Oxu / Yüklə:
FİQH TƏLİMLƏRİ
- Cild 1
- BİRİNCİ FƏSİL: TƏQLİD
- İKİNCİ FƏSİL: TƏHARƏT
- ÜÇÜNCÜ FƏSİL: NAMAZ
- DÖRDÜNCÜ FƏSİL: ORUC
- ƏLLİ SƏKKİZİNCİ DƏRS: ORUC (1)
ƏLLİ SƏKKİZİNCİ DƏRS: ORUC (1)
1. Orucun mənası
Müqəddəs İslam şəriətində mühüm ibadətlərdən biri olan oruc Allah-Təalanın əmrinə itaət niyyətilə sübh azanından məğrib azanına qədər orucu batil edən işlərdən çəkinməkdir.[1]
Diqqət:
• Orucun başlanma vaxtının meyarı “kazib fəcr” deyil, “sadiq fəcr”dir. Bunun təyin edilməsi isə mükəlləfin öhdəsindədir.[2]
• İmsakda ehtiyata riayət etmək üçün möhtərəm möminlər televiziya və radioda sübh azanı verilən kimi oruc üçün imsak etsinlər.[3]
• Əgər oruc tutan şəxs əmin olsa ki, azan verilən kimi artıq namaz vaxtı daxil olmuşdur, elə azan başlanan kimi iftar edə bilər və azanın qurtarmasını gözləmək lazım deyildir.[4]
2. Orucun qisimləri
1- Vacib oruc, məsələn, mübarək Ramazan ayının orucu;
2- Müstəhəb oruc, məsələn, rəcəb və şaban aylarında tutulan oruc;
3- Məkruh oruc, məsələn, Aşura günü tutulan oruc;
4- Haram oruc, məsələn Fitr bayramı və Qurban bayramı günü tutulan oruc.[5]
Diqqət:
• Hər kim oruc tutmağın ona zərəri olduğunu bilsə və ya zərəri olacağından qorxsa, oruc tutmamalıdır. Əgər oruc tutsa, orucu düzgün deyildir, bəlkə oruc tutmaq ona haramdır. Onun bu yəqinliyi və ya qorxusu istər öz təcrübəsi ilə hasil olsun, istər etibarlı bir həkimin sözləri əsasında, istərsə də digər bir məntiqi əsasla.[6]
• Oruc tutanın özü ayırd etməlidir ki, oruc tutduğu təqdirdə xəstələnəcəkdir və ya əgər xəstədirsə, xəstəliyi daha da şiddətlənəcəkdir, yaxud da oruc tutmağa qadir deyildir. Deməli, əgər həkim oruc tutmağın ona zərəri olduğunu desə, lakin oruc tutan şəxs öz təcrübəsinə əsaslanaraq orucun ona zərəri olmadığını bilsə, oruc tutmalıdır. Həmçinin, əgər həkim oruc tutmağın zərəri olmadığını desə, lakin oruc tutan şəxs orucun ona zərəri olduğunu bilsə və ya zərəri olacağından qorxsa, oruc tutmamalıdır.[7]
• Hər kim oruc tutmağın ona zərəri olmadığını bilib oruc tutsa, lakin sonra zərəri olduğunu başa düşsə, tutduğu orucların qəzasını tutmalıdır.[8]
• Bəzən həkimlər oruc tutmağı xəstələrinə qadağan edir və orucun onlara zərəri olduğunu bildirirlər. Əgər həkimin orucun zərəri barədə dedikləri xəstədə əminlik və ya qorxu yaradarsa, onun sözünə əsaslanmaq olar (başqa sözlə desək, qadağasına riayət etmək olar). Əks təqdirdə, həkimin sözünə əsaslanmaq olmaz.[9]
3.Vacib oruclar
Vacib oruclar aşağıdakılardan ibarətdir:
- Mübarək ramazan ayının orucu;
- Qəza orucu;
- Kəffarə oruc;
- Ata və ananın qəza orucu;
- Nəzir, and və əhd nəticəsində vacib olan müstəhəb oruclar;
- Etikafın üçüncü gününün orucu;
- Təməttu həccində qurbanlığın əvəzi olan oruc.[10]
4. Orucun vacib olmasının şərtləri
Orucun vacib olmasının şərtləri aşğıdakılardır:
1- Həddi-büluğ;
2- Əql;
3- Qadir olmaq;
4- Huşdan getməmək (yəni bihuş vəziyyətdə olmamaq);
5- Müsafir olmamaq;
6- Qadının heyzli və nifaslı olmaması;
7- Orucun zərərli olmaması;
8- Orucun insanı böyük çətinliyə salmaması.
Diqqət:
• Yuxarıdakı şərtlərə malik olan şəxsə oruc tutmaq vacib olur. Odur ki, həddi-büluğa çatmayan uşağa, dəliyə, bihuş vəziyyətdə olan insana, oruc tutmağa qadir olmayan şəxsə, müsafirə, heyzli və nifaslı qadına, oruc tutmağın zərəri və böyük çətinliyi olan şəxslərə oruc tutmaq vacib deyildir.[11]
• Mükəlləf zəif düşdüyünə görə orucu aça bilməz. Amma əgər elə bir həddə zəif düşsə ki, ona dözmək olduqca çətindir, bu halda orucu aça bilər. Həmçinin əgərbu həddə zəifliyin onun üçün zərəri və ya zərər qorxusu olsa, orucu açabilər. Beləliklə, həddi-büluğa çatan qızlara – məşhur rəyə görə hicri-qəməri təqmivi ilə doqquz yaşı tamam olan qızlara – oruc tutmaq vacibdir və orucun çətin olması, zəif düşmək və bu kimi səbələrə görə orucu tərk edə bilməzlər. Əlbəttə, əgər orucun onlara zərəri olsa, yaxud oruca dözməyin onlar üçün böyük əziyyəti olsa, orucu aça bilərlər. Amma oruca dözməyin böyük əziyyəti barədə qeyd etməliyik ki, onlar başlanğıcda oruc tutmalıdırlar və orucu davam etdirmək onlar üçün böyük əziyyət yaratdığı vaxt orucu aça bilərlər.[12]
5. Orucun düzgün olmasının şərtləri
Orucun düzgün olmasının şərtləri aşağıdakılardır:
1- İslam;
2- İman;
3- Əql;
4- Bihuş vəziyyətdə olmamaq;
5- Müsafir olmamaq;
6- Qadının nifaslı və heyzli olmaması;
7- Orucun zərəri olmaması;
8- Niyyət;
9- Orucu batil edən işlərdən çəkinmək;
10- Müstəhəb oruc tutmaq istəyən şəxsin boynunda vacib orucun olmaması.
Diqqət:
• Yuxarıdakı şərtlərə malik olan şəxsin orucu düzgündür. Deməli, kafirin, on iki imam şiəsi olmayanın (məşhur nəzərə görə), dəlinin, bihuş vəziyyətdə olan şəxsin, müsafirin, heyzli və nifaslı qadının, orucun zərəri olduğu təqdirdə oruc tutan şəxsin, oruc niyyəti etmədən oruc tutan mükəlləfin və bilərəkdən orucu batil edən işlərdən birini yetirən şəxsin orucu düzgün deyildir.[13]
Suallar:
1- Oruc nədir?
2- Vacib oruclar hansılardır?
3- Əgər həkim oruc tutmağı xəstəsinə qadağan etsə, onun dediyinə əməl etmək vacibdirmi?
4- Oruc hansı şərtlərlə vacib olur?
5- Əgər həddi-büluğa çatan qızlara, yəni hicri-qəməri ili ilə 9 yaşına çatan qızlara oruc tutmaq çətindirsə və oruc tutmaq onların zəifləmələrinə səbəb olursa, oruc tutmaya bilərlərmi?
6- Orucun düzgün olmasınin şərtləri hansılardır?
[1] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 1-ci məsələ.
[2] Əcvəbətul-istiftaat, 351-ci sual.
[3] Əcvəbətul-istiftaat, 362-ci sual.
[4] Əcvəbətul-istiftaat, 360-cı sual.
[5] Əcvəbətul-istiftaat, 731, 751, 755, 757-ci suallar; Rəhəbrədn soruşulan suallar, Oroc bölümü, 2-ci məsələ.
[6] Əcvəbətul-istiftaat, 751, 753, 755-ci suallar.
[7] Əcvəbətul-istiftaat, 753-cü sual.
[8] Əcvəbətul-istiftaat, 751-ci sual.
[9] Əcvəbətul-istiftaat, 748, 754, 755 və 823-cü suallar.
[10] Əcvəbətul-istiftaat, 731, 732, 733, 734, 744, 750, 754 və 833-cü suallar.
[11] Əcvəbətul-istiftaat, 357, 732, 735, 736, 739, 742, 745, 747, 748, 749, 751, 752, 753, 754, 755, 756 və 757-ci suallar.
[12] Əcvəbətul-istiftaat, 731 və 732-ci suallar; Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 24-cü məsələ.
[13] Əcvəbətul-istiftaat, 738, 740, 742, 743, 746, 751, 752, 753, 757, 758, 772, 773, 774, 824 və 833-cü suallar.
- ƏLLİ DOQQUZUNCU DƏRS: ORUC (2)
ƏLLİ DOQQUZUNCU DƏRS: ORUC (2)
Orucun niyyəti6. Orucun niyyəti
1. Niyyətin mənası və zəruri olması.
Digər ibadətlərdə olduğu kimi orucda da niyyət şərtdir. Bu mənada ki, insan məhz Allah-Təalanın əmrinə itaət məqsədilə orucu batil edən işlərdən çəkinməlidir. Əgər insan bu niyyətdədirsə, onu dilə gətirməyə ehtiyac yoxdur.[1]
2. Niyyətin zamanı.
Niyyətin zamanı müstəhəb oruclarda və vacib oruclarda fərqlidir.
Müstəhəb oruclarda niyyətin zamanı:
- Gecənin əvvəlindən məğribə qədər “niyyət etmək qədərində” vaxt qalanadək.
Vacib oruclarda niyyətin zamanı:
Burada 2 surət yaranır:
1-ci surət: (Vaxtı) müəyyən olan vacib oruclarda, məsələn Ramazan ayının orucu:
əgər fəcr doğmamışdan qabaq niyyət etsə, düzgündür;
əgər zöhr vaxtınadək niyyət etsə, bu təqdirdə əgər bilərəkdən bu vaxtadək niyyət etməyibsə, düzgün deyildir. Yox əgər unutduğuna və ya hökmü bilmədiyinə görə niyyət etməsə, ehtiyati-vacibə görə oruc niyyəti edib orucu tutmalı və sonra o günün orucunun qəzasını tutmalıdır.
