəbul etsin. Beləliklə, əgər məntiqi üzrə görə, ya da heç bir üzr olmadan sürücü avtobusu saxlamasa, namazın qəza olacağı təqdirdə sərnişinlər maşın hərəkətdə ikən namazlarını qılmalı və imkan daxilində qiblə, rüku, qiyam və səcdəyə riayət etməlidirlər.[2]
• Əgər qayıqla ezamiyyətə göndərilən şəxslər namaz vaxtı daxil olduqda namazı qılmadıqları təqdirdə qəza olacaqsa, qayıqda olsa belə namazı vaxtında qılmalıdırlar.[3]
3. Bu məkanda dayanmaq haram olmamalıdır.
Namaz qılan şəxs elə bir məkanda namaz qılmalıdır ki, orada dayanmaq haram olmasın. Məsələn, insan həyatı üçün ciddi təhlükə hesab olunan yerlərdə, o cümlədən uçmaq üzrə olan bir divarın kənarında. Həmçinin üzərində əyləşmək və dayanmaq haram olan əşyaların üstündə də namaz qılmamalıdır, məsələn hər tərəfində Allahın adı, Quran ayələri yazılan bir xalçanın üstündə.[4]
4. Peyğəmbərin (s) və Məsum İmamların (ə) qəbrindən öndə olmamalıdır.
Namaz qılan şəxa Peyğəmbərin (s) və İmamların (ə) qəbrindən öndə dayanıb namaz qılmamalıdır. Lakin qəbrin bərabərində namaz qılmağın maneəsi yoxdur.[5]
5. Səcdə yeri pak olmalıdır.
Səcdə yeri pak olmalıdır. Səcdə yerindən qeyri yerlərin isə napak olmasının maneəsi yoxdur və namaz düzgündür.[6]
6. Bu məkan namaz qılanın bədəninin və ya paltarının napaklığına bais olmamalıdır.
Əgər namaz qılanın məkanı napakdırsa, o qədər yaş olmamalıdır ki, napaklıq onun bədəninə və ya paltarına sirayət etsin. Beləliklə, əgər namaz qılanın məkanı napak olsa, lakin napaklıq onun bədəninə və ya paltarına sirayət etməsə, eyni zamanda səcdə yeri də pak olsa, o yerdə namaz qılmağın maneəsi yoxdur.[7]
7. Ehtiyati-vacibə görə namaz qılarkən qadınla kişi arasında ən azı bir qarış məsafə olmalıdır.
Ehtiyati-vacibə görə namaz qılarkən qadınla kişi arasında ən azı bir qarış məsafə olmalıdır. Bu halda əgər qadınla kişi yanaşı dayansalar, yaxud qadın kişidən öndə dayansa, hər ikisinin namazı düzgündür. (Amma ehtiyati-müstəhəbə görə kişi qadından öndə dayansa yaxşıdır.)[8]
8. Düz olmalıdır.
Namaz qılanın səcdə yeri dizlərin və ayaq barmaqların qoyulduğu yerdən dörd bağlı barmaqdan hündür və ya alçaq olmamalıdır.[9]
Namaz qılanın məkanı barədə iki məsələ:
• Kəbə evinin daxilində vacib bir namazı qılmaq məkruhdur. Damında isə ehtiyati-vacibə görə namaz qılınmasın.[10]
• Şəkilli səccadənin üstündə namaz qılmağın və ya şəkilli möhürə alın qoymağın öz-özlüyündə maneəsi yoxdur. Lakin əgər bu məsələ şiəliyə irad tutulmasına bais olacaqsa, belə səccadələri və möhürləri istehsal etmək və namazda onlardan istdifadə etmək caiz deyil (icazə verilmir). Həmçinin əgər belə səccadə və möhürlər namaz qılanın fikrini yayındırsa və hüzuri-qəlbə xələl gətirsə, onlardan istifadə etmək məkruhdur.[11]
Suallar:
1- O yerdə ki, bədən qeyri-ixtiyari tərpənir, orada (məsələn hərəkət edən maşında) namaz qılmağın hökmü nədir?
2- Əgər namaz qılanın makanı pak olmasa və təkcə səcdə yeri pak olsa, namazı düzgündürmü?
3- Hər tərəfində Allahın adı və Quran ayələri yazılan xalçanın üstündə namaz qılmağın hökmü nədir?
4- Namazda kişilər qadınlardan hökmən öndə dayanmalıdırlarmı?
5- Vacib namazı Kəbə evinin daxilində qılmağın hökmü nədir?
6- Şəkilli səccadənin üstündə namaz qılmağın və ya şəkilli möhürə alın qoymağın hökmü nədir?
[1] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 204-cü məsələ.
[2] Əcvəbətul-istiftaat, 727-ci sual.
[3] Əcvəbətul-istiftaat, 388-ci sual.
[4] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 205-ci məsələ
[5] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 206-cı məsələ.
[6] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 207-ci məsələ.
[7] Əcvəbətul-istiftaat, 378-ci sual.
[8] Əcvəbətul-istiftaat, 374-cü sual; Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 209-cu məsələ.
[9] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 209-cu məsələ.
[10] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 210-cu məsələ.
[11] Əcvəbətul-istiftaat, 377-ci sual.
- OTUZ İKİNCİ DƏRS: MƏSCİDİN HÖKMLƏRİ (1)
OTUZ İKİNCİ DƏRS: MƏSCİDİN HÖKMLƏRİ (1)
1. Məscidə xüsusunda haram əməllər
Məscid xüsusunda haram əməllər aşağıdakılardır:
1. Məscidi napak etmək;
2. İsraf sayıldığı təqdirdə məscidi qızılla zinətləndirmək;
3. Məscidə qarşı hörmətsizlik olan işlər görmək;
4. Məscidin dağıdılması, sökülməsi;
5. Kafirlərin məscidə daxil olması;
6. Məscidin vəqfinin şərtlərinə zidd hərəkət etmək.
1. Məscidi napak etmək.
Məscidin yerini, tavanını, divarlarını və damını napak etmək haramdır və əgər napak olarsa, dərhal oranı paklamaq vacibdir.[1]
Diqqət:
• Əgər tərk edilmiş, sökülmüş və qəsb edilmiş məscidin yerində başqa bir bina tikilibsə, yaxud tərk edildiyi üçün (məsələn, bir kəndin əhalisi oranı tərk edib başqa yerdə məskunlaşdığı üçün artıq oradakı məscid xarabalığa çevrilib) məscid kimi istifadəsi yoxdursa və artıq yenidən bərpa olunacağına ümid yoxdursa, o yeri napak etmək haram deyildir. Baxmayaraq ki, oranın napak edilməməsi ehtiyati-müstəhəbdir. [2]
2. İsraf sayıldığı təqdirdə məscidi qızılla zinətləndirmək.
İsraf sayıldığı təqdirdə məscidi qızılla zinətləndirmək haramdır. İsraf sayılmadığı təqdirdə isə məkruhdur.[3]
3. Məscidə qarşı hörmətsizlik olan işlər görmək.
Məscidin hörmətini saxlamaq vacibdir və məscidə qarşı hörmətsizlik sayılan işlərdən çəkinmək lazımdır. Odur ki:
- Məscid idman yeri deyil;
- Əgər məsciddə musiqi səsləndirmək məscidin hörmətinə zidd olsa, hətta bu musiqi “mütrib musiqi”[4]olmasa belə, bu işi görmək haramdır.[5]
4. Kafirlərin məscidə daxil olması.
Kafirlərin müsəlmanların məscidlərinə daxil olması caiz deyil, hətta tarixi abidələrin müşahidəsi məqsədilə olsa belə. Burada məscidlər arasında heç bir fərq yoxdur: bu məscid istər “Məscidul-həram” olsun, istərsə də digər məscidlər. Həmçinin, kafirlərin məscidə daxil olması istər məscidə qarşı hörmətsizlik sayılsın, istərsə də sayılmasın, kafirin məscidə daxil olması haramdır.[6]
5. Məscidin dağıdılması, sökülməsi.
Məscid binasını və ya onun bir hissəsini sökmək caiz deyil. Lakin çox böyük əhəmiyyəti olan bir məsələ üçün buna icazə verilir.[7]
Diqqət:
• Məscidin dağıdılması onu məscidlikdən xaric etmir, buna görə də məscidin hökmləri onun üçün qüvvədədir. Lakin əgər məscid sökülmüş və ya tərk edilmiş bir məscidin yerində başqa bir bina tikilsə, yaxud tərk olunduğu üçün həmin məscid xarabalığa çevrilsə və artıq onun bərpa olunacağına heç bir ümid yoxdursa, bu yer məscid hökmündə deyildir. Deməli, əgər yol çəkilərkən məscid binasının bir hissəsi məcburiyyətdən irəli gələn zərurətə görə sökülsə və yenidən o hissənin bərpa olunacağına çox zəif ehtimal verilsə, o yer məscid hökmündə deyildir. [8]
6. Məscidin vəqfinin şərtlərinə zidd hərəkət etmək.
Məscidin vəqfinin şərtlərinə zidd hərəkət etmək, həmçinin vəqfin şərtlərini dəyişmək olmaz. Odur ki:
1) Məscidin həyətindən və eyvanından yeniyetmələrin elmi, mədəni və fiziki inkişafı istiqamətində istifadə edilməsi, bu yerlərin vəqfindən asılıdır. Bunu bilmək üçün həmin məscidin pişnamazına və ya dini icmasına müraciət etmək lazımdır. Şübhısiz, yeniyetməlrin məscidə gəlməsi və pişnamazın, yaxud dini icma tərəfindən təşkil olunan dini dərslərdə iştirak etməsi bəyənilən və təqdirəlayiq bir işdir.[9]
2) Məscidi kinofilmlərin yayımlanması məkanına çevirmək (başqa sözlə desək, kinoteatra çevirmək) caiz deyil. Lakin müəyyən əlamətdar günlərdə ehtiyac duyulduğu vaxt və pişnamazın nəzarəti altında dini filmlər kimi faydalı və tərbiyəvi əhəmiyyət daşıyan filmləri yayımlamağın maneəsi yoxdur.[10]
3) Yas məclislərini və s. məclisləri məsciddə keçirib oranın işıq, istilik sistemi və s. bu kimi imkanlarından istifadə etmək icazəsi məscidin vəqfinin şərtlərindən və həmin imkanlar məscidə nəzir olunduğu təqdirdə nəzrin şərtlərindən asılıdır.[11]
4) Məscidin yerini emalatxana, sex və s. tikmək üçün – hətta onlardan məscidin xərclərini təmin etmək üçün istifadə olunsa belə – qazmaq caiz deyildir.[12]
5) Məscidin həyətinin bir guşəsində muzey və ya kitabxana tikmək əgər məscidin binasının və həyətinin vəqfinin şərtlərinə müvafiq deyilsə, yaxud da məscid binasının (lahiyəsinin) dəyişdirilməsinə səbəb olarsa, caiz deyildir. Yaxşı olar ki, məscidin yaxınlığında bu məqsədlər üçün yer alınsın.[13]
6) Məscidin suyunun yalnız namaz qılanların dəstəmaz alması üçün vəqf olunduğu məlum olmadığı təqdirdə əgər oradan ötüb keçənlər, həmçinin məscid yerləşən məhəllənin sakinləri adətən oranın suyundan istifadə edirlərsə, bu sudan içmək, çay dəmləmək və s. bu kimi şəxsi istifadələrin maneəsi yoxdur. Lakin ehtiyata riayət etmək bəyənilir. Həmçinin əgər məscid qəbristanlığın qonşuluğunda yerləşirsə və məscidin sahəsindən kənarda yerləşən qəbirlərin üstünə su səpmək üçün məscidin suyundan istifadə etməyin o halda maneəsi yoxdur ki, adətən hamı bu işi görür və heç kim buna etiraz bildirmir. Habelə oranın suyunun yalnız dəstəmaz və təharət üçün vəqf olunduğuna dair sübut yoxdur.[14]
7) Məscidin hökmlərini bilməyənlər əgər məscid binasının daxilində, başqa sözlə desək, onun damı altında otaqlar tiksələr, bu otaqları dağıdıb məscidi əvvəlki vəziyyətinə gətirmək vacibdir. Həmçinin əgər məscid binasının daxilində çay hazırlamaq və s. işlər üçün otaqlar tiksələr, onları söküb məscidi əvvəlki vəziyyətinə gətirmək vacibdir.[15]
8) Əgər vəqfin şərtlərinə zidd deyilsə, məscidin həyətindən bir neçə ağacı kəsməyin maneəsi yoxdur.[16]
9) Məsciddə cənazə dəfn etmək caiz deyil və burada mərhumun vəsiyyəti heç bir rol oynamır. Lakin əgər vəqf zamanı məsciddə cənazənin dəfn olunması istisna edilibsə, bu təqdirdə orada cənazə dəfn etmək olar.[17]
10) Məsciddə namaz qılanlara maneəçilik törətmək caiz deyil (olmaz). Beləliklə, məsciddə Quran, şəriət hökmləri və İslam əxlaqının təliminə, həmçinin dini mahnıların məşqinə o halda icazə verilir ki, namaz qılanlara maneçilik yaratmasın.[18]
11) Məscidin zirzəmisini 3 şərtlə kirayə vermək olar:
1- Zirzəmi məscid adını daşımasın;
2- Məscidin oraya ehtiyacı olmasın;
3- Oranın vəqfi “intifa vəqfi” deyil, “mənfəət vəqfi” olsun.[19]
Suallar:
1- Məscid xüsusunda haram olan əməllər hansılardır?
2- Məsciddə idman etmək olarmı?
3- Məsum İmamların (ə) mövludu münasıbətilə məsciddən səsucaldanlar vasitəsilə şən mahnıların yayımlanmasının şəri hökmü nədir?
4- Kafirlər müsəlmanların məscidlərinə tarixi abidələrin müşahidəsi məqsədilə daxil ola bilərlərmi?
5- Yas məclisini məsciddə keçirən şəxsin oranın işıq, istilik sistemi və s. bu kimi imkanlarından istifadə etməsinin hökmü nədir?
6- Məscidin zirzəmisini onun şəninə uyğun bir iş üçün kirayə vermək olarmı?
[1] Əcvəbətul-istiftaat, 416-cı sual; Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 211-cu məsələ.
[2] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 212-ci məsələ
[3] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 213-cü məsələ.
[4] Eyş-işrət məclislərinə xas olan musiqilər. Müt.
[5] Əcvəbətul-istiftaat, 393, 397 və 399-cu suallar.
[6] Əcvəbətul-istiftaat, 419-cu sual.
[7] Əcvəbətul-istiftaat, 403 və 413-cü suallar.
[8] Əcvəbətul-istiftaat, 411, 415 və 416-cı suallar.
[9] Əcvəbətul-istiftaat, 394-cü sual.
[10] Əcvəbətul-istiftaat, 398-ci sual.
[11] Əcvəbətul-istiftaat, 409-cu sual.
[12] Əcvəbətul-istiftaat, 418-ci sual.
[13] Əcvəbətul-istiftaat, 421-ci sual.
[14] Əcvəbətul-istiftaat, 404 və 405-ci suallar.
[15] Əcvəbətul-istiftaat, 402 və 410-cu suallar.
[16] Əcvəbətul-istiftaat, 414-cü sual.
[17] Əcvəbətul-istiftaat, 207-ci sual.
[18] Əcvəbətul-istiftaat, 397 və 402-ci suallar.
[19] Əcvəbətul-istiftaat, 417-ci sual.
- OTUZ ÜÇÜNCÜ DƏRS: MƏSCİDİN HÖKMLƏRİ (2)
OTUZ ÜÇÜNCÜ DƏRS: MƏSCİDİN HÖKMLƏRİ (2)
2. Məscid xüsusunda müstəhəb əməllər
Məscid xüsusunda müstəhəb əməllər aşağıdakılardır:
Məscidi təmizləmək və abadlaşdırmaq;
Məscidə gedəndə ətirlənmək, təmiz və gözəl geyim geyinmək;
Ayaqqabını və ya ayağı çirklənməkdən və nəcasətə bulaşmaqdan qorumaq;
Hamıdan qabaq məscidə gedib hamıdan sonra oradan xaric olmaq;
Məscidə zikr deyə-deyə və Allahı yad edə-edə daxil və xaric olmaq.
Məscid barədə bir neçə şəri məsələ:
▪ Əgər insan çarəsiz qalmasa, məsciddə yatması məkruhdur.[1]
▪ Namazı məsciddə qılmağın fəzilətli olması təkcə kişilərə deyil, qadınlara da aiddir.[2]
▪ Məhəllə məscidini qoyub başqa bir məsciddə, xüsusilə də came məscidində camaat namazı qılmağın maneəsi yoxdur.[3]
Diqqət:
• Came məscidi xas bir məntəqəyə aid olmayıb bütün şəhər əhalisinin cəm olması üçün tikilən məsciddir.[4]
▪ Kooperativ yaşayış binaları tikən şirkətlərə sərmayə qoyan alıcılar əgər məhəllədə məscid kimi ümumi məkanların tikilməsi barədə razılığa gəlsələr, lakin mənzili təhvil aldıqdan sonra bəzi alıcılar bu razılaşmanı pozsalar və desələr: “Biz məscid inşasına razı deyilik”, bu təqdirdə əgər məscid artıq tikilmiş və vəqf olunmuş olsa, bu narazılığa baxılmır və təsiri yoxdur. Lakin əgər şəri vəqfdən öncə bu alıcılar razılığı pozsalar, bütün alıcılara aid olan bu məkanda hamının razılığı olmadan onların sərmayəsi ilə məscid tikmək olmaz. Lakin belə ola bilər ki, şirkətin alıcılarla imzaladığı müqavilədə şərt qoyulsun ki, bina tikilən ərazinin bir hissəsi məscid inşasına ayırılacaqdır və alıcılar da bu şərti qəbul etsinlər, bu təqdirdə alıcılar şərti poza bilməzlər və onların sonradan etdikləri narazılığın heç bir təsiri yoxdur.[5]
▪ Əgər təmirə ehtiyac duyulan məscid könüllü surətdə xeyriyyəçilərin maliyyəsi ilə təmir olunsa, bu təqdirdə şəri hakimin icazəsinə ehtiyac yoxdur.[6]
▪ Kafirlərin tikdiyi məsciddə namaz qılmağın, həmiçinin kafirlərin könüllü surətdə məscidə göstərdikləri maddi yardımları almağın heç bir maneəsi yoxdur.[7]
▪ Bir məsciddə istifadəsiz qalan bəzi əşayaları istifadə etmək üçün digər bir məscidə aparmaq olar.[8]
▪ Əgər məscidin vəqf siğəsində onun xüsusi bir adla adlandırıldığı məlum deyilsə, məscidin adını dəyişməyin, məsələn, İmam Zaman (ə.f) adını daşıyan məscidi Came məscidi adlandırmağın maneəsi yoxdur.[9]
▪ Hüseyniyyələr məscid hökmündə deyildir.[10]
▪ Düzgün şəri qaydada hüseyniyyə ünvanında vəqf olunan məkanı məscid etmək və ya onun bir hissəsini məscidə əlavə etmək olmaz.[11]
Diqqət:
• Dini mərasimlərin keçirilməsi üçün vəqf olunan hüseyniyyəni “şəxsi mülk” kimi qeydiyyatdan keçirmək olmaz. Həmçinin “vəqfi mülk” kimi müəyyən şəxslərin adına qeydiyata alınması da zəruri deyildir. Hər halda “vəqfi mülk” kimi müəyyən fərdlərin adına qeydiyyata salındığı zaman bu hüseyniyyənin tikilməsində iştirak edən bütün fərdlərin razılığı və icazəsinin olması yaxşıdır.[12]
▪ İmamzadələrin ziyarətgahına nəzir olunan xalça-palaz, qab-qacaq və s. bu kimi əşyalara ehtiyac olmadığı halda onları məhəllənin came məscidində istifadə etmək olar.[13]
Suallar:
1- Məscid xüsusunda müstəhəb əməlləri bəyan edin.
2- Məsciddə yatmağın hökmü nədir?
3- Qadınlar namazlarını evdə qılsalar yaxşıdır, yoxsa məsciddə?
4- Came məscid hansı məscidə deyilir?
5- Təmirə ehtiyacı olan məscidi təmir etmək üçün şəri hakimdən və ya onun vəkilindən icazə almaq lazımdırmı?
6- Həzrət Əbulfəzl (ə) və başqa Kərbəla şəhidləri, həmçinin Məsum İmamlar (ə) üçün ixtisaslaşan əzadarlıq məkanları məscid hökmündədirmi?
[1] Əcvəbətul-istiftaat, 393-cü sual.
[2] Əcvəbətul-istiftaat, 391-ci sual.
[3] Əcvəbətul-istiftaat, 389-cu sual.
[4] Əcvəbətul-istiftaat, 401-ci sual
[5] Əcvəbətul-istiftaat, 396-cı sual.
[6] Əcvəbətul-istiftaat, 406-cı sual.
[7] Əcvəbətul-istiftaat, 420-421-ci suallar.
[8] Əcvəbətul-istiftaat, 411-ci sual.
[9] Əcvəbətul-istiftaat, 408-ci sual.
[10] Əcvəbətul-istiftaat, 427-ci sual.
[11] Əcvəbətul-istiftaat, 425-ci sual.
[12] Əcvəbətul-istiftaat, 423-cü sual.
[13] Əcvəbətul-istiftaat, 426-cı sual.
- OTUZ DÖRDÜNCÜ DƏRS: QİBLƏ
OTUZ DÖRDÜNCÜ DƏRS: QİBLƏ
Qiblənin hökmləri
1. Müsəlmanlar namazı üzü Kəbə evinə tərəf qılamlıdırlar və buna görə də Kəbə evinə tərəf olan səmt “qiblə” adlanır. Təbii ki, Kəbə evindən uzaqda yaşayanlar üçün tam dəqiqliklə üzü bu evə tərəf dayanmaq qeyri-mümkündür. Odur ki, ürfdə “üzü qibləyə namaz qılır” deyilməsi kifayət edir.[1]
Diqqət:
• Üzün qibləyə tərəf olmasının meyarı, insanın Yer səthindən üzü Kəbə evinə tərəf dayanmasıdır. Beləliklə, əgər insan Yerin elə bir nöqtəsində yerləşsə ki, bu nöqtədən Məkkəyə doğru dörd cəhətə xəyali xətlər çəkilsə və bu xətlərin hamısı eyni uzunluqda olsa, insan bu cəhətlərdən birini seçib o tərəfə namaz qıla bilər. Lakin əgər bəzi cəhətlərə çəkilən xəyali xətlər digərlərindən qısa olsa və qiblənin hansı cəhət olması barədə fikirayrılığı yaransa, ən qısa xətt cəhətində namaz qılmaq vacibdir.[2]
• İnsan müstəhəb namazları yol gedə-gedə və minikdə olduğu vəziyyətdə qıla bilər və bu namazlarda üzü qibləyə dayanmaq şərt deyildir.[3]
2. Namaz qılan şəxs namaz qıldığı istiqamətin həqiqətən qiblə olduğuna əmin olmalıdır. Bu yəqinlik onda istər etibarlı qibləgöstərən vasitəsilə hasil olsun, istər günəş və ulduzlar vasitəsilə, istərsə də digər vasitələrlə. Əgər yəqinlik hasil olmazsa, hansı tərəfin qiblə olmasına daha çox ehtimal verirsə, o tərəfə namaz qılmalıdır.[4]
3. Əgər qibləni müəyyənləşdirmək üçün heç bir vasitə olmasa və namaz qılan şəxs də heç bir tərəfi qiblə güman etməsə, bu halda əgər dörd cəhətə namaz qılmaq üçün kifayət qədər vaxt olmasa, ehtiyati-vacibə görə qalan vaxt ərzində müəyyən istiqamətlərə namaz qılsın.[5]
4. Qibləni müəyyən edə bilməyən şəxs heyvanların kəsilməsi və s. bu kimi üzü qibləyə yerinə yetirilən işləri qiblə güman etdiyi tərəfə etməlidir. Əgər heç bir tərəfi qiblə güman etməsə, hansı istiqamətdə yerinə yetirsə, düzgündür.[6]
Diqqət:
• Qibləni təyin etmək üçün “şaxis”ə[7] və ya qiblənümaya etimad etmək namaz qılan şəxsdə yəqinlik hasil etdiyi təqdirdə doğrudur. Yəqinlik hasil olduğu təqdirdə ona uyğun əməl edilməlidir. Əks təqdirdə, qibləni məscidlərin mehrabı və müsəlman qəbirləri ilə təyin etmək lazımdır.[8]
• Qibləni təyin etməkdə şaxisdən istifadə etməyin qaydası belədir: May ayının iyirmi beşi və İyul ayının on yeddisi Məkkə üfüqü ilə zöhr namazının daxil olduğu vaxt – belə ki, bu anda günəş şaquli şəkildə Məkkə üzərinə düşür – düz bir çubuğu hamar yerdə şaquli şəkildə yerə sancsaq, qiblə, çubuğun kölgəsinin əks istiqamətidir.[9]
Suallar:
1- Üzün qibləyə tərəf olmasının meyarı nədir?
2- Əgər insan müstəhəb namazları yol gedə-gedə və minikdə olduğu vəziyyətdə qılarsa, üzü qibləyə dayanması şərtdirmi?
3- Əgər namaz qılan şəxs hansı cəhətin qiblə olduğuna əmin ola bilməsə, nə etməlidir?
4- Əgər qibləni müəyyənləşdirmək üçün heç bir vasitə olmasa və namaz qılan şəxs də heç bir tərəfi qiblə güman etməsə, nə etməlidir?
5- Qiblənümaya hansı surətdə etibar etmək düzgündür?
6- Qibləni təyin etmək üçün şaxisdən istifadə qaydası necədir?
[1] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 169-cu məsələ.
[2] Əcvəbətul-istiftaat, 367-ci sual.
[3] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 170-ci məsələ.
[4] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 171-ci məsələ.
[5] Əcvəbətul-istiftaat, 366 və 367-ci suallar; Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 172-ci məsələ.
[6] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 173-cü məsələ.
[7] Çubuq, mil və s. bu kimi vasitələr yerə sancılır və günəş şüasının düşmə bucağına görə namaz vaxtı müəyyən edilir. Müt.
[8] Əcvəbətul-istiftaat, 365-ci sual.
[9] Əcvəbətul-istiftaat, 365-ci sual.
- OTUZ BEŞİNCİ DƏRS: GÜNDƏLİK NAMAZLAR (1)
OTUZ BEŞİNCİ DƏRS: GÜNDƏLİK NAMAZLAR[1] (1)
1. Gündəlik namazların əhəmiyyəti
1. Hər gün beş vaxtda qılınan “gündəlik namazlar” İslam dininin ən vacib əməllərindən biri və dinin sütunudur. Bu namazları qılmamaq və ya onlara qarşı səhlənkar yanaşmaq şəri baxımdan haramdır və cəzası vardır.[2]
2. Heç bir vəziyyətdə, hətta müharibə meydanında belə namazı tərk etmək olmaz. Odur ki, əgər müharibə meydanında döyüşən döyüşçü Fatihə surəsini oxumağa və ya səcdə və rükunu yerinə yetirməyə qadir deyilsə, bacardığı şəkildə namazını qılmalıdır, məsələn, rüku və səcdəni işarə ilə yerinə yetirməsi kifayətdir.[3]
2. Gündəlik namazların sayı
Günün vacib namazları aşağıdakılardan ibarətdir:
1. Sübh namazı: 2 rəkət;
2. Zöhr namazı: 2 rəkət;
3. Əsr namazı: 2 rəkət;
4. Məğrib namazı: 2 rəkət;
5. İşa namazı: 2 rəkət.[4]
Diqqət:
• Səfərdə dörd rəkətli namazlar (zöhr, əsr və işa) iki rəkət qılınır.[5]
3. Gündəlik namazların vaxtı
1. Sübh namazının vaxtı.
1) Sübh namazının vaxtı fəcr[6] doğandan günəş doğana qədərdir.[7]
2) Sübh namazının vaxtı (“kazib fəcr”in deyil,) “sadiq fəcr”in doğduğu vaxtdır və bunu ayırd etmək mükəlləfin (şəri vəzifəsi olan şəxsin) öhdəsindədir.[8]
3) Fəcrin doğması (yəni sübh namazının vaxtının daxil olması) cəhətindən ayın göründüyü və görünmədiyi gecələr arasında heç bir fərq yoxdur, baxmayaraq ki, bu zəmində ehtiyata əməl etmək yaxşıdır.[9]
4) Sübh namazının vaxtının daxil olduğuna tam əmin olmaq üçün əziz möminlər (Allah onlara kömək olsun!) ehtiyat ünvanında informasiya vasitələri ilə yayımlanan sübh azanıdan beş-altı dəqiqə sonra sübh namazını qılsınlar.[10]
5) Şəri baxımdan günəşin çıxması (yəni sübh namazının vaxtının qurtarması) onun şüalarının yer üzünə düşməsi deyil, namaz qılanın qərar tutduğu məkanın üfüqündə görünməsidir.[11]
2. Zöhr namazının vaxtı.
Zöhr namazının vaxtı zöhrün əvvəlindən[12] günəşin qürubuna əsr namazını qılmaq qədər vaxt qaldığı ana qədərdir.[13]
3. Əsr namazının vaxtı.
Əsr namazının vaxtı zöhrün əvvəlindən zöhr namazını qılmaq qədər vaxt ötdükdən sonra qüruba qədərdir.[14]
4. Məğrib namazının vaxtı.
Günəş qürub etdikdən sonra səmada yaranan qırmızılıq şərq tərəfdən tamamilə çəkildikdə məğrib namazının vaxtı başlanır. Bu vaxtdan etibarən gecə yarısına işa namazını qılmaq qədər vaxt qalanadək məğrib namazının vaxtıdır.[15]
Diqqət:
• Günəşin qürubu ilə şərq tərəfdən qırmızılığın çəkilməsi arasındakı vaxt fəsillərə görə dəyişir.[16]
5. İşa namazının vaxtı.
