Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

FİQH TƏLİMLƏRİ

  • Cild 1
    • BİRİNCİ FƏSİL: TƏQLİD
    • İKİNCİ FƏSİL: TƏHARƏT
    • ÜÇÜNCÜ FƏSİL: NAMAZ
    • DÖRDÜNCÜ FƏSİL: ORUC
      • Əlli səkkizinci dərs: Orucun mənası və qisimləri
      • Əlli doqquzuncu dərs: Orucun niyyəti
      • Altmışıncı dərs: Orucu pozan işlər (1)
      • Altmış birinci dərs: Orucu pozan işlər (2)
      • Altmış ikinci dərs: Ramazan ayının orucunu bilərəkdən pozmağın kəffarəsi
      • Altmış üçüncü dərs: Kəffarənin qisimləri
        Çap versiyası  ;  PDF
         
        Altmış üçüncü dərs: Kəffarənin qisimləri

         

        Ramazan ayının orucunun qəzasını bilərəkdən pozmağın kəffarəsi
        1. Kəffarənin vacib olduğu hallar
        Ramazan ayının orucunun qəzasını tutan şəxs zöhr azanından sonra orucunu poza bilməz. Əgər bilərəkdən orucunu pozsa, kəffarə verməlidir.
         
        Diqqət:
        • Ramazan ayının orucunun qəzasını tutan şəxs zöhr azanın­dan qabaq orucunu aça bilər. Amma bu şərtlə ki, qəza orucunu tutmaq üçün vaxt dar olmamalıdır. Əgər vaxt dar olsa, məsələn, bir şəxsin boynunda beş gün qəza orucu varsa və qarşıdan gələn Ramazan ayınadək də beş gündən çox vaxt qalmayıbsa, ehtiyata görə, bu şəxs zöhrdən qabaq da orucunu açmamalıdır.
        • Əgər bir şəxs Ramazan ayının orucunun qəzasını tutmaq üçün əcir olubsa, o, zöhr namazının vaxtı daxil olduqdan sonra orucu açsa belə, ona kəffarə vacib olmur.
         
        2. Kəffarənin miqdarı
        Ramazan ayının orucunun qəzasını pozmağın kəffarəsi on fəqirə yemək verməkdən ibarətdir. Əgər bir şəxsin buna imkanı olmasa, üç gün oruc tutmalıdır.
         
        Təxir kəffarəsi
        1. Kəffarənin vacib olduğu hallar
        1. Əgər bir şəxs Ramazan ayının orucunu şəri üzrü olduğuna görə tutmasa və gələn ilin Ramazan ayınadək səhlənkarlıq üzündən və heç bir şəri üzrü olmadan orucun qəzasını tutmasa, bu şəxs sonradan həm orucun qəzasını tutmalı, həm də qəza orucunu təxirə saldığına görə hər gün üçün “təxir kəffarəsi” verməlidir. Amma əgər gələn ilin Rama­zan ayınadək mövcud şəri üzrü davam etsə, məsələn, səfər ilə əlaqədar oruc tuta bilməyibsə və il boyu da səfərdə olubsa, o, yalnız orucun qəzasını tutmalıdır, kəffarə ona vacib olmur. Baxmayaraq ki, bu halda təxir kəffarəsini vermək ehtiyat-müstəhəbə müvafiqdir. Amma xəstəliklə əlaqədar hökm bir qədər fərqlidir və qarşıdakı məsələlərdə izah olunacaqdır.
        2. Əgər bir şəxs Ramazan ayının orucunu bilərəkdən tutmasa və orucun qəzasını da gələn Ramazan ayınadək heç bir üzrü olmadan tutmasa, orucun qəzasını tutmaq və orucu bilərəkdən tutmamağın kəffarəsini veməkdən əlavə, hər gün üçün bir təxir kəffarəsi (əvvəlki məsələdə qeyd olunduğu kimi) fəqirə verməlidir.
         