əgər zöhrdən sonra niyyət etsə, kifayət etmir.
İkinci surət: (Vaxtı) müəyyən olmayan oruclarda, məsələn ramazan ayının orucunun qəzası:
əgər zöhrə vaxtınadək niyyət etsə, düzgündür;
əgər zöhrdən sonra niyyət etsə, düzgün deyil.
1) Orucun vaxtı fəcrin doğması ilə başlandığına görə orucun niyyəti də bu andan ötüb keçməməlidir. Yaxşı olar ki, fəcr doğmamışdan öncə oruc niyyəti edilsin.[2]
2) Əgər bir nəfər gecənin əvvəlində sabah oruc tutacağını niyyət etsə və gecə yatıb sübh namazının vaxtı daxil olduqdan sonra yuxudan oyansa, yəni sübh vaxtı oyana bilməsə, onun orucu düzgündür.[3]
3) Hər kim ramazan ayında sübh namazına yaxın qəsdən oruc niyyəti etməsə, gün ərzində niyyət etsə belə orucu batildir. Eyni zamanda məğrib azanına qədər orucu batil edən işlərdən çəkinməlidir və ramazan ayından sonra həmin günün orucunun qəzasını tutmalıdır.[4]
4) Hər kim ramazan ayında hökmü bilmədiyi və ya unutduğu üçün oruc niyyəti etməsə və gün ərzində niyyət etmədiyi yadına düşsə, bu təqdirdə əgər orucu batil edən işlərdən birini yerinə yetiribsə, həmin günün orucu batildir. Lakin eyni zamanda məğrib azanına qədər orucu batil edən işlərdən çəkinməlidir. Amma əgər oruc niyyəti etmədiyi yadına düşdüyü zaman orucu batil edən işlərdən heç birini yerinə yetirməyibsə, günorta azanından sonraya təsadüf etsə, orucu batildir. Amma əgər günorta azanından qabaq yadına düşsə, ehtiyati-vacibə görə oruc niyyəti edib oruc tutmalı və sonra həmin günün orucunun qəzasını yerinə yetirməlidir.[5]
5) Hər kim ramazan ayının orucundan başqa digər vacib oruclarda - məsələn, qəza və ya kəffarə orucu kimi - niyyət etməsə, zöhr vaxtına qədər orucu batil edən işlərdən heç birini yerinə yetirmədiyi təqdirdə niyyət edib oruc tuta bilər və orucu düzgündür.[6]
6) Müstəhəb orucun niyyətini günün hər çağında etmək olar və oruc düzgündür. Bu şərtlə ki, oruc tutmaq istəyən şəxs o anadək orucu batil edən bir işi yerinə yetirməsin.[7]
7) Boynunda ramazan ayının orucunun qəzası olan şəxs müstəhəb oruc tuta bilməz. Hətta əgər vacib orucun niyyət zamanı ötdüyü üçün (yəni zöhr azanından sonra) müstəhəb orucun niyyətini etsə, düzgün deyil. Hər kim boynunda vacib oruc olduğunu unudub müstəhəb oruc tutsa və gün ərzində (istər zöhr azanından qabaq, istərsə də sonra) yadına düşsə, müstəhəb orucu batildir. Lakin zöhr azanından qabaq səhvini xatırladığı zaman niyyətini ramazan ayının vacib orucuna döndərə bilər və orucu düzgündür.[8]
Diqqət:
• Boynunda ramazan ayının orucunun qəzası olan şəxs əgər müstəhəb oruc tutsa, bu müstəhəb oruc onun qəza orucunun yerinə hesab olunmur.[9]
• Boynunda qəza orucu olub-olmadığını bilməyən şəxs əgər bu niyyətlə oruc tutsa ki, “qəza orucum varsa, qəza orucu sayılsın, qəza orucum yoxdursa, müstəhəb oruc sayılsın”, bu təqdirdə əgər boynunda həqiqətən qəza orucu olsa, tutduğu oruc qəza orucu sayılacaqdır.[10]
8) Əgər xəstə bir insan ramazan ayında gündüz ərzində sağalsa və yaxşılaşsa, həmin gün oruc niyyəti edib oruc tutmaq ona vacib deyildir. Lakin əgər orucu batil edən işlərdən heç birini yerinə yetirməyibsə, ehtiyati-müstəhəbə görə zöhr azanından qabaq oruc niyyəti edib oruc tuta bilər. Ramazan ayından sonra həmin günün orucunun qəzasını tutmalıdır.[11]
3. “Yomuş-şəkk”də (şəkk günündə) niyyət.
Əgər mükəlləf şaban ayının axırıncı günü, yoxsa ramazan ayının birinci günü olmasında şəkk etsə, həmin gün oruc tutmaq ona vacib deyildir. Əgər oruc tutsa, ramazan ayının orucunun niyyətini edə bilməz. Müstəhəb oruc, qəza orucu və s. bu kimi orucların niyyətini edib oruc tuta bilər. Əgər sonradan məlum olsa ki, həmin gün ramazan ayı daxil olub, həmin gündə tutduğu oruc ramazan ayının orucu sayılır və qəzasını yerinə yetirmək lazım deyildir. Əgər həmin gün məlum olsa ki, ramazan ayının birinci günüdür, bunu bildiyi andan ramazan ayının orucunun niyyətini etməlidir.[12]
4. Niyyətin davam etməsi.
1) Orucda niyyətin davam etməsi vacibdir. (Yəni oruc tutan şəxs günün sonunadək oruc niyyətində qalmalıdır.)
2) Əgər oruc tutan şəxs gün ərzində oruc niyyətindən dönsə, orucu batildir və yenidən oruc niyyətinə qayıtmağının heç bir faydası yoxdur.
3) Hər kim tərəddüd etsə ki, orucunu davam etdirsin, yoxsa etdirməsin, yəni orucu batil etmək barədə hələ qəti qərara gəlməyibsə, yaxud orucu batil edən işlərdən birini hələ görməsə də, onu görmək barədə qəti qərara gəlibsə, bu iki surətdə ehtiyati-vacibə görə orucunu tutmalı və sonra qəzasını yerinə yetirməlidir.[13]
Diqqət:
• Yuxarıda deyilənlər ramazan ayının orucu, günü müəyyən edilmiş nəzir orucu və s. bu kimi “müəyyən olan vacib oruclar”a aiddir. Odur ki, müəyyən olmayan vacib oruclarda və müstəhəb oruclarda əgər oruc tutan şəxs oruc niyyətindən dönsə və hələ orucu batil edən işlərdən birini görməsə, zöhr azanından qabaq yenidən oruc niyyəti etsə - müstəhəb oruclarda isə məğrib azanına qədər oruc niyyəti etmək olar - orucu düzgündür.[14]
Suallar:
1- Əgər bir nəfər gecənin əvvəlində sabahkı gün oruc tutacağını niyyət etsə və gecə yatıb sübh namazının vaxtı daxil olduqdan sonra yuxudan oyansa, həmin günün orucu düzgündürmü?
2- Müstəhəb orucun niyyətinin zamanı nə vaxtdır?
3- Boynunda qəza orucu olub-olmadığını bilməyən şəxs əgər müstəhəb oruc tutsa, bu müstəhəb oruc onun qəza orucunun yerinə sayılırmı?
4- Yomuş-şəkkin hökmünü bəyan edin.
5- Əgər bir şəxs ramazan ayında orucunu batil etmək qərarına gəlsə, orucu batil edən bir işi görmədiyi təqdirdə öz qərarından dönsə, orucunun hökmü nədir?
[1] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 3-cü məsələ
[2] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 4-cü məsələ.
[3] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 5-ci məsələ.
[4] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 6-cı məsələ.
[5] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 7-ci məsələ.
[6] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 8-ci məsələ.
[7] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 9-cu məsələ.
[8] Əcvəbətul-istiftaat, 743-cü sual; Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 10-cu məsələ.
[9] Əcvəbətul-istiftaat, 816-cı sual.
[10] Əcvəbətul-istiftaat, 815-ci sual.
[11] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 11-ci məsələ.
[12] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 12 və 13-cü məsələlər.
[13] Əcvəbətul-istiftaat, 758-ci sual; Rəhbərdən soruşulan suallar, Oruc bolümü, 14-cü məsələ.
[14] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 14 və 15-ci məsələlər
- ALTMIŞINCI DƏRS: ORUC (3)
ALTMIŞINCI DƏRS: ORUC (3)
Orucu batil edən işlər (1)7. Orucu batil edən işlər aşağıdakılardır:
1- Yemək və içmək;
2- Cima (cinsi əlaqədə olmaq);
3- İstimna;
4- (Ehtiyati-vacibə görə) Allahın, Peyğəmbərlərin (ə) və Məsumların (ə) adından yalan demək (onların sözlərini təhrif etmək);
5- (Ehtiyati-vacibə görə) qatı tozu boğaza çatdırmaq;
6- (Ehtiyati-vacibə görə) başı bütünlüklə suya salmaq;
7- Sübh azanına qədər cənabətli, heyzli və nifaslı qalmaq;
8- Maye ilə imalə etmək;
9- Qəsdən qaytarmaq (qusmaq).
1- Yemək və içmək.