İşa namazının vaxtı məğrib namazının vaxtı daxil olduqdan sonra məğrib namazını qılmaq qədər vaxt keçdikdən gecə yarısına qədərdir.[17]
Diqqət:
• Ehtiyata (ehtiyati-vacibə) görə məğrib və işa namazları, habelə başqa məqsədlər üçün “gecə”, günəşin qürub etdiyi andan sübh azanına qədər olan vaxt götürülməlidir. Bu hesabla zöhr namazından təxminən 11 saat 15 dəqiqə sonra məğrib və işa namazlarının vaxtı qurtarır.[18]
Suallar:
1- Bilərəkdən namaz qılmamaq və ya namazı yüngül tutmağın aqibəti nədir?
2- Aylı gecələrdə sübh namazını qılmaq üçün vaxt daxil olduqdan sonra on beş-iyirmi dəqiqə gözləmək lazımdırmı?
3- Günəşin şüaları yerə təxminən səkkiz dəqiqəyə çatır. Belə olduğu təqdirdə sübh namazının vaxtı günəş şüalarının yerə çatması ilə qurtarır, yoxsa günəşin doğması ilə?
4- Əsr namazının vaxtı günəş qürub edənədəkdir, yoxsa məğrib namazınadək?
5- Günəşin qürubundan məğrib azanınadək olan zaman fasiləsi neçə dəqiqədir?
6- Şəri “gecə yarısı” necə hesablanır?
[1] Fiqh terminində gündəlik namazlar, yəni gün ərzində qılınması vacib olan namazlar “yovmiyyə namazlar” adlanır.
[2] Əcvəbətul-istiftaat, 338-ci sual.
[3] Əcvəbətul-istiftaat, 725-ci sual.
[4] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 152-ci məsələ.
[5] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 152-ci məsələ
[6] Fiqh termini olub “günəşin ilk şüaları” deməkdir.
[7] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 153-cü məsələ.
[8] Əcvəbətul-istiftaat, 351-ci sual.
[9] Əcvəbətul-istiftaat, 354-cü sual.
[10] Əcvəbətul-istiftaat, 362-ci sual.
[11] Əcvəbətul-istiftaat, 358-ci sual.
[12] Zöhrün əvvəli o andır ki, günəşin qalxması ilə hər bir şeyin kölgəsi özünün ən qısa ölçüsünə çatdır və sonra yenidən şərq istiqamətində uzanmağa başlayır. Bu vaxt zöhr namazının vaxtı daxil olur.
[13] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 153-cü məsələ.
[14] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 153-cü məsələ.
[15] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 153-cü məsələ.
[16] Əcvəbətul-istiftaat, 347-ci sual.
[17] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 153-cü məsələ.
[18] Əcvəbətul-istiftaat, 363-cü sual.
- OTUZ ALTINCI DƏRS: GÜNDƏLİK NAMAZLAR (2)
OTUZ ALTINCI DƏRS: GÜNDƏLİK NAMAZLAR (2)
4. Namaz vaxtlarının şəri hökmləri
1. Aşağıdakı yollar ilə namaz vaxtının daxil olduğunu bilmək olar:
1- İnsanın özü namaz vaxtının daxil olduğuna əmin olur;
2- İki ədalətli şəxs namaz vaxtının daxil olduğunu söyləyir;
3- Etibarlı və namaz vaxtlarını bilən bir azançı azan verir.[1]
Diqqət:
• Qeyd olunan bu üç yoldan biri ilə namaz vaxtının daxil olduğu dəqiqləşməsə, namaza başlamaq caiz deyil (olmaz).[2]
• Əgər namaz qılan şəxs namaz vaxtının daxil olduğuna əmin olub namaza başlasa, lakin namaz əsnasında vaxtın daxil olub-olmadığına şəkk etsə, namazı batildir. Amma əgər namaz əsnasında vaxtın daxil olduğuna əmin olub namazdan qıldığı hissənin namaz vaxtında olub-olmamadığına şəkk etsə, namazı düzgündür.[3]
2. Namaz vaxtının daxil olduğuna namaz qılanın yəqinliyi olmalıdır. Odur ki:
1) Əgər kütləvi informasiya vasitələrinin namaz vaxtını bir gün öncədən elan etməsi namaz qılan şəxsdə yəqinlik yaradarsa, onlara etimad edə bilər.[4]
2) Əgər azan çəkilən kimi namaz qılan şəxs namaz vaxtının daxil olduğuna əmin olsa, azanın sonuna qədər gözləmək lazım deyil və o, namaza başlaya bilər.[5]
3. Hər bir namaz qılan şəxs yaşadığı məntəqənin şəri vaxt ölçülərinə riayət etməlidir.[6]
4. Əgər iki müxtəlif məntəqənin zöhr namazının şəri vaxtı arasında 25 dəqiqə fərq varsa, bu o demək deyil ki, bu məntəqələrin sübh və məğrib namazlarının şəri vaxtı arasında da 25 dəqiqə fərq olacaqdır. Bu məntəqələrin sübh və məğrib namazlarının şəri vaxtı arasında 25 dəqiqədən az və ya çox zaman fasiləsi ola bilər və bu, adətən belədir.
5. Əgər namaz vaxtının qurtarmasına bir rəkət namaz qılmaq miqdarında vaxt qalıbsa, namazı “əda“ (vaxtında qılmaq) niyyətilə qılmaq lazımdır. Lakin qəsdən namazı bu vaxta qədər yubatmaq olmaz. Amma əgər insan şəkk etsə ki, bir rəkət namaz qılmaq qədər vaxt qalıb, yoxsa qalmayıb, namazını “ma fiz-zimmə” niyyətilə qılmalıdır.[7]
6. Zöhr və əsr, yaxud məğrib və işa namazlarının vaxtı daxil olduqdan sonra namaz qılan şəxs hər iki namazı həm fasiləsiz bir-birinin ardınca, həm də hər bir namazı özünün fəzilətli vaxtında qıla bilər.[8]
7. Namazı vaxtın əvvəlində qılmaq müstəhəbdir və İslam dinində namazı vaxtın əvvəlində qılmaq təkid olunmuşdur. Əgər namaz qılan şəxs namazı vaxtın əvvəlində qıla bilməsə, bacardıqca təxirə salmamalıdır. Bir şərtlə namazı təxirə salmaq olar ki, onun təxirə salınması vaxtında qılınmasından daha yaxşıdır, məsələn, camaat namazı qılmaq üçün namazı təxirə salmaq.[9]
8. Əgər borc verən şəxs borcunu istəsə və namaz qılmağa hazırlaşan borclu şəxsin borcu qaytarmağa imkanı olsa, birinci borcunu verməli, sonra namazını qılmalıdır. Yaxud bu kimi digər təcili işlər ortaya çıxdıqda, belə işləri namazdan qabaq yerinə yetirə bilər. Əlbəttə, əgər namaz vaxtı dar olsa, birinci namazı qılmaq lazımdır.[10]
5. Namazın tərtibi
1. Zöhr və əsr namazları tərtiblə qılınmalıdır, yəni birinci zöhr namazını, sonra əsr namazını qılmaq lazımdır. Eləcə də məğrib və işa namazlarında tərtibə riayət olunmalıdır, yəni birinci məğrib namazı, sonra işa namazı qılınmalıdır. Deməli, əgər bilərəkdən əsr namazı zöhrdən qabaq və ya işa namazı məğribdən qabaq qılınsa, namaz batildir.[11]
2. Hər kim səhvən və ya unudaraq namazların tərtibini pozsa, məsələn əsr namazını zöhr namazından qabaq qılsa və səhvini namazı qılıb qurtardıqdan sonra başa düşsə, qıldığı namaz düzgündür.[12]
3. Hər kim zöhr namazını niyyət edib namaza başlasa və namaz əsnasında zöhr namazını qıldığı yadına düşsə, namazı kəsməli və sonra əsr namazını qılmağa başlamalıdır. Məğrib və işa namazlarında da qayda belədir.[13]
4. Hər kim zöhr namazını qıldığını güman edib əsr namazını qılmağa başlasa və namaz əsnasında zöhr namazını qıldmadığı yadına düşsə, əgər zöhr və əsr namazlarının müştərək vaxtıdırsa, həmin şəxs dərhal niyyətini zöhr namazına çevirib namazı tamamlamalıdır. Sonra əsr namazını qılmalıdır. Lakin əgər belə bir çaşqınlıq zöhr namazının xüsusi vaxtında, yəni zöhr namazının vaxtı daxil olduğu andan etibarən dörd rəkət namaz qılmaq qədər vaxt ərzində baş versə, ehtiyati-vacibə görə niyyəti zöhr namazına çevirib namazı tamamlamaq, sonra hər iki namazı tərtiblə yerinə yetirmək lazımdır. Məğrib və işa namazlarında da qayda belədir.[14]
Suallar:
1- Namaz vaxtının daxil olduğunu hansı yollarla bilmək olar?
2- Azanın çəkilməsi namaz vaxtının başlanması deməkdirmi, yoxsa azan qurtardıqdan sonra namaza başlamaq lazımdır?
3- Əgər iki müxtəlif məntəqənin zöhr namazının şəri vaxt ölçüsü arasında 25 dəqiqə fərq varsa, bu o deməkdir ki, bu məntəqələrin sübh və məğrib namazlarının şəri vaxt ölçüləri arasında da 25 dəqiqə fərq olacaqdır?
4- Namaz vaxtının qurtarmasına nə qədər vaxt qaldıqda namazı “əda” (vaxtında qılmaq) niyyətilə qılmaq lazımdır?
5- Əgər bir şəxs zöhr namazını niyyət edib namaza başlasa və namaz əsnasında zöhr namazını qıldığı yadına düşsə, nə etməlidir?
6- Əgər namaz qılan şəxs işa namazını qılarkən məğrib namazını qılmadığı yadına düşsə, nə etməlidir?
[1] Əcəvəbətul-istiftaat, 350-ci sual; Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 161-ci məsələ.
[2] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 161-ci məsələ.
[3] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 162-ci məsələ.
[4] Əcvəbətul-istiftaat, 359-cu sual.
[5] Əcvəbətul-istiftaat, 360-cı sual.
[6] Əcvəbətul-istiftaat, 357-ci sual.
[7] Əcvəbətul-istiftaat, 349-cu sual.
[8] Əcvəbətul-istiftaat, 353-cü sual.
[9] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 164-cü məsələ.
[10] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 165-ci məsələ.
[11] Əcvəbətul-istiftaat, 361-ci sual; Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 154-cü məsələ.
[12] Əcvəbətul-istiftaat, 361-ci sual.
[13] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 155-ci məsələ.
[14] Əcvəbətul-istiftaat, 364-cü sual; Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 156-cı məsələ.
- OTUZ YEDDİNCİ DƏRS: GÜNDƏLİK NAMAZLAR (3)
OTUZ YEDDİNCİ DƏRS: GÜNDƏLİK NAMAZLAR (3)
6. Azan və iqamə
1. Günün vacib namazlarından qabaq azan və iqamə oxumaq müstəhəbdir. Camaatla qılınan sübh və məğrib namazlarında isə azan və iqamənin oxuması təkid olunmuşdur. Lakin gündəlik namazlardan qeyri digər vacib namazlarda, məsələn ayət namazında azan və iqamənin oxunması fiqhi mənbələrdə qeyd olunmamışdır.[1]
2. Azan 18 cümlədən ibarətdir və aşağıdakı tərtiblədir:
Allahu Əkbər (4 dəfə)
Əşhədu əlla ilahə illəllah (2 dəfə)
Əşhədu ənnə Muhəmmədən rəsulullah (2 dəfə)
Həyyə ələs-səlati (2 dəfə)
Həyyə ələl-fəlahi (2 dəfə)
Həyyə əla xəyril-əməl (2 dəfə)
Allahu Əkbər (2 dəfə)
La ilahə illəllah (2 dəfə)[2]
3. İqamə isə 17 cümlədən ibarətdir və azandan olan fərqləri bunlardır:
1- Əvvəldə 4 deyil, 2 dəfə “Allahu Əkbər” deyilir;
2) Sonda 2 deyil, 1 dəfə “La ilahə illəllah” deyilir;
3) “Həyyə əla xeyril əməl” cümləsindən sonra 2 dəfə “Qəd qamətis-səlah” cümləsi əlavə olunur.[3]
Azan və iqaməyə aid bir neçə şəri məsələ:
▪ “Əşhədu ənnə Əliyyən vəliyyullah” (yəni “Şəhadət verirəm ki, Əli (ə) Allahın vəlisidir”) cümləsi azan və iqamənin tərkib hissəsi deyil və bu cümləni azan və iqamədə demək bəyənilir, hətta mühüm sayılır. Bu cümlə isə sırf “qürbətən iləllah” niyyəti ilə deyilməlidir. (Yəni azan və iqamənin tərkib hissəsi niyyətində deyilməməlidir).[4]
▪ “Həyyə ələs-səlati” cümləsində “səlat” sözünü vəqf etdikdə “t” səsi “h” səsi kimi oxunmalıdır, yəni “səlah” (Həyyə ələs-səlah).[5]
▪ Gündəlik vacib namazların vaxtı daxil olduqda azanınuca səslə çəkilməsi və eşidənlərin onu təkrar etməsi şəriətdə təkid olunan müstəhəb əməllərdəndir. [6]
▪ Ətrafdakılara çətinlik törətmədiyi təqdirdə camaatın get-gəl etdiyi yollarda cəm halda azan deməyin maneəsi yoxdur.[7]
▪ Qonşular etiraz etsələr belə evin damında adi qaydada azan çəkməyin, xüsusilə də sübh namazının azanını çəkməyin heç bir maneəsi yoxdur.[8]
▪ Sübh namazı vaxtı vaxtın daxil olduğunu elan etmək məqsədilə səs ucaldıcılarla adi qaydada azan sədalarını yayımlamağın heç bir maneəsi yoxdur. Lakin əgər məscidin səsucaldanı vasitəsilə Quran qiraətinin, duanın və sairənin yayımlanması məscidin qonşuluğunda yaşayan sakinlərin narahatlığına bais olarsa, bunun maneəsi vardır.[9]
▪ Kişinin qadının çəkdiyi azanla kifayətlənməsi işkallıdır. (Yəni əgər kişi qadının çəkdiyi azanı eşitsə, ehtiyati-vacibə görə azan onun üzərindən götürülmür.)[10]
Suallar:
1- Azan və iqamənin hökmü nədir?
2- Azanın iqamə ilə fərqi nədir?
3- Azan və iqamədə İmam Əlinin (ə) vəliliyinə şəhadət vermək vacibdirmi?
4- “Həyyə ələs-səlati” cümləsində “səlat” sözünü vəqf etdikdə “t” səsi necə səslənməlidir?
5- Ətrafdakılara çətinlik törətmədiyi təqdirdə camaatın get-gəl etdiyi yollarda cəm halında azan demək olarmı?
6- Kişi qadının çəkdiyi azanla kifayətlənə bilərmi?
[1] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 215-ci məsələ.
[2] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 216-cı məsələ .
[3] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 216-cı məsələ.
[4] Əcvəbətul-istiftaat, 456-cı sual; Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 217-ci məsələ.
[5] Əcvəbətul-istiftaat, 462-ci sual.
[6] Əcvəbətul-istiftaat, 451-ci sual.
[7] Əcvəbətul-istiftaat, 451-ci sual.
[8] Əcvəbətul-istiftaat, 452-ci sual.
[9] Əcvəbətul-istiftaat, 454-cü sual.
[10] Əcvəbətul-istiftaat, 455-ci sual
- OTUZ SƏKKİZİNCİ DƏRS: GÜNDƏLİK NAMAZLAR (4)
OTUZ SƏKKİZİNCİ DƏRS: GÜNDƏLİK NAMAZLAR (4)
Namazın vacib əməlləri (1)1. Namazın vacib əməlləri
Namazın vacib əməlləri aşağıdakılardır:
Niyyət;
Təkbirətul-ehram;
Qiyam;
Qiraət;
Rüku;
Səcdə;
Zikr;
Təşəhhüd;
Salam;
Tərtib;
Muvalat.[1]
Diqqət:
• Namazın vacib əməllərindən beşi “rükn” sayılır. Belə ki, əgər bu əməllər namazda yerinə yetirilməsə, yaxud göstərilən saydan artıq yerinə yetirilsə, hətta səhv və ya unutqanlıq üzündən olsa belə, namaz batildir. (Lakin namazın qeyri-rükn vacib əməlləri əgər bilərəkdən azaldılıb-çoxaldılsa, namaz batildir. Amma əgər səhvən olarsa, namaz düzgündür, məsələn, namazın qiraəti.)[2]
• Namazın “rükn”ləri aşağıdakılardır:
Niyyət;
Təkbirətul-ehram;
Qiyam;
Rüku;
İki səcdə.[3]
1. Niyyət.
1) Niyyətin mənası və şəri hökmü:
Niyyət, namazın vacib əməllərindəndir. Niyyət bu olmalıdır ki, namaz Allahın əmrinə itaət məqsədilə qılınır.[4]
Diqqət:
• Namazın vacib əməli olan niyyət bundan ibarətdir ki, mükəlləf namazı Allaha xatir qıldığını nəzərdə tutsun. Namaza başlayarkən bu məqsədi zehindən keçirmək və ya dilə gətirməyə ehtiyac yoxdur. Məsələn, zöhr namazına başlayarkən belə desin: “Dörd rəkət zöhr namazı qılıram qürbətən iləllah”.[5]
• Namaz qılan şəxs hansı namazı qıldığını müəyyən etməlidir. Beləliklə, əgər insan niyyətində dörd rəkət namaz qılmağı tutsa, lakin zöhr, yoxsa əsr namazı olduğunu müəyyən etməsə, namazı batildir.[6]
• İnsan aləmlərin rəbbinin əmrinə itaət məqsədilə namaz qılmalıdır. Odur ki, əgər riyakarlıq etsə, yəni özünü dindar kimi göstərmək məqsəilə namaz qılsa, namazı batildir.[7]
2) Niyyəti döndərmək:
1- Aşağıdakı hallarda niyyəti döndərmək vacibdir:
Əsr namazından zöhr namazına: əsr namazının xüsusi vaxtından öncə mükəlləf əsr namazını qılarkən zöhr namazını qılmadığını xatırladıqda;
İşa namazından məğrib namazına: işa namazının xüsusi vaxtından öncə mükəlləf işa namazını qılarkən məğrib namazını qılmadığını xatırladıqda;
İki qəzaya getmiş namazı qılarkən namazların tərtibinə riayət edərkən: iki qəzaya getmiş namazı qılarkən namazların tərtibinə riayət etmək şərtdir (məsələn, zöhr və əsr namazlarının qəzası) və bu halda birinci namazı qoyub ikinci namazı qılan şəxs namaz əsnasında niyyətini birinci namaza döndərməlidir.
2- Aşağıdakı hallarda niyyəti döndərmək müstəhəbdir:
Əda namazdan vacib qəza namazına: bu şərtlə ki, əda namazın fəzilətli vaxtı əldən verilməsin;
Vacib namazdan müstəhəb namaza: Camaat namazının savabını əldə etmək üçün (yəni namazı camaatla qılmaq üçün) mükəlləf qıldığı vacib namazın niyyətini müstəhəb namaza döndərir;
Cümə günü zöhr vaxtı vacib namazdan nafilə namazına: Belə ki, namaz qılan şəxs unudaraq Həmddən sonra Cümə surəsinin əvəzinə digər bir surəni yarıyadək və ya daha çox hissəsini oxumuşdur. Müstəhəbdir ki, mükəlləf vacib namazın niyyətini nafilə namazına döndərsin və sonra zöhr namazına başlayıb Həmddən sonra Cümə surəsini oxusun.[8]
Suallar:
1- Namazın vacib əməllərini sadalayın.
2- Namazın rüknləri ilə qeyri-rüknləri arasında fərq nədir?
3- Namazın rüknləri hansılardır?
4- Niyyəti dilə gətirmək və ya zehindən keçirmək lazımdırmı?
5- Hansı hallarda namazın niyyətini döndərmək vacibdir?
6- Hansı hallarda namazın niyyətini döndərmək müstəhəbdir?
[1] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 218-ci məsələ.
[2] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 219-cu məsələ.
[3] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 219-cu məsələ.
[4] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 218 və 220-ci məsələlər.
[5] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 220-ci məsələ.
[6] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 221-ci məsələ.
[7] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 220 və 222-ci məsələlər.
[8] Əcvəbətul-isitftaat, 340-cı sual.
- OTUZ DOQQUZUNCU DƏRS: GÜNDƏLİK NAMAZLAR (5)
OTUZ DOQQUZUNCU DƏRS: GÜNDƏLİK NAMAZLAR (5)
Namazın vacib əməlləri (2)2. Təkbirətul-ehram.
1) Təkbirətul-ehramın mənası və şəri hökmü:
Təkbirətul-ehram namazın vacib əməllərindən olub namazın başlanğıcında deyilən “Allahu Əkbər”dir.[1]
Diqqət:
• Təkbirətul-ehramı səhvən və ya qəsdən deməmək, namazın batil olmasına səbəb olur. Həmçinin əgər insan namaza başlayarkən təkbirətul-ehram niyyətilə düzgün şəkildə “Allahu Əkbər” desə və bir qədər sonra, yaxud da fasiləsiz olaraq yenidən həmin niyyətlə - istər səhvən, istərsə də qəsdən - “Allahu Əkbər” desə, onun namazı batildir.[2]
2) Təkbirətul-ehramın vacibatları:
1. Təkbirətul-ehram “tələffüz olunmalı”dır. Bu o deməkdir ki, əgər namaz qılan şəxsin qulağı ağır eşitmirsə və ətrafda da səs-küy yoxdursa, özü dediyi sözü eşitməlidir.[3]
2. Təkbirətul-ehram ərəb dilində düzgün deyilməlidir. Əgər ərəb dilində səhv deyilərsə (“Allahu” əvəzinə “Allahə” deyilərsə), yaxud azərbaycanca tərcüməsi deyilərsə, düzgün deyildir.[4]
Diqqət:
• Əgər namaz qılan şəxs təkbirətul-ehramın düzgün tələffüzünü bilmirsə, öyrənməsi vacibdir. Amma əgər öyrənə bilmirsə, üzürlü hesab olunur.[5]
3. Təkbirətul-ehramı deyərkən bədən hərəkətsiz olmalıdır. Əgər namaz qılan şəxs qəsdən və bilərəkdən bədənini hərəkət etdirərək təkbirətul-ehramı desə, batildir.[6]
3) Təkbirətul-ehramda şəkk etmək:
Təkbirətul-ehramda şəkkin 2 surəti yaranır:
1- Namaz qılan şəxs təkbirətul-ehramıdeyib-demədiyinə şəkk edir və bu halda:
- Əgər qiraətə başlayıbsa, şəkkinə etina etməməli və namazını davam etdirməlidir.
- Əgər qiraətə başlamayıbsa, təkbirətul-ehramı deməlidir.
2- Namaz qılan şəxs təkbirətul-ehramı dedikdən sonra onu düzgün deyib-demədiyinəşəkk edir və bu halda
- Öz şəkkinə etina etməməlidir.[7]
3. Qiyam (Ayaq üstə dayanmaq).
1) Qiyamın qisimləri:
Vacib qiyam 2 qisimdir: rükn və qeyri-rükn.
Rükn olan qiyam aşağıdakılardır:
Təkbirətul ehram deyərkən;
Rükuya gedərkən.
Qeyri-rükn olan qiyam isə aşağıdakılardır:Qiraət edərkən;
Rükudan sonra.
1. Namazı ayaq üstə qıla bilən və heç bir üzrü olmayan şəxs namazı başlayandan rükuya gedənə qədər ayaq üstə dayanmalıdır. Həmçinin rükudan sonra səcdəyə getməmişdən qabaq ayaq üstə dayanması vacibdir. Bu hallarda qiyamı bilərəkdən tərk etmək namazın batil olmasına səbəb olur.[8]
2. Təkbirətul-ehram deyərkən və qiraətdən sonra rükuya getməmişdən öncə olan qiyam rükndur. Yəni hətta səhvən və ya unudularaq yerinə yetirilməsə, namaz batil olur.[9]
Diqqət:
• Əgər namaz qılan şəxs rükunu yerinə yetirməyi unudub Həmd və Surəni oxuduqdan sonra əyləşsə və bu vaxt rükunu yerinə yetirmədiyi yadına düşsə, ayağa qalxmalı və sonra rükuya getməlidir. Deməli, əgər o, ayağa qalxmadan elə oturduğu yerdən rüku vəziyyəti alsa, namazı batildir.[10]
2) Qiyamın vacibatları:
Namaz qılan şəxs qiyam halında bədənini hərəkət etdirməməli, heç bir tərəfə əyilməməli və heç yerə söykənməməlidir. Lakin əgər çarəsizlikdən, yaxud da səhvən və ya unudaraq etsə, maneəsi yoxdur.[11]
Diqqət:
• Əgər insan namazda bir qədər önə və ya geriyə, yaxud sağa və ya sola hərəkət etmək istəsə, hərəkət etdiyi anda zikri deməməlidir (yəni namazın sözlərini deməyi dayandırmalıdır).[12]
3) Qiyamın müstəhəb əməlləri:
Qiyamın müstəhəb əməllərindən bəziləri aşağıdakılardır:
1. Bədəni düz saxlamaq;
2. Çiyinləri aşağı salmaq;
3. Əlləri ayaqların üstünə qoymaq;
4. Əl barmaqlarını bitişik saxlamaq;
5. Səcdə yerinə baxmaq;
6. Bədənin ağırlığını iki ayağın üstünə bərabər şəkildə salmaq;
7. Xüzu və xüşu halında olmaq;
8. Ayaqların birini irəli, digərini geri qoymamaq.[13]
4) Qiyamın şəri hökmləri:
1. Əgər insan ayaq üstə dayanıb namaz qılmağa qadir deyilsə, oturan vəziyyətdə namaz qılmalıdır. Lakin əgər bir şeyə söykənib ayaq üstə dayana bilərsə, ayaq üstə dayanıb namaz qılmalıdır.[14]
2. Əgər insan oturan vəziyyətdə də namaz qılmağa qadir deyilsə, uzanan vəziyyətdə namaz qılmalıdır. Ehtiyati-vacibə görə əgər bacarırsa, üzü və bədəni qibləyə tərəf sağ tərəfi üstə uzanmalıdır. Əgər sağ tərəfi üstə uzana bilməsə, sol tərəfi üstə qeyd edilən qaydada uzanmalıdır. Əgər sol tərəfi üstə də uzana bilməsə, ayaqlarının altı qibləyə doğru arxası üstə uzanmalıdır.[15]
3. Oturan vəziyyətdə namaz qılan şəxs əgər Həmd və Surəni oxuduqdan sonra ayağa qalxıb rükuya gedə bilərsə, qalxmalı və ayaq üstə ikən rükuya getməlidir.[16]
4. Uzanan vəziyyətdə namaz qılan şəxs əgər namaz əsnasında zəhmətə düşmədən əyləşə və ya ayağa qalxa bilərsə, bacardığı qədər oturan vəziyyətdə və ya ayaq üstə dayanıb namaz qılmalıdır.[17]
5. Namazı ayaq üstə qılmağa qadir olan şəxs əgər ayaq üstə dayanmaq nəticəsində xəstələnəcəyindən və ya başqa bir çətinliyə düşəcəyindən qorxarsa, oturan vəziyyətdə namaz qıla bilər. Əgər oturan vəziyyətdə də onda belə bir qorxu yaranarsa, uzanan vəziyyətdə namaz qıla bilər.[18]
6. Namaz vaxtının axırında ayaq üstə namaz qıla biləcəyini güman edən şəxs ehtiyati-vacibə görə o vaxtadək səbr etməlidir. Lakin əgər namaz vaxtının əvvəlində müəyyən bir üzrə görə namazını oturan vəziyyətdə qılsa və namaz vaxtının axırınadək üzrü aradan qalxmasa, qıldığı namaz düzgündür və yenidən qılmaq lazım deyildir.[19]
7. Namaz vaxtının əvvəlində ayaq üstə namaz qılmağa qadir olmayan şəxs əgər namaz vaxtının axırınadək ayaq üstə namaz qıla bilməyəcəyinə əmin olsa (və namazını qılsa), lakin namaz vaxtı qurtarmamışdan qabaq ayaq üstə namaz qılmağa qadir olsa, o, namazını ayaq üstə yenidən qılmalıdır.[20]
Suallar:
1- Əgər təkbirətul-ehram ərəbcə düzgün tələffüz edilməsə, namaz düzgündürmü?
2- Əgər namaz qılan şəxs şəkk etsə ki, təkbirətul-ehramı deyib, yoxsa deməyib, nə etməlidir?
3- Qiyam neçə qismə ayrılır?
4- İnsan namazda bir qədər önə və ya geriyə, sağa və ya sola hərəkət edə bilərmi?
5- Qiyamın müstəhəb əməllərini sadalayın.
6- Namaz vaxtının əvvəlində ayaq üstə namaz qılmağa qadir olmayan şəxs namazını oturan vəziyyətdə qıla bilərmi?
[1] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 218 və 223-cü məsələlər.
[2] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 224-cü məsələ.
[3] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 226-ci məsələ.
[4] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 223-cü məsələ.
[5] Əcvəbətul-istiftaat, 467 və 473-cü suallar.
[6] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 225-ci məsələ.
[7] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 227 və 228-ci məsələlər.
[8] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 229-cu məsələ.
[9] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 230-cu məsələ.
[10] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 231-ci məsələ.
[11] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 232-ci məsələ.
[12] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 232-ci məsələ.
[13] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 241-ci məsələ.
[14] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 241-ci məsələ
[15] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 235-ci məsələ.
[16] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 236-cı məsələ.
[17] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 237-ci məsələ.
[18] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 238-ci məsələ.
[19] Əcvəbətul-istiftaat, 457-ci sual; Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 239-cu məsələ.
[20] Əcvəbətul-istiftaat, 457-ci sual; Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 240-cı məsələ.
- QIRXINCI DƏRS: GÜNDƏLİK NAMAZLAR (6)
QIRXINCI DƏRS: GÜNDƏLİK NAMAZLAR (6)
Namazın vacib əməlləri (3)4. Qiraət.
