Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

FİQH TƏLİMLƏRİ

  • Cild 1
    • BİRİNCİ FƏSİL: TƏQLİD
    • İKİNCİ FƏSİL: TƏHARƏT
    • ÜÇÜNCÜ FƏSİL: NAMAZ
      • İyirmi yeddinci dərs: Namazın qisimləri
      • İyirmi səkkizinci dərs: Namaz paltarı (1)
      • İyirmi doqquzuncu dərs: Namaz paltarı (2)
      • Otuzuncu dərs: Namaz məkanı (1)
      • Otuz birinci dərs: Namaz məkanı (2)
        Çap versiyası  ;  PDF
         
        Otuz birinci dərs: Namaz məkanı (2)

         

        2. Hərəkətsiz olmalıdır
        Namaz məkanı hərəkətsiz olmalıdır. Yəni elə olmalıdır ki, namaz qılan şəxs bədəni hərəkətsiz vəziyyətdə və tərpənmədən namaz qıla bilsin. Deməli, maşında, yaylı çarpayının üstündə və bu kimi bədənin qeyri-ixtiyari olaraq hərəkət etdiyi məkanlarda namaz qılmaq düzgün deyildir. Əlbəttə, namaz vaxtı dar olduğu zaman və ya bu kimi başqa hallarda insan bu məkanlarda namaz qılmaq məcburiyyətində qaldıqda, orada namaz qıla bilər.
         
        Diqqət:
        • Avtobusla uzaq şəhərlərə səfərə çıxan sərnişinlər namazlarının qəza olacağını ehtimal etdikləri təqdirdə, namaz qılmaq üçün sürücüdən avtobusu münasib bir yerdə saxlamağı tələb etməlidirlər. Sürücü də sərnişinlərin bu tələbini qəbul etməlidir. Əgər sürücü məqbul bir üzrə görə və ya səbəbsiz olaraq avtobusu saxlamasa, sərnişinlər namazın qəza olacağını ehtimal etdikləri təqdirdə, maşın hərəkətdə ikən namaz­larını qılmalı və imkan daxilində qiblə, rüku, qiyam və səcdəyə riayət etməlidirlər.
        • Əgər qayıqla ezamiyyətə göndərilən şəxslər namaz vaxtı daxil olduğu zaman namazı qılmadıqları təqdirdə namaz qəza olacaqdırsa, mümkün olan hər şəkildə, hətta qayıqda belə, namazı öz vaxtında qılmalıdırlar.
         
        3. Bu məkanda dayanmaq haram olmamalıdır
        Namaz məkanı elə bir məkan olmamalıdır ki, orada dayanmaq haram olsun. Məsələn, insan həyatı üçün ciddi təhlükə hesab olunan bir yerdə (məsələn, uçmaq üzrə olan bir divarın kənarında) namaz qılınmamalıdır. Həmçinin namaz məkanı üstündə əyləşmək və ya dayanmağın haram olduğu bir məkan olmamalıdır. Məsələn, hər tərəfində Allahın adı və ya Quran ayələri yazılan bir xalçanın üstündə namaz qılınmamalıdır.
         
        4. Həzrət Peyğəmbərin (s) və Məsum İmamların (ə) qəbrindən öndə olmamalıdır
        İnsan Həzrət Peyğəmbərin (s) və Məsum İmamların (ə) qəbrindən öndə dayanıb namaz qılmamalıdır. Lakin qəbirin bərabərində namaz qılmağın maneəsi yoxdur.
         
        5. Səcdə yeri pak olmalıdır
        Səcdə yeri pak olmalıdır. Səcdə yerindən qeyri yerlərin isə napak olmasının maneəsi yoxdur və namaz düzgündür, amma bu şərtlə ki, napaklıq namaz qılan şəxsin bədəninə və ya paltarına sirayət etməməlidir.
         
        6. Ehtiyat-vacibə görə, namaz qılarkən qadın ilə kişi arasında ən azı bir qarış məsafə olmalıdır
        Ehtiyat-vacibə görə, namaz qılarkən qadın ilə kişi arasında ən azı bir qarış məsafə olmalıdır. Bu halda əgər qadın ilə kişi yanaşı dayansalar, yaxud qadın kişidən öndə dayansa, hər ikisinin namazı düzgündür.
         