1) Əgər oruc tutan şəxs qəsdən və bilərəkdən bir şey yeyib içsə, orucu batil olur. Onun yeyib-içdiyi şey istər adi yeylib-içilən şeylər olsun, istərsə də kağız, torpaq və s. bu kimi adətən yeyilib-içilməyən şeylər. Həmçinin istər çox olsun, istərsə də bir damla su və ya kiçik bir çörək ovuntusu qədər az bir şey.[1]
2) Əgər oruc tutan şəxs dişinin dibində qalan yemək qalığını bilərəkdən udsa, orucu batil olur. Lakin əgər dişinin dibində yemək qalığının qaldığını və ya suyun boğazına getdiyini bilməsə, yaxud bunları bilsə də bilərəkdən udmasa, orucu batil olmur.[2]
3) Bilmədən bir şey yeyib-içmək istər vacib orucu, istərsə də müstəhəb orucu batil etmir.[3]
4) Ağız suyunu udmaq orucu batil etmir.[4]
5) Ehtiyati-vacibə görə oruc tutan şəxs vitaminlər kimi bədəni qüvvətləndirən iynələri vurdurmamalıdır. Həmçinin damara vurulan iynələrdən və sistemlərdən çəkinməlidir. Lakin əzələyə vurulan iynələrin (əlbəttə vitaminlər kimi bədəni qüvvətləndirən iynələrdən qeyri), yaxud bədəni hissiyyatsız edən iynələrin, həmçinin yaraya dərman qoymağın maneəsi yoxdur.[5]
6) Ehtiyati-vacibə görə oruc tutan şəxs burun yolu ilə çəkilən və ya dilin altına qoyulan narkotik maddələri istifadə etməməlidir.[6]
7) Əgər oruc tutan şəxs yemək yeyərkən sübh namazının vaxtının olduğunu bilsə, ağzındakı tikəni çıxartmalıdır. Əgər bu tikəni bilərəkdən udsa, orucu batildir.[7]
8) Başdan və sinədən gələn bəlğəmi ağız boşluğuna gəlməmiş udmaq orucu batil etmir. Lakin əgər ağız boşluğuna gəlsə, ehtiyati-vacibə görə onu udmaq olmaz.[8]
9) Əgər oruc ikən təzyiqi salmaq üçün dərman içmək zəruridirsə, dərman içməyin maneəsi yoxdur. Lakin oruc batil olur.[9]
10) Əgər oruc tutan şəxs damağından gələn qanı udmasa, orucu batil olmur. Əgər bu qan ağız suyuna qarışıb itsə, ağız suyu pakdır və onu udmağın da maneəsi yoxdur, oruc da batil olmur.
Həmçinin ağız suyunun qanlı olduğuna şəkk edən şəxs əgər onu udsa, maneəsi yoxdur və orucu düzgündür.[10]
Diqqət:
• Ağız boşluğundan qanın gəlməsi orucu batil etmir. Lakin bu qanın boğaza çatmasının qarşısını almaq vacibdir.[11]
2- Cima (cinsi əlaqədə olmaq).
1) Cinsi əlaqədə olmaq hətta məni xaric olmasa belə, orucu batil edir.[12]
2) Əgər bir şəxs oruc olduğunu unudub cinsi əlaqədə olsa, orucu batil olmur. Bu şərtlə ki, yadına düşən anda cinsi əlaqədən uzaqlaşmalıdır.[13]
3- İstimna.
1) Əgər oruc tutan şəxs istimna etsə, yəni özü ilə elə bir iş görsə ki, ondan məni xaric olsun, orucu batildir.[14]
2) Oruc ikən möhtəlim olmaq (yuxuda ikən məninin xaric olması) orucu batil etmir. Hətta əgər oruc tutan şəxs gündüz yatıb möhtəlim olacağını bilsə belə, yata bilər.[15]
3) Əgər oruc tutan şəxs məni xaric olan anda yuxudan oyansa, məninin xaric olmasının qarşısını almaq vacib deyildir.[16]
4- Allahın, Peyğəmbərlərin (ə) və Məsumların (ə) adından yalan danışmaq.
1) Ehtiyati-vacibə görə Allahın, Peyğəmbərlərin (ə) və Məsumların (ə) adından yalan danışmaq hətta sonradan tövbə edib yalan danışdığını etiraf etsə belə, orucu batil edir.[17]
2) Əgər bir şəxs hədis kitablarında yazılan bəzi hədislərin saxta və yalan olduğuna əmin olmasa, onu nəql edə bilər. Lakin ehtiyati-müstəhəbə görə nəql edərkən o hədislərin hansı kitabdan olduğunu vurğulasın. (Məsələn belə desin: “Filan kitabda yazılıb ki, Peyğəmbər (s) buyurub...”)
5- Qatı tozu boğaza çatdırmaq.
1) Ehtiyati-vacibə görə oruc tutan şəxs qatı tozu, məsələn, torpaqlı yeri süpürərkən qalxan bir tozu udmamalıdır. Lakin tozun ağız və burun boşluğuna daxil olması - bir şərtlə ki, boğaza çatmamalıdır - orucu batil etmir. Ehtiyati-vacibə görə siqaret tüstüsünün boğaza çatması ilə oruc batil olur.[18]
2) Əgər ağ ciyər xəstəliyinə tutulan şəxs təngnəfəs olduğu vaxt aerozol şəklində olan dərmanlardan istifadə etmək məcburiyyətindədirsə, orucunun düzgün olduğu məhəlli-işkaldır.[19] Əgər bu dərmanlardan istifadə etməmək mümkün deyilsə və ya həddən artıq çətindirsə, oruc tutan şəxs ondan istifadə edə bilər. Lakin ehtiyati-vacibə görə orucu batil edən digər işləri yerinə yetirməsin və oruc tutmaq qüdrəti (bu dərmanlardan istifadə etmədən) bərpa olunduğu vaxt oruclarının qəzasını tutsun.[20]
Suallar:
1- Orucu batil edən işləri sadalayın.
2- Oruc tutarkən iynə vurdurmağın hökmü nədir?
3- Oruc tutarkən qan təzyiqi üçün dərman qəbul etmək olarmı və bu halda orucun hökmü nədir?
4- Gündüz vaxtı möhtəlim olmaq orucu batil edirmi?
5- Əgər bir şəxs hədis kitablarında yazılan bəzi hədislərin saxta və yalan olduğuna əmin olmasa, onu nəql edə bilərmi?
6- Əgər oruc tutan şəxs siqaret çəksə, orucunun hökmü nədir?
[1] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 17-ci məsələ.
[2] Əcvəbətul-istiftaat, 764-cü sual; Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 18-ci məsələ.
[3] Əcvəbətul-istiftaat, 764 və 797-ci suallar; Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 23-cü məsələ.
[4] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 19-cu məsələ.
[5] Əcvəbətul-istiftaat, 767-ci sual; Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 20-ci məsələ.
[6] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 21-ci məsələ.
[7] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 22-ci məsələ.
[8] Əcvəbətul-istiftaat, 799-cu sual.
[9] Əcvəbətul-istiftaat, 768 və 769-cu suallar.
[10] Əcvəbətul-istiftaat, 763 və 765-ci suallar.
[11] Əcvəbətul-istiftaat, 759-cu sual.
[12] Rəhbərdən soruşulan suallar, 25-ci məsələ.
[13] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 26-cı məsələ.
[14] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 27-cı məsələ.
[15] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 28-ci məsələ.
[16] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 29-cu məsələ.
[17] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 30-cu məsələ.
[18] Əcvəbətul-istiftaat, 800-cü sual; Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 32-ci məsələ.
[19] Fiqh terminidir: nəticə etibarilə yerinə yetirilən əməl düzgün deyil.
[20] Əcvəbətul-istiftaat, 762-ci sual.
- ALTMIŞ BİRİNCİ DƏRS: ORUC (2)
ALTMIŞ BİRİNCİ DƏRS: ORUC (2)
Orucu batil edən işlər (2)6- Başı bütünlüklə suya salmaq.
1) Əgər oruc tutan şəxs başını bütünlüklə suya salsa, ehtiyati-vacibə görə orucu batildir və qəzasını tutmalıdır.[1]
2) Oruc tutan şəxs istər bədənini suya salsın, istərsə də salmasın və təkcə başını suya salsın, əgər başını bütünlüklə suya salsa, orucu batildir.[2]
3) Əgər oruc tutan şəxs başının yarısını suya salıb çıxarsa, sonra digər yarısını salsa, orucu batil olmur.[3]
4) Əgər baş bütünlükdə suya daxil olsa, saçların bir hissəsi suya daxil olmasa da oruc batil olur.[4]
5) Əgər insan şəkk etsə ki, başı bütünlüklə suya daxil oldu, yosa yox, orucu düzgündür.[5]
6) Əgər oruc tutan şəxs qeyri-ixtiyari suya yıxılsa və başı bütünlüklə suya daxil olsa, orucu batil olmur. Lakin dərhal başını sudan çıxartmalıdır. Həmçinin, əgər oruc tutduğunu unudan bir şəxs başını suya salsa, orucu batil olmur. Lakin oruc olduğu yadına düşən kimi dərhal başını sudan çıxartmalıdır.[6]
7) Əgər oruc tutan şəxs su keçirməyən bir paltar geyinsə (məsələn, dalğıcların geyimi kimi ilə suya daxil olduqda bədən əsla islanmır) və bu geyimlə suya daxil olsa, bu təqdirdə əgər bu geyim onun başına tamamilə yapışıbsa, orucunun düzgün olması məhəlli-işkaldır. Ehtiyati-vacibə görə orucun qəzasını tutmalıdır.[7]
8) Qab və ya başqa vasitələrlə başa su tökmək orucu batil etmir.[8]
7- Sübh azanına qədər cənabətli, heyzli və nifaslı qalmaq.