1) Qiraətdə bunlar oxunur:
Gündəlik vacib namazların qiraətində bunlar oxunur:
Birinci və ikinci rəkətdə: “Həmd və ehtiyati-vacibə görə tam bir “Surə” (yəni Quran surələrindən biri);
Üçüncü və dördüncü rəkətdə: təkcə “Həmd”, yaxud bir dəfə “Təsbihati-ərbə`ə”, yaxud da ehtiyati-müstəhəbə görə üç dəfə “Təsbihati-ərbə`ə”.
1. Gündəlik vacib namazların birinci və ikinci rəkətində təkbirətul-ehramdan sonra Fatihə surəsi və sonra Qurani-Kərimin surələrindən biri ehtiyati-vacibə görə tam oxunmalıdır. Surədən bir və ya bir neçə ayə oxumaq kifayət etmir.[1]
2. Gündəlik namazların üçüncü və dördüncü rəkətində ya təkcə Fatihə surəsini, ya da “Təsbihati-ərbə`ə”ni - Subhanəllahi vəl-həmdu lillahi və la ilahə illəllahu vallahu əkbər - oxumaq olar.[2]
2. Birinci və ikinci rəkətdə qiraətin şəri hökmləri:
1. “Fil” və “İlaf” surələri bir surə hökmündədir və Həmddən sonra onlardan birini oxumaq kifayət etmir. Həmçinin “Vəz-zuha” və “Ələm nəşrəh” surələri də belədir.[3]
Diqqət:
• Hər kim bu hökmü bilmədən “Fil” və “İnşirah” surələrini Həmddən sonra təklikdə oxusa, bu təqdirdə əgər hökmü öyrənməkdə səhlənkarlıq göstərməyibsə, qıldığı namazlar düzgündür.[4]
2. Vacib gündəlik namazlarda “Həmd” və tam bir “Surə”ni oxuduqdan sonra Quran oxumaq niyyətilə bir sıra ayələri oxumağın maneəsi yoxdur.[5]
3. Əgər namaz vaxtı dar olsa, yaxud namaz qılan şəxs qorxsa ki, Surəni oxuyacağı təqdirdə oğrunun və ya yırtıcı bir heyvanın, yaxud da başqa bir şeyin ona ziyanı dəyəcəkdir, Surəni oxumamalıdır.[6]
4. Əgər namaz qılan şəxs səhvən Surəni Həmddən qabaq oxusa və rükuya getməmişdən öncə səhvini başa düşsə, Həmddən sonra yenidən bir Surə oxumalıdır. Əgər Surəni oxuyarkən öz səhvini başa düşsə, surəni kəsib Həmdi oxumalı və sonra Surəni oxumalıdır.[7]
5. Əgər Həmd və Surəni oxumaq, yaxud onlardan birini oxumaq unudulsa və rükuda yada düşsə, namaz düzgündür.[8]
6. Əgər namaz qılan şəxs rükuya getməmişdən öncə Həmd və Surəni, yaxud təkcə Surəni oxumadığını xatırlasa, onu oxumalı və sonra rükuya getməlidir. Əgər Həmdi oxumayıbsa, Həmdi oxumalı və yenidən Surəni oxumalıdır. Həmçinin əgər əyilib rükuya çatmazdan öncə Həmd və Surəni, ya onların hər ikisini oxumadığını xatırlasa, qalxmalı və onları oxumalıdır.[9]
7. Vacib namazlarda vacib səcdəsi olan surələri oxumaq caiz deyil. Əgər bilərəkdən və ya səhvən bu surələrdən biri oxunsa, səcdə ayəsini oxuduqda səcdəyə getmək, sonra ayağa qalxıb surəni tamamlamaq və namazı qılmaq lazımdır. Amma əgər namaz qılan şəxs səcdə ayəsini oxumamışdan qabaq səhvini başa düşsə, ehtiyati-vacibə görə surəni kəsməli, digər bir surəni oxumalı və namazı qılıb qurtardıqdan sonra yenidən qılmalıdır.[10]
8. Əgər mükəlləf namaz əsnasında səcdə ayəsini eşitsə, namazı düzgündür və ayəni eşitdikdən sonra səcdə getmək əvəzinə səcdəni işarə ilə göstərməlidir.[11]
9. Əgər namaz qılan şəxs Həmddən sonra İxlas və ya Kafirun surəsini oxumağa başlasa, onu kəsib başqa bir surə oxuya bilməz. Lakin əgər Cümə namazında unudaraq Cümə və Munafiqun surələrinin yerinə İxlas və ya Kafirun surələrindən birini oxusa, onları kəsib Cümə və Munafiqun surəslərni oxuya bilər.[12]
10. Əgər namazda İxlas və Kafirun surələrindən qeyri bir surə oxunsa, yarıdan çoxu oxunmadığı təqdirdə bu surəni kəsib digər bir surəni oxumaq olar.[13]
11. Əgər namaz qılan şəxs oxuduğu surənin bir hissəsini unutsa, yaxud namaz vaxtının darlığına və ya başqa bir səbəbə görə əlacsız qalıb onu tamamlaya bilməsə, həmin surəni kəsməli və başqa bir surə oxumalıdır. Bu halda surənin yarısının oxunub-oxunmamasının, yaxud İxlas və ya Kafirun surələri olub-olmamasının fərqi yoxdur.[14]
12. Müstəhəb namazlarda surəni oxumaq lazım deyildir, hətta bu müstəhəb namaz nəzir vasitəsilə vacib olsa da. Lakin əgər müstəhəb bir namazda müəyyən bir surəni oxunmaq qeyd olunubsa, məsələn, valideyn üçün qılınan namaz, o namazın qaydasına əməl etmək istəyən şəxs həmin surəni oxumalıdır.[15]
3) Üçüncü və dördüncü rəkətdə qiraətin şəri hökmləri:
1. Namazın üçüncü və dördüncü rəkətində Təsbihati-ərbə`əni bir dəfə demək kifayətdir, baxmayaraq ki, üç dəfə demək ehtiyati-müstəhəbdir.[16]
2. Təsbihati-ərbə`əni üç dəfə, yaxud üç dəfədən az və ya çox dediyinə tərəddüd edən şəxsə heç nə vacib olmur. Lakin əgər rükuya getməyibsə, tərəddüd etdiyi sayların ən azını götürə və bu zikri üç dəfə dediyinə əmin olmaqdan ötrü təsbihati-ərbə`əni təkrarlaya bilər.[17]
3. Namazın üçüncü və dördüncü rəkətində təsbihati-ərbə`əni oxumağa adət edən şəxs Həmdi oxumağı qərara alsa, lakin qərarını unudub adəti üzrə təsbihati-ərbə`əni oxusa, namazı düzgündür. Eynilə, Həmdi oxumağa adət edən və təsbihati-ərbə`əni oxumağı qərara alan şəxsin hökmü də belədir.[18]
4. Əgər insan namazın üçüncü və dördüncü rəkətində qəflət üzündən Surəni də oxusa və namazı qılıb qurtardıqdan sonra səhvini başa düşsə, namazı düzgündür və yenidən qılmağa ehtiyac yoxdur.[19]
5. Əgər namaz qılan şəxs ayaq üstə ikən Həmd və ya təsbihati-ərbəəni oxuduğuna şəkk etsə, onu oxumalıdır. Lakin əgər müstəhəb olan “istiğfar”ı (yəni “əstəğfirullahə rəbbi və ətubu iləyh” cümləsini) dediyi zaman şəkk etsə ki, təsbihati-ərbə`əni oxuyub, yoxsa yox, onu oxumaq lazım deyildir.[20]
6. Əgər namaz qılan şəxs üçüncü və dördüncü rəkətin rükusunda Həmdi və ya təsihati-ərbə`əni oxuduğuna şəkk etsə, öz şəkkinə etina etməməlidir. Lakin əgər rükuya əyilərkən rüku vəziyyətinə çatmamış şəkk etsə, ehtiyati-vacibə görə qalxmalı və Həmdi və ya təsbihati-ərbə`əni deməlidir.[21]
SUALLAR:
1- Gündəlik vacib namazların qiraətində nə oxunur?
2- Əgər bir şəxs hökmü bilmədiyinə görə “Fil” və “İnşirah” surələrini Həmddən sonra təklikdə oxusa, nə etməlidir?
3- Vacib namazlarda vacib səcdəsi olan surələri oxumağın hökmü nədir?
4- Müstəhəb namazlarda Həmddən sonra Surə oxunurmu?
5- Təsbihati-ərbə`əni üç dəfə, yaxud üç dəfədən az və ya çox dediyinə tərəddüd edən şəxsin hökmü nədir?
6- Əgər insan namazın üçüncü və dördüncü rəkətində qəflət üzündən Surəni də oxusa və namazı qılıb qurtardıqdan sonra səhvini başa düşsə, namazı yenidən qılmalıdırmı?
[1] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 242-ci məsələ.
[2] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 262-ci məsələ.
[3] Əcvəbətul-istiftaat, 469-cu sual.
[4] Əcvəbətul-istiftaat, 469-cu sual.
[5] Əcvəbətul-istiftaat, 475-ci sual.
[6] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 243-cü məsələ.
[7] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 244-cü məsələ.
[8] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 245-ci məsələ.
[9] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 246-cı məsələ.
[10] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 247-ci məsələ.
[11] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 248-ci məsələ.
[12] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 250-ci məsələ.
[13] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 251-ci məsələ.
[14] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 252-ci məsələ
[15] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 249-cu məsələ
[16] Əcvəbətul-istiftaat, 483-cü sual
[17] Əcvəbətul-istiftaat, 485-ci sual
[18] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 264-cü məsələ.
[19] Əcvəbətul-istiftaat, 470-ci sual.
[20] Əcvəbətul-istiftaat, 466-cı sual.
[21] Əcvəbətul-istiftaat, 467-ci sual.
- QIRX BİRİNCİ DƏRS: GÜNDƏLİK NAMAZLAR (7)
QIRX BİRİNCİ DƏRS: GÜNDƏLİK NAMAZLAR (7)
Namazın vacib əməlləri (4)4. Ucadan və ahəstə qiraət etmək (cəhr və ixfat):
1- Sübh, məğrib və işa namazlarının 1-ci və 2-ci rəkətlərində:
- əgər namaz qılan şəxs kişidirsə, mütləq ucadan qiraət etməlidir;
- əgər namaz qılan şəxs qadındırsa, ucadan da qiraət edə bilər, ahəstə də. Amma əgər naməhrəm səsini eşidirsə, yaxşı olar ki, ahəstə qiraət etsin.
2- Zöhr və əsr namazlarının 1-ci və 2-ci rəkətlərində:
Namaz qılan istər kişi olsun, istərsə də qadın “Bismillah” ayəsindən başqa hamısını ahəstə qiraət etməlidir.
Namazın 3-cü və 4-cü rəkətlərində təsbihati-ərbə`əni və ya Həmdi oxuyarkən:
Namaz qılan istər kişi olsun, istərsə də qadın ahəstə qiraət etməlidir. Amma tək halda namaz qılarkən Həmdi oxuduğu təqdirdə “Bismillahir rəhmanir rəhim”i ucadan qiraət edə bilər, baxmayaraq ki, ehtiyata (ehtiyati-müstəhəb) görə onu da ahəstə oxumalıdır. Camaat namazında isə bu, ehtiyati-vacibdir.
1. Kişilərə sübh, məğrib və işa namazlarının Həmd və Surəsini ucadan oxumaq, zöhr və əsr namazlarının Həmd və Surəsini isə ahəstə oxumaq vacibdir. Qadınlar da zöhr və əsr namazlarının Həmd və Surəsini ahəstə oxumalıdırlar, lakin sübh, məğrib və işa namazlarının Həmd və Surəsini həm ucadan, həm də ahəstə oxuya bilərlər. Əgər naməhrəm səslərini eşidərsə, ahəstə oxusalar yaxşıdır.[1]
2. Namazın üçüncü və dördüncü rəkətlərində təsbihati-ərbə`əni və ya Fatihə surəsini ahəstə oxumaq həm qadına, həm də kişiyə vacibdir. Əgər bu rəkətlərdə Fatihə surəsi oxunsalar, namazı tək halda qıldıqları təqdirdə “Bismilahir-rəhmanir-rəhim” ayəsini ucadan deyə bilərlər, baxmayaraq ki, ahəstə oxumaları ehtiyati-müstəhəbdir. Camaat namazında isə ehtiyati-vacibə görə bu ayəni də ahəstə oxumalıdırlar.[2]
Diqqət:
• Göründüyü kimi, sübh, məğrib və işa namazlarının birinci və ikinci rəkətlərində Həmd və Surəni ucadan oxumaq, zöhr və əsr namazlarında Həmd və Surəni ahəstə oxumaq, həmçinin üçüncü və dördüncü rəkətlərdə Həmdi və ya təsbihati-ərbə`əni ahəstə oxumaq vacibdir. Lakin namaz qılan şəxs gündəlik namazların digər vacib zikrlərini, məsələn, rükunun və səcdənin zikrlərini, təşəhhüdü, salamları və s. həm ucadan, həm də də ahəstə oxuya bilər.[3]
• Vacib namazlar istər vaxtında qılınsın (əda qılınsın), istərsə də qəza qılınsın – ehtiyata görə qəza namazı qılınsa belə –ucadan və ahəstə qiraət məsələlərinə riayət olunmalıdır.[4]
• Namazda qiraətin ahəstə olması meyarı “səsin cövhərinin mövcud olmaması” (yəni səsin heç çıxmaması) deyil, səsin aşkar edilməməsidir (yəni səsin ucaldılmaması, pıçıltı ilə oxunması). Bunun müqabilində qiraətin ucadan olması meyarı səsin cövhərinin aşkar edilməsidir.
• O yerdə ki, namaz ucadan qiraət edilməlidir, lakin qəsdən ahəstə qiraət edilsə, yaxud əksinə, ahəstə qiraət edilməlidir, lakin qəsdən ucadan qiraət edilsə, namaz batildir. Lakin əgər namaz qılan şəxs hökmü unutsa və ya bilməsə, namazı düzgündür. Həmçinin Həmd və Surəni oxuyarkən səhvini başa düşsə (yəni ucadan oxumalıdırsa, ahəstə oxumuşdur və yaxud ahəstə oxumalıdırsa, ucadan oxumuşdur), qaydaya zidd oxuduğu miqdarın yenidən qayda üzrə oxuması lazım deyildir.[5]
• Hər kim Həmd və Surəni oxuyarkən səsini həddən artıq ucaltsa - sanki fəryad çəkir - namazı batildir.[6]
5) Qiraətin vacibatları:
1. Qiraət zamanı sözləri tələffüz etmək vacibdir. Odur ki, sözləri tələffüz etmədən ürəkdə oxumaq, yəni sözləri ürəkdən keçirmək kifayət deyildir. Qiraətdə meyar budur ki, namaz qılan şəxs dildə tələffüz etdiyini – əgər qulağı ağır eşitmirsə və ya ətrafda səs-küy yoxdursa – özü eşitsin.[7]
Diqqət:
• Lal olan lakin digər duyğuları sağlam olan şəxs namazını əl işarələri ilə qıla bilər və qıldığı namaz düzgündür.[8]
2. Qiraət düzgün və səhvsiz olmalıdır. Əgər bir şəxs heç cür düzgün şəkildə qiraət etməyi öyrənə bilmirsə, bacardığı kimi qiraət etməlidir. Belə şəxsin gündəlik namazlarını camaatla qılması ehtiyati-müstəhəbdir.[9]
Diqqət:
• Həmd və Surəni, həmçinin namazın digər sözlərini yaxşı bilməyən, lakin öyrənməyə imkanı olan şəxs əgər namaz vaxtı genişdirsə, bu sözləri öyrənməlidir. Lakin əgər vaxt dardırsa, ehtiyati-vacibə görə imkan daxilində namazı camaatla qılmalıdır.[10]
• Qiraətin düzgün olmasının meyarı ərəb dili qaydalarına riayət etməkdən və səsi tələffüz etməkdən, daha dəqiq desək, ərəblərin başqa səsin deyil, həmin səsin tələffüz edildiyini qəbul etdikləri şəkildə tələffüz etməkdən ibarətdir. [11]
• Qiarətdə təcvid qaydalarına riayət etmək şərt deyildir.[12]
• Əgər namaz qılan şəxs Həmd və Surənin sözlərindən birini bilməsə, ya bilərəkdən bir sözü deməsə, ya bilərəkdən bir hərfin yerinə digər bir hərf desə, məsələn “zad” hərfinin yerinə “za” hərfini tələffüz etsə, yaxud hərəkələri dəyişsə və hərfi təşdidli oxumasa, namazı batildir.[13]
• Həmd və Surəni, həmçinin namazın digər sözlərini səhv oxuyan şəxs - məsələn, “yuləd” sözünü “yulid” kimi oxuyan şəxs - əgər bilərəkdən səhv oxuyubdursa və ya cahili-müqəssirdirsə (yəni öyrənə bildiyi halda düzgün qiraəti öyrənməyibdir), qıldığı namazlar batildir. Əks təqdirdə, qıldığı namazlar düzgündür. Bu şəxs əgər düzgün qiraət etdiyinə əmin olub namaz qılıbsa, qıldığı namazlar düzgündür və yenidən qəzasını qılmaq lazım deyildir.[14]
• “Maliki yəvmiddin” ayəsində “maliki” sözü “məliki” kimi də qiraət olunmuşdur. Odur ki, ehtiyat ünvanında bu sözün iki şəkildə oxunmasının maneəsi yoxdur.[15]
• Əgər namaz qılan şəxs namazda qiraət zamanı bir ayəni sonrakı ayəyə vəsl etmək (birləşdirmək) istəsə, ayənin sonuncu hərəkəsini tələffüz etməsi lazım deyildir. Məsələn, belə deyə bilər: “Maliki yəvmiddin iyyakə nə`budu və iyyakə nəstəin”. Bu, “sükunlu vəsl” adlanır. Həmçinin ayəni təşkil edən sözlərin sonuncu hərəkəsi barədə də hökm belədir. Hərçənd burada ehtiyati-müstəhəbə görə “sükunlu vəsl” olunmasa yaxşıdır.[16]
• Əgər namaz qılan şəxs “ğəyril məğzubi ələyhim”i deyib dayansa, yəni, vəqf etsə, sonra “vələzzallin”i qiraət etsə, o təqdirdə bu vəqf düzgün sayılar ki, yaranan fasilə cümlənin bütövlüyünə xələl gətirməsin.[17]
• Əgər namaz qılan şəxs bir ayəni oxuyub qurtardıqdan sonra onu düzgün oxuduğuna şəkk etsə, öz şəkkinə etina etməməlidir. Həmçinin ayədən bir cümləni oxuduqdan sonra onu düzgün oxuduğuna şəkk etsə, məsələn, “iyyakə nə`budu”nu oxuduqdan sonra şəkk etsə, şəkkinə etina etməməlidir. Əlbəttə, bütün bu hallarda oxuduqlarından nəyinsə düzgünlüyünə şəkk etsə, ehtiyat ünvanında yenidən oxumağının maneəsi yoxdur.[18]
3. Həmd və Surə, həmçinin təsbihati-ərbə`ə oxunulan zaman bədən hərəkətsiz olmalıdır. Əgər namaz qılan şəxs bir qədər önə və ya geriyə, yaxud sağa və ya sola hərəkət etmək istəsə, hərəkət etdiyi an oxuduğu sözləri və zikrləri saxlamalıdır.[19]
6) Qiraətin bir sıra müstəhəb və məkruh əməlləri:
Qiraətin müstəhəb əməllərindən bəziləri aşağıdakılardır:
1. Birinci rəkətdə Həmddən qabaq “Ə`uzu billahi minəş-şəytanir-rəcim” demək;
2. Zöhr və əsr namazlarının birinci və ikinci rəkətlərində “Bismillahir-rəhmanir-rəhim”i ucadan demək;
3. Həmd və Surəni aram-aram və tələsmədən oxumaq;
4. Hər ayənin sonunda vəqf etmək, yəni sonrakı ayəyə birləşdirməmək;
5. Həmd və Surəni oxuyarkən ayələrin mənalarına diqqət yetirmək;
6. Həmdi oxuduqdan sonra “Əlhəmdu lillahi rəbbil aləmin” demək: istər camaat namazı olsun, istərsə də tək halda (furada) qılınan namaz və həmçinin namaz qılan şəxs istər pişnamaz olsun, istərsə də iqtida edən;
7. “İxlas” surəsini oxuduqdan sonra 1, 2 və ya 3 dəfə “kəzalikəllahu rəbbi” cümləsini demək;
8. Həm Həmdi, həm də Surəni oxuduqdan sonra bir qədər dayanmaq, sonra namazı davam etdirmək;
9. Üçüncü və dördüncü rəkətdə təsbihati-ərbə`əni dedikdən sonra bağışlanma diləyərək bu cümləni demək: “Əstəğfirullahə rəbbi və ətubu iləyh”, yaxud “Allahum-məğfir li”.
Qiraətin məkruh əməllərindən bəziləri aşağıdakılardır:
1. Gündəlik namazlarda İxlas surəsini bir dəfə belə oxumamaq;2. İxlas surəsindən qeyri bir surəni hər iki rəkətdə təkrar oxumaq.[20]
Suallar:
1- Qadınlar sübh, məğrib və işa namazlarının Həmd və Surəsini ucadan oxuya bilərlərmi?
2- Sübh namazının qəzasını qılan şəxs namazı ucadan qılmalıdır, yoxsa ahəstə?
3- Əgər sübh, məğrib və işa namazlarının qiraəti ucadan oxunmazsa, namazın hökmü nədir?
4- Namazın sözlərini ata-anasının və ya müəlliminin öyrətdiyi kimi tələffüz edən şəxs sonradan bu sözləri səhv tələffüz etdiyini bilsə, qıldığı namazların hökmü nədir?
5- Düzgün qiraətin meyarı nədir?
6- “Sükunlu vəsl” nə deməkdir və hökmü nədir?
[1] Əcvəbətul-istiftaat, 458, 459, 460, 461 və 471-ci suallar; Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 253 və 254-cü məsələlər.
[2] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 263-cü məsələ.
[3] Əcvəbətul-istiftaat, 457-ci sual.
[4] Əcvəbətul-istiftaat, 459 və 461-ci suallar.
[5] Əcvəbətul-istiftaat, 458 və 459-cu suallar; Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 255-ci məsələ.
[6] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 256-cı məsələ.
[7] Əcvəbətul-istiftaat, 468-ci sual; Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 226-cı məsələ.
[8] Əcvəbətul-istiftaat, 479-cu sual.
[9] Əcvəbətul-istiftaat, 467 və 468-ci suallar; Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 257-ci məsələ.
[10] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 258-ci məsələ.
[11] Əcvəbətul-istiftaat, 589-cu sual.
[12] Əcvəbətul-istiftaat, 591-ci sual.
[13] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 259-cu məsələ.
[14] Əcvəbətul-istiftaat, 476-cı sual.
[15] Əcvəbətul-istiftaat, 463-cü sual.
[16] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 261-ci məsələ.
[17] Əcvəbətul-istiftaat, 461-ci sual.
[18] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 268-ci məsələ.
[19] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 232-ci məsələ.
[20] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 270-ci məsələ.
- QIRX İKİNCİ DƏRS: GÜNDƏLİK NAMAZLAR (8)
QIRX İKİNCİ DƏRS: GÜNDƏLİK NAMAZLAR (8)
Namazın vacib əməlləri (5)5. Rüku
1) Rükunun mənası və şəri hökmləri:
Hər rəkətdə qiraətdən sonra bir rüku yerinə yetirmək vacibdir. Rüku, əllər dizlərə çatanadək əyilmək deməkdir.
Diqqət:
• Əgər namaz qılan şəxs rüku səviyyəsinə qədər əyilib dayandıqdan sonra qalxıb yenidən rüku niyyətilə əyilsə, namazı batildir. (Çünki rüku rükndür və onu artırmaq namazı batil edir.)[1]
2) Rükunun vacibatları:
Rükunun vacib əməlləri aşağıdakılardır:
1- Rüku edərkən o qədər əyilmək lazımdır ki, əlləri dizlərə qoymaq mümkün olsun;
2- Zikr demək;
3- Rükunun zikrini dedikdə bədənin hərəkətsiz olması;
4- Rükudan qalxıb ayaq üstə dayanmaq;
5- Rükudan qalxdıqdan sonra bədənin hərəkətsiz olması.
1- Rüku edərkən o qədər əyilmək lazımdır ki, əlləri dizlərə qoymaq mümkün olsun:
1) Namaz qılan şəxs namazın hər rəkətində qiraətdən sonra o qədər əyilməlidir ki, əllərini dizlərinə qoya bilsin. Əl barmaqlarının ucu belə dizlərinə çatsa, kifayətdir.[2]
2) Ehtiyati-vacibə görə rükuda əlləri dizlərə qoymaq lazımdır.[3]
3) Əyilmək, rüku niyyətilə olmalıdır. Odur ki, əgər namaz qılan şəxs başqa bir niyyətlə əyilsə, məsələn, yerdən bir şeyi götürmək niyyətilə əyilsə, bu əyilmə rüku sayılmır. Həmin şəxs qalxmalı və rüku niyyətilə əyilməlidir. Bu halda namaz batil olmur, çünki namazın rüknü artırılmayıbdır.[4]
4) Oturan vəziyyətdə namaz qılan şəxs rüku edərkən üzü dizlərinin müqabilinə çatanadək əyilsə, kifayətdir.[5]
2- Zikr:
Rükunun vacib zikri 1 dəfə “Subhanə rəbbiyəl əzimi və bihəmdih” və ya 3 dəfə “Subhanəllah”dır. “Subhanəllah” yerinə 3 dəfə “Əlhəmdu lilləh” və ya “Allahu Əkbər” demək də kifayətdir.[6]
3- Rükunun zikrini dedikdə bədən hərəkətsiz olmalıdır:
Rükunun vacib zikrini deyərkən bədən hərəkətsiz olmalıdır. Hətta müstəhəb zikrlərini, məsələn “Subhanə rəbbiyyəl əzimi və bi-həmdih” zikrini təkrar edərkən və ya digər zikrləri deyərkən ehtiyati-vacibə görə bədən hərəkətsiz olmalıdır.[7]
Əgər rükunun vacib zikrini deyərkən namaz qılanın bədəni qeyri-ixtiyari hərəkət etsə və müvazinəti pozulsa, adi vəziyyətə qayıtdıqdan sonra vacib zikri yenidən deməlidir.[8]
Rükunun zikrini deyərkən bədənin hərəkətsizliyinin vacib olduğunu bilən şəxs:
Əgər rüku səviyyəsinə çatmamışdan və bədən hərəkətsiz olmamışdan qabaq rükunun zikrini deməyə başlasa, qəsdən olduğu təqdirdə namaz batildir. Amma səhvən olduğu təqdirdə rüku səviyyəsinə çatdıqdan və bədəni hərəkətsiz olduqdan sonra vacib zikri yenidən deməlidir;
Əgər rükunun vacib zikri qurtarmamışdan qabaq rükudan qalxsa, qəsdən olduğu təqdirdə namaz batildir. Amma səhvən olduğu təqdirdə 2 surət yaranır: 1- Əgər rüku vəziyyətindən xaric olmamışdan qabaq zikri tam demədiyini başa düşsə, bədən hərəkətsiz olduqdan sonra zikri deməlidir; 2- Yox əgər rüku vəziyyətindən xaric olduqdan sonra zikri tam demədiyini başa düşsə, namazı düzgündür.[9]
4. Hər kim xəstəlik və bu kimi səbəblərə görə 3 dəfə “Subhanəllah” deyənə qədər rükuda qala bilmirsə, 1 dəfə “Subhanəllah” deməklə kifayətlənə bilər. Əgər yalnız bir an rükuda qala bilirsə, ehtiyati-vacibə görə rükunun zikrini həmin anda deməyə başlamalı və qalxarkən tamamlamalıdır.[10]
4- Rükudan qalxıb ayaq üstə dayanmaq və bu vəziyyətdə bədənin hərəkətsiz olması:
Namaz qılan şəxs rükunun zikrini tamamladıqdan sonra qalxıb ayaq üstə düz dayanmalı, sonra səcdəyə getməlidir. Əgər bilərəkdən qalxıb ayaq üstə dayanmasa və səcdəyə getsə, namazı batildir.[11]
Rükunu unutmaq:
Rükunu unudan şəxs:
Əgər birinci səcdəni yerinə yetirməmişdən qabaq yadına düşsə, ayağa qalxmalı və sonra rükuya getməlidir. Tam ayağa qalxmamış əyilmiş vəziyyətdə rükuya getsə, kifayət etmir və belə rüku ilə kifayətlənsə, namazı batildir.
Əgər ikinci səcdəni yerinə yetirərkən yadına düşsə, namazı batildir. (Çünki namazın rüknlərindən birini yerinə yetirməmişdir.)
Əgər ikinci səcdəni yerinə yetirməmişdən qabaq yadına düşsə (yəni elə birinci səcdəni yerinə yetirərkən və ya birinci səcdədən qalxıb ikinci səcdəyə getməmişdən qabaq), ayağa qalxmalı və sonra rükuya getməlidir. Daha sonra iki səcdəni yerinə yetirməlidir. Namazını tamamladıqdan sonra ehtiyati-vacibə görə yerinə yetirdiyi artıq səcdə üçün iki səcdeyi-səhv etməlidir.[12]
4) Rükunun müstəhəb əməlləri:
Rükunun müstəhəb əməllərindən bəziləri aşağıdakılardır:
1. Rükuya getməzdən öncə ayaq üstə ikən təkbir (yəni “Allahu Əkbər”) demək;
2. Əgər namaz qılan şəxs kişidirsə, dizlərini geriyə versin və əgər qadındırsa, geriyə verməsin;
3. Başı aşağı salmamaq və bədən istiqamətində düz saxlamaq;
4. Əlin içini dizlərin üstünə qoymaq;
5. İki ayağın ortasına baxmaq;
6. Rükunun zikrindən qabaq və ya sonra salavat demək;
7. Rükudan qalxıb ayaq üstə dayandıqda “Səmi`əllahu limən həmidəh” demək;
8. Əgər namaz qılan şəxs qadındırsa, əllərini dizlərindən yuxarıya qoysun.[13]
Suallar:
1- Rükunun vacibatları hansılardır?