        Diqqət:
        • Əgər bir şəxs qəza orucunu gələn ilin Ramazan ayınadək tutmadığı halda onun boynuna təxir kəffarəsinin gələcəyini bilmirsə, bu hökmü bil­mədiyinə görə təxir kəffarəsi onun boynundan götürülmür. Beləliklə, əgər bir şəxs qəza orucunu gələn ilin Ramazan ayınadək tutmağın vacibliyini bilmədiyinə görə Ramazan ayı çatanadək qəza orucunu tutmasa, o, hər gün üçün təxir kəffarəsi verməlidir.
        • Ramazan ayının orucunun qəzasının təxir kəffarəsi bir neçə il verilməsə belə, yalnız bir dəfə vacib olur və illər keçsə də say artmır. Beləliklə, əgər bir şəxs Ramazan ayının orucunun qəzasını bir neçə il təxirə salsa və tutmasa, orucun qəzasını tutmalı və hər gün üçün bir təxir kəffarəsi verməlidir.
         
        2. Kəffarənin miqdarı
        Təxir kəffarəsi hər gün üçün “bir müdd təam”dan ibarətdir və fəqirə verilməlidir.
         
        Diqqət:
        • Hər gün üçün bir müdd təam kəffarə verməli olan şəxs bir neçə günün kəffarəsini bir fəqirə verə bilər.
         
        Fidyə
        1. Fidyənin verildiyi hallar
        Aşağıdakı hallarda fidyə verilir:
        1- Oruc tutmaq qoca kişiyə və ya qadına olduqca çətin və əziyyətli olduqda;
        2- Xəstəliyi ilə əlaqədar tez-tez su içən şəxsə oruc tutmaq olduqca çətin və əziyyətli olduqda;
        3- Doğumuna az bir müddət qalan hamilə qadın orucun hamiləliyə ziyanı olacağından qorxduqda;
        4- Süd verən qadının südü az olduqda və orucun südəmər körpəyə ziyanı olacağından qorxduqda;
        5- Oruc tutmağın bir xəstə insana ziyanı olduqda və onun xəstəliyi gələn ilin Ramazan ayınadək davam etdikdə.
         
        1. Əgər oruc tutmaq qoca kişiyə və ya qadına olduqca çətin və əziyyətlidirsə, onlara oruc tutmaq vacib olmur. Onlar hər gün üçün bir müdd təam (məsələn, buğda, arpa, düyü) fəqirə fidyə verməlidirlər. Əgər onlar oruc tutmağa əsla qadir deyillərsə, ehtiyata görə, fidyə verməlidirlər. Amma hər iki halda əgər Ramazan ayından sonra oruc tutmağa qadir olsalar, ehtiyat-müstəhəbə görə, orucun qəzasını tutsunlar.
        2. Əgər bir şəxs xəstəliyi ilə əlaqədar tez-tez su içmək istəyirsə və susuzluğa əsla dözə bilmirsə, yaxud susuzluğa dözmək onun üçün olduqca çətin və əziyyətlidirsə, ona oruc tutmaq vacib olmur. Amma ikinci surətdə (yəni susuzluğa dözmək onun üçün olduqca çətin və əziyyətli olduğu təqdirdə) hər gün üçün bir müdd təam fəqirə verməlidir. Ehtiyat-vacibə görə, birinci surətdə də (yəni susuzluğa əsla dözə bilmədiyi təqdirdə) bu fidyəni verməlidir. Əgər o, Ramazan ayından sonra oruc tuta bilsə, ehtiyat-müstəhəbə görə, orucun qəzasını tutsun.
        3. Doğumu yaxınlaşan hamilə qadın əgər orucun onun bətnindəki körpəyə və ya onun özünə ziyanı olacağından qorxsa, ona oruc tutmaq vacib olmur. Birinci surətdə (yəni orucun onun bətnindəki körpəyə ziyanı olacağından qorxduğu təqdirdə) hər gün üçün bir müdd təam, yəni 750 qram buğda, arpa və s. bu kimi ərzaqlar fidyə ünvanında fəqirə verməlidir. Ramazan ayından sonra da bu orucun qəzasını tutmalıdır. İkinci surətdə (yəni orucun onun özünə ziyanı olacağından qorxduğu təqdirdə) tutmadığı orucların qəzasını tutmalı və ehtiyata görə, fidyə də verməlidir. Doğumu yaxın olmayan hamilə qadının isə fidyə verməsi ehtiyat-vacibdir.
        4. Əgər südverən qadın (istər körpənin doğma anası olsun, istərsə də dayəsi olsun, dayə istər ücrət ilə süd versin, istərsə də ücrətsiz süd versin) südün azalacağından və ya quruyacağından qorxduğu üçün orucun uşağa ziyanı olacağından qorxsa, ona oruc tutmaq vacib olmur. O, hər gün üçün fidyə verməli və sonradan orucun qəzasını tutmalıdır. Amma əgər orucun qadının özünə ziyanı olsa, ehtiyata görə, fidyə vacib olur.
        5. Yuxarıdakı iki məsələni nəzərə alaraq, əgər bu qadın gələn ilin Ramazan ayınadək orucun qəzasını tutmasa, səhlənkarlıq etdiyi təqdirdə, orucun qəzasından əlavə, təxir kəffarəsi də verməlidir. Amma əgər hansısa bir üzrə görə orucun qəzasını tuta bilməyibsə, təxir kəffarəsi vacib olmur. Əgər bu üzr orucun onun övladına ziyanı olacağı qorxusu olsa, orucların qəzasını nə zaman tuta bilsə, tutmalıdır. Yox əgər bu üzr orucun onun özünə ziyanı olacağı qorxusu olsa, orucun qəzası onun boynundan götürülür. O, hər gün üçün fidyə verməlidir.
        6. Əgər bir xəstə insan xəstəliyi ilə əlaqədar Ramazan ayının orucunu tuta bilməyibsə və onun xəstəliyi gələn Ramazan ayınadək davam edibsə, tutmadığı orucların qəzası onun boynundan götürülür və ona qəza orucu tutmaq vacib olmur. O, yalnız hər gün üçün fidyə verməlidir.
         