1) Ramazan ayının gecəsində boynuna cənabət qüslü gələn şəxs sübh azanından qabaq qüsl etməlidir. Əgər sübh azanına qədər qəsdən qüsl etməsə, orucu batildir. Bu hökm ramazan orucunun qəzasına da aiddir.[9]
Diqqət:
• Əgər ramazan ayının gecəsində bir nəfərin boynuna cənabət qüslü gəlsə və heç bir qəsdi olmadan sübh azanına qədər qüsl etməsə, məsələn, yuxuda ikən boynuna cənabət qüslü gəlsə və sübh azanından sonra yuxudan oyansa, orucu düzgündür.[10]
• Sübh azanına qədər cənabətli qalmaq ramazan ayının orucunu və onun qəza orucunu batil edir. Digər oruclar isə xüsusilə də, müstəhəb oruclar bu səbəblə batil olmur.[11]
2) Hər kim ramazan ayında boynunda cənabət qüslü olduğunu gecədən sübhə qədər unutsa və beləcə sübh namazının vaxtı daxil olsa, orucu batildir. Ehtiyati-vacibə görə ramazan ayının orucunun qəzası da bu hökmdədir. Digər oruclar batil olmur.[12]
3) Əgər boynunda cənabət qüslü olan şəxs bu halda bir neçə gün oruc tutsa və biləməsə ki, oruc tutmaq üçün cənabətdən paklanmaq şərtdir, tutduğu oruclar batildir və qəzasını yerinə yetirməlidir.[13]
4) Əgər bir nəfər mübarək ramazan ayında napak su ilə qüsl etsə və bir neçə gündən sonra o suyun napak olduğunu bilsə, tutduğu oruclar düzgündür.[14]
5) Hər kim Ramazan ayının gecəsində vaxtın darlığı, suyun zərəri olması və s. bu kimi səbəblər üzündən qüsl edə bilməsə, qüsl əvəzinə təyəmmüm etməlidir.[15]
Diqqət:
• Şəri üzrü olduğuna görə qüsl əvəzinə təyəmmüm edən şəxs ramazan ayının gecəsində ixtiyari olaraq cənabət qüslünə bais olan bir işi görə bilər. Bu şərtlə ki, cənabət qüslü boynuna gəldikdən sonra təyəmmüm etmək üçün kifayət qədər vaxtı olmalıdır.[16]
• Hər kim sübh azanından qabaq boynunda olan cənabət qüslünu versə və ya qüsl əvəzinə təyəmmüm etsə – sübh azanından sonra ondan qeyri-ixtiyari məni xaric olsa da – tutduğu oruc düzgündür.[17]
6) Əgər yuxuda ikən oruc tutan şəxsdən məni xaric olsa, orucu batil olmur. Deməli, əgər bir nəfər sübh azanından qabaq və ya sonra yatıb yuxuda ikən boynuna cənabət qüslü gəlsə və sübh namazından sonra oyansa, həmin günün orucu düzgündür. Əlbəttə namaz üçün qüsl etməlidir və namaz vaxtına qədər qüslü təxirə sala bilər.[18]
Diqqət:
• Əgər oruc tutan şəxs ramazan ayında və ya digər aylarda gündüz vaxtı yatsa və yuxuda ikən boynuna cənabət qüslü gəlsə, yuxudan oyanan kimi dərhal qüsl etməsi vacib deyil.[19]
7) Oyaq ikən boynuna cənabət qüslü gələn şəxs və ya oyanıb yuxuda ikən boynuna cənabət qüslü gəldiyini görən şəxs əgər bilsə ki, yatdığı təqdirdə sübh azanından qabaq qüsl etmək üçün oyana bilməyəcəkdir, qüsl etməmiş yata bilməz. Əgər bu şəxs yatsa və sübh azanından qabaq qüsl edə bilməsə, orucu batildir. Lakin əgər ehtimal versə ki, qüsl etmək üçün sübh azanından qabaq oyanacaq və hökmən qüsl edəcəkdir, oyanmasa orucu düzgündür. Lakin əgər oyanıb yenidən yatsa və sübh azanına qədər oyanmasa, orucu batildir. O, orucunun qəzasını yerinə yetirməli və ehtiyati-müstəhəbə görə kəffarə də verməlidir.[20]
Diqqət:
• Əgər bir nəfər ramazan ayında gecə yuxudan oyanıb şəkk etsə ki, möhtəlim olub, yoxsa olmayıb, lakin öz şəkkinə etina etməyib yenidən yatsa və sübh azanından sonra oyansa və başa düşsə ki, sübh azanından qabaq möhtəlim olmuşdur, bu təqdirdə əgər birinci dəfə yuxudan oyananda möhtəlim olma nişanəsini özündə müşahidə etməmişdirsə və sadəcə bunu ehtimal vermişdirsə, sübh azanından sonra oyansa da orucu düzgündür. Həmçinin, əgər sübh azanından qabaq oyansa və möhtəlim olduğunu başa düşməyib yatsa, sübh azanından sonra oyanıb sübh azanından qabaq möhtəlim olduğunu bilsə, orucu düzgündür.[21]
8) Heyzdən və nifasdan paklanan qadın əgər ramazan ayında sübh azanına qədər qüsl etməyib onu təxirə salsa, orucu batildir.[22]
9) Oruc tutmuş qadın oruc olduğu zaman heyz və ya nifas qanı görərsə, hətta iftar ərəfəsində olsa belə, orucu batildir.[23]
Diqqət:
• Günü müəyyən olan nəzir orucu tutan qadın əgər oruc ikən heyz olsa, orucu batildir və paklandıqdan sonra onun qəzasını tutmalıdır.[24]
8- Maye ilə imalə etmək.
1) Maye ilə imalə etmək hətta çarəsizlikdən və müalicə məqsədilə olsa da, orucu batil edir.[25]
2) Qadın xəstəliklərinin müalicəsində uşaqlıq yoluna qoyulan şamlardan istifadə etmək orucu batil etmir.[26]
9- Qusmaq.
1) Əgər oruc tutan şəxs özünü qusdursa, hətta xəstəliyi ilə əlaqədar bu işi görmək məcburiyyətində qalsa belə orucu batil olur. Lakin əgər bilmədən və qeyri-ixtiyari qussa, orucu düzgündür.[27]
2) Əgər oruc tutan şəxs gəyirərkən (qida borusundan) ağzına yemək-içmək qırıntısı gəlsə, onu udmamalı və ağzından çıxartmalıdır. Əgər qeyri-ixtiyari udsa, orucu düzgündür.[28]
Orucu batil edən işlər barədə bir neçə şəri məsələ:
▪ Hər kim qəsdən və ixtiyari olaraq orucu batil edən işlərdən birini görsə, orucu batil olur. Lakin əgər qəsdən etməsə, məsələn ayağı sürüşüb çaya düşsə və başı bütünlüklə suya daxil olsa, yaxud oruc olduğunu unudub yemək yesə, ya da zorla onun boğazına yemək-içmək töksələr, orucu batil olmur. Bu hökm orucun bütün qisimlərinə, yəni, həm vacib, həm də müstəhəb, həm ramazan ayının, həm də ramazan ayından qeyri aylarda tutulan oruca aiddir.[29]
Diqqət:
• Əgər oruc tutan şəxsi orucunu batil etməyə vadar etsələr, məsələn, onu hədələsələr ki, əgər yemək yeməsə canına və malına zərər vuracaqlar və o bu zərərin qarşısını almaq üçün yemək yesə, orucu batil olur.[30]
▪ Əgər oruc tutan şəxs səhvən orucu batil edən işlərdən birini yerinə yetirsə və sonra orucunun batil olduğunu düşünüb orucu batil edən bir işi bir daha yerinə yetirsə, orucu batil olur.[31]
▪ Hər kim şəkk etsə ki, orucu batil edən bir işi yerinə yetirib, yoxsa yetirməyib, məsələn, şəkk etsə ki, ağzına daxil olan qatı tozu udub, yoxsa udmayıb, yaxud ağzına aldığı suyu udub, yoxsa udmayıb, orucu düzgündür.[32]
Suallar:
1- Əgər oruc tutan şəxs dalğıcların geyimi kimi su keçirməyən bir paltar geyinsə və bu geyimlə suya daxil olsa, orucunun hökmü nədir?
2- Duş almaq və ya qabla başa su tökmək orucu batil edirmi?
3- Günəş doğduqdan sonra cənabət qüslü edib qəza və ya müstəhəb oruc tutmaq olarmı?
4- Əgər bir şəxs ramazan ayında boynunda cənabət qüslü olduğunu gecədən sübhə qədər unutsa və gündüz yadına düşsə, orucunun hökmü nədir?
5- Əgər oruc tutan şəxs ramazan ayında gecə vaxtı oyansa və möhtəlim olduğunu görsə, qüsl etmək üçün oyanacağını ehtimal verib yatsa, lakin sübh namazının vaxtı daxil olduqdan sonra oyansa, orucunun hökmü nədir?
6- Əgər oruc tutan şəxs gəyirərkən (qida borusundan) ağzına yemək-içmək qırıntısı gəlsə, nə etməlidir?
[1] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 33-cü məsələ.
[2] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 34-cü məsələ.
[3] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 35-ci məsələ.
[4] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 36-cı məsələ.
[5] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 37-ci məsələ.
[6] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 38-ci məsələ.
[7] Əcvəbətul-istiftaat, 741-ci sual.
[8] Əcvəbətul-istiftaat, 765-ci sual.
[9] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 39-cu məsələ.
[10] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 40-cı məsələ.
[11] Əcvəbətul-istiftaat, 774-cü sual.
[12] Əcvəbətul-istiftaat, 783-cü sual.
[13] Əcvəbətul-istiftaat, 773-cü sual.
[14] Əcvəbətul-istiftaat, 780-cı sual.
[15] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 42-cı məsələ.
[16] Əcvəbətul-istiftaat, 776-cı sual.
[17] Əcvəbətul-istiftaat, 781-ci sual.
[18] Əcvəbətul-istiftaat, 782-ci sual; Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 43-cü sual.
[19] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 44-cü məsələ
[20] Əcvəbətul-istiftaat, 778-ci sual; Rəhəbərdən soruşulan suallar, Oruc bölümü, 41-ci məsələ.
[21] Əcvəbətul-istiftaat, 777 və 779-cu suallar.
[22] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 45-ci məsələ.
[23] Əcvəbətul-istiftaat, 740-cı sual.
[24] Əcvəbətul-istiftaat, 824-cü sual.
Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 47-ci məsələ.
[26] Əcvəbətul-istiftaat, 766-cı sual.
[27] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 48-ci məsələ.
[28] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 49-cu məsələ.
[29] Əcvəbətul-istiftaat, 735, 797 və 822-ci suallar; Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 50-ci məsələ.
[30] Əcvəbətul-istiftaat, 797-ci sual.
[31] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 52-ci məsələ.
[32] Əcvəbətul-istiftaat, 828-ci sual.