2- Rükuda əlləri dizlərə qoymaq vacibdirmi?
3- Oturan vəziyyətdə namaz qılan şəxs rüku edərkən nə qədər əyilməlidir?
4- Əgər rükunun vacib zikrini deyərkən namaz qılanın bədəni qeyri-ixtiyari hərəkət etsə və müvazinəti pozulsa, nə etməlidir?
5- Rükunu unudan şəxs ikinci səcdəni yerinə yetirməmişdən öncə rüku etmədiyini xatırlasa, nə etməlidir?
6- Rükunun müstəhəb əməllərindən beşini sadalayın.
[1] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 281-ci məsələ.
[2] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 271-ci məsələ.
[3] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 272-ci məsələ.
[4] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 273-cü məsələ.
Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 274-cü məsələ.
[6] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 275-ci məsələ.
[7] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 276-cı məsələ.
[8] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 277-ci məsələ
[9] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 278-279-cu məsələlər.
[10] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 280-ci məsələ.
[11] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 282-ci məsələlər.
[12] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 219, 283 və 284-cü məsələlər.
[13] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 285 və 286-cı məsələlər.
- QIRX ÜÇÜNCÜ DƏRS: GÜNDƏLİK NAMAZLAR (9)
QIRX ÜÇÜNCÜ DƏRS: GÜNDƏLİK NAMAZLAR (9)
Namazın vacib əməlləri (6)6. Səcdə
1) Səcdənin mənası və şəri hökmləri:
Vacib və müstəhəb namazların hər rəkətində rükudan sonra iki səcdə yerinə yetirmək lazımdır. Səcdə, təvazökarlığı bildirmək niyyətilə alnı yerə qoymaq deməkdir.[1]
Diqqət:
• İki səcdə birgə “rükn” sayılır. Yəni namaz qılan şəxs istər bilərəkdən, istərsə də səhvən səcdənin ikisini də yerinə yetirməsə və ya iki əlavə səcdə yerinə yetirsə, namazı batildir.[2]
• Əgər namaz qılan şəxs bilərəkdən bir səcdəni artıq yerinə yetirsə, namazı batildir. Lakin əgər səhv etsə, namaz batil deyildir və bunun özünəxas hökmü vardır ki, bir qədər irəlidə nəzərinizə çatdırılacaq.[3]
2) Səcdənin vacibatları:
Səcdənin vacib əməlləri aşağıdakılardır:
Bədənin yeddi üzvünün yerə qoyulması;
Zikr demək;
Səcdənin zikrini deyərkən bədənin hərəkətsiz olması;
Zikri deyərkən yeddi üzvün yerdə olması;
Birinci səcdədən qalxıb əyləşmək və bədən hərəkətsiz olduqdan sonra ikinci səcdəyə getmək;
Səcdə üzvləri qoyulan məkanların biri digərindən dörd bağlı barmaqdan hündür və ya alçaq olmaması (başqa sözlə desək, namaz qılanın məkanın düz, hamar yer olması);
Alın qoyulan yerin pak olması;
Üzərinə səcdə edilən şeylə alın arasında bir maneənin olmaması;
Alnın “üzərinə səcdə etməyin düzgün sayıldığı şeylər”in üzərinə qoyulması;
Ehtiyati-vacibə görə təşəhhüd deyilməyən rəkətlərdə ikinci səcdədən sonra əyləşmək.
1- Bədənin yeddi üzvünün yerə qoyulması:
1. Səcdə edərkən bədənin yeddi üzvü yerə qoyulmalıdır:
- alın;
- iki əlin içi;
- iki dizlər;
- iki ayağın baş barmağı.
2. Əgər bir şəxs alnını bilərəkdən və ya səhvən yerə qoymasa, digər altı üzvü (yəni əllərin içini, dizləri və ayağın baş barmaqlarını) yerə qoysa belə, səcdə etməmişdir. Amma əgər alnını yerə qoysa və digər üzvlərisəhvən yerə qoymasa, yaxud zikri səhvən deməsə, səcdəsi düzgündür.
Diqqət:
• Səcdə edərkən əlləri xırda dəlikləri olan döşəmə daşlarının üstünə qoymağın maneəsi yoxdur.[4]
• Səcdədə ayağın baş barmağından əlavə digər barmaqları yerə qoymağın maneəsi yoxdur.[5]
2. Əgər namaz qılan şəxs alnını bilərəkdən, yaxud səhvən yerə qoymasa, digər altı üzvünü (iki əlin içini, iki dizləri və iki ayağın baş barmağını) yerə qoysa belə, səcdə etməmişdir. Lakin əgər alnını yerə qoysa və səhvən digər üzvünü yerə qoymasa, yaxud səhvən zikri deməsə, səcdəsi düzgündür.[6]
3. Əyilib alnını yerə qoya bilməyən şəxs üzərinə səcdə etdiyi əşyanı (möhür və bu kimi əşyaları) hündür bir şeyin üstünə qoymalı və bacardığı qədər əyilərək səcdə etməlidir. Belə ki, ətrafdakılar onun səcdə etdiyini təsdiqləsinlər. Eləcə də, əllərin içini, dizləri və ayaq barmaqları da mümkün qədər göstərilən qaydada yerə qoymalıdır. Əgər möhrü qoymaq üçün bir vasitə tapmasa, onu əli ilə hündürə qaldırmalı və alınını möhürə qoymalıdır.[7]
4. Səcdə yerini nə qədər hündürə qaldırsa da əyilib səcdə edə bilməyən şəxs başı ilə səcdəyə işarə etməlidir. Başı ilə də mümkün olmasa, gözləri ilə işarə etməlidir.[8]
Diqqət:
• Əlil arabasından istifadə edən və vəziyyətinə görə 7 səcdə üzvünü yerə qoya bilməyən şəxs əgər möhürü arabanın dəstəyinə, yaxud balış və s. bu kimi vasitələrin üstünə qoyub səcdə edə bilirsə, bu qaydada səcdə etməlidir. Qıldığı namaz da düzgündür. Əgər bu qaydada namaz qılmaq mümkün deyilsə, bacardığı şəkildə, hətta işarə ilə olsa da, səcdə və rükunu yerinə yetirsin.[9]
5. Palçıqlı yerdə namaz qılan şəxs əgər səcdə edərkən bədəninin və paltarının palçığa bulaşması onu çətinliyə salacaqsa, ayaq üstə başı ilə səcdəyə işarə edə bilər və təşəhhüdü də ayaq üstə oxuya bilər.[10]
2- Zikr demək:
Səcdənin vacib zikri bir dəfə “Subhanə rəbbiyyəl ə`la və bihəmdih” və ya üç dəfə “Subhanəllah”dır. Əgər “Subhanəllah” əvəzinə “Əlhəmdu lilləh” və ya “Allahu Əkbər” zikrini üç dəfə desə, kifayət edir.[11]
3- Səcdənin zikrini deyərkən bədənin hərəkətsiz olması:
Səcdənin vacib zikrini deyərkən bədən hərəkətsiz olmalıdır. Hətta müstəhəb zikri deyərkən də, məsələn, “Subhanə rəbbiyəl ə`lə və bihəmdih”i təkrar edərkən ehtiyati-vacibə görə bədən hərəkətsiz olmalıdır.[12]
Səcdənin zikrini deyərkən bədənin hərkətsizliyinin vacib olduğunu bilən şəxs:
Əgər alnını yerə qoymamış və hərəkətsiz vəziyyət almamış zikr deyərsə, bilərəkdən olduğu təqdirdə namaz batildir. Amma səhvən olduğu təqdirdə 2 surət yaranır: 1- Əgər səcdədə ikən səhvini başa düşsə, hərəkətsiz vəziyyət alıb zikri yenidən deməlidir; 2- Yox əgər səcdədən qalxdıqdan sonra səhvini başa düşsə, namazı düzgündür.
Əgər zikri tamamlamamışdan qabaq səcdədən qalxsa, bilərəkdən olduğu təqdirdə namaz batildir. Amma səhvən olduğu təqdirdə namaz düzgündür.[13]
3. Balış və s. bu kimi yumşaq əşyaların üstünə möhür qoyub səcdə etməyin – belə ki, bu halda bədən ilk öncə bir qədər hərəkət edib sonra hərəkətsiz olur – maneəsi yoxdur.[14]
4- Zikri deyərkən yeddi üzvün yerdə olması:
1. Əgər namaz qılan şəxs səcdənin zikrini deyərkən yeddi üzvdən birini qəsdən yerdən qaldırsa, namazı batil olar. Lakin zikr demədiyi anda alından qeyri digər üzvləri yerdən qaldırsa və sonra yenidən qoysa, maneəsi yoxdur.[15]
2. Əgər səcdənin zikri tamamlanmamışdan qabaq namaz qılan şəxs səhvən başını yerdən qaldırarsa, yenidən qoya bilməz və bunu bir səcdə hesab etməlidir. Lakin əgər digər üzvləri səhvən yerdən qaldırarsa, yenidən yerə qoyub zikri tamamlamalıdır.[16]
3. Əgər səcdəyə gedərkən alın səcdə yerinə dəyib qeyri-ixtiyari yerdən ayrılsa, yenidən alnı yerə qoyub zikri demək və bunu bir səcdə hesab etmək lazımdır.[17]
5- Birinci səcdədən qalxıb əyləşmək və bədən hərəkətsiz olduqdan sonra ikinci səcdəyə getmək:
Namaz qılan şəxs birinci səcdənin zikrini deyib qurtardıqdan sonra qalxıb əyləşməli, bədən hərəkətsiz olduqdan sonra ikinci səcdəyə getməlidir.[18]
6- Səcdə üzvləri qoyulan məkanların biri digərindən dörd bağlı barmaqdan hündür və ya alçaq olmaması:
Səcdədə alın qoyulan məkan dizlərin və ayağın baş barmaqlarının qoyulduğu məkandan dörd bağlı barmaqdan hündür və ya alçaqda olmamalıdır.[19]
7- Alın qoyulan yerin pak olması:
Möhür, ümumiyyətlə üzərinə səcdə edilən hər bir şey pak olmalıdır. Lakin möhürü napak xalçanın üstünə qoyub səcdə etməyin, yaxud bir tərəfi napak olan möhürün pak tərəfinə alın qoyub səcdə etməyin maneəsi yoxdur.[20]
8- Üzərinə səcdə edilən şeylə alın arasında bir maneənin olmaması:
Üzərinə səcdə edilən şeylə alın arasında heç bir maneə olmamalıdır. Beləliklə, əgər saç, papaq və ya möhürün üstünü tutan çirk qatı – belə ki, alnın möhürə dəyməsinə həqiqətən maneə yaradır – alınla möhür arasında maneə yaradarsa, səcdə və namaz batildir.[21]
Diqqət:
• Əgər namaz qılan şəxs səcdə əsnasında yaylıq, papaq və s. bu kimi əşyaların maneəçiliyi nəticəsində alnının möhürə dəymədiyini başa düşsə, başını qaldırmadan alnını hərəkət etdirməli və möhürə qoymalıdır. Əgər şəri hökmü bilmədən və ya unudaraq alnını yerdən qaldırarsa və bu əməl bir rəkətin iki səcdəsindən yalnız birində baş verərsə, namazı düzgündür və yenidən qılmaq lazım deyil. Əks təqdirdə, namaz batildir və yenidən qılınmalıdır.[22]
9- Alnın “üzərinə səcdə etməyin düzgün sayıldığı şeylər”in üzərinə qoyulması:
Alnı “üzərinə səcdə etməyin düzgün sayıldığı şeylər”in üzərinə qoymaq lazımdır.[23]
10- Ehtiyati-vacibə görə təşəhhüd deyilməyən rəkətlərdə ikinci səcdədən sonra əyləşmək:
Dörd rəkətli namazların birinci və üçüncü rəkətlərində ehtiyati-vacibə görə ikinci səcdədən sonra əyləşmək, sonra ayağa qalxmaq lazımdır.[24]
Suallar:
1- Namazda bir səcdəni artırıb-azaltmağın hökmü nədir?
2- Səcdə edərkən ayağın baş barmağından əlavə digər barmaqları yerə qoymaq olarmı?
3- Alnını yerə qoya bilməyən şəxs nə etməlidir?
4- Balış və s. bu kimi yumşaq əşyaların üstünə möhür qoyub səcdə etmək olarmı?
5- Üzəri çirk bağlamış möhürün üzərinə səcdə etmək olarmı?
6- Təşəhhüd deyilməyən rəkətlərdə ikinci səcdədən sonra əyləşmək vacibdirmi?
[1] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 287-ci məsələ.
[2] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 289-cu məsələ.
[3] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 290 və 291-ci məsələlər.
[4] Əcvəbətul-istiftaat, 490-cı sual.
[5] Əcvəbətul-istiftaat, 496-cı sual.
[6] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 292-ci məsələ.
[7] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 305-ci məsələ.
[8] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 306-cı məsələ.
[9] Əcvəbətul-istiftaat, 494-cü sual.
[10] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 309-cu məsələ.
[11] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 293-cü məsələ.
[12] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 294-cü məsələ.
[13] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 295, 296 və 297-ci məsələlər.
[14] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 308-ci məsələ.
[15] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 298-ci məsələ.
[16] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 299-cu məsələ.
[17] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 301-ci məsələ.
[18] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 300-cü məsələ.
[19] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 209 və 302-ci məsələlər.
[20] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 207 və 303-cü məsələlər.
[21] Əcvəbətul-istiftaat, 491-ci sual; Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 304-cü məsələ.
[22] Əcvəbətul-istiftaat, 492 və 493-cü suallar.
[23] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 305-ci məsələ.
[24] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 310-cu məsələ.
- QIRX DÖRDÜNCÜ DƏRS: GÜNDƏLİK NAMAZLAR (10)
QIRX DÖRDÜNCÜ DƏRS: GÜNDƏLİK NAMAZLAR (10)
Namazın vacib əməlləri (7)3) Üzərinə səcdə etməyin düzgün sayıldığı şeylər:
Yerin və yerdən bitən şeylərin üzərinə səcdə etmək düzgündür, amma aşağıdakı 3 şərtlə:
Yeyilən olmasın;
Geyinilən olmasın;
Mədəndən çıxarılan olmasın.
1. Yerin və ya yerdən bitib yeyilməyən bitkilərin üzərinə səcdə etmək olar, məsələn, daş, torpaq, taxta, ağacların yarpaqları və s. Yerdən bitsə də pambıq və buğda kimi geyinilən və yeyilən şeylərin üzərinə səcdə etmək düzgün deyildir. Həmçinin yerin tərkibindən olmadığı üçün metal və şüşə kimi faydalı qazıntıların üzərinə səcdə etmək düzgün deyildir.[1]
2. Binaların tikintisində və ya bəzədilməsində istifadə edilən mərmər və s. daşların üzərinə səcdə etmək düzgündür. Həmçinin əqiq, firuzə, dürr və s. bu kimi qiymətli daşların üzərinə səcdə etmək düzgündür, baxmayaraq ki, onların üzərinə səcdə etməmək ehtiyati-müstəhəbdir.[2]
3. Ot, yonca və s. yerdən çıxan və təkcə heyvanların yediyi bitkilərin üzərinə səcdə etmək düzgündür.[3]
4. Ehtiyati-vacibə görə çayın yaşıl yarpağına səcdə etmək düzgün deyildir. Lakin yeyilmədiyi üçün qəhvə ağacının yarpağı üzərinə səcdə etmək düzgündür.[4]
5. Yeyilməyən güllərin və müalicəvi bitkilərin – belə ki, bu bitkilər yalnız müalicə işlərində istifadə olunur – üzərinə səcdə etmək düzgündür. Lakin müalicədən qeyri bir sıra faydalarına görə yeyilən bitkilərn üzərinə səcdə etmək düzgün deyildir.[5]
6. Bir məntəqədə yeyilən, lakin digər bir məntəqədə yeyilməyən bitkilər “yeyilən bitkilər” sayılır və onların üzərinə səcdə etmək düzgün deyildir.[6]
7. Kərpic, saxsı, tabaşir, əhəng və sementin üzərinə səcdə etmək düzgündür.[7]
8. Ağacdan və bitkilərdən – pambıq və kətandan qeyri - hazırlanan kağızın üzərinə səcdə etmək düzgündür.[8]
9. Əgər namaz qılan şəxs üzərinə səcdə etməyin düzgün sayıldığı şeylərdən heç birini əldə edə bilməsə, yaxud əldə edə bilsə də havanın həddən artıq isti və ya soyuq olduğuna görə onların üzərinə səcdə edə bilməsə, pambıq və ya kətan parçadan olan paltarının, ümumiyyətlə pambıq və ya kətan parçadan olan bir əşyanın üzərinə səcdə etməlidir. Ehtiyati-vacibə görə əgər paltarı pambıq və ya kətan parçadandırsa və onun üzərinə səcdə etmək mümkündürsə, bu parçalardan olan digər əşyalara səcdə etməsin.
Əgər pambıq və kətan parçadan olan heç bir şeyi əldə edə bilməsə, ehtiyati-vacibə görə əlinin üstünə səcdə etsin.[9]
10. Əgər namaz qılan şəxs namaz əsnasında üzərinə səcdə etdiyi əşyanı itirsə və namazda ikən yaxınlığında üzərinə səcdən etməyin düzgün sayıldığı heç bir şeyi əldə edə bilməsə, bu təqdirdə əgər namaz vaxtı genişdirsə, namazı kəsməlidir. Lakin əgər namaz vaxtı dardırsa, əvvəlki məsələdə deyilən ardıcıllığa riayət etməlidir.[10]
11. Əgər insan təqiyyə etmək məcburiyyətindədirsə, xalça və s. bu kimi əşyaların üzərinə səcdə edə bilər və namaz üçün xəlvət bir məkan axtarmağa ehtiyac yoxdur. Lakin əgər həmin məkanda zəhmətə düşmədən həsir, daş və bu kimi əşyaların üzərinə səcdə etmək imkanı varsa, ehtiyati-vacibə görə bu əşyaların üzərinə səcdə etməlidir.[11]
12. Əgər birinci səcdəni yerinə yetirərkən möhür alına yapışsa, ikinci səcdəyə gedərkən möhürü alından qoparıb yerə qoymaq lazımdır. Əgər namaz qılan şəxs belə etməsə və ikinci səcdəni möhür alnına yapışmış halda yerinə yetirsə, maneəsi vardır.[12]
Diqqət:
• Torpağın və yerin üzərinə səcdə etmək daha yaxşıdır. Bu, Allah-Təala qarşısında xüzu və xüşunun ən yüksək dərəcəsidir. Seyyidüş-şühəda İmam Hüseynin (ə) türbətinin üzərinə səcdə etmək isə daha fəzilətlidir.[13]
4) Səcdənin müstəhəb əməlləri:
Səcdənin müstəhəb əməllərindən bəziləri aşağıdakılardır:
1. Səcdədən əvvəl və sonra bədən hərəkətsiz vəziyyətdə olarkən “Təkbir” demək;
2. İki səcdə arasında bədən hərəkətsiz vəziyyətdə olarkən “Əstəğfirullahə rəbbi və ətubu iləyh” demək;
3. Səcdəni uzadıb zikrlər demək, dünya və axirət hacətlərini istəmək və salavat demək;
4. Səcdədən qalxıb sol bud üstündə əyləşmək və sağ ayağın üstünü sol ayağın altına qoymaq müstəhəbdir.[14]
Diqqət:
• Səcdədə Quran oxumaq məkruhdur (yəni savabı azdır).[15]
Səcdəyə aid iki şəri məsələ:
▪ Allahdan qeyrisinə səcdə etmək haramdır. Məsum İmamların (ə) hərəmlərinin qapısı ağzında səcdə etmək Allaha şükr səcdəsi etmək niyyətilə olsa, maneəsi yoxdur. Əks təqdirdə, haramdır.[16]
▪ Bu dörd surənin – Səcdə, Fussilət, Nəcm və Ələq surələrinin hər birində bir səcdə ayəsi vardır. Bu ayələri oxuduqda və ya eşitdikdə, ayə tamamlanan kimi dərhal səcdə etmək lazımdır. Əgər mükəlləf səcdə etməyi unutsa, yadına düşən kimi səcdə etməlidir.[17]
Diqqət:
• Səcdə ayələri aşağıdakılardır:
1. Səcdə surəsi, 15-ci ayə;
2. Fussilət surəsi, 37-ci ayə;
3. Nəcm surəsi, 62-ci ayə;
4. Ələq surəsi, 19-cu ayə.[18]
• Səcdə ayəsini radiodan, televiziyadan, maqnitafondan və s. bu kimi vasitələrdən eşitdikdə də səcdə etmək vacibdir.[19]
• Quran ayəsinin vacib səcdəsini yerinə yetirərkən alnı yerə qoymaq kifayətdir və səcdədə zikr demək lazım deyil. Lakin müəyyən zikrləri, xüsusilə də aşağıdakı zikri demək müstəhəbdir:
“La ilahə illəllahu həqqən həqqa. La ilahə illəllahu imanən və təsdiqa. La iləhə illəllahu ubudiyyətən və riqqa. Səcədtu ləkə ya rəbbi tə`əbbudən və riqqa. La mustənkifən və la mustəkbira, bəl ənə əbdun zəlilun zəifun xaifun mustəcir”.[20]
Suallar:
1- Hansı şeylərin üzərinə səcdə etmək düzgündür və hansı şərtləri vardır?
2- Kağızın üzərinə səcdə etmək olarmı?
3- Əgər namaz qılan şəxs namaz əsnasında üzərinə səcdə etdiyi əşyanı itirsə və namazda ikən yaxınlığında “üzərinə səcdə etməyin düzgün sayıldığı” heç bir şeyi əldə edə bilməsə, nə etməlidir?
4- Hansı torpağın üzərinə səcdə etmək daha fəzilətlidir?
5- Məsum İmamların (ə) hərəmlərinin qapısı ağzında səcdə etməyin hökmü nədir?
6- Səcdə ayəsini radiodan, televiziyadan, maqnitafondan və s. bu kimi vasitələrdən eşitdikdə də səcdə etmək vacibdirmi?
[1] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 311-ci məsələ.
[2] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 312-ci məsələ.
[3] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 313-cü məsələ.
[4] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 314-cü məsələ.
[5] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 315-ci məsələ.
[6] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 316-cı məsələ.
[7] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 317-ci məsələ.
[8] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 318-ci məsələ.
[9] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 320-ci məsələ.
[10] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 322-ci məsələ.
[11] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 307-ci məsələ.
[12] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 321-ci məsələ.
[13] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 319-cu məsələ.
[14] Əcvəbətul-istiftaat, 498-499-cu suallar; Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 324-cü məsələ.
[15] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 324-cü məsələ.
[16] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 323-cü məsələ.
[17] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 325-ci məsələ.
[18] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 89-cu məsələ.
[19] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 327-ci məsələ.
[20] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 328-ci məsələ.
- QIRX BEŞİNCİ DƏRS: GÜNDƏLİK NAMAZLAR (11)
QIRX BEŞİNCİ DƏRS: GÜNDƏLİK NAMAZLAR (11)
Namazın vacib əməlləri (8)7. Zikr
1) Zikrin mənası:
İzzətli və Cəlalətli Allahın yad edilməsini ehtiva edən hər bir ifadə “zikr” hesab olunur (məsələn Əllahu əkbər, Əl-Həmdu lilləh, Subhanəllah və s.). Həzrət Peyğəmbərə (s) və onun Əhli-beytinə (s) salavat ən yaxşı zikrlərdəndir. Amma rüku və səcdənin vacib zikri rükuda bir dəfə “Subhanə rabbiyəl azimi və bi-həmdih” və səcdədə bir dəfə “Subhanə rabbiyəl ə`la və bi-həmdih” zikrini demək, yaxud da üç dəfə “Subhanəllah” zikrini deməkdən ibarətdir. Əgər “Subhanəllah”ın yerinə başqa zikrlər, məsələn, “Əl-həmdu lilləh”, “Əllahu əkbər” və s. zikrlər eyni sayda deyilərsə, kifayət edir.
2) Zikrin vacibatı:
1. Namazın zikrlərini tələffüz etmək lazımdır. Bu o deməkdir ki, əgər namaz qılanın qulağı ağır eşitmirsə və ətrafda səs-küy yoxdursa, dediyini özü eşitməlidir.[1]
2. Namazın vacib zikrləri ərəbcə düzgün qiraət edilməlidir. Əgər namaz qılan şəxs ərəb sözlərinin düzgün tələffüzünü bilmirsə, öyrənməsi vacibdir. Əgər öyrənməyə qadir deyilsə, üzürlü hesab olunur.[2]
3. Namazın bütün vacib və müstəhəb zikrlərini deyərkən bədən hərəkətsiz olmalıdır. Əgər namaz qılan şəxs bir qədər irəliyə və ya geriyə, yaxud sağa və ya sola hərəkət etmək istəsə, hərəkət etdiyi zaman dediyi zikri kəsməlidir. Bəli, hərəkət edə-edə “mütləq zikr” niyyəti ilə – burada namazın zikrini niyyət etmir, sadəcə zikr deməyi niyyət edir – zikr deməyin maneəsi yoxdur.[3]
Zikrə aid bir neçə şəri məsələ:
▪ Əgər namaz qılan şəxs səhvən rükuda səcdənin zikrini desə, maneəsi yoxdur. Lakin bilərəkdən zikrlərin yerini dəyişmək caiz deyil. Əlbəttə, “mütləq zikr” demək niyyəti istisnadır.[4]
▪ Əgər namaz qılan şəxs rüku və ya səcdəni yerinə yetirdikdən sonra başa düşsə ki, onların zikrini səhv demişdir, ona heç nə vacib olmur.[5]
▪ Səcdə və rükunun vacib zikrini dedikdən sonra həmin zikri təkrar etməyin savabı vardır və yaxşı olar ki, tək sayda deyilsin (məsələn, 3, 5 və 7 dəfə). Səcdədə bundan əlavə salavat demək, dünya və axirət hacətləri üçün dua etmək müstəhəbdir.[6]
▪ Rükuya getməmişdən qabaq və hər səcdədən əvvəl və sonra “təkbir” demək müstəhəbdir. Bu təkbir rükuya və ya səcdəyə əyilərkən, yaxud qalxarkən (yəni hərəkət edərkən) deyilməməlidir. Lakin “mütləq zikr” niyyəti ilə namazın hər bir halında, o cümlədən rüku və səcdəyə əyilərkən və ya qalxarkən, hər bir zikri, eləcə də təkbir demək olar.[7]
▪ “Bihəvlilləhi və quvvətihi əqumu və əq`udu” (Allahın hövl və qüvvəsi ilə oturub qalxıram) zikrini sonrakı rəkətə ayağa qalxarkən demək müstəhəbdir.[8]
8. Təşəhhüd
1) Təşəhhüdün mənası və şəri hökmü:
Namaz qılan şəxs bütün namazların ikinci rəkətində, həmçinin məğrib namazının üçüncü, zöhr, əsr və işa namazlarının dördüncü rəkətində ikinci səcdədən sonra əyləşməli və bədəni hərəkətsiz halda “təşəhhüd” adlı zikri deməlidir. Bu əməl, təşəhhüd adlanır.
2) Təşəhhüdün sözləri:
Təşəhhüdün vacib zikri belədir:
“Əşhədu əlla ilahə illəllahu vəhdəhu la şərikə ləhu, və əşhədu ənnə Məhəmmədən əbduhu və rəsuluhu. Allahummə səlli əla Muhəmmədin və Ali-Muhəmməd”.[9]
Diqqət:
• Təşəhhüdün vacib zikrindən əvvəl “Əlhəmdu lillah” və ya “Bismillahi və billahi vəl-həmdu lillahi və xəyrul-əsmai lillahi” sözlərini demək müstəhəbdir. Həmçinin təşəhhüdün salavatından sonra “və təqəbbəl şəfaətəhu vərfə dərəcətəhu” zikrini demək müstəhəbdir.[10]
• Təşəhhüdün salavatını deyərkən “Allahummə səlli əla Muhəmmədin”ə çatdıqda vəqf edib “Muhəmməd” demək, sonra salavatın ardını “və Ali-Muhəmməd”i qiraət etmək cümlənin bütövlüyünə xələl gətirmədiyi təqdirdə düzgündür.[11]
3) Təşəhhüdü unudan şəxsin vəzifəsi:
1. Əgər namaz qılan şəxs üçüncü rəkətə ayağa qalxsa və rükuya getməmişdən öncə təşəhhüdü oxumadığı yadına düşsə, əyləşməli və təşəhhüdü oxuyub sonra ayağa qalxaraq namazı davam etdirməlidir. Namazı qılıb qurtardıqdan sonra bir dəfə artıq ayağa qalxdığı üçün ehtiyati-müstəhəbə görə iki səcdeyi-səhv yerinə yetirməlidir.
2. Əgər üçüncü rəkətin rükusuna getdikdən və ya daha sonra təşəhhüdü oxumadığı yadına düşsə, namazı tamamlamalı və salamlardan sonra unudulmuş təşəhhüdün yerinə iki səcdeyi-səhv yerinə yetirməlidir. Ehtiyati-müstəhəbə görə səcdeyi-səhvdən əvvəl təşəhhüdün qəzasını yerinə yetirməlidir.[12]
9. Salam
1) Salamın mənası və şəri hökmü:
Namazın sonuncu vacib əməli “salam”dır və salamı deməklə namaz sona yetir. Namazın vacib salamı “Əssələmu ələykum” (yaxşı olar ki, “və rəhmətullahi və bərəkatuhu” cümləsi də buna artırılsın) və ya “Əssələmu ələyna və əla ibadillahis-salihin”dir.[13]
Diqqət:
• Bu iki salamdan qabaq “Əssələmu ələykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuhu” demək müstəhəbdir.[14]
2) Namazın salamını unudan şəxsin vəzifəsi:
Əgər namaz qılan şəxs namazın surətini pozan bir işi – məsələn, üzü qiblədən döndərmək – səhvən və ya qəsdən yerinə yetirməmişdən öncə salamı demədiyi yadına düşsə, namazın salamını deməlidir və namazı düzgündür.[15]
Suallar:
1- Zikrin mənası nədir? Həzərt Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) salavat demək zikr hesab olunurmu?