        7. Səthi düz olmalıdır
        Namaz qılan şəxsin səcdə yeri onun dizlərini və ayaq barmaqlarını qoyduğu yerdən dörd bağlı barmaqdan hündürdə və ya alçaqda olmamalıdır.
         
        Namaz məkanı barəsində iki məsələ:
        • Kəbə evinin daxilində vacib bir namazı qılmaq məkruhdur. Da­­mın­da isə ehtiyat-vacibə görə, namaz qılınmasın.
        • Şəkilli səccadənin üstündə namaz qılmağın, yaxud üzərinə yazı və ya şəkil həkk olunan möhürə alın qoymağın öz-özlüyündə maneəsi yoxdur. Amma əgər bu məsələ şiəliyə töhmət vuranların əlinə bəhanə verəcəkdirsə, belə səccadələri və möhürləri istehsal etmək və namazda onlardan istifadə etməyə icazə verilmir. Həmçinin əgər belə səccadə və möhürlər namaz qılan insanın fikrini yayındırarsa və hüzuri-qəlbə xələl gətirərsə, onlardan istifadə etmək məkruhdur.
         
        Suallar:
        1- Bədənin qeyri-ixtiyari olaraq hərəkət etdiyi məkanlarda, məsələn, hərəkət edən maşında namaz qılmağın hök­mü nədir?
        2- Əgər namaz məkanı pak olmasa və yalnız səcdə yeri pak olsa, namaz düzgündürmü?
        3- Hər tərəfində Allahın adı və Quran ayələri yazılan xalçanın üstündə namaz qılmağın hökmü nədir?
        4- Namazda kişilər qadınlardan öndə dayanmalıdırlarmı?
        5- Vacib namazı Kəbə evinin daxilində qılmağın hökmü nədir?
        6- Şəkilli səccadənin üstündə namaz qılmağın, yaxud üzərinə yazı və ya şəkil həkk olunan möhürə alın qoymağın hökmü nədir?
      • Otuz ikinci dərs: Məscidin hökmləri (1)
      • Otuz üçüncü dərs: Məscidin hökmləri (2)
      • Otuz dördüncü dərs: Qiblə
      • Otuz beşinci dərs: Gündəlik namazlar
      • Otuz altıncı dərs: Namaz vaxtlarının şəri hökmləri və namazların ardıcıllığı
      • Otuz yeddinci dərs: Azan və iqamə
      • Otuz səkkizinci dərs: Namazın vacib əməlləri. Niyyət
      • Otuz doqquzuncu dərs: Təkbirətul-ehram və qiyam
      • Qırxıncı dərs: Qiraət (1)
      • Qırx birinci dərs: Qiraət (2)
      • Qırx ikinci dərs: Rüku
      • Qırx üçüncü dərs: Səcdə (1)
      • Qırx dördüncü dərs: Səcdə (2)
      • Qırx beşinci dərs: Zikr. Təşəhhüd. Salam
      • Qırx altıncı dərs: Tərtib və muvalat
      • Qırx yeddinci dərs: Namazın tərcüməsi
      • Qırx səkkizinci dərs: Namazın düzgün olmamasına və pozulmasına səbəb olan işlər
      • Qırx doqquzuncu dərs: Namazın şəkkiyatı
      • Əllinci dərs: Cümə namazı
      • Əlli birinci dərs: Müsafir namazı (1)
      • Əlli ikinci dərs: Müsafir namazı (2)
      • Əlli üçüncü dərs: Müsafir namazı (3)
      • Əlli dördüncü dərs: Qəza namazı. Əcir namazı. Ata və ananın qəza namazları
      • Əlli beşinci dərs: Ayat namazı. Fitr bayramı və Qurban bayramının namazı
      • Əlli altıncı dərs: Camaat namazı (1)
      • Əlli yeddinci dərs: Camaat namazı (2)
    • DÖRDÜNCÜ FƏSİL: ORUC
    • BEŞİNCİ FƏSİL: XÜMS
    • ALTINCI FƏSİL: ƏNFAL
    • YEDDİNCİ FƏSİL: CİHAD
    • YEDDİNCİ FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
700 /