- ALTMIŞ İKİNCİ DƏRS: ORUC (5)
ALTMIŞ İKİNCİ DƏRS: ORUC (5)
Ramazan ayının orucunu qəsdən batil etməyin kəffarəsi8. Ramazan ayının orucunu qəsdən batil etməyin kəffarəsi
1. Hansı hallarda kəffarə vermək vacibdir.
Hər kim mübarək ramazan ayında heç bir şəri üzrü olmadan qəsdən və ixtiyari olaraq orucu batil edən işlərdən birini yerinə yetirsə, həm orucu batil olur, həm də orucun qəzasından əlavə kəffarə də verməlidir: istər orucu batil edərkən kəffarə verməyin vacib olduğunu bilsin, istərsə də bilməsin.[1]
Diqqət:
• Əgər bir şəxs ramazan ayında müəyyən bir üzrü olduğuna görə ehtimal versə ki, oruc ona vacib deyil və ehtimalı əsasında oruc tutmasa, lakin sonradan orucun ona vacib olduğu məlum olsa, orucun qəzasından əlavə kəffarə də verməlidir. (Ramazan ayında orucun vacib olmadığını təkcə ehtimal verib orucu tərk etmək olmaz). Lakin əgər orucun zərəri olacağından qorxsa və bu qorxunun məntiqi bir əsası olsa, təkcə orucun qəzası vacib olur, kəffarəsi yoxdur.[2]
• Hər kim şəri hökmü bilmədiyinə görə orucu batil edən bir iş görsə, məsələn, başı bütünlüklə suya salmağın orucu batil etdiyini bilməyib bu işi görsə, orucu batildir və həmin günün qəzasını tutmalıdır. Lakin kəffarə vermək vacib olmur.[3]
• Hər kim bir işin haram olduğunu bilsə, lakin orucu batil etdiyini bilməsə və onu yerinə yetirsə, orucun qəzasından əlavə ehtiyati-vacibə görə kəffarəsini də yerinə yetirməlidir.[4]
• Əgər hansısa bir səbəbə görə orucu batil etmək bir nəfərə vacib olsa və ya şəri baxımdan icazə verilsə, məsələn, onu orucu batil edən bir işi görməyə vadar etsələr, yaxud suda boğulan bir nəfəri xilas etmək üçün suya atılsa, bu halda təkcə orucun qəzası ona vacib olur və kəffarəsi yoxdur.[5]
2) Əgər oruc tutan şəxsin mədəsindən və ya qida borusundan bir şey ağzına gəlsə, onu udmamalıdır. Əgər bilərəkdən onu udsa, orucun həm qəzasını tutmalı, həm də kəffarə yerinə yetirməlidir.[6]
3) Əgər oruc tutan şəxs sözünə etibar etmədiyi bir nəfərdən məğrib namazının vaxtı olduğunu eşitsə və orucunu açsa, sonradan məğrib namazının vaxtı olmadığı məlum olsa, orucun həm qəzası, həm də kəffarəsi vardır.[7]
4) Əgər ramazan ayında oruc olan bir kişi öz zövcəsi ilə cinsi əlaqədə olsa və qadın da bu işə razı olsa, hər ikisi orucu qəsdən batil edən şəxs hökmündədirlər və orucun qəzasından əlavə kəffarə də onlara vacib olur.[8]
2. Orucun kəffarəsi və onun miqdarı.
1) Müqəddəs İslam şəriəti baxımından ramazan ayının orucunu qəsdən batil etməyin kəffarəsi bu üç şeydən biridir:
1. Bir qul azad etmək;
2. 60 gün (iki ay) oruc tutmaq;
3. 60 yoxsula təam vermək.[9]
Diqqət:
• İndiki dövrdə qul və quldarlıq mövcud olmadığına görə mükəlləf yerdə qalan iki kəffarədən birini yerinə yetirməlidir.[10]
• Oruc tutmuş şəxs istər orucu halal bir şeylə, istərsə də haram bir şeyləbatil etsin, məsələn, zina və ya istimna etsin, yaxud haram bir şeyi yesin və ya içsin, kəffarənin miqdarı dəyişmir. Baxmayaraq ki, ehtiyat-müstəhəbə görə, haram bir şeylə orucu batil etdiyi halda“cəm kəffarə” versin, yəni həm iki ay oruc tutsun, həm də altmış fəqirə təam versin. [11]
• Boynuna kəffarə gələn şəxs bu üç kəffarədən heç birini verə bilməsə, neçə yoxsulu yedizdirməyə imkanı çatırsa, onları yedizdirsin və ehtiyati-vacibə görə bağışlanma da diləsin. Əgər yoxsula təam verməyə əsla imkanı yoxdursa, təkcə bağışlanma diləsə kifayət edir. Yəni səmimi-qəlblə dilində “əstəğfirullahə” desin.[12]
• Əgər oruc tutmağa və yoxsula təam verməyə imkanı olmayan və şəri vəzifəsi bağışlanma diləmək olan bir şəxs sonralar oruc tutmaq və yoxsula yemək vermək imkanına malik olsa, bu işləri görməsi lazım deyildir. Baxmayaraq ki, bu işləri görmək ehtiyati-müstəhəbdir.[13]
2) Ramazan ayı orucunun kəffarəsi olaraq iki ay oruc tutmaq istəyən şəxs bir ay ardıcıl olaraq oruc tutmalı və ikinci aydan ən azı bir günü birinci ayın ardınca tutmalıdır. İkinci ayı isə (başqa sözlə desək, ikinci 30 günü) ardıcıl oruc tutmasa da olar.[14]
3) 60 gün kəffarə orucu tutan qadın əgər bu ərəfədə heyz və ya nifas qanı görsə, onlardan paklandıqdan sonra orucunu davam etdirməlidir və əvvəldən başlamaq lazım deyildir.[15]
4) 60 yoxsula iki şəkildə təam vermək olar:
1. Yemək hazırlayıb onları doyurmaq;
2. Hər birinə bir müdd (750 qr) buğda, arpa, çörək və ya bu qəbildən digər qida məhsulları vermək.[16]
5) Kəffarə olaraq 60 yoxsula təam verən şəxs əgər 60 yoxsul insan tanıyırsa və təamı onlara çatdırmaq imkanı varsa, iki və ya daha artıq payı bir yoxsula verə bilməz. Hər bir yoxsula ona düşən pay qədər təam verməlidir. Əlbəttə, ailə başçısına ailə üzvlərinin sayı qədər pay verə bilər və o da onu öz ailəsinə yedizdirə bilər.[17]
Diqqət:
• Burada nəzərdə tutulan yoxsul həm uşaq, həm də böyük, həm qadın, həm də kişi ola bilər.[18]
3. Kəffarənin şəri hökmləri.
1) Əgər oruc tutan şəxs gün ərzində bir dəfədən artıq orucu batil edən bir iş yerinə yetirsə, yalnız bir kəffarə ona vacib olur. Əlbəttə, əgər orucu batil edən həmin iş cinsi əlaqədə olmaq və ya istimna etmək olarsa, ehtiyati-vacibə görə onların sayı qədər kəffarə verməlidir.[19]
2) Orucunu qəsdən batil edən şəxs əgər həmin gün səfərə çıxsa belə kəffarə onun boynundan götürülmür. Deməli, hər kim yuxudan oyanıb möhtəlim olduğunu görsə, lakin sübh namazının vaxtı daxil olmamışdan qabaq bilərəkdən qüsl və ya təyəmmüm etməsə və orucu pozmaq niyyətilə sübh namazı daxil olduqdan sonra səfərə çıxmağı qərara alsa, qərara aldığı kimi etsə də kəffarə onun boynundan götürülmür. Yəni gecə səfərə çıxmağı qərara alıb səhər də səfərə çıxmaq kəffarənin aradan qalxmasına bais olmur.[20]
3) Boynuna kəffarə gələn şəxsə onu dərhal yerinə yetirmək vacib deyil. Lakin kəffarəni o qədər təxirə salmamalıdır ki, vacib əmələ qarşı səhlənkarlıq hesab olunsun.[21]
4) Üstündən bir neçə il ötsə də vacib kəffarənin üzərinə heç nə əlavə olunmur və miqdarı artmır.[22]
5) Qəza və kəffarə orucu arasında tərtibə riayət etmək vacib deyildir.[23]
Suallar:
1- Əgər bir şəxs işin haram olduğunu bilsə, lakin orucu batil etdiyini bilməsə və onu yerinə yetirsə, təkcə orucun qəzasını tutmalıdır, yoxsa kəffarəni də yerinə yetirməlidir?
2- Əgər ramazan ayında oruc olan bir kişi öz zövcəsi ilə cinsi əlaqədə olsa və qadın da bu işə razı olsa, onların hökmü nədir?
3- Ramazan ayının orucunu qəsdən batil etməyin kəffarələri hansılardır?
4- Əgər bir şəxs orucunu haram bir işlə (zina, istimna kimi) və ya haram bir şeyi yemək-içməklə batil etsə, hökmü nədir?
5- Əgər oruc tutan şəxs gün ərzində bir dəfədən artıq orucu batil edən bir iş yerinə yetirsə, onun şəri vəzifəsi nədir?
6- Əgər vacib kəffarənin üstündən bir neçə il ötsə, onun üzərinə bir şey əlavə olunurmu?
[1] Əcvəbətul-istiftaat, 750 və 822-ci suallar; Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 53-cü məsələ.
[2] Əcvəbətul-istiftaat, 735-ci sual.
[3] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 55-ci məsələ.
[4] Əcvəbətul-istiftaat, 792-ci sual.
[5] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 56-cı məsələ.
[6] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 65-ci məsələ.
[7] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 67-ci məsələ.
[8] Əcvəbətul-istiftaat, 770-ci sual.
[9] Əcvəbətul-istiftaat, 784 və 814-cü suallar; Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 57-ci məsələ.
[10] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 57-ci məsələ.
[11] Əcvəbətul-istiftaat, 784 və 785-ci suallar; Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 63-cü məsələ.
[12] Əcvəbətul-istiftaat, 811 və 812-ci suallar; Rəhbərdən soruşulan suallar, Oruc bölümü , 59-cu məsələ.
[13] Əcvəbətul-istiftaat, 812-ci sual; Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 60-cı məsələ.
[14] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 61-ci məsələ.
[15] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 62-ci məsələ.
[16] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 57-ci məsələ.
[17] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 71-ci məsələ.
[18] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 71-ci məsələ.
[19] Əcvəbətul-istiftaat, 794-cü sual; Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 64-cü məsələ.
[20] Əcvəbətul-istiftaat, 775-ci sual; Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 68-ci məsələ.
[21] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 69-cu məsələ.
[22] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 70-ci məsələ.
[23] Əcvəbətul-istiftaat, 807-ci sual.
- ALTMIŞ ÜÇÜNCÜ DƏRS: ORUC (6)
ALTMIŞ ÜÇÜNCÜ DƏRS: ORUC (6)
9. Ramazan ayı orucunun qəzasını bilərəkdən batil etmək
1) Hansı halda kəffarə vacib olur.
Ramazan ayı orucunun qəzasını tutan şəxs zöhr azanından sonra orucunu batil edə bilməz və əgər qəsdən orucunu batil etsə, kəffarə verməlidir.[1]
Diqqət:
• Ramazan ayının orucunun qəzasını tutan şəxs zöhr azanından qabaq orucunu aça bilər. Bu şərtlə ki, qəza orucunu tutmaq üçün vaxt dar olmasın. Lakin əgər vaxt dar olsa, məsələn, bir nəfərin boynunda 5 gün qəza orucu olsa və qarşıdan gələn ramazan ayına da beş gündən çox vaxt qalmasa, ehtiyati-vacibə görə bu şəxs zöhrdən qabaq da orucunu aça bilməz. Lakin orucunu açsa, kəffarəsi yoxdur.[2]
• Ramazan ayının orucunun qəzasını tutmağa əcir olan (isticari oruc tutan) şəxs əgər zöhr namazının vaxtı daxil olduqdan sonra orucu açsa, kəffarə ona vacib olmur.[3]
2) Kəffarənin miqdarı.