2- Bilərəkdən rüku və səcdənin zikrinin yerini dəyişmək olarmı?
3- Rüku və səcdənin vacib zikrini dedikdən sonra hansı zikri demək daha yaxşıdır?
4- “Bihəvlillahi və quvvətihi əqumu və əqu`du” zikrini ayağa qalxarkən demək olarmı?
5- Təşəhhüdün salavatını oxuyarkən “Allahummə səlli əla Muhəmmədin”ə çatdıqda vəqf edib “Muhəmməd” demək, sonra salavatın ardını “və ali Məhəmməd”i qiraət etmək hansı halda düzgündür?
6- Namazın salamını unudan şəxs nə etməlidir?
[1] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 226-cı məsələ.
[2] Əcvəbətul-istiftaat, 467-ci sual.
[3] Əcvəbətul-istiftaat, 343-cü sual; Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 232 və 233-cü məsələlər.
[4] Əcvəbətul-istiftaat, 480 və 481-ci suallar.
[5] Əcvəbətul-istiftaat, 482-ci sual.
[6] Əcvəbətul-istiftaat, 499-cu sual.
[7] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 233-cü məsələ.
[8] Əcvəbətul-istiftaat, 486-cı sual.
[9] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 330-cu məsələ.
[10] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 330-cu məsələ.
[11] Əcvəbətul-istiftaat, 464-cü sual.
[12] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 331 və 332-ci məsələlər.
[13] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 333-cü məsələ.
[14] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 333-cü məsələ.
[15] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 334-cü məsələ.
- QIRX ALTINCI DƏRS: GÜNDƏLİK NAMAZLAR (12)
QIRX ALTINCI DƏRS: GÜNDƏLİK NAMAZLAR (12)
Namazın vacib əməlləri (9)10. Tərtib
1) Tərtib və onun şəri hökmü:
Namaz, göstərilən ardıcıllıqla qılınmalıdır və namazın hər bir əməli öz yerində yerinə yetirilməlidir. Hər kim bu ardıcıllığı qəsdən pozsa, məsələn, Surəni Həmddən qabaq oxusa və ya səcdələri rükudan qabaq yerinə yetirsə, namazı batildir.[1]
2) Tərtibin səhvən pozulması:
Tərtibin səhvən pozulmasının aşağıdakı surətləri vardır:
Namazın bir rüknünü digər rüknündən qabağa salmaq, məsələn, iki səcdəni unudub yerinə yetirməmək və sonrakı rəkətin rükusuna getdikdən sonra iki səcdəni yerinə yetirmədiyini xatırlamaq → namaz batildir.
Namazın qeyri-rüknünü rükndən qabağa salmaq, məsələn, səcdələri unudub yerinə yetirməmək və təşəhhüdü oxuyarkən iki səcdəni yerinə yetirmədiyini xatırlamaq → unutduğu rüknü yerinə yetirməli və səhvən əvvəl oxuduğunu yenidən oxumalıdır.
Namazın rüknünü qeyri-rükndən qabağa salmaq, məsələn, Həmdi unudaraq oxumamaq və rükuya getdikdən sonra rükuda Həmdi oxumadığını xatırlamaq → namazı düzgündür.
Namazın qeyri-rüknünü digər bir qeyri-rüknündən qabağa salmaq, məsələn, Həmdi unudub Surəni oxumağa başlamaq → Bu təqdirdə əgər rükuya getməmişdən öncə Həmdi oxumadığı yadına düşsə, unutduğu qeyri-rüknü yerinə yeirməli və səhvən əvvəl oxuduğunu yenidən oxumalıdır.[2]
11. Muvalat
Namaz qılan şəxs namazın əməllərini, məsələn, rükunu, səcdələri, təşəhhüdü və sairəni (göstərilən tərtiblə) “fasiləsiz” yerinə yetirəməlidir. Deməli, əgər namazın əməlləri arasında elə bir həddə fasilə olsa ki, ətrafdakıların nəzərində namaz halından çıxmaq hesab olunur, namaz batildir.[3]
Diqqət:
• Əgər namaz qılan şəxs namazın sözləri və ya sözlərin hərfləri arasında səhvən bir söz işlətsə, lakin bu səhv namazın surətini pozmasa, bu təqdirdə əgər namazın sonrakı rüknünə başladıqdan sonra səhvini başa düşsə, namaz düzgündür, sözləri və cümlələri təkrarlamaq da lazım deyildir. Lakin əgər sonrakı rüknə başlamamışdan qabaq səhvini başa düşsə, yenidən həmin sözləri səhvə yol vermədən təkrar etməlidir.[4]
8. Qunut
1) Qunutun mənası və şəri hökmü:
Bütün müstəhəb və vacib namazların ikinci rəkətində Həmd və Surənin qiraətindən sonra və rükudan əvvəl əlləri qaldırıb dua etmək müstəhəbdir. Bu əməl “qunut” adlanır.[5]
Diqqət:
• Cümə namazında qunut, birinci rəkətdə rükudan qabaq və ikinci rəkətdə rükudan sonra yerinə yetirilir.[6]
• Fitr və Qurban bayramlarının namazında birinci rəkətdə beş qunut, ikinci rəkətdə dörd qunut yerinə yetirilir.[7]
2) Qunutun zikrləri:
Qunutda istənilən zikrlər, dualar və Quran ayələri oxuna bilər. Hətta bir salavat və ya “Bismillah”, “Bismillahir-rəhmanir-rəhim”, “Subhanəllah” deməklə də kifayətlənmək olar. Lakin Quranda gələn duaları oxumaq tövsiyə olunur. Məsələn, “Rəbbəna atina fid-dunya həsənətən və fil-axirəti həsənətən, və qina əzabənnar” ayəsini oxumaq.
Yaxud Məsum İmamlardan (ə) nəql olunan duaları oxumaq daha yaxşıdır. Məsələn, bu zikri: “La ilahə illəllahul-həlimul-kərim. La ilahə illəllahul-əliyyul-əzim. Subhanəllahi rəbbis-səmavatis-səb`i və rəbbil-ərəzinəs-səb`i, və ma fihinnə və ma bəynəhunnə. Və rəbbil-ərşil-əzim. Vəl-həmdu lillahi rəbbil-aləmin”.[8]
9. Təqibat[9]
Namazın təqibatını ərəbcə oxumaq şərt deyildir. Lakin Məsum İmamlardan (ə) nəql olunan duaları və zikrləri oxumaq tövsiyə olunur. O cümlədən “Xanım Zəhranın təsbihi” adlı zikrləri deməyin çox böyük savabı vardır. Bu zikrlər belədir: 34 dəfə “Allahu Əkbər”, 33 dəfə “Əlhəmdu lillah” və 33 dəfə “Subhanəllah”.[10]
Diqqət:
• Dua kitablarında Məsum İmamlardan (ə) ali məzmunu olan çox dəyərli dualar mövcuddur.[11]
• Namazdan sonra şükür səcdəsi etmək müstəhəbdir. Yəni bütün nemətlərə görə, həmçinin namazı bizə nəsib etdiyinə görə Allaha şükür etmək niyyəti ilə alnı yerə qoymaq müstəhəbdir. Yaxşı olar ki, bu səcdədə üç dəfə “şukrən lillah” deyilsin.[12]
Suallar:
1- Əgər namaz qılan şəxs səhvən namazın bir rüknünü digər rüknündən qabağa salsa, namazın hökmü nədir?
2- Tərtiblə muvalatın fərqi nədir?
3- Əgər namazda muvalata riayət olunmasa, namazın hökmü nədir?
4- Fitr və Qurban bayramları namazının neçə qunutu var?
5- Qunutda bir salavat deməklə kifayətlənmək olarmı?
6- Namazın təqibatında hansı dua və zikrləri oxumaq yaxşıdır?
[1] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 335-ci məsələ.
[2] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 336, 337, 338 və 339-cu məsələlər.
[3] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 340-cı məsələ.
[4] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 341-ci məsələ.
[5] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 342-ci məsələ.
[6] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 342-ci məsələ.
[7] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 342-ci məsələ.
[8] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 343-cü məsələ.
[9] Namazdan sonra oxunan dualar və zikrlər.
[10] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 345-ci məsələ.
[11] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 345-ci məsələ.
[12] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 346-cı məsələ.
- QIRX YEDDİNCİ DƏRS: GÜNDƏLİK NAMAZLAR (13)
QIRX YEDDİNCİ DƏRS: GÜNDƏLİK NAMAZLAR (13)
Namazın tərcüməsi10. Namazın tərcüməsi:
Yaxşı olar ki, namaz qılan şəxs namazın sözlərini və zikrlərini deyərkən onların mənalarına diqqət yetirsin. Xüşu və hüzuri-qəlblə namaz qılıb ruhunu paklaşdırsın və bu yolla mehriban Allaha daha da yaxınlaşsın.
1) Həmd surəsinin tərcüməsi:
1. Rəhman və rəhim Allahın adı ilə.
2. Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur.
3. (O Allah ki, bu dünyada hamıya) rəhman, (axirətdə isə ancaq möminlərə) rəhmlidir.
4. (O Allah ki,) haqq-hesab (Qiyamət) gününün sahibidir.
5. Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik.
6. Bizi düz yola hidayət et.
7. Nemət verdiyin kəslərin yoluna; o kəslər ki, qəzəbinə gəlməyiblər və azğınlığa düçar olmayıblar.[1]
2) Tövhid surəsinin tərcüməsi:
1. (Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan mələklərə) de ki: “(Mənim Rəbbim olan) O Allah birdir (Heç bir şəriki yoxdur);
2. Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəli və əbədidir!)
3. O, nə doğmuş, nə də doğulmuşdur! (Allah özünə heç bir övlad götürməmişdir!)
4. Onun heç bir tayı-bərabəri, bənzəri də yoxdur!”[2]
3) Rüku və səcdənin, həmçinin bir sıra müstəhəb zikrlərin tərcüməsi:
1. “Subhanəllah”, yəni “Allah pak və münəzzəhdir”.
2. “Subhanə rəbbiyəl əzimi və bihəmdihi”, yəni “Əzəmətli Allahım pak və münəzzəhdir və mən Ona həmd-səna edirəm”.
3. “Subhanə rəbbiyəl ə`la və bihəmdihi”, yəni “Uca Allahım pak və münəzzəhdir və mən Ona həmd-səna edirəm”.
4. “Səmiəllahu limən həmidəh”, yəni “Allahın lütfü Onu sitayiş edən şəxsə şamil olsun!”
5. “Əstəğfirullahə rəbbi və ətubu iləyhi”, yəni “Rəbbim olan Allahdan bağışlanma diləyirəm və Ona doğru qayıdıram, tövbə edirəm”.
6. “Bihəvlillahi və quvvətihi əqumu və əq`udu”, yəni “Allahın hövl-qüvvəsi ilə ayağa qalxır və əyləşirəm”.
4) Qunutun zikrlərinin tərcüməsi:
1. “Rəbbəna atina fid-dunya həsənətən və fil axirəti həsənətən, və qina əzabənnər”, yəni “Ey Rəbbimiz, bizə dünyada və axirətdə xeyir əta et və bizi atəşin əzabından qoru!”
2. “La ilahə illəllahul həlimul-kərim”, yəni “Həlim (səbirli) və Kərim (bəxş edən) Allahdan başqa məbud yoxdur”.
“La ilahə illəllahul əliyyul-əzim”, yəni “Uca və əzəmətli Allahdan başqa məbud yoxdur”.
“Subhanəllahi rəbbis-səmavatis-səb`i və rəbbil-ərəzinəs-səb`i”, yəni “Yeddi asimanın və yeddi yerin Rəbbi pak və münəzzəhdir”.
“Və ma fihinnə və ma bəynəhunnə”, yəni “Onlarda (yerlərdə və göylərdə) olan və onlar arasında olan hər şeyin Rəbbidir”.
“Və rəbbil-ərşil-əzim”, yəni, “O, əzəmətli ərşin Rəbbidir”.
“Vəl-həmdu lillahi rəbbil-aləmin”, yəni “Həmd, aləmlərin rəbbi olan Allaha məxsusdur”.[3]
5) Təsbihati-ərbə`ənin tərcüməsi:
- Subhanəllah: Allah pak və münəzzəhdir;
- Vəl-həmdu lillah: Həmd və səna Allaha məxsusdur;
- Və la ilahə illəllah: Allahdan başqa məbud yoxdur;
- Vallahu Əkbər: Allah böyükdür.
6) Təşəhhüd və salamın tərcüməsi:
Təşəhhüdün tərcüməsi:
- Əlhəmdu lillah: Həmd və səna Allaha məxsusdur;
- Əşhədu əlla ilahə illəllah: Şəhadət verirəm ki, Allahdan başqa məbud yoxdur;
- Vəhdəhu la şərikə ləhu: Yeganədir və şəriki yoxdur;
- Və əşhədu ənnə Məhəmmədən əbduhu və rəsuluhu: Və şəhadət verirəm ki, Məhəmməd Onun qulu və elçisidir.
- Allahummə səlli əla Muhəmmədin və Ali-Muhəmməd: İlahi, Muhəmməd və Ali-Muhəmmədə salam göndər.
- Və təqəbbəl şəfaətəhu vərfə dərəcatəhu: Onun (Məhəmmədin (s)) şəfaətini qəbul et və məqamını ucalt!
Salamların tərcüməsi:
- Əssəlamu ələykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuhu: Ey peyğəmbər, salam olsun sənə! Allahın rəhməti və bərəkəti olsun sənə!
- Əssələmu ələyna və əla ibadillahis-salihin: Bizə və Allahın saleh bəndələrinə salam olsun!
- Əssələmu ələykum və rəhmətullahi və bərəkətuhu: Salam olsun sizə (möminlərə, mələklərə)! Və Allahın rəhməti və bərəkəti olsun sizə![4]
Suallar:
1- Həmd surəsinin tərcüməsini deyin.
2- Tövhid surəsinin tərcüməsini deyin.
3- “Səmiəllahu limən həmidəhu” zikrinin mənası nədir?
4- “Bihəvlillahi və quvvətihi əqumu və əq`udu” zikrinin mənası nədir?
5- “Və təqəbbəl şəfaətəhu vərfə dərəcatəhu”nun mənası nədir?
6- Namazın salamlarının tərcüməsini deyin.
- QİRX SƏKKİZİNCİ DƏRS: GÜNDƏLİK NAMAZLAR (14)
QİRX SƏKKİZİNCİ DƏRS: GÜNDƏLİK NAMAZLAR (14)
Namazı batil edən işlər11. Namazı batil edən işlər
Namazı batil edən işlər aşağıdakılardır:
1- Namazda riayət edilməsi vacib olan şərtlərə riayət etməmək, məsələn, məkan və geyimin şərtlərinə;
2- Dəstəmazın pozulması;
3- Arxası qibləyə namaz qılmaq və ya qiblədən dönmək;
4- Danışmaq;
5- Əli bağlı namaz qılmaq (əhli-sünnə kimi);
6- Həmdi oxuduqdan sonra “Amin” demək;
7- Gülmək;
8- Ağlamaq;
9- Namazın surətini pozmaq, məsələn, əl çalmaq, atılıb düşmək;
10- Yemək və içmək;
11- Namazı batil edən şəklər, məsələn, iki rəkətli və üç rəkətli namazlarda rəkətlərin sayında şəkk etmək;
12- Namazın rüknünü artırıb azaltmaq, məsələn, rükunu artırıb-azaltmaq.
Diqqət:
• Fiqh termini ilə namazı batil edən işlər “mubtilat-e namaz” adlanır.
1- Namazda riayət edilməsi vacib olan şərtlərə riayət etməmək:
Əgər namaz qılan şəxs namazda riayət edilməsi vacib olan şərtlərdən birinə riayət etməsə, məsələn, namaz əsnasında məkanının qəsbi olduğunu başa düşsə, namazı batildir.[1]
2- Dəstəmazın pozulması:
Əgər namaz əsnasında dəstəmaz və ya qüslü pozan işlərdən biri baş versə, məsələn, namaz qılan yuxuya getsə və ya ondan bövl xaric olsa, namaz batildir.[2]
3- Arxası qibləyə namaz qılmaq və ya qiblədən dönmək:
Əgər namaz qılan şəxs bilərəkdən üzünü və bədənini, yaxud onlardan birini qiblədən döndərsə – belə ki, sağ və ya sol tərəfini asanlıqla görə bilsə – namazı batildir. Əgər bu işi səhvən belə etsə, ehtiyati-vacibə görə namazı batildir. Lakin üzü bir qədər sağa və sola döndərmək namazı batil etmir.[3]
4- Danışmaq:
Əgər namaz qılan şəxs namaz əsnasında bilərəkdən danışsa, hətta bir söz belə desə, namazı batildir.[4]
Diqqət:
• Namazın surəti pozulmadığı təqdirdə ətrafdakılara bir şeyi bildirmək üçün qiraət zamanı və ya zikrləri deyərkən səsi ucaltmağın maneəsi yoxdur. Bu şərtlə ki, namaz qılan şəxs həmin sözləri qiraət və zikr niyyəti ilə desin.[5]
• Əgər bir nəfər bir dəstə insana salam verib “Əssələmu ələykum cəmiən” desə və onlardan biri salamın cavabını versə, onların arasında olan namaz qılan şəxs salamın cavabını verməməlidir.[6]
• Namaz qılarkən “salam” ifadəsi ilə deyil, başqa bir ifadə ilə (məsələn, sabahınız xeyir) görüşən şəxsin cavabını vermək caiz deyil (olmaz). Lakin namazdan qeyri vaxtlarda əgər camaatın nəzərində bu ifadə salamlaşmaq sayılırsa, ehtiyati-vacibə görə bu şəxsin cavabını vermək lazımdır.[7]
Salama aid bir neçə şəri məsələ:
▪ Yaxşı ilə pisi ayırd edən uşaqların[8] - istər oğlan olsunlar, istərsə də qız - verdikləri salama cavab vermək böyüklərin salamına cavab vermək qədər vacibdir.[9]
▪ Əgər bir nəfər ona verilən salamı eşitsə, lakin başı qarışıq olduğu üçün və ya başqa bir səbəbə görə salamın cavabını verməsə, yadına düşdüyü vaxt artıq salamın cavabını vermək çox gec olarsa (yəni veriləcək cavab artıq həmin salamın cavabı sayılmacaqsa), cavab vermək vacib deyildir.[10]
▪ Əgər “səlamun ələykum” ifadəsinin yerinə təkcə “səlam” sözü deyilərsə və bu, camaatın nəzərində salamlaşmaq sayılarsa, cavab vermək vacibdir.[11]
▪ Əgər bir nəfər eyni anda bir neçə dəfə salam versə, onların hamısına bir cavab vermək kifayətdir. Həmçinin bir neçə nəfər eyni anda salam versələr, onların hamısına cavab vermək məqsədilə ümumi bir cavab vermək (məsələn, “səlamun ələykum” demək) kifayətdir.[12]
6- Həmdi oxuduqdan sonra “Amin” demək:
Təqiyyə istisna olmaqla, Həmd surəsini oxuduqdan sonra “Amin” demək caiz deyil (namaz batil olur).[13]
7- Gülmək:
Ucadan gülmək (qəhqəhə çəkmək) namazı batil edir.[14]
9- Namazın surətini pozmaq, məsələn, əl çalmaq, atılıb düşmək:
Əl çalmaq, atılıb düşmək kimi namazın surətini pozan işlər namazı batil edir.[15]
Diqqət:
• Əgər namaz qılan şəxs ətrafdakılara bir şeyi bildirmək üçün və ya verdikləri suala cavab vermək üçün namazın surətini pozmadan cüzi şəkildə əlini, gözünü, qaşını hərəkət etdirsə, namazı batil olmur.[16]
Namazı batil edən işlərə aid bir neçə şəri məsələ:
▪ Namazda gözləri yummaq namazı batil etmir, lakin məkruhdur.[17]
▪ Namazda qunutdan sonra əlləri üzə çəkmək məkruhdur, lakin namazı batil etmir.[18]
▪ Həsəd aparmaq, kin və ədavət bəsləmək olmaz, lakin bu işlər namazın batil olmasına səbəb olmur.[19]
Suallar:
1- Namazı hansı işlər batil edir?
2- “Səlamun ələykum” ifadəsi ilə salamlaşmayan şəxsin cavabını vermək vacibdirmi?
3- Uşaqların verdiyi salama cavab vermək vacibdirmi?
4- Əgər bir nəfər eyni anda bir neçə dəfə salam versə, onların hamısına bir cavab vermək kifayətdirmi?
5- Hansı tərzdə gülmək namazı batil edir?
6- Namazda qunutdan sonra əlləri üzə çəkməyin hökmü nədir?
[1] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 348-ci məsələ.
[2] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 349-cu məsələ.
[3] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 350-ci məsələ.
[4] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 351-ci məsələ.
[5] Əcvəbətul-istiftaat, 504-cü sual.
[6] Əcvəbətul-istiftaat, 513-cü sual.
[7] Əcvəbətul-istiftaat, 510-cu sual.
[8] Fiqhdə belə uşaqlar “muməyyiz” adlanır.
[9] Əcvəbətul-istiftaat, 511-ci sual.
[10] Əcvəbətul-istiftaat, 512-ci sual.
[11] Əcvəbətul-istiftaat, 515-ci sual.
[12] Əcvəbətul-istiftaat, 514-cü sual.
[13] Əcvəbətul-istiftaat, 503-cü sual.
[14] Əcvəbətul-istiftaat, 505-ci sual.
[15] Əcvəbətul-istiftaat, 504-cü sual.
[16] Əcvəbətul-istiftaat, 504-cü sual.
[17] Əcvəbətul-istiftaat, 507-ci sual.
[18] Əcvəbətul-istiftaat, 506-cı sual.
[19] Əcvəbətul-istiftaat, 724-cü sual.
- QIRX DOQQUZUNCU DƏRS: GÜNDƏLİK NAMAZLAR (15)
QIRX DOQQUZUNCU DƏRS: GÜNDƏLİK NAMAZLAR (15)
Namazın şəkkiyatı12. Namazın şəkkiyatı
Namazın şəkkiyatı 23 qisimdir:
8 qismi namazı batil edir;
6 qisminə etina olunmamalıdır;
9 qismi namazın düzgün olmasına xələl gətirmir.
1- Namazı batil edən şəkklər:
Namazı batil edən şəkklər aşağıdakılardır:
1. İki rəkətli namazlarda (məsələn, sübh və ya müsafir namazı) rəkətlərin sayında şəkk etmək;
2. Üç rəkətli namazda (məğrib namazı) rəkətlərin sayında şəkk etmək;
3. Dörd rəkətli namazlarda şəkk etmək, belə ki, şəkkin bir tərəfi bir rəkət olsun: məsələn, namaz qılan şəxs şəkk edir ki, namazın 1-ci rəkətidir, yoxsa 3-cü rəkəti;
4. Dörd rəkətli namazlarda ikinci səcdədən qabaq şəkk etmək, belə ki, şəkkin bir tərəfi 2 rəkət olsun: məsələn, namaz qılan şəxs ikinci səcdədən qabaq şəkk edir ki, namazın 2-ci rəkətidir, yoxsa 3-cü rəkəti;
5. İki və beş rəkət arasında, yaxud beşdən artıq rəkət arasında şəkk etmək;
6. Üç və altı rəkət arasında, yaxud altıdan artıq rəkət arasında şəkk etmək.
7. Dörd və altı rəkət arasında, yaxud altıdan artıq rəkət arasında şəkk etmək;
8. Namazın rəkətlərinin sayında şəkk etmək, belə ki, namaz qılan şəxs ümumiyyətlə neçənci rəkətdə olduğunu bilməsin.
2- Etina olunmayan şəkklər:
Etina olunmayan şəkklər aşağıdakılardır:
1. Yeri keçdikdən sonra şəkk etmək, məsələn, rükuya getdikdən sonra Həmd və Surənin qiraət olunduğuna şəkk etmək;
2. Namazın salamından sonra şəkk etmək;
3. Namaz vaxtı keçdikdən sonra şəkk etmək;
4. Çox şəkk edən şəxsin (kəsiruş-şəkk) şəkki;
5. Pişnamaz və iqtida edənin (imam və məmum) şəkki;
6. Müstəhəb namazlarda şəkk etmək.
Diqqət:
• Əgər namaz qılan şəxs namazın üçüncü rəkətində qunutu yerinə yetirib-yetirmədiyinə şəkk etsə, öz şəkkinə etina etməməlidir və namazı düzgündür.[1]
• Hər kim bir neçə ildən sonra qıldığı namazların düzgün olub-olmadığına şəkk etsə, şəkkinə etina etməməlidir (Çünki yeri keçdikdən sonra edilən şəkkə etina olunmur).[2]
• Əgər çox şəkk edən şəxs istər rəkətlərin sayına, istər namazın hərəkətlərinə, istərsə də sözlərinə dair bir işi yerinə yetirib-yetirmədiyinə şəkk etsə, onu yerinə yetirdiyini qəbul etməlidir. Bu şərtlə ki, bu işin yerinə yetirilməsi namazın batil olmasına səbəb olmasın. Əgər bu işin yerinə yetirilməsi namazın batil olmasına səbəb olursa, onu yerinə yetirmədiyini qəbul etməlidir. (Məsələn, əgər bir nəfər səcdə və ya rükunu yerinə yetirib-yetirmədiyinə şəkk etsə, onu yerinə yetirdiyini qəbul etməlidir. Lakin əgər şəkk etsə ki, sübh namazını iki rəkət qılıb, yoxsa üç rəkət, bu halda iki rəkət qıldığını qəbul etməlidir.)[3]
• Şəkkin hökmləri baxımından – istər namazın sözlərində, istərsə də hərəkətlərində – vacib və nafilə namazları arasında fərq yoxdur. Yəni əgər yeri keçməyibsə, şəkkə etina olunmalı, əks təqdirdə etina olunmamalıdır. (Məsələn, əgər namaz qılan şəxs rükunu yerinə yetirib-yetirmədiyinə şəkk etsə, əgər növbəti rüknə keçməyibsə, yerinə yetirməli, əks təqdirdə şəkkinə etina etməməlidir).[4]
Namazın düzgünlüyünə xələl gətirməyən şəkklər:
Namazın düzgünlüyünə xələl gətirməyən şəkklər aşağıdakılardır:
1. İkinci səcdədən qalxdıqdan sonra iki və üç rəkət arasında şəkk etmək;
2. İkinci səcdədən qalxdıqdan sonra iki və dörd rəkət arasında şəkk etmək;
3. İkinci səcdədən qalxdıqdan sonra iki, üç və dörd rəkət arasında şəkk etmək;
4. İkinci səcdədən qalxdıqdan sonra dörd və beş rəkət arasında şəkk etmək;
5. Yerindən asılı olmayaraq üç və dörd rəkət arasında şəkk etmək;
6. Ayaq üstə ikən dörd və beş rəkət arasında şəkk etmək;
7. Ayaq üstə ikən üç və beş rəkət arasında şəkk etmək;
8. Ayaq üstə ikən üç, dörd və beş rəkət arasında şəkk;
9. Ayaq üstə ikən beş və altı rəkət arasında şəkk etmək.
Namazın şəkkiyatına aid bir neçə şəri məsələ:
▪ Ehtiyat namazının neçə rəkət qılınması rəkətlərin sayında edilən şəkkdən asılıdır. Belə ki, əgər namaz qılan şəxs iki və dörd rəkət arasında şəkk etsə, iki rəkət ehtiyat namazı qılmalıdır. Üç və dörd rəkət arasında şəkk etsə, bir rəkət ayaq üstə və iki rəkət oturan vəziyyətdə ehtiyat namazı qılmalıdır.[5]
▪ Əgər namazın sözlərindən biri – istər Həmd və Surədən olsun, istər zikrlərdən, istərsə də qunutun dualarından – səhv oxunsa, səcdeyi-səhv yerinə yetirmək vacib deyil.[6]
Suallar:
1- Namazı batil edən şəkklər hansılardır?
2- Hansı şəkklərə etina olunmamalıdır?
3- Çox şəkk edən şəxs əgər namazda şəkk etsə nə etməlidir?
4- Əgər namaz qılan şəxs nafilə namazlarında rəkətlərin sayındakı şəkklərdən qeyri bir şəkk etsə, məsələn, şəkk etsə ki, bir səcdə yerinə yetirib, yoxsa iki səcdə, şəkkinə etina etməlidirmi?
5- Namazın düzgünlüyünə xələl gətirməyən şəkklər hansılardır?
6- Mükəlləf neçə rəkət ehtiyat namazı qılacağını necə təyin etməlidir?
- ƏLLİNCİ DƏRS: GÜNDƏLİK NAMAZLAR (16)
ƏLLİNCİ DƏRS: GÜNDƏLİK NAMAZLAR (16)
Cümə namazı13. Cümə namazı
1. Cümə namazının şəri hökmü:
1) Cümə günlərində zöhr namazının yerinə qılınan cümə namazıhazırkı dövrdə (yəni İmam Zamanın (ə.f) qeyb dövründə) “təxyiri-vacib əməl”lərdəndir. [1]
Diqqət:
• Təxyiri-vacib əməl o deməkdir ki, cümə günündə zöhr və cümə namazlarından birini qılmaq mükəlləfin ixtiyarına qoyulub.[2]
• Hal-hazırkı dövrdə cümə namazı ixtiyari-vacibdir, yəni bu namazda iştirak etmək vacib deyildir. Lakin iştirak etməyin fayda və əhəmiyyətini nəzərə alaraq bəyənilmir ki, möminlər sırf “imam-cümə”nin ədalətli olub-olmamasında şəkk etmək kimi səbəblər üzündən bu namazda iştirak etməkdən özlərini məhrum etsinlər.