        Diqqət:
        • Qadının fidyə və ya kəffarəsi qadının öz öhdəsindədir və bunu ödəmək onun ərinə vacib deyildir, baxmayaraq ki, qadın hamiləliklə əlaqədar və ya süd verdiyinə görə oruc tutmamışdır. Həmçinin övladın kəffarəsi və ya fidyəsi atanın öhdəsində deyildir. Amma ər öz zövcəsinin və ya ata öz övladının yerinə onun fidyəsini və ya kəffarəsini ödəyə bilər.
         
        2. Fidyənin miqdarı
        Fidyənin miqdarı təxir kəffarəsinin miqdarındadır, yəni bir müdd təamdır (750 qram buğda, un, çörək, düyü və bu kimi ərzaqlardan biri ola bilər) və fəqirə verilməlidir.
         
        Diqqət:
        • Əgər bir şəxs müəyyən bir gün oruc tutacağını nəzir etsə və həmin gün bilərəkdən oruc tutmasa və ya orucunu pozsa, kəffarə verməlidir.
        • Nəzirin kəffarəsi on fəqiri yedizdirmək və ya geyindirməkdən ibarətdir. Əgər mükəlləfin buna imkanı olmasa, üç gün oruc tutmalıdır.
         
        Suallar:
        1- Ramazan ayının orucunun qəzasını bilərəkdən pozmağın kəffarəsi hansı hallarda vacib olur və miqdarı nə qədərdir?
        2- Ramazan ayının orucunun qəzasını təxirə salmağın kəffarəsi hansı hallarda vacib olur və miqdarı nə qədərdir?
        3- Əgər bir şəxs qəza orucunu gələn ilin Ramazan ayınadək tutmağın vacibliyini bilmədiyinə görə Ramazan ayı çatanadək qəza orucunu tutmasa, ona təxir kəffarəsi vacib olurmu?
        4- Hansı hallarda fidyə verilir?
        5- Əgər qadın xəstə olduğu üçün oruc tuta bilməsə və gələn ilin Ramazan ayınadək orucun qəzasını da tuta bilməsə, ona kəffarə vacib olurmu, yoxsa ərinə vacib olur?
      • Altmış dördüncü dərs: Yalnız orucun qəzasının vacib olduğu hallar. Müsafir orucu
      • Altmış beşinci dərs: Ayın əvvəlinin sübuta yetməsinin yolları
    • BEŞİNCİ FƏSİL: XÜMS
    • ALTINCI FƏSİL: ƏNFAL
    • YEDDİNCİ FƏSİL: CİHAD
    • YEDDİNCİ FƏSİL: ƏMR BİL-MƏRUF VƏ NƏHY ƏNİL-MUNKƏR
700 /