Ramazan ayının orucunun qəzasını tutan şəxs əgər zöhrdən sonra orucunu açsa, 10 yoxsula yemək verməlidir. Əgər buna imkanı olmasa, 3 gün oruc tutmalıdır.[4]
10. Təxirə salınan qəza orucunun kəffarəsi
1) Hansı halda bu kəffarə vacib olur.
Hər kim şəri üzrü olduğuna görə ramazan ayında oruc tutmasa və gələn ilin ramazan ayınadək heç bir üzrü olmadan səhlənkarlıq üzündən onun qəzasını yerinə yetirməsə, sonradan həm orucun qəzasını tutmalı, həm də qəza orucunu təxirə saldığına görə kəffarə verməlidir. Lakin əgər gələn ilin ramazan ayına qədər mövcud şəri üzrü davam etsə, məsələn, il boyu səfərdə olsa, təkcə orucun qəzasını tutmalıdır və kəffarə ona vacib olmur. Baxmayaraq ki, ehtiyati-müstəhəbə görə həm orucun qəzasını tutmalı, həm də kəffarə verməlidir.[5]
Diqqət:
• Hər kim bilməsə ki, əgər qəza orucunu gələn ilin ramazan ayınadək tutmasa, boynuna kəffarə gələcəkdir, hökmü bilmədiyinə görə kəffarə onun boynundan götürülmür. Beləliklə, əgər bir şəxs bilməsə ki, ramazan ayında tutmadığı orucların qəzasını tutmalıdır və gələn ilin ramazan ayına qədər də orucların qəzasını tutmasa, hər gün üçün kəffarə verməlidir.[6]
• Ramazan ayı orucunun qəzası əgər gələn ilin ramazan ayına qədər yerinə yetirilməsə, kəffarəsi vardır. Lakin bu kəffarə qəza orucu bir neçə il təxirə salınsa belə bir dəfə vacib olur.[7]
2) Kəffarənın miqdarı.
Təxirə salınan qəza orucunun kaffarəsi hər gün üçün bir müdd təamdan ibatərdir və bu təam yoxsula verilməlidir.[8]
Diqqət:
• Gün üçün bir müdd təam kəffarə verən şəxs bir neçə günün kəffarəsini bir yoxsula verə bilər.[9]
11. Fidyə
1) Aşağıdakı hallarda fidyə verilir:
- Əgər oruc tutmaq qoca qadına və ya kişiyə həddən artıq çətin olarsa, orucun qəzasından əlavə fidyə də verilməlidirlər;
- Əgər ağzı tez-tez quruyan bir şəxsə oruc tutmaq həddən artıq çətindirsə;
- Əgər doğumuna az bir müddət qalan hamilə qadına oruc tutmağın zərəri varsa;
- Əgər süd verən qadının südü azdırsa və oruc tutduğu təqdirdə uşağa süd çatdıra bilməyəcəksə;
- Əgər oruc tutmağın bir xəstəyə zəzəri varsa və onun xəstəliyi gələn ilin ramazan ayına qədər davam edərsə.
1) Əgər hamilə qadın orucun bətnindəki uşağa zərəri olacağından qorxsa, oruc tutmamalı və hər gün üçün fidyə verməlidir. Sonralar orucun qəzasını tutmalıdır.[10]
2) Əgər süd verən qadın oruc tutduqda südü azalırsa və ya quruyursa, buna görə də körpə uşağa zərəri olacağından qorxsa, oruc tutmamalıdır. O, hər gün üçün fidyə verməli və sonralar orucun qəzasını tutmalıdır.[11]
3) Xəstə olduğu üçün ramazan ayının orucunu tuta bilməyən bir nəfərin xəstəliyi əgər gələn ilin ramazan ayınadək davam etsə, tutmadığı orucların qəzası yoxdur, lakin hər gün üçün fidyə verməlidir.[12]
Diqqət:
• Əgər qadın xəstə olduğu üçün oruc tuta bilməsə və gələn ilin ramazan ayınadək orucun qəzasını da tuta bilməsə, onun özünə fidyə vermək vacib olur və ərinin üzərinə isə heç bir vəzifə düşmür.[13]
• İki il ardıcıl hamilə qalan qadın əgər şəri üzrü olduğuna görə oruc tuta bilməsə, təkcə orucun qəzası ona vacib olur. Əlbəttə, əgər onun şəri üzrü orucun bətnindəki körpəyə və ya dünyaya gələn körpəsinə zərəri olacağından irəli gələn qorxudursa, orucun qəzasından əlavə hər gün üçün fidyə də verməlidir. Habelə, əgər orucun qəzasını şəri üzrü olmadan gələn ilin ramazan ayınadək tutmasa, qəza və fidyədən əlavə qəza orucunu təxirə salma kəffarəsi də ona vacib olur.[14]
2) Fidyənin miqdarı.
Fidyə, bir müdd təamdan ibarətdir və yoxsula verilməlidir.[15]
Kəffarə barədə bir şəri məsələ:
▪ Hər kim müəyyən bir günü oruc tutacağını nəzir etsə və həmin gün bilərəkdən oruc tutmasa və ya orucunu batil etsə, kəffarə verməlidir.[16]
Diqqət:
• Nəzir orucunun kəffarəsi andı pozmağın kəffarəsi ilə eynidir.[17]
Suallar:
1- Ramazan ayının orucunun qəzasını bilərəkdən batil etməyin kəffarəsi nədir?
2- Ramazan ayının orucunun qəzasını təxirə salmağın kəffarəsi nədir?
3- Hər kim bilməsə ki, əgər qəza orucunu gələn ilin ramazan ayınadək tutmasa, boynuna kəffarə gələcəkdir, hökmü bilmədiyinə görə kəffarə onun boynundan götürülürmü?
4- Hansı hallarda fidyə verilir?
5- Əgər qadın xəstə olduğu üçün oruc tuta bilməsə və gələn ilin ramazan ayınadək orucun qəzasını da tuta bilməsə, onun özünə fidyə vermək vacib olur, yoxsa ərinə?
6- İki il ardıcıl hamilə qalan qadın əgər şəri üzrü olduğuna görə oruc tuta bilməsə, hökmü nədir?
[1] Əcvəbətul-istiftaat, 805-ci sual.
[2] Əcvəbətul-istiftaat, 805-ci sual; Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 87-ci məsələ.
[3] Əcvəbətul-istiftaat, 809-cu sual.
[4] Əcvəbətul-istiftaat, 805-ci sual; Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 72-ci məsələ.
[5] Əcvəbətul-istiftaat, 736, 803 və 810-cu suallar; Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 89 və 90-cı məsələlər.
[6] Əcvəbətul-istiftaat, 813-cü sual.
[7] Əcvəbətul-istiftaat, 803-cü sual; Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 91-ci məsələ.
[8] Əcvəbətul-istiftaat, 803 və 810-cu suallar.
[9] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 92-ci məsələ.
[10] Əcvəbətul-istiftaat, 803 və 806-cı suallar.
[11] Əcvəbətul-istiftaat, 747-ci sual.
[12] Əcvəbətul-istiftaat, 749 və 752-ci suallar; Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 88-ci məsələ.
[13] Əcvəbətul-istiftaat, 804-cü sual.
[14] Əcvəbətul-istiftaat, 806-cı sual.
[15] Əcvəbətul-istiftaat, 747, 752 və 806-cı suallar.
[16] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 66-cı məsələ.
[17] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 66-cı məsələ.
- ALTMIŞ DÖRDÜNCÜ DƏRS: ORUC (7)
ALTMIŞ DÖRDÜNCÜ DƏRS: ORUC (7)
12. Hansı hallarda təkcə orucun qəzası vacib olur və kəffarə vacib olmur
1) Hər kim ramazan ayının orucunu niyyət etməsə və ya riyakarlıq edib oruc tutsa, eyni halda orucu batil edən işlərdən heç birini yerinə yetirməsə, təkcə orucun qəzası ona vacib olur və ona kəffarə düşmür.[1]
2) Hər kim ramazan ayında boynunda cənabət qüslü olduğunu unudub cənabətli halda bir və ya bir neçə gün oruc tutsa, həmin günlərin təkcə qəzası ona vacib olur.[2]
3) Əgər bir şəxs ramazan ayında sübh namazının vaxtı daxil olub-olmadığını araşdırmadan orucu batil edən işlərdən birini yerinə yetirsə, sonra məlum olsa ki, həmin işi yerinə yetirərkən sübh namazının vaxtı daxil olmuşdur, həmin günün orucunun qəzasını tutmalıdır.