• Qadınların cümə namazında iştirak etmələrinin iradı yoxdur və camaat namazının savabına malikdir. [3]
• Hal-hazırkı dövrdə cümə namazında iştirak etməməyin şəri cəzası yoxdur. Qeyd edək ki, əgər cümə namazında iştirak etməməyin səbəbi bu namazı əhəmiyyətsiz hesab etmək olarsa, bu, şəri baxımdan məzəmmət olunur.[4]
• Cümə namazında iştirak etməyən şəxs zöhr və əsr namazlarını namaz vaxtının əvvəlində qıla bilər və cümə namazının qurtarmasını gözləmək vacib deyildir.[5]
• Cümə namazının təşkil olunduğu məkana yaxın bir məkanda cümə namazı ilə eyni vaxtda zöhr namazını camaat şəklində qılmağın öz-özlüyündə maneəsi yoxdur və mükəlləf cümə gününün zöhr namazı barəsində öz vəzifəsini yetirmiş hesab olunur. Çünki hazırkı dövrdə cümə namazı təxyiri-vacib əməldir. Amma əgər nəzərə alsaq ki, cümə namazının təşkil olunduğu məkana yaxın bir məkanda cümə namazı ilə eyni vaxtda zöhr namazını camaat şəklində qılmaq möminlərin pərakəndəliyinə səbəb olur, hətta camaatın baxışındaimam-cüməyəhörmətsizlik və cümə namazına etinasızlıq kimi dəyərləndirilir, buna görə də möminlərinbu işi görməmələri daha yaxşıdır. Hətta harama və fəsada səbəb olduğu halda bu işdən çəkinmələri vacibdir. [6]
2) Cümə namazı zöhr namazını əvəz edir.[7]
Diqqət:
• Baxmayaraq ki, cümə namazı zöhr namazını əvəz edir, amma cümə namazından sonra zöhr namazını ehtiyat baxımından qılmağın – hətta imam-cümə (yəni cümə namazının pişnamazı) cümə namazından sonra zöhr namazını qılmasa belə – maneəsi yoxdur. Əgər bir şəxs cümə namazından sonra zöhr namazını ehtiyat baxımından qılsa və sonra əsr namazını camaatla qılmaq istəsə, tam ehtiyat odur ki, cümə namazından sonra zöhr namazını ehtiyat baxımından qılan şəxsə iqtida etsin. [8]
• Avropa və digər qitələrdə yerləşən ölkələrdə ali məktəb tələbələrinin dini birlikləri tərəfindən təşkil olunan cümə namazlarında namaz qılanların əksəriyyəti, həmçinin imam-cümə əhli-sünnə olmalarına baxmayaraq müsəlmanların vəhdətini qorumaqdan ötrü bu cümə namazlarında iştirak etməyin maneəsi yoxdur. Burada da cümə namazından sonra zöhr namazını qılmaq vacib deyildir.[9]
• Səfərdə olan məmum (yəni imam-camaata iqtida edən namaz qılan şəxs) cümə namazı qıla bilər və onun qıldığı cümə namazı zöhr namazını əvəz edir.[10]
• Beldən aşağı bədən üzvlərini itirən və bövlünü saxlaya bilməyən müharibə əlilləri cümə namazında iştirak edə bilərlər. Lakin onların şəri vəzifəsi dəstəmaz alan kimi yubanmadan namaz qılmaq olduğundan cümə namazının xütbələrindən öncə aldıqları dəstəmaz pozulmadığı təqdirdə bu dəstəmazla namaz qıla bilərlər.[11]
2. Cümə namazının şərtləri:
Cümə namazının şərtləri aşağıdakılardır:
1- Camaat namazı şəklində qılınmalıdır;
2- Cümə namazında ən azı beş nəfər iştirak etməlidir: bir nəfər pişnamaz və dörd nəfər iqtida edən;
3- Camaat namazının bütün şərtlərinə, məsələn, cərgələrin bitişik olmasına riayət olunmalıdır;
4- Təşkil olunan iki cümə namazı arasındakı ən azı bir fərsəx məsafə olmalıdır.
1- Cümə namazı camaat namazı şəklində qılınmalıdır:
Cümə namazının düzgün olma şərtlərindən biri budur ki, bu namaz camaatla qılınmalıdır. Hətta cümə namazını camaatla qılanların kənarında dayanıb furada (tək halda) cümə namazı qılmaq düzgün deyildir.[12]
3- Camaat namazının bütün şərtlərinə riayət olunmalıdır:
Camaatın namazının bütün şərtləri cümə namazında riayət olunmalıdır.
Diqqət:
• İmam-cümə (cümə namazının pişnamazı) ədalətli şəxs olmalıdır. Odur ki, əgər məmum imam-cüməni ədalətli şəxs kimi tanımasa və ya ədalətli olmasına şəkk etsə, ona iqtida etməsi düzgün deyildir. Lakin vəhdəti qorumaq məqsədilə cümə namazında iştirak etməyin maneəsi yoxdur. Hər bir halda – istər cümə namazında iştirak etsin, istərsə də etməsin – başqalarını cümə namazından çəkindirməyə heç kimin haqqı yoxdur.[13]
• Əgər bir şəxs cümə namazını qılıb qurtardıqdan sonra imam-cümənin ədalətinə şəkk etsə və ya ədalətsizliyinə əmin olsa, qıldığı namazlar düzgündür və onları yenidən qılmağa ehtiyac yoxdur.[14]
• Əgər bir fərdin imam-cümə təyin olunması məmumda (iqtida edən şəxs) onun ədalətinə etimad yaratsa, bu, iqtida etmək üçün yetərlidir.[15]
• İmam-cümənin dediyi sözlərin həqiqətlə üst-üstə düşməməsi onun yalan danışdığına və yalançı bir fərd olduğuna qəti sübut deyil. Çünki o da yanıla bilər və ya müəyyən səbəblərə görə həqiqəti gizlətməyə çalışar. İmam-cümənin ədalətsiz bir fərd olduğunu güman edib cümə namazını tərk etmək bəyənilmir.[16]
• Cümə namazı qılmaq üçün imam-cümənin təyin edilməsi şəri hakimin icazəsinə bağlı deyil. Şəri hakim yalnız o vaxt kimisə imam-cümə təyin edə bilər ki, özü vəliyyi-əmr tərəfindən seçilmiş olsun. Bu hökm müsəlmanların vəliyyi-əmrinin sözünün keçdiyi bütün məntəqələrə aiddir.[17]
• (Şəri hakim tərəfindən) təyin olunmuş imam-cümə özünə müvəqqəti canişin seçə bilər. Lakin imam-cümənin canişini vəliyyi-fəqih tərəfindən təyin olunan “imam-cümə” hökmündə deyildir.[18]
• İmam-cümənin özünə təyin etdiyi canişininə iqtida edib cümə namazı qılmasının maneəsi yoxdur.[19]
4- Təşkil olunan iki cümə namazı arasındakı ən azı bir fərsəx məsafə olmalıdır:
İki cümə namazı arasındakı məsafə bir fərsəxdən az olmamalıdır. Əks təqdirdə bu iki namazdan birincisi (birinci başlanan) düzgün, ikincisi isə batildir. Çox yaxın (zaman baxımından) qılındığı təqdirdə isə ikisi də batildir.[20]
3. Cümə namazının vaxtı:
Cümə namazının vaxtı zöhr namazının vaxtının başlanması ilə başlanır. Ehtiyati-vacibə görə vaxtın əvvəlindən etibarən bir-iki saatdan çox təxirə salınmamalıdır.[21]
4. Cümə namazının qaydası:
1) Cümə namazı sübh namazı kimi iki rəkətdir. Bu fərqlə ki, cümə namazından qabaq imam-cümə iki xütbə (nitq) söyləməlidir.
2) Müstəhəbdir ki, cümə namazı ucadan qiraət edilsin və birinci rəkətdə Həmddən sonra Cümə surəsi, ikinci rəkətdə Munafiqun surəsi oxunsun. Həmçinin birinci rəkətdə rükudan qabaq, ikinci rəkətdə isə rükudan sonra qunut tutulsun.
Diqqət:
• Xütbələri dinləməyə yetişməyib cümə namazı qılan şəxsin namazı düzgündür. Hətta cümə namazının axırıncı rükusunda namaza qatılsa belə, namazı düzgündür.[22]
• Xanım Fatimeyi-Zəhra (s.ə) cümə namazının ikinci xütbəsində imam-cümənin salavat göndərdiyi imamlar sırasına daxil deyil və o xanımın adını çəkmək vacib deyildir. Lakin təbərrük ünvanında o xanımın adını çəkməyin maneəsi yoxdur, hətta böyük savabı vardır.[23]
• Cümə namazının xütbələrini zöhr namazının vaxtı daxil olmamışdan qabaq da söyləmək olar. Lakin ehtiyati-müstəhəbə görə xütbələrin bir qismi zöhr namazının vaxtı söylənilsə yaxşıdır. Əhvət (daha böyük ehtiyat) budur ki, xütbələr, ümumiyyətlə namaz vaxtı daxil olduqdan sonra söylənilsin.[24]
Cümə namazına aid bir neçə şəri məsələ:
▪ İslam dini möminlər arasında təfriqə yaradan və onların vəhdətini pozan bir işə əsla yol vermir. Cümə namazı müsəlmanların vəhdətini təmin edən ibadətlərdən biri olduğuna görə bu ibadətin yerinə yetirilməsində vəhdətin qorunmasına daha çox diqqət olunmalıdır.[25]
▪ Cümə günü əsr namazını imam-cümədən qeyri bir pişnamaza iqtida etmək olar.[26]
▪ Cümə namazında imam-cüməyə başqa bir vacib namazı iqtida edib qılmağın düzgünlüyü məhəlli-işkaldır (sual altındadır).[27]
Suallar:
1- Cümə namazının təxyiri-vacib əməl olması nə deməkdir?
2- Cümə namazının təşkil olunduğu məkana yaxın bir məkanda zöhr namazını camaatla qılmaq olarmı?
3- Əgər bir şəxs cümə namazını qılıb qurtardıqdan sonra imam-cümənin ədalətinə şəkk etsə və ya ədalətsizliyinə əmin olsa, qıldığı namazlar düzgündürmü? Bu namazlar yenidən qılınmalıdırmı?
4- Bir fərdin imam-cümə təyin olunması onun ədalətliliyinin sübuta yetməsi üçün kifayətdirmi?
5- Xütbələri dinləməyə yetişməyib cümə namazı qılan şəxsin namazı düzgündürmü?
6- Cümə namazının xütbələrini zöhr namazının vaxtı daxil olmamışdan öncə söyləmək olarmı?
[1] Əcvəbətul-istiftaat, 606 və 609-cu suallar; Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 157-ci məsələ.
[2] Əcvəbətul-istiftaat, 607-ci sual.
[3] Əcvəbətul-istiftaat, 595-ci sual.
[4] Əcvəbətul-istiftaat, 608 və 609-cu suallar.
[5] Əcvəbətul-istiftaat, 610 və 631-ci suallar.
[6] Əcvəbətul-istiftaat, 610-cu sual.
[7] Əcvəbətul-istiftaat, 611-ci sual.
[8] Əcvəbətul-istiftaat, 611 və 612-ci suallar.
[9] Əcvəbətul-istiftaat, 621-ci sual.
[10] Əcvəbətul-istiftaat, 625-ci sual.
[11] Əcvəbətul-istiftaat, 115-ci sual.
[12] Əcvəbətul-istiftaat, 624-cü sual.
[13] Əcvəbətul-istiftaat, 616-cı sual.
[14] Əcvəbətul-istiftaat, 620-cı sual.
[15] Əcvəbətul-istiftaat, 618 və 619-cu suallar.
[16] Əcvəbətul-istiftaat, 617-ci sual.
[17] Əcvəbətul-istiftaat, 613-cü sual.
[18] Əcvəbətul-istiftaat, 615-ci sual.
[19] Əcvəbətul-istiftaat, 632-ci sual.
[20] Əcvəbətul-istiftaat, 623-cü sual.
[21] Əcvəbətul-istiftaat, 630-cu sual; Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 159-cu məsələ.
[22] Əcvəbətul-istiftaat, 629-cu sual.
[23] Əcvəbətul-istiftaat, 626-cı sual.
[24] Əcvəbətul-istiftaat, 628-ci sual, Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 160-cı məsələ.
[25] Əcvəbətul-istiftaat, 622-ci sual.
[26] Əcvəbətul-istiftaat, 611-ci sual.
[27] Əcvəbətul-istiftaat, 627-ci sual.
- ƏLLİ BİRİNCİ DƏRS: GÜNDƏLİK NAMAZLAR (17)
ƏLLİ BİRİNCİ DƏRS: GÜNDƏLİK NAMAZLAR (17)
Müsafir namazı (1)14. Müsafir namazı
1. Səfərdə dörd rəkətli namazların qəsr qılınması.
Səfərdə dörd rəkətli namazlar müəyyən şərtlərlə qəsr yəni, iki rəkət qılınmalıdır.[1]
Diqqət:
• Dörd rəkətli namazlar, yəni zöhr, əsr və işa namazları səfərdə qəsr qılınır. Sübh və məğrib namazları isə qəsr qılınmır.[2]
2. Müsafir namazının şərtləri.
Səfərə çıxan şəxs, yəni müsafir 8 şərtlə dörd rəkətli namazları iki rəkət qılmalıdır:
I. Müsafir şəri məsafəni qət etməlidir, yəni, ya getdiyi, ya qayıtdığı, ya da gedib-qayıtdığı məsafə ən azı 8 fərsəx olmalıdır.
II. Müsafir səfərə çıxarkən 8 fərsəx məsafəni qət etmək niyyətində olmalıdır. Deməli, əgər müsafır əvvəlcədən 8 fərsəx məsafəni qət etmək niyyətində olmasa, başqa sözlə, əgər 8 fərsəxdən az bir məsafəni qət etməyi nəzərdə tutsa və nəzərdə tutduğu məkana çatdıqdan sonra başqa bir yerə səfər etməyi qərara alsa, bu təqdirdə əgər səfər edəcəyi növbəti məkanla səfər etdiyi məkan arasındakı məsafə şəri məsafədən az olsa - hətta öz mənzilindən ora qədər olan məsafə şəri məsafə qədər olsa belə - namazı tam qılmalıdır.
III. Müsafir yola çıxdıqdan sonra şəri məsafəni qət etmək niyyətindən dönməməlidir. Beləliklə, əgər yola çıxdıqdan sonra dörd fərsəxi qət etməmiş fikrindən dönsə və ya tərəddüd etsə, müsafir hökmündə deyildir. Baxmayaraq ki, niyyətindən dönməmişdən qabaq qəsr qıldığı namazlar düzgündür.
IV. Müsafir vətənindən və ya on gün qalacağı bir yerdən keçməklə şəri məsafəni kəsməməlidir.
V. Səfər, şəri baxımdan halal olmalıdır. Əgər səfər günah və haram olsa - istər səfərin özü haram olsun, məsələn, cihaddan qaçmaq, istərsə də haram bir iş üçün səfər etsin, məsələn, oğurluğa getmək - şəri baxımdan səfər hökmündə deyildir və namaz tam qılınmalıdır.
VI. Sabit yaşayış yeri olmayan və köçəri həyat tərzi sürənlərin səfəri şəri baxımdan səfər hökmündə deyildir.
VII. İnsanın peşəsi müsafirət etmək olmamalıdır, məsələn sürücü, gəmiçi və s bu kimi peşələr. İşi səfərdə olan şəxs də bu qəbildəndir.
VIII. “Tərəxxüs həddi”nə çatmalıdır. Tərəxxüs həddi dedikdə, şəhərin azan səsinin eşidilmədiyi məkan nəzərdə tutulur. [3]
I. Şəri məsafə (yəni 8 fərsəx məsafə):
1) Əgər bir şəxsin getdiyi yol dörd fərsəxdən az olsa və qayıtdığı yol da şəri məsafə qədər olmasa, namazı tam qılmalıdır. Deməli, əgər ezamiyyətə göndərilən??? şəxsin vətəni ilə iş yeri arasındakı məsafə şəri məsafə qədər olmasa, ولو تلفیقًا نباشد müsafir hökmündə deyildir.[4]
2) Əgər bir şəxs yaşadığı şəhərdən çıxıb müəyyən bir yerə səfər etsə və səfər etdiyi yerdə gəzintiyə çıxsa, bu gəzintidə qət etdiyi məsafə şəri məsafədən (yaşadığı şəhərdən səfər etdiyi yerə qədər olan məsafədən) hesab olunmayacaqdır.[5]
3) Şəri məsafə olan 8 fərsəxi şəhərin axırından hesablamaq lazımdır. Şəhərin axırını isə həmin şəhərin camaatı təyin edir. Əgər camaatın nəzərində şəhərin ətrafında yerləşən zavod və fabriklər şəhərin ərazisindən sayılmırsa, şəri məsafəni şəhərin sonuncu evlərindən hesablamaq lazımdır.[6]
4) Əgər müəyyən bir şəhərə gedən müsafir şəhərin xüsusi bir yerinə getmək istəyirsə və şəhərin daxili ilə hərəkət etmək həmin yerə çatmağın yoludursa, məsafə hesablanarkən şəhərin həmin yeri nəzərdə tutulmalıdır. Amma əgər müsafir şəhərin özünə getmək istəyirsə, yaxud şəhərin xüsusi bir yerinə getmək istəsə belə şəhərdə də işi vardırsa və şəhərə çatmaq onun getmək istədiyi yerə çatmaq hesab olunarsa, şəhərin başlanğıcı meyar götürülməlidir.
II. Şəri məsafəni qət etmək niyyəti:
1) Üç fərsəxlikdə yerləşən bir məkana səfər etmək niyyətində olan şəxs əgər əvvəlcədən qərara alsa ki, yola çıxdıqdan sonra müəyyən bir işlə əlaqədar başqa bir istiqamətə yönəlib bir fərsəx məsafə qət edəcək və sonra yenidən öz yoluna (yəni səfər etdiyi məkana doğru gedən yola) dönüb səfərini davam etdirəcəkdir, belə şəxs müsafir hökmündə deyildir. Başqa istiqamətdə qət etdiyi məsafəni şəri məsafənin tamamlanması üçün onun üzərinə əlavə edə bilməz.[7]
2) Əgər bir şəxs yaşadığı yerdən aralarındakı məsafə şəri məsafədən az olan bir məntəqəyə səfər etsə və həftə ərzində oradan bir neçə dəfə ətraf məntəqələrə getsə, bu təqdirdə əgər evdən xaric olduqda şəri məsafəni qət etmək niyyətində deyildisə və səfər etdiyi məkanla ətraf məntəqələr arasındakı məsafə də şəri məsafə qədər olmasa, qət etdiyi ümumi məsafə 8 fərsəxdən çox olsa belə həmin şəxs müsafir hökmündə deyildir.[8]
V. Haram və günah olan səfər:
1) Əgər bir şəxs günah etməmək məqsədilə səfərə çıxsa, lakin səfər əsnasında səfəri davam etdirmək üçün günah işlətməyi qərara alsa, bu qərarı aldığı andan etibarən namazlarını tam qılmalıdır. Əgər qəsr qılsa, yenidən tam qılmalıdır.[9]
2) Əgər insan vacib bir əməli tərk etmək və ya haram bir əməli yerinə yetirmək məqsədilə səfərə çıxmırsa, hətta bu səfərdə günaha düşəcəyini bilsə belə, digər müsafirlər kimi namazı qəsr qılmalıdır.[10]
3) Əgər bir şəxs bilsə ki, səfərə çıxacağı təqdirdə namazın vacibatlarından bəzisini tərk etmək məcburiyyətində qalacaq, çətinlik və ziyanla üzləşməyəcəyi təqdirdə ehtiyati-vacibə görə həmin səfərə çıxmamalıdır. Hansı surətdə olur-olsun heç bir halda namazı tərk etmək caiz deyil.[11]
VII. Peşə səfəri:
1) Peşəsi səfər etmək olan bir şəxs (yəni işi-peşəsi səfər etməyə bağlı olan şəxs), məsələn, sürücü, pilot (təyyarəçi), gəmi kapitanı, sarban (dəvəçi), çoban və s. özlərinin peşə səfərində namazı tam qılmalıdırlar.
Diqqət:
• Yuxarıda qeyd edilən məsələdə peşənin pul və qazanc əldə etmək üçün olub-olmamasının bir fərqi yoxdur.
• Namazın tam və orucun düzgün olması üçün səfər ürfə görə peşə və ya peşənin müqəddiməsi hesab olunmalıdır: istər bir neçə səfər olsun, istərsə də bir uzun səfər olsun. Məsələn, bir şəxs öz peşəsinə görə uzun bir dəniz yolunu qət edir.
• Səfərin ürfə görə “peşə səfəri” hesab olunması üçün üç məsələ əsas götürülür:
1) Peşə səfəri etmək niyyətində olmaq;
2) Peşə səfərinə çıxmaq, yəni səfərə başlamaq;
3) Peşə səfərini davam etdirmək niyyətində olmaq.
• Səfərin “peşə səfəri” adlanması barədə şəkk və tərəddüd mövcud olduqda namaz qəsrdir və oruc batildir.
• Əgər elm öyrənmək üçün olan səfər peşə və iş ilə əlaqədar olarsa, məsələn, idarə işçisi üçün təlim kursu qoyularsa və o, bu kursu keçmək üçün səfər etmək məcburiyyətində olarsa, onun səfəri peşə səfəri olacaqdır.
• Gələcəkdə hansısa bir peşəyə yiyələnməkdən ötrü şagirdin və ya universitet tələbəsinin elm öyrənmək üçün etdiyi səfər “peşə səfəri” hökmündə deyildir. Amma belə səfərdə namazın tam qılınması barədə fətva verən bir qrup müctəhidin fətvalarını nəzərə alaraq, ehtiyat-vacibə görə, tələbə və ya şagird öz namazını həm tam, həm də qəsr qılsın və orucu tutub, sonradan onun qəzasını tutsun.
• Dini və ya hərbi məktəb tələbələri kimi təhsil almaq üçün etdikləri səfər nəticəsində xüsusi bir təbəqəyə və peşəyə daxil olan tələbələrin səfəri “peşə səfəri” hesab olunur. Onların namaz və orucu barəsində peşə səfərinin hökmü icra olunur.
• Əgər bir şəxs elə bir işdə işləsə ki, onun işi ildə bir dəfə iki-üç həftə və ya bir ay müddətində olur, məsələn, bu şəxs həcc zəvvarlarının dəstə başçısıdır, hər il bu işlə məşğul olmaq niyyətində olduğu təqdirdə, hətta birinci səfərdə belə, onun namazı tamdır.
• Yuxarıdakı məsələyə əsasən, əgər şəxs bu işi davam etdirmək niyyətində olmazsa, onun səfəri peşə hökmündə deyildir.
• Əgər bir şəxs ilin müəyyən bir fəslində peşə səfərinə çıxırsa, bu işlə hər il məşğul olmaq istədiyi təqdirdə, yaxud uzun müddət, məsələn, ən azı üç ay adi və davamlı şəkildə bu işlə məşğul olmaq istədiyi və yalnız tətil günlərində, məsələn, istirahət və ya matəm günlərində tətil etdiyi təqdirdə, onun səfəri “peşə səfəri” hökmündədir. Onun namazı, hətta birinci səfərdə belə, tamdır.
• Əgər bir şəxs peşəsi ilə əlaqədar şəhər xaricinə şəri məsafədən az olaraq gedib-gəlirsə, məsələn, bəzi taksi sürücüləri, bu şəxs peşəsi ilə əlaqədar təsadüfi olaraq şəri məsafə qədər səfər edərsə, onun bu səfəri “peşə səfəri” hökmündə olmayacaqdır. Bu şəxsin namazı qəsrdir. Amma əgər peşəsi ilə əlaqədar uzun bir müddət şəri məsafədən çox olaraq səfər etmək niyyətində olarsa, bu halda elə birinci səfərdə onun səfəri “peşə səfəri” hökmündə olacaqdır və namazı tamdır.
• Əgər bir şəxsin peşəsi və ya peşəsinin müqəddiməsi səfər etməkdirsə və onun şəri vəzifəsi namazı tam qılıb, səfərdə oruc tutmaqdırsa, bu şəxs on gün qalmaq niyyəti ilə və ya belə bir niyyəti olmadan öz vətənində və ya vətənindən qeyri bir yerdə on gün qaldığı təqdirdə, bu ongünlük iqamətdən sonra etdiyi birinci səfərində namazı qəsrdir.
• Əgər peşə səfəri edən bir bir şəxs on gün bir yerdə (öz vətənində və ya vətənindən qeyri bir yerdə) qalarsa, peşəsi ilə əlaqədar olmayan bir səfərə, məsələn, ziyarətə getdiyi və daha sonra on gün bir yerdə qalmadan peşə səfərinə getdiyi təqdirdə, bu peşə səfərində onun namazı tamdır. Amma bununla belə, namazı həm tam, həm də qəsr qılmaq ehtiyatını əldən verməsin.
• Əgər “gediş və gəliş” ürfə görə bir səfər hesab olunarsa – məsələn, tədris məqsədilə öz vətənindən başqa bir şəhərə səfər edən və əsr çağı, yaxud sabahısı gün öz vətəninə qayıdan müəllimin səfəri – bu halda “gediş və gəliş” birinci səfər hesab olunacaqdır. Amma əgər bu, ürfə görə bir səfər hesab olunmazsa – məsələn, sərnişin və ya yük daşımaq məqsədilə bir şəhərə hərəkət edən və oradan da eyni məqsədlə başqa bir şəhərə səfər edən, daha sonra isə öz vətəninə qayıdan sürücünün səfəri – bu halda birinci şəhərə çatdıqda birinci səfər başa çatır.
• “Peşə səfəri” hökmünün, yəni namazın tam və orucun düzgün olması hökmünün şamil olması baxımından yolun, yaxud peşənin, yaxud da miniyin əvvəlki yol, peşə və minik olması və ya onların dəyişməsinin bir fərqi yoxdur.
• Əgər bir şəxsin peşəsi səfər etmək deyildirsə və ya peşəsi səfərdə deyildirsə, çoxsayda səfər etsə belə, onun namazı qəsrdir: o, istər əvvəlcədən çoxsayda səfər etmək niyyətində olmuşdur, istərsə də sonradan bu qərara gəlmişdir.
• Əgər bir şəxsin peşəsi səfər etməkdirsə və ya peşəsi səfərdədirsə, peşə səfərinə çıxdığı təqdirdə, hətta işi ilə əlaqədar olmayan bir məqsəd üçün səfərə çıxdığı – məsələn, avtobus sürücüsü ziyarət məqsədilə sərnişinləri Məşhəd şəhərinə apardığı – təqdirdə onun namazı tamdır.
• Əgər bir şəxs peşəsi ilə əlaqədar səfərə çıxırsa və bu səfər əsnasında, yaxud səfərdən sonra (yəni işi başa çatdıqdan sonra) bəzi müəyyən işləri görürsə, məsələn, qohumların və ya dostların görüşünə gedirsə, hətta bəzən bir və ya bir neçə gün orada qalırsa, bu müddət ərzində onun peşə səfərinin hökmü dəyişmir və namazı tamdır.
• Əgər peşəsi səfər etmək olan və ya peşəsi səfərdə olan bir şəxs işi başa çatdıqdan sonra dərhal öz məskəninə qayıdarsa, qayıdış zamanı namazı tamdır. Amma əgər işi başa çatdıqdan sonra peşəsindən qeyri bir iş üçün, məsələn, ziyarət və ya gəzinti üçün bir neçə gün (on gündən az olaraq) orada qalıb sonra qayıdarsa, ehtiyat-vacibə görə, qayıdış zamanı namazı həm qəsr, həm də tam qılmalıdır.
• Əgər səfər bir şəxsin peşəsi və ya onun peşəsinin tələbidirsə, bu şəxs peşəsi ilə əlaqədar olmayan bir səfərə çıxdığı zaman, hətta özünün iş yerinə səfər etsə belə, namazı qəsrdir.
• Əvvəlki məsələni nəzərə alaraq, əgər bir şəxs peşəsi ilə əlaqədar olmayan bir iş üçün özünün iş yerinə səfər etsə, amma işinə görə orada qalmağı qərara alsa, işə gedənədək orada qaldığı müddət ərzində ehtiyata görə, namazı həm qəsr, həm də tam qılmalıdır, baxmayaraq ki, namazı tam qılmaq hökmü uzaq ehtimal deyildir. Amma iş zamanı və işdən geri qayıdarkən namazı tamdır.
• Əgər bir şəxsin peşəsi səfər etmək olsa və ya peşəsi səfərdə olsa, bu şəxs peşəsi ilə əlaqədar olmayan bir səfərə getdikdə, onun namazı qəsrdir. Amma əgər həmin yerdən özünün iş yerinə iş məqsədilə səfər etsə, geri qayıdarkən onun namazı tamdır.
• Əgər peşəsi sürücülük olan bir şəxsin avtomobili peşə səfəri əsnasında xarab olsa və bu şəxs avtomobilin təmiri üçün, məsələn, onun hansısa bir hissəsini almaq üçün şəri məsafə qədər uzaqlıqda yerləşən bir yerə səfər etsə, bu səfər peşə səfəri hesab olunur və bu şəxsin namazı tamdır.
• Əvvəlki məsələni nəzərə alaraq, əgər peşə səfərinə çıxmamışdan öncə bu şəxsin avtomobili xarab olsa və avtomobilin təmiri üçün, məsələn, onun hansısa bir hissəsini almaq üçün şəri məsafə qədər uzaqlıqda yerləşən bir yerə səfər etsə, bu şəxsin namazı qəsrdir.
• Əgər peşəsi səfərdə olan bir şəxsin işi həmişəlik başa çatarsa, yaxud bu işi daha davam etdirməməyi qərara alarsa, işi ilə əlaqədar getdiyi sonuncu səfərdən geri qayıdarkən ehtiyat-vacibə görə, namazı həm qəsr, həm də tam qılmalıdır. Amma əgər onun peşəsi səfər etmək olarsa, sonuncu səfərdən qayıdarkən onun namazı qəsrdir, amma ehtiyata görə, namazı həm qəsr, həm də tam qılsın.