Lakin əgər araşdırdıqdan sonra sübhün daxil olmadığını bilsə və bir şey yesə, sonra məlum olsa ki, həmin anda sübh namazının vaxtı olmuşdur, orucu düzgündür və qəzası yoxdur.[3]
4) Əgər ramazan ayında bir nəfər havanın qaraldığını görüb məğrib vaxtı olduğuna əmin olsa və ya şəri baxımdan etibarlı bir şəxs məğrib vaxtı olduğunu xəbər versə, buna görə də orucunu açsa, lakin orucunu açdıqdan sonra məlum olsa ki, hələ məğrib vaxtı olmamışdır, həmin günün orucunun qəzasını tutmalıdır.[4]
5) Hər kim buludlu havada məğrib namazının vaxtı olduğunu güman edib iftar etsə, sonra məlum olsa ki, məğrib vaxtı olmamışdır, orucu batil deyil və o günün qəzası ona vacib deyildir.[5]
6) Oruc tutan şəxs ramazan ayında sübh namazının vaxtı olduğuna əmin olmayanadək orucu batil edən bir işi yerinə yetirə bilər. Lakin əgər sonra məlum olsa ki, bu işi yerinə yetirərkən sübh vaxtı daxil olmuşdur, bunun hökmü 3-cü məsələdə göstərilən hökmlə eynidir.[6]
7) Oruc tutan şəxs ramazan ayında məğrib namazının vaxtı olduğuna əmin olmayanadək iftar edə bilməz. Əgər iftar etsə və sonra məlum olsa ki, hələ məğrib vaxtı olmamışdır, bunun hökmü 4 və 5-ci məsələlərdəki hökmlə eynidir.[7]
8) Əgər oruc bir şəxs dəstəmaz alarkən ağzını yaxalasa və su qeyri-ixtiyari onun boğazına getsə, orucu düzgündür və qəzası yoxdur. Lakin əgər dəstəmazdan qeyri hallarda, məsələn, ağzı quruduğu üçün ağzını yaxalasa və su qeyri-ixtiyari onun boğazına getsə, həmin günün qəzası ona vacib olur.[8]
13. Qəza orucunun hökmləri
1) Əgər bir neçə gün huşsuz vəziyyətdə olan şəxs vacib orucu tuta bilməsə, həmin günlərin orucunun qəzası yoxdur.[9]
2) Məst olduğu üçün oruc niyyəti etməyən şəxs gün ərzində orucu batil edən bir işi yerinə yetirməsə belə orucun qəzası ona vacib olur.[10]
3) Əgər bir şəxs oruc niyyətini etdikdən sonra məst olsa və gün ərzində və ya günün bir hissəsində məst halda olsa, ehtiyati-vacibə görə həmin günün orucunun qəzası ona vacib olur. Xüsusilə də, əgər onun məstliyi ağlın itməsinə bais olacaq həddə güclü olsa.[11]
Diqqət:
• 2 və 3-cü məsələlərdə istər məstedici şey həmin şəxsə haram olsun, istərsə də xəstəliyi ilə əlaqədar halal olsun, həmçinin istər məstedicinin haram olduğunu bilsin, istərsə də bilməsin, hökm dəyişmir.[12]
4) Heyzli və nifaslı qadın oruc tutmadığı günlərin qəzasını ramazan ayından sonra tutmalıdır.[13]
5) Əgər bir şəxs ramazan ayında şəri üzrü olduğuna görə oruc tutmasa və oruc tutmadığı günlərin sayını dəqiq bilməsə, ehtimal verdiyi sayların ən azını götürüb həmin sayda qəza orucu tuta bilər. Məsələn, əgər bir nəfər ramazan ayının 25-ci və ya 26-cı günü səfərə çıxdığını, nəticədə 5 və ya 4 gün qəza orucu tutacağını bilməsə, 4 gün qəza orucu tuta bilər. Lakin əgər şəri üzrünün hansı gündən etibarən başlandığını bilsə, məsələn, ramazan ayının 5-ci günü səfərə çıxdığını bilsə, lakin səfərdən ayın 10-u yoxsa 11-i geri döndüyünü və nəticədə 5 və ya 6 gün qəza orucu tutacağını bilməsə, bu halda ehtiyati-vacibə görə ehtimal verdiyi sayların çoxunu götürməlidir.[14]
6) Əgər bir nəfərin boynunda ötən bir neçə ilin qəza orucu varsa, hansı ilin qəza orucunu birinci tutmaq istəsə, maneəsi yoxdur. Lakin əgər axırıncı ramazan ayından beş gün qəza orucu varsa və qarşıdan gələn ramazan ayına da beş gün qalıbsa, ehtiyati-vacibə görə axırıncı ramazan ayının qəza oruclarını tutmalıdır.[15]
7) Ramazan ayı orucunun qəzasını tutan şəxs zöhr namazının vaxtı olmamışdan qabaq orucunu aça bilər. Bu şərtlə ki, qəza orucunu tutmaq üçün vaxt dar olmamalıdır. Zöhr vaxtı olduqdan sonra isə qəza orucunu açmaq olmaz.[16]
8) Əgər bir nəfər xəstə olduğu üçün ramazan ayında oruc tuta bilməsə və onun xəstəliyi gələn ramazan ayınadək davam etsə, tutmadığı orucların qəzası yoxdur.
Lakin hər kim xəstəlikdən qeyri bir üzrü olduğuna görə (məsələn, səfərdə olduğu üçün) oruc tutmasa və gələn ramazan ayınadək üzrü davam etsə, tutmadığı orucların qəzasını tutmalıdır. Həmçinin, əgər bir şəxs şəri üzrü xəstəlik olduğu üçün oruc tutmasa, sonra sağalsa və ortalığa çıxan başqa bir üzrü gələn ramazan ayına qədər davam etsə, tutmadığı orucların qəzası ona vacib olur.[17]
Qəza orucu barədə bir şəri məsələ:
▪ Əgər insanın vacib orucu və ya qəza orucu tutmağa gücü çatmırsa, bu səbəblə tutmadığı orucların qəzası onun boynundan götürülmür. Deməli, əgər həddi-büluğa yenicə yetişən bir qızın oruc tutmağa gücü çatmasa və gələn ramazan ayına qədər elə bu səbəblə orucun qəzasını yerinə yetirə bilməsə, tutmadığı orucların qəzasını tutmaq ona vacibdir. Həmçinin, bir neçə il oruc tutmayıb sonra tövbə edən şəxs tutmadığı orucların qəzasını tutmalıdır və əgər tuta bilmirsə, orucların qəzası onun boynundadır.[18]
14. Ata-ananın qəza oruclarının şəri hökmləri
1) Hər kimin atası və ehtiyati-vacibə görə anası səfərdən qeyri bir şəri üzrü olduğuna görə oruc tutmayıbsa və həyatda ikən tutmadığı orucların qəzasını tuta bildiyi halda tutmayıbsa, ata-anası vəfat etdikdən sonra böyük oğula vacibdir ki, onların qəza oruclarını ya özü tutsun, ya da bir nəfəri əcir edib orucların qəzasını tutdursun.
Lakin əgər valideynlərinin şəri üzrü səfər olmuşdursa və hətta həyatda ikən orucun qəzasını tutmaq imkanları da olmamışdırsa, həmin qəza oruclarını tutması vacibdir.[19]
2) Əgər ata və ana heç bir şəri üzrləri olmadan qəsdən oruc tutmayıbsa, ehtiyati-vacibə görə böyük oğul ata-anasının qəza oruclarını ya şəxsən özü tutmalı, ya da bu iş üçün bir nəfəri əcir tutmalıdır.[20]
3) Əgər böyük oğulun boynunda ata və ananın həm qəza namazı, həm də qəza orucu varsa, onlardan istədiyini birinci yerinə yetirə bilər.[21]
15. Müsafir orucunun hökmləri
1) Əgər ramazan ayında səfərə çıxan şəxs həmin səfərdə namazını tam qılmalıdırsa, oruc da tuta bilər. Məsələn, müsafir on gün bir məkanda qalmaq niyyətindədirsə, yaxud səfərə çıxmaq bir şəxsin peşəsi sayılırsa, bu müsafir namazı tam qılmalı və oruc da tutmalıdır. Lakin əgər müsafir həmin səfərdə namazını qəsr qılmalıdırsa, oruc da tuta bilməz.[22]
2) Əgər oruc tutan şəxs zöhr namazının vaxtı daxil olduqdan sonra səfərə çıxsa, orucunu tutmalıdır. Lakin əgər zöhrdən qabaq səfərə çıxsa, orucu batildir. Amma tərəxxüs həddini keçməmiş orucunu aça bilməz. Əgər tərəxxüs həddini keçməmişdən qabaq orucunu açsa, ehtiyata görə kəffarə ona vacib olur.[23]
3) Əgər müsafir zöhrdən qabaq vətəninə və ya on gün qalmaq niyyətində olduğu məkana çatsa, orucu batil edən işlərdən heç birini yerinə yetirməyibsə, oruc tutmalıdır. Lakin əgər orucu batil edən işlərdən birini yerinə yetiribsə, həmin günün orucu batildir və qəzasını tutmalıdır. Lakin əgər həmin yerlərə zöhrdən sonra çatsa, oruc tuta bilməz.[24]
4) Ramazan ayında səfərə çıxmaq, hətta orucu batil etmək, necə deyərlər orucdan qaçmaq niyyətilə də olsa, olar. Əlbəttə yaxşı olar ki, əgər səfərə çıxmaq zəruri deyilsə, oruc tutan şəxs səfərə çıxmasın.[25]
Müsafir orucu barədə bir şəri məsələ:
▪ Məscidul-həramda etikaf etmək niyyətində olan müsafir əgər Məkkə şəhərində on gün qalmağı qərara alsa və ya səfərdə oruc tutmağı nəzir etsə, etikafda ikən iki gün oruc tutduqdan sonra üçüncü gün də oruc tutub etikafını başa çatdırmalıdır. Lakin əgər Məkkə şəhərində on gün qalmağı qərara almasa və ya səfərdə oruc tutmağı nəzir etməsə, səfərdə oruc tutmağı düzgün deyil və əgər oruc düzgün olmasa, etikaf da düzgün olmayacaqdır.[26]
Suallar:
1- Əgər oruc bir şəxs ağzını yaxalasa və su qeyri-ixtiyari onun boğazına getsə, orucu batil olurmu?
2- Əgər bir nəfərin boynunda ötən bir neçə ilin qəza orucu varsa, hansı ilin qəza orucunu birinci tutmalıdır?
3- Əgər həddi-büluğa yenicə yetişən bir qız oruc tutmağa qücü çatmadığı üçün orucunu açsa, orucun qəzası ona vacibdirmi?
4- Ata-ananın qəza orucunun hökmünü bəyan edin.
5- Əgər bir nəfər zöhrdən qabaq vətəninə çatmaq niyyətində olsa, lakin yolda müəyyən səbəblərə görə ləngisə və zöhrdən qabaq çata bilməsə, orucu düzgündürmü?
6- Ramazan ayında orucu batil etmək, necə deyərlər orucdan qaçmaq niyyətilə səfərə çıxmaq olarmı?
[1] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 73-cü məsələ.
[2] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 74-cü məsələ.
[3] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 75-ci məsələ.
[4] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 76-cı məsələ.
[5] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 77-ci məsələ.
[6] Rəhbərdən soruşulan suallar, Oruc bğlümü, 78-ci məsələ.
[7] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 79-cu məsələ.
[8] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 80-cı məsələ.
[9] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 81-ci məsələ.
[10] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 82-ci məsələ.
[11] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 83-cü məsələ.
[12] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 83-cü məsələ.
[13] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 84-cü məsələ.
[14] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 85-ci məsələ.
[15] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 86-cı məsələ.
[16] Əcvəbətul-istiftaat, 805-ci sual.
[17] Əcvəbətul-istiftaat, 736, 749, 752 və 810-cu suallar.
[18] Əcvəbətul-istiftaat, 736, 749, 752, 810 və 811-ci suallar.
[19] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 93-cü məsələ.
[20] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 94-cü məsələ.
[21] Əcvəbətul-istiftaat, 537-ci sual.
[22] Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 95-ci məsələ.
[23] Əcvəbətul-istiftaat, 798-ci sual.