• Əgər təbliğat və maarifləndirmə, yaxud yaxşı işlərə əmr etmək və pis işlərdən çəkindirmək ürfə görə bir şəxsin peşəsi və işi hesab olunarsa, bu işləri görmək üçün etdiyi səfərdə o, peşəsi və işinə görə səfər edən müsafir hökmündədir. Amma əgər təbliğat və maarifləndirmə işindən qeyri bir iş üçün səfər edərsə, bu səfərdə başqa müsafirlər kimi onun namazı qəsrdir.
VIII. Tərəxxüs həddi:
1) Tərəxxüs həddini təyin etmək üçün şəhərin azanın eşidilməməsi kifayət edir.
2) Tərəxxüs həddinin meyarı müsafirin şəhərdən xaric olduğu və ya daxil olduğu tərəfdən şəhərin axırlarında çəkilən azanın eşidilməsidir (şəhərin ortasında çəkilən azanın eşidilməsi deyildir.)
3) Əgər müsafir elə bir yerə çatsa ki, səs eşidilsə də, azan səsi olub-olmadığı ayırd edilmir, ehtiyat-vacibə görə, namazı həm qəsr, həm də tam qılmalıdır. Yaxud tərəxxüs həddinə çatmasını gözləməlidir.
4) Müsafir vətən ilə tərəxxüs həddi arasında olarkən namaz baxımından müsafir hökmündə deyildir və onun namazı tamdır.
5) Müsafir on gün qalacağını nəzərdə tutduğu yer ilə bu yerin tərəxxüs həddi arasında olarkən ehtiyat-vacibə görə, namazı həm qəsr, həm də tam qılmalıdır. Yaxud oradan gedərkən tərəxxüs həddinə çatmasını və qayıdarkən qaldığı yerə çatmasını gözləməlidir. Həmçinin otuz gün tərəddüdlə bir yerdə qalan (yəni həmin yerdə qalıb-qalmayacağına tərəddüd edən) şəxs həmin yerdən gedərkən ehtiyata görə, namazı həm qəsr, həm də tam qılmalıdır. Yaxud tərəxxüs həddinə çatmasını gözləməlidir.
Suallar:
1- Müsafir namazının 8 şərtini bəyan edin.
2- Haram səfər hansı səfərə deyilir?
3- Səkkiz fərsəx olan şəri məsafənin hesablanması üçün şəhərin axırı dedikdə hara nəzərdə tutulur?
4- “Peşəsi səfər etmək olan şəxs” dedikdə kimlər nəzərdə tutulur?
5- Müsafirin birinci səfəri səfər etdiyi yerə çatdıqda tamamlanır, yoxsa vətəndən xaric olub ora geri döndükdə?
6- Tərəxxüs həddinin iki əlamətindən biri hasil olsa kifayətdirmi?
[1] Rəhbərdən soruşulan suallar, Namaz bölümü, 152-ci məsələ.
[2] Əcvəbətul-istiftaat, 639-cu sual.
[3] Əcvəbətul-istiftaat, 640-cı sual.
[4] Əcvəbətul-istiftaat, 662 və 672-ci suallar.
[5] Əcvəbətul-istiftaat, 664-cü sual.
[6] Əcvəbətul-istiftaat, 678-ci sual.
[7] Əcvəbətul-istiftaat, 661-ci sual.
[8] Əcvəbətul-istiftaat, 663-cü sual.
[9] Əcvəbətul-istiftaat, 680-ci sual.
[10] Əcvəbətul-istiftaat, 679-cu sual.
[11] Əcvəbətul-istiftaat, 681-ci sual.
- ƏLLİ İKİNCİ DƏRS: GÜNDƏLİK NAMAZLAR (18)
ƏLLİ İKİNCİ DƏRS: GÜNDƏLİK NAMAZLAR (18)
Müsafir namazı (2)3. Səfəri kəsən səbəblər.
Aşağıdakı səbəblər səfəri kəsir (yəni bu səbəblər səfər və müsafir hökmünü ortadan qaldırı):
1- Vətənə yetişmək;
2- On gün müəyyən bir yerdə qalmağı nəzərdə tutmaq;
3- Neçə gün qalmağı qərara almadan bir ay müəyyən bir yerdə qalmaq.[1]
Diqqət:
• Əgər müsafir öz vətənindən çıxdıqdan sonra elə bir yol ilə hərəkət etsə ki, həmin yolda onun vətənində çəkilən azan səsi eşidilir, o öz vətənindən keçməyənədək şəri məsafəyə xələl gəlmir (yəni onun qət etdiyi məsafə şəri məsafədən hesab olunur). Amma o öz vətəni ilə tərəxxüs həddi hüdudlarında olduğu zaman müsafir hökmündə deyildir.
4. Vətən
1) Vətənin qisimləri:
Vətən 2 qismə bölünür:
1- Əsil vətən: ömrünün əvvəlində (yəni uşaqlıq və yeniyetməlik dövründə) insanın böyüyüb boya-başa çatdığı yer;
2- Seçilən vətən: mükəlləfin daimi yaşayış və ya uzun bir müddət, məsələn, qırx-əlli il yaşamaq üçün seçdiyi yer.
Diqqət:
• Əgər mükəlləf hansısa bir yerdə ən azı bir-iki il müddətində qalmağı nəzərdə tutubsa, belə ki, həmin yerdə daha müsafir hesab olunmursa, həmin yer vətən hökmündədir və orada namazı tam qılmaq lazımdır, oruc da düzgündür.
• Hansısa bir şəhərdə sırf dünyaya gəlmək və doğulmaq həmin şəhərin insanın əsil vətəni olmasına səbəb olmur. Əksinə, həmin yerdə bir müddət yaşamaq və böyümək tələb olunur. Məsələn, əgər bir şəxs hansısa bir yerdə dünyaya gəlibsə, amma doğulduqdan sonra həmin yerdə böyüməyibsə, həmin yer onun əsil vətəni hesab olunmur. Əksinə, onun əsil vətəni doğulduqdan sonra aparıldığı və böyüdüyü yerdir.
• Hansısa bir yerin “seçilən vətən” hesab olunması üçün üç şərt tələb olunur:
Birincisi, mükəlləf həmin yerdə daimi olaraq və ya ilin bir neçə ayını həmişəlik olaraq yaşamaq niyyətində olmalıdır.
İkincisi, mükəlləf müəyyən bir yaşayış məntəqəsində və şəhərdə məskunlaşmaq və oranı özünə vətən seçmək niyyətində olmalıdır. Odur ki, məsələn, bütöv bir ölkəni özünə vətən seçə bilməz.
Üçüncüsü, vətənliyi reallaşdıran işləri görməlidir. Məsələn, əgər insanın hansısa bir yerdə məskunlaşmaq üçün adətən gördüyü işləri (məsələn, ev almaq və iş qurmaq kimi işləri) görərsə, hətta orada qalmadığı müddətdə həmin yer vətən hesab olunur. Amma əgər vətənliyi reallaşdıran işləri görməzsə, oranın onun vətəni hesab olunması üçün həmin yerdə bir müddət qalmalıdır.
• Yeni vətəndə evə-mülkə sahib olmaq və başqa məsələlər şərt deyildir.
• İnsanın iki “əsil vətən”ə sahib olması mümkündür. Belə ki, ilin bəzi günlərini yaylaqda, bəzi günlərini isə qışlaqda keçirmək üçün daim yaylaqdan qışlağa və ya qışlaqdan yaylağa köç edən və hər iki məkanı özlərinə yaşayış üçün seçən köçəri tayfalar vardır. Hər iki məkan onların vətənidir və hər iki məkanda vətənin hökmləri onlara aid olur. Əgər bu iki məkan arasındakı məsafə şəri məsafə qədər olarsa, bu məkanların birindən digərinə səfər edərkən onlar başqa müsafirlər hökmündə olacaqlar.
• İnsanın iki “seçilən vətən”ə sahib olması mümkündür. İkidən artıq “seçilən vətən”ə sahib ola bilməsi isə, həmin yerlərin ürfə görə vətən adlanmasına bağlıdır.
2) Vətənlikdən çıxarma:
1- Vətənlikdən çıxarma – vətənə qayıtmamaq qərarı ilə vətəndən çıxmaqla, həmçinin vətənə qayıtmağın qeyri-mümkün olduğunu bilərək və ya buna əmin olaraq vətəndən çıxmaqla reallaşır.
2- İnsan öz vətənini vətənlikdən çıxarmayanadək ora onun üçün vətən hökmündədir və onun namazı orada tamdır. Amma o öz vətənini vətənlikdən çıxardıqdan sonra daha ora onun üçün vətən hökmündə olmayacaqdır. Yalnız o zaman vətən hökmü yenidən icra oluna bilər ki, bu şəxs yaşamaq üçün yenidən ora dönsün və daimi yaşayış üçün, hətta ilin bir hissəsi olsa belə, bir müddət orada qalsın.
3) Vətən baxımından zövcənin və övladın tabeliyi və ya vətəni vətəndən çıxarmaları:
1- Ər-arvadlıq münasibəti məcburi tabeliyə səbəb olmur və qadın vətən seçməkdə və ya vətəni vətənlikdən çıxarmaqda öz ərinə tabe olmaya bilər. Beləliklə, bir yerin ərin vətəni olması həmin yerin zövcənin də vətəni olmasına və orada onun üçün vətən hökmünün icra olunmasına səbəb olmur.
2- Qadının ailə qurması və ərinin başqa səhərdə olan evinə köçməsi onun öz əsil vətənini vətənlikdən çıxarmasını tələb etmir. Beləliklə, başqa səhərdən olan bir kişi ailə quran bir qadın öz atasının evinə getdikdə, öz əsil vətənini vətənlikdən çıxarmayanadək orada namazı tam qılmalıdır.
3- Əgər qadın vətən seçməkdə və ya vətəni vətənlikdən çıxarmaqda öz ərinin istəyinə tabe olarsa, ərinin qərarı onun üçün kifayət edir və daimi yaşayış və məskunlaşma məqsədilə əri ilə birlikdə getdiyi şəhər onun da vətəni hesab olunur. Həmçinin ərin onların müştərək vətənini vətənlikdən çıxarması və həmin yerdən çıxıb başqa bir yerə getmələri qadının da həmin yeri vətənlikdən çıxarması hesab olunur.
4- Əgər övladlar qərarlar almaqda və yaşayışda müstəqil olmazlarsa, yəni təbii olaraq atanın istəyinə tabedirlərsə, əvvəlki vətəni vətənlikdən çıxarmaq və yeni vətən seçməkdə – belə ki, onlar ata ilə birlikdə daimi yaşayış üçün oraya getmişdirlər – övladlar ataya tabedirlər. Beləliklə, əgər bir şəxs ataya tabe olaraq öz vətənindən başqa bir şəhərə köçsə və ata yaşayış üçün əvvəlki yerə qayıtmamaq niyyətində olsa, əvvəlki yer daha onun üçün vətən hökmündə deyildir. Əksinə, atanın yeni vətəni onun vətənidir.
5- Əgər övladlar qərarlar almaqda və yaşayışda müstəqil olsalar, vətən hökmlərində ata və anaya tabe olmayacaqlar.
Suallar:
1- Səfəri kəsən səbəblər hansılardır?
2- Əsil vətən və insanın seçdiyi vətən nə deməkdir?
3- İnsanın seçdiyi vətənin şərtləri hansılardır?
4- İnsanın birdən artıq vətəni ola bilərmi?
5- Vətəndən eraz etmək nə deməkdir?
6- Ailə qurub başqa şəhərə gəlin köçən qız atası evinə getdikdə namazını qəsr qılmalıdır, yoxsa tam?
- ƏLLİ ÜÇÜNCÜ DƏRS: GÜNDƏLİK NAMAZLAR (19)
ƏLLİ ÜÇÜNCÜ DƏRS: GÜNDƏLİK NAMAZLAR (19)
Müsafir namazı (3)5. Müəyyən bir yerdə on gün qalmağı qərara almaq.
1. Əgər müsafir on gün ardıcıl olaraq bir yerdə qalmağı qərara alsa ya ixtiyarsız olaraq orada on gün qalacağını bilsə, namazı tam qılmalıdır. Əks təqdirdə, müsafir hökmündədir. Hərbi xidmətdə olanlar və ya hərbiçilər bu hökmdən istisna olunmurlar.[1]
Diqqət:
• Bir yerdə on gün qalmayacağını bilən bir şəxs on gün qalacağını qərara alması mənasızdır. Məsələn, İmam Rzanın (ə) ziyarətinə gedən şəxs Məşhəddə on gündən az qalacağını bildiyi təqdirdə namazını tam qılmaqdan ötrü on gün qalacağını qərara alması mənasızdır. O, namazını qəsr qılmalıdır.[2]
2. Müsafir yalnız bir yerdə (məsələn, bir şəhərdə, bir kənddə və s.) on gün qalmağı qərara ala bilər. Deməli, camaatın nəzərində iki müxtəlif məntəqə sayılan yerlərə ezamiyyətə göndərilən şəxs onların birində on gün qalmağı qərara ala bilər. Əgər heç birində ardıcıl olaraq on gün qalmayacağını bilsə, hər iki yerdə namazı qəsr qılmalıdır.[3]
Diqqət:
• Şəhərin bir məhəlləsində on gün qalmağı qərara alan müsafir əgər şəhərin digər məhəllələrinə getsə, hətta on gün qalacağı məhəllə ilə o məhəllələr arasındakı məsafə şəri məsafə qədər olsa belə, hökm dəyişmir (namazı tam qılmalıdır).[4]
3. Əgər bir yerdə on gün və ya daha çox qalmaq istəyən müsafir on gün əsnasında həmin yerin ətrafına (oranın bağları və əkin sahələri hüdudlarına) getməyi əvvəlcədən nəzərdə tutubsa, bunun maneəsi yoxdur və onun “bir yerdə qalmaq niyyəti” düzgündür, namazı da tamdır. Həmçinin əgər qaldığı yerdən müsafirin şəri məsafədən az olaraq xaric olmağı nəzərdə tutması “on gün bir yerdə qalmaq niyyəti”nə xələl gətirməzsə, məsələn, bu on gün ərzində üç dəfə və hər dəfə təxminən beş saata gedib-qayıdarsa, bir yerdə qalmaq niyyətinə xələl gəlmir və onun namazı tamdır.
4. Əgər müsafir on gün qalmağı qərara aldığı yerdən 4 fərsəx uzaqlaşmağı əvvəlcədən nəzərdə tutsa – hətta bir dəfə bir neçə dəqiqəliyə olsa belə – bu, onun “on gün bir məkanda qalma” niyyətinə xələl gətirir və namazı qəsr qılmalıdır.[5]
5. Əgər müsafir on gün bir məkanda qalmağı qərara aldığı yerdə bir dörd rəkətli namaz (zöhr, əsr və ya işa) qılmamışdan öncə qərarından dönsə və ya tərəddüd etsə, orada olduğu müddətdə namazı qəsr qılmalıdır. Lakin əgər bir dörd rəkətli namazı qıldıqdan sonra qərarından dönsə və ya tərəddüd etsə, artıq başqa bir yerə səfər etməyənədək orada olduğu müddətdə namazı tam qılmalıdır (hətta bir gün qalsa belə).[6]
6. Qəsdi-iqamət, yəni “bir yerdə qalmağı qərara almaq” bu iki şərtdən biri ilə baş tutur:
- Müsafir, qalmağı qərara aldığı yerdə bir dörd rəkətli namaz qılsın;
- On gün qalmağı qərara aldıqdan sonra on gün ardıcıl olaraq həmin yerdə qalsın.[7]
7. Qəsdi-iqamət baş tuduqdan sonra şəri məsafədən az olaraq oradan uzaqlaşmağın – hətta bir neçə dəfə və nisbətən çox bir müddət üçün – maneəsi yoxdur və namaz tam qılınmalıdır. Lakin əgər şəri məsafə qədər uzaqlaşsa, müsafir hökmündədir.
Deməli, əgər müsafir on gün qalmağı qərara aldığı şəhərdən aralarındakı məsafə şəri məsafə qədər olan başqa bir şəhərə səfər etsə, şəhərə döndükdə yenidən orada on gün qalmağı qərara almalıdır.[8]
8. Zövcə və övladların vətən seçmələri və ya vətəndən eraz etmələri barədə deyilən hökmlər onların qəsdi-iqamətinə də aiddir[9].
6. Neçə gün qalmağı qərara almadan bir ay müəyyən bir yerdə qalmaq (yəni müsafir gedəcəyini və ya qalacağını bilmədən bir ay bir yerdə qalır).
Əgər şəri məsafəni qət edən müsafir çatdığı yerdə nə qədər qalacağını bilmirsə, qərara gəlməyənədək namazı qəsr qılmalıdır. Lakin otuz gün tamam olan kimi, hətta həmin gün geri qayıtmaq istəsə belə, namazı tam qılmalıdır.[10]
7. Böyük şəhər.
Vətən seçmək və qəsdi-iqamət məsələlərində, müsafirin hökmlərində böyük şəhərlə adi şəhər arasında fərq yoxdur. Böyük bir şəhəri vətən seçib bir müddət orada yaşadıqdan sonra bu şəhər bütünlüklə həmin şəxsüçün vətən hökmündəolacaqdır. Həmçinin böyük bir şəhərdə on gün qalmağı qərara alan müsafir üçün şəhərin bütün məhəllələrində namazı tam qılmaq hökmüicra olunacaqdır.Burada şəxs istər şəhərin müəyyən bir məhəlləsini vətən seçsin və ya orada on gün qalmağı qərara alsın, istərsə də müəyyən bir məhəlləni nəzərdə tutmasın.[11]
Suallar:
1- Əgər müəyyən bir yerdə qeyri-ixtiyari on gün qalacağını bilən əsgərin namazının hökmü nədir?
2- Əgər İmam Rzanın (ə) ziyarətinə gedən şəxs Məşhəddə on gündən az qalacağını bilsə, lakin namazını tam qılsın deyə orada on gün qalmağı qərara alsa, bunun hökmü nədir?
3- Bir yerdə on gün qalmağı qərara alarkən oradan dörd fərsəxdən az məsafəni uzaqlaşmağı nəzərdə tutmaq olarmı?
4- Qəsdi-iqamət hansı şərtlə baş tutur?
5- Müsafir getdiyi yerdə nə qədər qalacağını, yəni on gün, yoxsa daha az qalacağını bilməsə, namazını necə qılmalıdır?
6- Müsafirin hökmlərində böyük şəhərlə kiçik şəhər arasında hansı fərqlər vardır?
[1] Əcvəbətul-istiftaat, 642, 647, 648 və 683-cü suallar.
[2] Əcvəbətul-istiftaat, 671-ci sual.
[3] Əcvəbətul-istiftaat, 674-cü sual.
[4] Əcvəbətul-istiftaat, 657-ci sual.
[5] Əcvəbətul-istiftaat, 656, 659 və 665-ci suallar.
[6] Əcvəbətul-istiftaat, 657, 659 və 689-cu suallar.
[7] Əcvəbətul-istiftaat, 657, 659 və 689-cu suallar.
[8] Əcvəbətul-istiftaat, 657, 659 və 689-cu suallar.
[9] Əcvəbətul-istiftaat, 404 və 406-cı suallar.
[10] Əcvəbətul-istiftaat, 673-cü sual.
[11] Əcvəbətul-istiftaat, 707-ci sual.
- ƏLLİ DÖRDÜNCÜ DƏRS: GÜNDƏLİK NAMAZLAR (20)
ƏLLİ DÖRDÜNCÜ DƏRS: GÜNDƏLİK NAMAZLAR (20)
1. Qəza namazı
1) Hər kim vacib namazı müəyyən bir səbəbə görə – istər yatıb qaldığına, istər məst olduğuna, istərsə də müəyyən bir xəstəliyə görə – öz vaxtında qılmasa, qəzasını qılmalıdır. Lakin əgər bir şəxs namaz vaxtı boyunca huşunu itirmiş olsa, namazın qəzası ona vacib olmur. Həmçinin müsəlman olan kafirin kafir olduğu müddətdə və qadının heyz və nifas olduğu müddətdə qılmadığı namazların qəzası yoxdur.[1]
2) Hər kim namaz vaxtı keçdikdən sonra qıldığı namazın düzgün olmadığını bilsə, onun qəzasını qılmalıdır. Məsələn, əgər bir şəxs qüslün əhkamını bilmədıyınə görə şəriətdə göstərilən qaydada qüsl etmədiyibsə, batil və düzgün olmayan qüsl ilə qıldığı namazların qəzasını qılmalıdır.[2]
3) O namazların qəzasını qılmaq vacibdir ki, insan onları tərk etdiyinə və ya düzgün qılmadığına əmin olsun. Lakin əgər insan ehtimal versə və ya şəkk etsə ki, keçmişdə namazlarının bəzisini tərk etmiş və ya düzgün qılmamışdır, onların qəzasını qılmaq vacib deyildir.[3]
4) Gündəlik vacib namazların qəzasını qıldıqda namazların tərtibinə riayət etmək vacib deyildir. Əlbəttə, bir günün zöhr və əsr, yaxud məğrib və işa namazlarının qəzasını eyni vaxtda qılıdıqda tərtibə riyayət olunmalıdır.
Deməli, bir ayın qəza namazını həm aşağıdakı qaydada qılmaq olar:
Otuz sübh namazı, otuz zöhr və əsr namazları, otuz məğrıb və işa namazları.
Həm də gündəlik namazların ardıcıllığı ilə qılmaq olar.[4]
5) Qəza namazlarının sayını bilməyən şəxs, məsələn, iki, yoxsa üç namazının qəza olduğunu bilməyən şəxs əgər ehtimal verdiyi sayların azı qədər (başqa sözlə desək, əmin olduğu say qədər) qəza namazı qılsa, kifayətdir.[5]
6) Ardıcıl olaraq üç cənabət qüslü edən şəxs (məsələn, ayın 21-i, 25-i və 27-si qüsl etmişdir), əgər sonradan onların birinin batil olduğuna əmin olsa, ehtiyati-vacibə görə batil qüsllə qıldığı namazların qəzasını qılmalıdır.[6]
7) Nafilələr və müstəhəb namazlar qəza namazını əvəz etmir və boynunda qəza namazı olan şəxs qəza namazı qıldığını niyyət edib onu qılmalıdır.[7]
8) Qəza etdikləri namazların hamısını hal-hazırda qılmağa qadir olmayan şəxslərə vacibdir ki, bacardıqlarını qılsınlar və qıla bilmədiklərini vəsiyyət etsinlər.[8]
2. İsticari namaz[9]
1) Heç kim həyatda olan bir şəxsin qəza namazını qıla bilməz, hətta həmin şəxs qəza namazlarını qılmağa aciz olsa belə. Hər kəs öz vacib namazlarını bacardığı tərzdə özü qılmalıdır və başqasının onun yerinə qıldığı namaz – istər zəhmət haqqı alsın, istərsə də almasın – kifayət etmir.[10]
2) İsticari namazı qılarkən mərhumun xüsusiyyətlərini demək lazım deyildir və təkcə zöhr və əsr namazlarının, eləcə də məğrib və işa namazlarının tərtibinə riayət etmək şərtdir. Əgər müqavilə və razılaşma zamanı isticari namaz üçün heç bir şərt qeyd olunmasa (məsələn, filan məsciddə və ya filan vaxtda qılınsın), namaz qılan şəxsə vacibdir ki, namazın adətən riayət olunan bir sira müstəhəb işlərinə bu namazda da riayət etsin. Lakin hər namaz üçün azan demək vacib deyildir.[11]
3. Ata və ananın qəza namazları
1) Ata və ana vəfat etdikdən sonra onların qəza namazlarını qılmaq böyük oğula vacibdir. Bu şərtlə ki, ata və ana namazlarını Allaha itaətsizlik məqsədilə qəza etməyibdirlər. Hətta əgər itaətsizlik məqsədilə olsa belə, ehtiyati-müstəhəbə görə yenə də böyük oğul valideynlərinin qəza namazını qılmalıdır.[12]
2) Əgər ata və ana ömür boyu əsla namaz qılmayıblarsa, ehtiyati-vacibə görə yenə də onların qəza namazları böyük oğula vacibdir.[13]
3) Böyük oğul dedikdə, ata və ana vəfat etdikdən sonra həyatda olan böyük oğul övladı nəzərdə tutulur. Deməli, əgər ailənin böyük oğlu ata və anadan qabaq vəfat etsə, istər həddi-büluğa çatmış olsun, istərsə də çatmamış olsun, ata və anan vəfat etdikdən sonra onların qəza namazları həyatda olan böyük oğula vacib olur.[14]
4) Böyük oğul dedikdə, mərhumun oğlan övladları arasında ən böyüyü nəzərdə tutulur. Deməli, əgər mərhumun böyük övladı qız və ikinci övladı oğlandırsa, valideynlərin qəza namazı ailənin ikinci övladı, eyni zamanda böyük oğul sayılan oğlana vacibdir.[15]
5) Ata və ananın qəza namazları böyük oğula vacib olsa da, başqası qıldığı təqdirdə böyük oğlun boynundan götürülür.[16]
6) Böyük oğula vacibdir ki, bildiyi və əmin olduğu qədər ata-anasının qəza namazlarını qılsın. Əgər o, ata-anasının qəza namazı olub-olmadığını bilməsə, ona heç nə vacib olmur və maraqlanıb araşdırmaq da lazım deyildir.[17]
7) Böyük oğula vacibdir ki, ata və anasının qəza namazlarını mümkün olduğu hər bir şəkildə yerinə yetirsin.
Əgər özü yerinə yetirməyə qadir olmasa və başqasına da pul ilə qıldırmağa imkanı olmasa, üzrlü sayılır.[18]
8) Həm özünün qəza namazları olan, həm də ata-anasının qəza namazları ona vacib olan şəxs hansını istəsə qıla bilər. Yəni hansı birini qılsa, düzgündür.[19]
9) Əgər böyük oğul ata və anası vəfat etdikdən sonra vəfat etsə, digər övladların boynuna şəri vəzifə düşmür.
Deməli, ata-ananın qəza namazları böyük oğlun oğluna (nəvəyə) və ya qardaşına vacıb olmur.[20]
Suallar:
1- Müsəlman olan kafirə kafir olduğu müddətdə qılmadığı namazların qəzasını qılmaq vacibdirmi?
2- Boynunda qəza namazı olan şəxs əgər müstəhəb bir namaz qılsa, qəza namazını əvəz edirmi?
3- İsticari namazda mərhumun xüsusiyyətlərini demək şərtdirmi?
4- Ömür boyu namaz qılmayan atanın qəza namazını qılmaq böyük oğula vacibdirmi?
5- Böyük oğul kimə deyilir?
6- Əgər böyük oğulun özünün qəza namazı olsa və ata-anasının da qəza namazı ona vacib olsa, hansını birinci qılmalıdır?
[1] Əcvəbətul-istiftaat, 525, 527, 532, 535, 536, 537 və 539-cu suallar.
[2] Əcvəbətul-istiftaat, 524, 525 və 529-cu suallar.
[3] Əcvəbətul-istiftaat, 525, 527,533 və 538-ci suallar.
[4] Əcvəbətul-istiftaat, 530, 531, 533 və 710-cu suallar.
[5] Əcvəbətul-istiftaat, 525, 527 və 533-cü suallar.
[6] Əcvəbətul-istiftaat, 528-ci sual.
[7] Əcvəbətul-istiftaat, 526-cı sual.
[8] Əcvəbətul-istiftaat, 536-cı sual.
[9] Muzd alıb mərhumun qəza namazlarını qılmaq.
[10] Əcvəbətul-istiftaat, 550, 709 və 710-cu suallar.
[11] Əcvəbətul-istiftaat, 710-cu sual.
[12] Əcvəbətul-istiftaat, 542, və 548-ci suallar.
[13] Əcvəbətul-istiftaat, 547-ci sual.
[14] Əcvəbətul-istiftaat, 543-cü sual.
[15] Əcvəbətul-istiftaat, 542-ci sual.
[16] Əcvəbətul-istiftaat, 541 və 545-ci suallar.
[17] Əcvəbətul-istiftaat, 541 və 544-cü suallar.
[18] Əcvəbətul-istiftaat, 541-ci sual.
[19] Əcvəbətul-istiftaat, 549-cu sual.
[20] Əcvəbətul-istiftaat, 546-cı sual.
- ƏLLİ BEŞİNCİ DƏRS: AYƏT NAMAZI - FİTR VƏ QURBAN BAYRAMLARININ NAMAZI
ƏLLİ BEŞİNCİ DƏRS: AYƏT NAMAZI - FİTR VƏ QURBAN BAYRAMLARININ NAMAZI
1. Ayət namazı
1) Ayət namazını vacib edən şəri səbəblər
Ayət namazı 4 surətdə vacib olur:
1- Günəş tutulduqda (küsuf), hətta çox az hissəsi tutulsa belə;
2- Ay tutulduqda (xüsuf), hətta çox az hissəsi tutulsa belə;
3- Zəlzələ baş verdikdə;
4- Camaatın əksəriyyətinin qorxmasına səbəb olan təbiət hadisəsi baş verdikdə, məsələn, güclü qara küləyin əsməsi, zülmət qaranlığın çökməsi, torpaq sürüşməsinin baş verməsi, güclü ildırım və şimşəyin çaxması və s.[1]
Diqqət:
• Küsuf, xüsuf və zəlzələdən başqa digər təbiət hadisələri camaatın əksəriyyətinin qorxmasına bais olduqda ayət namazı vacib olur. Əks təqdirdə, yəni az adam qorxsa və ya heç kim qorxmasa, ayət namazı vacib olmur.
• Ayət namazı hadisə baş verən şəhərin, məntəqənin əhalisinə vacib olur. Əgər iki şəhər bir-birinə bitişik olduğu üçün bir şəhər kimi tanınsa, ayət namazı hər iki şəhərin əhalisinə vacib olur.[2]
• Əgər seysmoloji mərkəz müəyyən bir məntəqədə yeraltı təkanların baş verdiyi, eləcə də onun gücü barədə məlumat versə, lakin həmin məntəqənin əhalisi zəlzələ baş verdiyi anlarda heç nə hiss etməsə, ayət namazı vacib olmur.[3]
• Ardıcıl baş verən bir neçə zəlzələ üçün - istər güclü olsun, istərsə də zəif - ayrıca ayət namazı qılmaq lazımdır.[4]
2) Ayət namazının qaydası
Ayət namazı iki rəkətdir və hər rəkətdə beş rüku, iki səcdə vardır. Ayət namazını bir neçə qaydada qılmaq olar:
Birinci qayda: Niyyət etdikdən və təkbirətul-ehramı dedikdən sonra Həmd və Surəni oxuyursan, sonra rükuya gedirsən. Rükudan qalxıb yenidən Həmd və Surəni oxuyursan, sonra yenidən rükuya gedirsən. Bu qayda ilə beş rüku yerinə yetirirsən. Beşinci rükudan qalxıb səcdəyə gedirsən. Səcdələri yerinə yetirdikdən sonra birinci rəkət tamamlanır.