[24] Əcvəbətul-istiftaat, 738-ci sual
[25] Əcvəbətul-istiftaat, 742-ci sual; Rəhbərdən soruşulan suallar, Oruc bölümü, 96-cı məsələ.
[26] Əcvəbətul-istiftaat, 833-cü sual
- ALTMIŞ BEŞİNCİ DƏRS: ORUC (8)
ALTMIŞ BEŞİNCİ DƏRS: ORUC (8)
16. Ayın əvvəli aşağıdakı yollarla sübut olunur:
1- Mükəlləf şəxsən özü ayı görür;
2- İki ədalətli şəxs ayın əvvəli olduğuna şahidlik edir;
3- Müəyyən vasitələrlə ayın əvvəli olduğuna yəqinlik hasil olur;
4- Əvvəlki ayın otuz günü tamamlanır;
5- Şəri hakim hökm verir.[1]
Ayın əvvəlini təyin etmək üçün meyar o hilal götürülür ki, günəş qürub etdikdən sonra qürub edir və qürub etməzdən öncə də onu görmək mümkündür. Beləliklə, günəş qürub etməzdən qabaq qürub edən və ya günəşlə eyni qürub edən hilal kifayət etmir.[2]
Diqqət:
• Ayı hər hansı bir vasitə ilə görməklə adi gözlə görmək arasında heç bir fərq yoxdur. Yəni əsas şərt “görmək”dir (ya vasitə ilə, ya da heç bir vasitə olmadan). Deməli, ayı gözlə, yaxud eynək və teleskop vasitəsilə görmək eyni hökmdədir. Bəli, teleskopla çəkilib kompüterdə görünən ayın təsvirini görmək sözün həqiqi mənasında “görmək” olub-olmadığı məlum olmadığı üçün (bu təsviri görməklə kifayətlənmək) məhəlli-işkaldır.[3]
• Ayın hilalını görmək öz-özlüyündə şəri vacib deyildir.[4]
• Hilalın kiçik və aşağı olması, yaxud böyük və hündürdə olması, yaxud da nazik və qalın olması kimi halları ayın birinci və ya ikinci gecəsi olduğuna şəri dəlil deyildir. Lakin əgər mükəlləfdə bu kimi müşahidələr nəticəsində müəyyən bir yəqinlik hasil olarsa, o öz yəqinliyi üzrə rəftar etməlidir.[5]
• Astroloqların hesablamaları və tərtib etdikləri təqvim ayın əvvəlinin sübut olunması yollarından deyildir. Əlbəttə, əgər onların sözləri mükəlləfdə yəqinlik hasil etsə, bu təqvimə əməl edə bilər.[6]
Əgər bir şəhərdə ayın əvvəli olduğu sübut olunsa, ona yaxın olan digər şəhərlər üçün də kifayət edir. Bundan əlavə əgər sərqdə yerləşən bir şəhərdə ay görünsə, bu şəhərdən qərbdə yerləşən şəhərin sakinləri üçün də kifayətdir (yəni ayın əvvəli olduğu sübuta yetir). Lakin bunun əksi, yəni qərbdə yerləşən bir şəhərdə ay görünsə, ondan şərqdə yerləşən şəhərin sakinləri üçün kifayət etmir.[7]
Diqqət:
• Eyni üfüq dedikdə, iki şəhərin eyni meridian üzrə yerləşməsi nəzərdə tutulur. Deməli, əgər iki şəhərin üfüqü o həddə qədər fərqli olsa ki, onların birində hilal göründüyü zaman digərində görünmür, bu təqdirdə əgər qərb tərəfdə yerləşən şəhərlərin sakinləri ayı görsələr, şərqdə yerləşən şəhərlərin – belə ki, bu şəhərlərdə günəş qərbdən tez batır – sakinləri üçün kifayət etmir. Məsələn, əgər Yaponiyadan qərb istiqamətdə yerləşən Azərbaycanda ay görünsə, Yaponiya sakinləri üçün kifayət etmir.[8]
Şəri hakim hilalın göründüyünə hökm verməyənədək – hətta özü ayı görsə belə – mükəlləflər üçün kifayət etmir (yəni ayın göründüyü onlar üçün sübut olunmur). Əlbəttə, əgər mükəlləflər başqa yolla ayın göründüyünə əmin olsalar, kifayətdir.[9]
Diqqət:
• Ayin hilalını görən bir şəxs əgər bilsə ki, müəyyən səbəblərə görə ayı görmək onun şəhərinin şəri hakimi üçun mümkün olmayacaqdır, ayı gördüyünü şəri hakimə xəbər verməsinə – əlbəttə əgər xəbər vermədiyi təqdirdə ortalığa böyük çətinliklər çıxmayacaqsa – ehtiyac yoxdur.[10]
• Əgər şəri hakim sabah bayram olduğuna hökm versə və bu hökm bütün ölkəyə aid olsa, onun hökmü şəri baxımdan bütün şəhərlər üçün mötəbərdir.[11]
• Əgər bir dövlətdə ayın göründüyü rəsmi şəkildə elan olunsa, o dövlətin İslami dövlət olması şərt deyildir. Burada əgər mükəlləf yaşadığı məntəqədə ayın göründüyünə əmin olsa, kifayətdir.[12]
• Əgər bir şəhərdə ayın hilalını görməsələr, amma televiziya və radioda ayın göründüyü xəbər verilsə, bu xəbər həmin şəhərdə hilalın göründüyünə dair əminlik yaratdığı, yaxud vəliyyi-fəqih tərəfindən verilən hökm həmin şəhərə də şamil olduğu təqdirdə, kifayət edir və araşdırma aparmağa ehtiyac yoxdur. [13]
Ayın əvvəli olduğu şəri yolların biri ilə sübut olunmayanadək, yəni eyni üfüqü olan şəhərlərdə ay görünməsə, ya iki adil şəxs şəhadət verməsə, ya da şəri hakim hökm verməsə, ehtiyata əməl etmək lazımdır.[14]
Əgər ramazan ayının əvvəli olduğu sübut olunmasa, oruc tutmaq vacib deyil. Lakin əgər sonradan mükəlləfə məlum olsa ki, oruc tutmadığı həmin gün ramazan ayının birinci günü olmuşdur, həmin günün qəzasını tutmalıdır.[15]
Əgər insan ramazan ayının axırıncı günü, yoxsa şəvval ayının birinci günü olduğuna şəkk etsə, oruc tutmalıdır. Lakin əgər gün ərzində məlum olsa ki, şəvval ayının əvvəlidir, hətta məğribə az qalsa belə orucunu açmalıdır.[16]
17. Orucun müxtəlif məsələləri
1. Sübhə yaxın hamının eşitməsi üçün məscidin səsucaldanları vasitəsilə səhər dualarını yayımlamağın maneəsi yoxdur. Amma əgər bu, məscidin qonşuluğunda yaşayan sakinlərə əziyyət versə, icazə verilmir. [17]
2. Ramazan ayının gündəlik dualarını savab əldə etmək məqsədilə oxumağın maneəsi yoxdur.
3. Müstəhəb oruc tutan şəxs istədiyi vaxt orucunu aça bilər. Əgər mömin qardaşı onu qonaq çağırsa, müstəhəbdir ki, onun dəvətini qəbul etsin və orucunu açsın. Bu halda orucu batil olsa da orucun savabından məhrum olmur.[18]
4. Əgər oruc bir şəxs bir ölkədə iftar etsə, sonra başqa bir ölkəyə səfər etsə ki, orada günəş hələ batmamışdır, orucu düzgündür və orada da yeyib içə bilər.[19]
5. Əgər bir nəfər öz vətənində ramazan ayının əvvəlindən iyirmi yeddisinə kimi oruc tutsa, iyirmi səkkizinci gün səhər vaxtı üfüqü öz şəhəri ilə eyni olan başqa bir şəhərə səfər etsə, iyirmi doqquzuncu gün ora çatıb görsə ki, o şəhərdə bayram elan olunubdur və bayramın elan olunması üçün də şəri sübut vardır, bayram olduğu üçün həmin günün qəzası yoxdur. Lakin buradan anlaşılır ki, bu şəxs ramazan ayının əvvəlindən bir gün oruc tutmayıbdır və qəza etdiyinə əmin olduğu orucun qəzasını tutmalıdır.[20]
Suallar:
1- Ayın əvvəli olduğu hansı yollarla sübut olunur?
2- İki şəhərin üfüqlərinin eyni olması nə deməkdir?
3- Əgər şəri hakim ayı görsə, lakin elan etməsə, mükəlləflər üçün kifayət edirmi?
4- Əgər oruc bir şəxs bir ölkədə iftar etsə, sonra başqa bir ölkəyə səfər etsə ki, orada günəş hələ batmamışdır, orucunun hökmü nədir?
5- Əgər mükəlləf ramazan ayının axırıncı günü, yoxsa şəvval ayının birinci günü olduğuna şəkk etsə, şəri vəzifəsi nədir?
[1] Əcvəbətul-istiftaat, 848-ci sual.
[2] Əcvəbətul-istiftaat, 834-cü sual.
[3] Əcvəbətul-istiftaat, 835-ci sual.
[4]Əcvəbətul-istiftaat, 847-ci sual .
[5] Əcvəbətul-istiftaat, 845 və 846-cı suallar.
[6] Əcvəbətul-istiftaat, 834 və 848-ci suallar.
[7] Əcvəbətul-istiftaat, 837, 838 və 840-cı suallar.
[8] Əcvəbətul-istiftaat, 837, 839 və 840-cı suallar.
[9] Əcvəbətul-istiftaat, 843-cü sual.
[10] Əcvəbətul-istiftaat, 842-ci sual.
[11] Əcvəbətul-istiftaat, 844-cü sual.
[12]Əcvəbətul-istiftaat, 849-cu sual .
[13] Əcvəbətul-istiftaat, 836-cı sual.
[14] Əcvəbətul-istiftaat, 837-ci sual.
[15] Əcvəbətul-istiftaat, 846-cı sual.
[16] Əcvəbətul-istiftaat, 846-cı sual.
[17] Əcvəbətul-istiftaat, 853-cü sual.
[18] Əcvəbətul-istiftaat, 830-cu sual.
[19] Əcvəbətul-istiftaat, 826-cı sual.
[20] Əcvəbətul-istiftaat, 825-ci sual.
-
- BEŞİNCİ FƏSİL: XÜMS
- ALTINCI FƏSİL: ƏNFAL
- YEDDİNCİ FƏSİL: CİHAD
- Səkkizinci FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
-