İkinci rəkəti də eynilə bu qayda ilə qılırsan. Namazın sonunda təşəhhüd və salamları oxuyursan.
İkinci qayda: Niyyət etdikdən və təkbirətul-ehramı dedikdən sonra Həmdi və hansısa bir surənin bir ayəsini, yaxud ayənin bir hissəsini oxuyursan (qeyd edək ki, “Bismilləhir-rahmənir-rahim”i bir ayə hesab etmək düzgün deyildir), sonra rükuya gedirsən. Rükudan qalxıb surənin növbəti ayəsini və ya oxuduğun ayənin ardını oxuyursan, sonra yenidən rükuya gedirsən. Bu qayda ilə beş rüku yerinə yetirirsən. Belə ki, oxunan surə sonuncu rükudan qabaq tamamlanmalıdır. Beşinci rükudan qalxıb səcdəyə gedirsən. Səcdələr yerinə yetirildikdən sonra birinci rəkət tamamlanır.
İkinci rəkət də eyni qayda ilə qılırır. Namazın sonunda təşəhhüd və salamlar oxunur. Əgər hər rükudan əvvəl Surənin bir ayəsi oxunarsa, Həmd həmin rəkətin əvvəlində bir dəfədən artıq oxunmamalıdır. Qeyd edək ki, Surəni bölərkən bütöv bir ayəni oxumaq lazım deyildir, əksinə, (“Bismilləhir-rahmənir-rahim” ayəsindən qeyri) bir ayə iki hissəyə də bölünə bilər.
Üçüncü qayda: Birinci rəkəti yuxarıda izah olunan iki qaydadan biri şəklində, ikinci rəkəti isə digər qayda üzrə qılmaq olar.
Dördüncü qayda: Birinci rükudan əvvəl bir ayəsi oxunan Surə ikinci, üçüncü və ya dördüncü rükudan əvvəl tamamlanır. Surə tamamlandıqdan sonra növbəti qiyamda Həmd surəsi yenidən oxunur və yeni bir Surə oxunmağa başlanır, belə ki, beşinci rükudan əvvəl bu Surə tamamlanmalıdır.[5]
2. Fitr və Qurban bayramlarının namazları
1) Hal-hazırkı dövrdə (İmam Zaman (ə) qeybdə olduğu üçün) Fitr və Qurban bayramlarının namazı vacib deyil, yəni müstəhəbdir.[6]
2) Fitr və Qurban bayramlarının namazı iki rəkətdir. Birinci rəkətdə Həmd və Surəni oxuduqdan sonra beş təkbir (Allahu Əkbər) deyilir və hər təkbirdən sonra bir qunut tutulur. Beşinci qunutdan sonra daha bir təkbir deyilir və rüku yerinə yetirilir. Səcdələri yerinə yetirdikdən sonra birinci rəkət tamamlanır.
İkinci rəkətdə dörd təkbir deyilir və hər təkbirdən sonra bir qunut tutulur. Dördüncü qunutdan sonra daha bir təkbir deyilir, sonra rüku və səcdələr yerinə yetirilir. Namazın sonunda təşəhhüd və salamlar oxunur.[7]
3) Bayram namazının qunutunda uzun və ya qısa bir dua oxumağın heç bir fərqi yoxdur və namazı batil etmir. Lakin qunutları artırıb-azaltmaq olmaz.[8]
4) Bayram namazında iqamə yoxdur. Əgər pişnamaz bayram namazında iqamə oxusa, onun və ona iqtida edənlərin namazının düzgünlüyünə xələl gətirməz.[9]
5) Bayram namazı qılmaq səlahiyyətinə malik olan vəliyyi-fəqihin nümayəndələri və vəliyyi-fəqihin təyin etdiyi imam-cümələr hal-hazırkı dövrdə (İmam-Zamanın (ə.f) qeybi dövründə) bayram namazını camaat namazı şəklində qıla bilərlər. Lakin ehtiyati-vacib budur ki, onlardan qeyrisi bayram namazını furada (tək halda) qılsın. Bayram namazını “be qəsde vurud”[10] niyyətilə deyil, “be qəsde rica”[11] niyyətilə camaat namazı halında qılmağın maneəsi yoxdur. Əgər bir şəhərdə bayram namazı qılınarsa, yaxşı olar ki, vəliyyi-fəqih tərəfindən təyin olunan imam-cümədən qeyrisi pişnamaz dayanmasın.[12]
6) Bayram namazının qəzası yoxdur.[13]
7) Bayram namazına yetişməyən namaz qılanların istəyi ilə bu namazı ikinci dəfə camaat namazı halında qılmağın maneəsi yoxdur.[14]
Suallar:
1- Ayət namazı neçə surətdə vacib olur? İzah edin.
2- Bir məntəqədə baş verən zəlzələnin ardınca adətən bir neçə nisbətən zəif yeraltı təkanlar baş verir. Bu yeraltı təkanlar baş verdikdə ayət namazı vacib olurmu?
3- Ayət namazının qaydası necədir?
4- İmam Zamanın (ə.f) qeybi dövründə Fitr və Qurban bayramlarının hökmü nədir?
5- Hazırkı dövrdə camaat namazının pişnamazları Fitr və Qurban bayramı namazlarını qıla bilərlərmi?
6- Fitr bayramı namazının qəzası varmı?
[1] Əcvəbətul-istiftaat, 711-ci sual.
[2] Əcvəbətul-istiftaat, 713-cü sual.
[3] Əcvəbətul-istiftaat, 716-cı sual.
[4] Əcvəbətul-istiftaat, 715-ci sual.
[5] Əcvəbətul-istiftaat, 712-ci sual.
[6] Əcvəbətul-istiftaat, 633-cü sual.
[7] Əcvəbətul-istiftaat, 634-cü sual.
[8] Əcvəbətul-istiftaat, 634-cü sual.
[9] Əcvəbətul-istiftaat, 637 və 638-ci suallar.
[10] Fiqh terminidir: şəriətdə bu barədə hökm mövcuddur. Müt.
[11] Fiqh terminidir: şəriətdə bu barədə hökm mövcud deyil, lakin Allaha yaxın olmaq niyyətilə hər hansı bir əməli yerinə yetirmək. Müt.
[12] Əcvəbətul-istiftaat, 635-ci sual.
[13] Əcvəbətul-istiftaat, 636-cı sual.
[14] Əcvəbətul-istiftaat, 569-cu sual.
- ƏLLİ ALTINCI DƏRS: CAMAAT NAMAZI (1)
ƏLLİ ALTINCI DƏRS: CAMAAT NAMAZI (1)
Camaat namazının əhəmiyyəti1. Camaat namazının əhəmiyyəti
1) Camaat namazı çox müstəhəb bir əməldir və ən azı iki nəfərlə (biri pişnamaz, digəri isə iqtida edən) qılına bilər.[1]
2) Əgər pişnamaz (imam-camaat) pişnamazlıq niyyəti etmədən namaza başlasa, namaz qılanlar ona iqtida edə bilərlər. Başqa sözlə desək, əgər təkcə iqtida edənlər iqtida niyyəti etsələr, camaat namazının hasil olması üçün kifayətdir və pişnamazın pişnamazlıq niyyəti şərt deyildir. Əlbəttə, əgər pişnamaz camaat namazının fəzilətini əldə etmək istəyirsə, pişnamazlıq niyyəti etməlidir.[2]
3) Pişnamazın ehtiyat qəza namazı niyyəti edib pişnamaz dayanması düzgün deyildir. Beləliklə, bir namaz üçün müxtəlif yerlərdə pişnamaz dayanan şəxs ehtiyat qəza namazı niyyəti edə bilməz.[3]
4) İqtida etməyin düzgünlüyü üçün pişnamazın razılığı şərt deyildir. Beləliklə, ona iqtida edilməsinə razı olmayan bir şəxsə iqtida etməyin maneəsi yoxdur.[4]
5) Özü iqtida edən bir nəfərə iqtida etmək düzgün deyildir. Lakin əgər insan bilmədən iqtida edən bir kəsə iqtida etsə, rüku və səcdələr baxımından namaz qılan şəxsin vəzifəsinə əməl edibdirsə, yəni bilərəkdən və ya səhvən namazın rüknünü azaldıb-çoxaltmayıbsa, namazı düzgündür.[5]
6) Gündəlik namazlarda camaat namazını digər bir dəstə məmumlar üçün bir dəfə təkrar etmək caizdir və bəlkə də müstəhəbdir. Amma bir dəfədən artıq təkrar etmək caiz deyil. Beləliklə, bir pişnamaz iki məsciddə camaat namazı təşkil edə və namazı ikinci dəfə qıla bilər.[6]
7) Gündəlik namazlarda pişnamazla iqtida edənin eyni namazı qılmaları şərt deyildir. Məsələn, məğrib namazı qılan pişnamaza işa namazını iqtida etmək olar.[7]
8) Qadınlar camaat namazında iştirak edə bilərlər və camaat namazının savabını əldə edirlər.[8]
9) Məscidə yaxın bir məkanda təşkil olunan camaat namazında iştirak etməyin, hətta məsciddə camaat namazı təşkil olunsa belə, maneəsi yoxdur. Əlbəttə yaxşı olar ki, möminlər bir yerə cəm olub camaat namazına əzəmət bəxş etsinlər. Həmçinin camaat namazı möminlər arasında təfriqə deyil, ülfət və ünsiyyət yaratmalıdır. Əgər məscidə yaxın bir məkanda camaat namazının təşkil olunması möminlər arasında təfriqə yaradırsa, bu camaat namazının təşkilinə icazə verilmir (caiz deyil).[9]
10) Əgər bir şəxs pişnamaz namazın axırındakı təşəhhüdü oxuyarkən camaat namazına yetişsə və camaat namazının savabını qazanmaq istəsə, niyyət edib təkbirətul-ehramı deməli, sonra əyləşib pişnamazla birgə təşəhhüdü oxumalıdır. Salamı isə oxumamalı və pişnamaz namazın salamını deyib qurtaranadək oturan vəziyyətdə gözləməli, sonra ayağa qalxıb namazını davam etdirməlidir. Yəni, Həmd və Surəni oxumalı və bunu namazının birinci rəkəti hesab etməlidir. (Bu, yalnız camaat namazının savabını qazanmaq üçün namazın axırında oxunan təşəhhüdə aiddir. Üç və dörd rəkətli namazların ikinci rəkətində oxunan təşəhhüddə belə etmək olmaz.)[10]
11) Pişnamazın və iqtida edənin müxtəlif mərcəyi-təqlidlərə təqlid etmələri iqtidanın düzgünlüyünə xələl gətirmir. Lakin əgər müsafirin hökmlərində pişnamazın mərcəyi-təqlidi namazın müəyyən bir şəraitdə tam qılınmasına hökm verdiyi halda iqtida edənin mərcəyi-təqlidi onun qəsr qılınmasına hökm verirsə, yaxud əksinə, bu təqdirdə iqtida düzgün deyildir.[11]
Diqqət:
• Camaat namazı qılınan məkanda furada namaz qılmaq əgər camaat namazına əhəmiyyət verməmək və camaatın ədalətli hesab etdiyi bir pişnamaza qarşı ehtiramsızlıq sayılsa, caiz deyil.[12]
• Məntiqi bir səbəbə görə, məsələn, ittihama məruz qalmamaq üçün camaat namazına zahiri qatılmanın maneəsi yoxdur. Lakin məğrib və işa namazları kimi Həmd və Surənin ucadan oxunulması vacib olan namazlarda namaz qılan şəxs iqtida etdiyini izhar etmək üçün onları ahəstə oxuya bilməz və düzgün deyildir.[13]
• Dövlət idarələrinin namazxanalarında qılınan camaat namazından əvvəl, sonra və ya iki namaz arasında müstəhəb ibadətlərin yerinə yetirilməsi – məsələn, müstəhəb namazların qılınması, Təvəssül duası və s. uzun duaların oxunması – əgər camaat namazının özündən daha çox vaxt tələb etsə və iş saatı vaxtında olub vacib idarə işlərinin təxirə salınmasına səbəb olsa, maneəsi (işkalı) vardır.[14]
• İmam-camaat namaz üçün zəhmət haqqı ala bilməz. Lakin camaat namazında iştirak etməkdən ötrü müqəddimə işlər üçün zəhmət haqqı ala bilər.[15]
• Camaat namazının salamından sonra Quran ayələri qiraət etməyin, Peyğəmbər (s) və Ali-Peyğəmbərə (ə) salavat göndərməyin nəinki maneəsi yoxdur, hətta müstəhəb və bəyənilən bir işdir.[16]
• Yaxşı olar ki, dövlət idarələri və digər müəssisələrdə iş saatı elə bir şəkildə tənzimlənsin ki, çox mühüm ibadət olan gündəlik namazını camaat namazı halında, həmçinin namaz vaxtının əvvəlində qılmaq imkanı yaransın.[17]
Suallar:
1- Camaat namazı ən azı neçə nəfərlə təşkil olunur?
2- Pişmanaz eyni bir namazı iki məsciddə iki dəfə qıla bilərmi?
3- İşa namazını qılan şəxs məğrib namazını qılan pişnamaza iqtida edə bilərmi?
4- Azan və iqaməsinin eşidildiyi və xeyli sayda insanın iştirakı ilə təşkil olunmuş camaat namazına yaxın bir yerdə ikinci camaat namazı qılmaq olarmı?
5- Camaat namazı qılınan məkanda furada namaz qılmağın hökmü nədir?
6- İmam-camaat namaza görə zəhmət haqqı ala bilərmi?
[1] Əcvəbətul-istiftaat, 553 və 564-cü suallar.
[2] Əcvəbətul-istiftaat, 551-ci sual.
[3] Əcvəbətul-istiftaat, 580-cı sual.
[4] Əcvəbətul-istiftaat, 573-cü sual.
[5] Əcvəbətul-istiftaat, 573 və 574-cü suallar
[6] Əcvəbətul-istiftaat, 569-cu sual
[7] Əcvəbətul-istiftaat, 575-ci sual
[8] Əcvəbətul-istiftaat, 595 və 597-ci suallar
[9] Əcvəbətul-istiftaat, 554, 556 və 581-ci suallar
[10] Əcvəbətul-istiftaat, 567-ci sual.
[11] Əcvəbətul-istiftaat, 583-cü sual.
[12] Əcvəbətul-istiftaat, 555-ci sual.
[13] Əcvəbətul-istiftaat, 588 və 591-ci suallar.
[14] Əcvəbətul-istiftaat, 553-cü sual.
[15] Əcvəbətul-istiftaat, 568-ci sual.
[16] Əcvəbətul-istiftaat, 571-ci sual.
[17] Əcvəbətul-istiftaat, 552-ci sual.
- ƏLLİ YEDDİNCİ DƏRS: CAMAAT NAMAZI (2)
ƏLLİ YEDDİNCİ DƏRS: CAMAAT NAMAZI (2)
Namazın müxtəlif məsələləri2. Camaat namazının şərtləri.
Camaat namazının şərtləri aşağıdakılardır:
1- Hail[1] olmamalıdır;
2- İmam-camaatın (pişnamaz) dayandığı yer məmumun (iqtida edən) dayandığı yerdən hündür olmamalıdır;
3- İmam-camaatla məmum arasında fasilə olmamalıdır;
4- Məmum imam-camaatdan öndə dayanmamalıdır.
1) Hail olmamalıdır:
1. Əgər camaat namazının cərgələrinin birində bütün namaz qılanların namazı qəsr və onların arxasında dayanan cərgələrdəki namaz qılanların namazı isə tam olsa, ehtiyati-vacibə görə namazlarını qəsr qılan cərgə namazın salamını deyərkən bu cərgənin arxasında dayanan cərgələr namazlarını furada davam etdirməlidirlər: istər onların önündə olan həmin cərgə iki rəkət namazı tamamlayıb dərhal sonrakı namazı niyyət edərək iqtida etsinlər, istərsə də etməsinlər.[2]
2. Əgər camaat namazının üçüncü və dördüncü cərgəsindən sonrakı cərgədə bir neçə həddi-büluğa çatmayan fərd dayansa və onların arxasında mükəlləf fərdlər dayansa, arxa cərgələrdəki mükəlləflərin namazı düzgündür.[3]
Diqqət:
• Əgər camaat namazında qadınlar kişilərin arxasında dayansalar, hətta arada məsafə olmasa belə pərdə çəkilməsinə ehtiyac yoxdur. Lakin əgər qadınlar kişilərlə yanaşı dayansalar, qadınla kişinin namazda yanaşı dayanması məkruh olduğu üçün bu məkruhluq aradan qalxsın deyə, ortadan pərdə çəkilsə yaxşıdır. Namazda qadınlarla kişilərin arasından pərdə çəkilməsini, qadınların şəxsiyyətinə və şəninə təhqir güman edənlərin heç bir əsasları yoxdur.[4]
2) İmam-camaatın (pişnamaz) dayandığı yer məmumun (iqtida edən) dayandığı yerdən hündür olmamalıdır.
Əgər pişnamazın dayandığı yer iqtida edənlərin dayandığı yerdən şəriətdə icazə verilən həddən artıq hündürdə olarsa, canaat namazı batildir.[5]
3) İmam-camaatla məmum arasında fasilə olmamalıdır.
Əgər birinci cərgənin iki tərəfinin birinin axırında dayanan məmum pişnamaz namaza başlayarkən onunla pişnamaz arasında dayanan digər namaz qılanlar kamil surətdə iqtidaya hazırdırlarsa, o da niyyət edib camaat namazına qoşula bilər.[6]
3. Camaat namazının hökmləri
1. Məmum zöhr və əsr namazlarında hətta fikrini cəmləmək üçün olsa belə, Həmd və Surəni qiraət edə bilməz.[7]
2. Əgər imam-camaat işa namazının üçüncü və ya dördüncü rəkətində, məmum isə ikinci rəkətində olsa, Həmd və Surəni ahəstə oxumaq məmum üçün vacibdir.[8]
3. Hər kim camaat namazının ikinci rəkətində namaza qoşulsa və camaat namazının hökmlərini bilmədiyi üçün öz namazının ikinci rəkətində (bu vaxt camaat namazının üçüncü rəkəti olacaqdır) qunutu və təşəhhüdü oxumasa, namazı düzgündür. Lakin ehtiyata görə təşəhhüdün qəzasını və iki səcdeyi-səhv yerinə yetirmək ona vacib olur.[9]
4. Hər kim camaat namazının üçüncü rəkətində namaza qoşulsa, lakin namazın birinci rəkəti olduğunu güman edib heç nə qiraət etməsə, bu təqdirdə əgər rükudan öncə səhvini başa düşsə, Həmd və Surəni qiraət etməlidir. Lakin rükuda ikən başa düşsə, namazı düzgündür və heç nə ona vacib olmur. Lakin qiraəti səhvən tərk etdiyi üçün ehtiyati-müstəhəbə görə iki səcdeyi-səhv yerinə yetirməlidir.[10]
5. Əgər pişnamaz təkbirətul-ehramı dedikdən sonra səhvən rükuya getsə (yəni Həmd və Surəni qiraət etmədən), bu təqdirdə əgər məmum camaat namazına qoşulduqdan və rükuya getməmişdən qabaq pişnamazın səhvini başa düşsə, niyyətini furada niyyətinə döndərməli, Həmd və Surəni qiraət etməlidir.[11]
6. Əgər pişnamaz qiraət edərkən bir sözü düzgün tələffüz edib-etmədiyinə elə namaz əsnasında şəkk etsə və namazdan sonra bilsə ki, həmin sözü səhv tələffüz etmişdir, həm özünün, həm də ona iqtida edənlərin namazı düzgündür.[12]
7. Müsəlmanların vəhdətini qorumaqdan ötrü əhli-sünnədən olan pişnamaza iqtida etmək olar. Hətta əgər xalçanın üzərinə səcdə etmək vəhdətin qorunmasına bais olacaqsa, xalça üzərinə səcdə etmək olar və namaz düzgündür. Lakin zəruri olmayanadək (məsələn, təqiyyə üçün) əli bağlı namaz qılmaq olmaz.[13]
4. İmam-camaatın şərtləri:
1- Həddi-büluğa yetişmiş fərd olmalıdır;
2- Ağıllı olmalıdır;
3- Ədalətli olmalıdır;
4- Halalzadə olmalıdır;
5- On iki imam şiəsi olmalıdır;
6- Namazı düzgün qılmalıdır;
7- Kişi olmalıdır (əlbəttə əgər iqtida edənlər kişidirsə).
3- Ədalətli[14] olmalıdır.
1. Əgər pişnamaz din aliminə yaraşmayan xoşagəlməz bir söz desə və ya bir zarafat etsə, onun bu sözü şəriətə zidd olmadığı təqdirdə ədalətinə xələl gətirmir.[15]
2. Əmr bil-məruf və nəhy ənil-münkər etməmək – çünki bunu etməməkdə mükəlləf üçün məqbul bir üzr mövcud ola bilər – şəxsin ədalətinə xələl gətirmir və ona iqtida etməyin maneəsi yoxdur.[16]
3. Əgər pişnamaz camaat namazı qılmaq üçün velisopedlə getsə və yol qaydalarına riayət etsə, bu onun ədalətinə və pişnamazlığına xələl gətirmir.[17]
4. Bəzən bir şəxs pişnamazın ədalətli olduğuna inansa da bəzi hallarda onun tərəfindən zülm və haqsızlığa məruz qaldığını düşünür. Əgər bu şəxsə aydın olmasa ki, onun zülm və haqsızlıq hesab etdiyi həmin əməli pişnamaz bilərəkdən və ixtiyari olaraq, habelə heç bir şəri üzrü olmadan yerinə yetirmişdir, o şəxs pişnamazın ədalətsizliyinə hökm verə bilməz.[18]
Diqqət:
• İqtida etmək üçün pişnamazı yaxından tanımaq şərt deyildir. Əgər pişnamazın ədalətli olduğu hər hansı bir yolla məmum üçün sübuta yetsə, ona iqtida edə bilər və namazı düzgündür.[19]
6- Namazı düzgün qılmalıdır.
1. Əgər mükəlləf namazın sözlərini düzgün qiraət edə bilmirsə və düzgün qiraəti öyrənməyə də qadir deyildirsə, namazı düzgündür. Lakin başqaları ona iqtida edə bilməzlər.[20]
2. Əgər məmum pişnamazın qiraətini düzgün qiraət hesab etməsə və nəticədə onun namazının düzgün olmadığını qəbul etsə, ona iqtida edə bilməz. Əgər iqtida etsə, namazı düzgün deyil və yenidən qılmalıdır.[21]
7- Əgər iqtida edənlər kişidirsə, pişnamaz kişi olmalıdır.
Qadın yalnız qadın namaz qılanlar üçün pişnamaz dayana bilər.[22]
Pişnamazın şərtlərinə aid bir neçə şəri məsələ:
▪ Əgər dini alimə iqtida etmək mümkündürsə, qeyrisinə iqtida edilməsin.[23]
▪ Əgər bir şəxs namazın qiyamında ayaq üstə adi vəziyyətdə dayanıb Həmd və Surəni qiraət edə bilirsə, namazın zikrlərini və namazın hərəkətlərini adi qaydada yerinə yetirə bilirsə, həmçinin rüku və səcdələri yerinə yetirməyə qadirdirsə və düzgün dəstəmaz ala bilirsə, pişnamazın digər şərtlərinə malik olduğu aydın olduqdan sonra başqalarının ona iqtida etməsi düzgündür.
Əgər bir şəxsin əli və ya ayağı bütünlüklə kəsilibsə, yaxud əli və ya ayağı tamamilə iflicdirsə, onun imam-camaat dayana bilməsi məhəlli-işkaldır. Lakin ayağının baş barmağı kəsilən şəxsin imam-camaat dsyanması düzgündür.[24]
▪ Əgər bir şəxs şəri üzrü olduğuna görə qüsl edə bilməsə, qüsl əvəzinə təyəmmüm edib pişnamaz dayana bilər və ona iqtida etməyin maneəsi yoxdur.[25]
▪ Hər kim şəri məsələləri bilmədiyinə görə elə bir şəxsə iqtida etsə ki, ona iqtida etmək şəri baxımından düzgün sayılmır – məsələn, sağ əli olmayan bir əlilə iqtida etmişdir – qıldığı namazlar düzgündür və onları yenidən qılmaq lazım deyildir.[26]
Namazın müxtəlif məsələləri:
1. Müstəhəbdir ki, valideynlər yaxşı ilə pisi ayırd edən uşaqlarına şəriət hökmlərini öyrətsinlər.[27]
2. Hədisə istinadən, şərab içən şəxsin namazı qırx gün qəbul olunmur. Bu o deməkdir ki, şərab içmək namazın qəbul olmasına mane olur[28], nəinkinamaz qılmağın vacibliyi şərab içən şəxsin üzərindən qırx gün götürülür və bu şəxs sonradan namazların qəzasını qılmalıdır,yaxud da həm qırx gün ərzində namazlarını qılmalı, həm də sonradan onların qəzasını qılmalıdır.[29]
3. Namazdan sonra əl-ələ görüşməyin maneəsi yoxdur. Ümumiyyətlə, möminlərin əl-ələ görüşməsi müstəhəbdir.[30]
4. Namazın hərəkətlərini səhv yerinə yetirən şəxsi müşahidə edənin üzərinə heç bir məsuliyyət düşmür. Lakin əgər həmin şəxs namazın hökmlərini bilmədiyinə görə namazı səhv qılırsa, bu halda ehtiyati-vacibə görə ona səhvini başa salmaq lazımdır.[31]
Suallar:
1- Əgər camaat namazında qadınlar kişilərin arxasında dayansalar, hətta arada məsafə olmasa belə pərdə çəkilməsinə ehtiyac varmı?
2- Məmum zöhr və əsr namazlarında fikrini cəmləmək üçün Həmd və Surəni qiraət edə bilərmi?
3- Əgər pişnamaz təkbirətul-ehramı dedikdən sonra səhvən rükuya getsə (yəni Həmd və Surəni qiraət etmədən), bu halda məmumun vəzifəsi nədir?
4- Əgər pişnamaz din aliminə yaraşmayan xoşagəlməz bir söz desə və ya bir zarafat etsə, onun ədalətinə xələl gəlirmi?
5- Əgər mükəlləf namazın sözlərini düzgün qiraət edə bilmirsə və düzgün qiraəti öyrənməyə də qadir deyilsə, namazının hökmü nədir? Bu halda başqaları ona iqtida edə bilərlərmi?
6- Bir qadın qadın namaz qılanlar üçün pişnamaz dayana bilərmi?
[1] “Hail” sözünün lüğəvi mənası “iki şeyin arasında olan sədd, maneə”dir. Burada isə xüsusi məna ifadə edir ki, bir qədər irəlidə şəri hökmün bəyanında aydınlaşacaq.
[2] Əcvəbətul-istiftaat, 577-ci sual.
Əcvəbətul-istiftaat, 585-ci sual.
[4] Əcvəbətul-istiftaat, 597-ci sual.
[5] Əcvəbətul-istiftaat, 576-cı sual.
[6] Əcvəbətul-istiftaat, 578-ci sual.
[7] Əcvəbətul-istiftaat, 565-ci sual.
[8] Əcvəbətul-istiftaat, 570-ci sual.
[9] Əcvəbətul-istiftaat, 572-ci sual.
[10] Əcvəbətul-istiftaat, 579-cu sual.
[11] Əcvəbətul-istiftaat, 584-cü sual.
[12] Əcvəbətul-istiftaat, 590-cı sual.
[13] Əcvəbətul-istiftaat, 599, 600, 601, 603 və 605-ci suallar.
[14] “Ədalət” və “ədalətli şəxs” sözlərinin mənaları xüsusunda “Mərcəyi-təqlidin şərtləri” başlığı altında olan mətnə müraciət edin.
[15] Əcvəbətul-istiftaat, 558-ci sual.
[16] Əcvəbətul-istiftaat, 561-ci sual.
[17] Əcvəbətul-istiftaat, 566-cı sual.
[18] Əcvəbətul-istiftaat, 560-cı sual.
[19] Əcvəbətul-istiftaat, 559-cu sual.
[20] Əcvəbətul-istiftaat, 587-ci sual.
[21] Əcvəbətul-istiftaat, 588, 589 və 591-ci suallar.
[22] Əcvəbətul-istiftaat, 596-cı sual.
[23] Əcvəbətul-istiftaat, 563-cü sual.
[24] Əcvəbətul-istiftaat, 592-ci sual.
[25] Əcvəbətul-istiftaat, 586-cı sual.
[26] Əcvəbətul-istiftaat, 593-cü sual.
[27] Əcvəbətul-istiftaat, 726-cı sual.
[28]“Namazın qəbul olmasına mane olur” dedikdə, o namaza savab verilməyəcəyi nəzərdə tutulur. Amma əgər bu şəxs namazı düzgün şəkildə qılsa, namazı tərk edən şəxs sayılmayacaq və namazı tərk etmək baxımından cəzalandırılmayacaqdır, baxmayaraq ki, savab da verilməyəcəkdir.
[29] Əcvəbətul-istiftaat, 728-ci sual.
[30] Əcvəbətul-istiftaat, 730-cu sual.
[31] Əcvəbətul-istiftaat, 729-cu sual.
-
- DÖRDÜNCÜ FƏSİL: ORUC
- BEŞİNCİ FƏSİL: XÜMS
- ALTINCI FƏSİL: ƏNFAL
- YEDDİNCİ FƏSİL: CİHAD
- Səkkizinci FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
-
