Xəbərlər

Qabaqcıl və nümunəvi teoloji mərkəzin tələbləri İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei Qum Elmi-Teoloji Mərkəzinin yenidən təsis edilməsinin yüzüncü ildönümü münasibətilə tə...

Üç qüvvənin yüksək rütbəli rəsmilərindən bir qrupunun yeni il münasibətilə görüşü
İslam İnqilabının Ali Rəhbəri üç qüvvənin yüksək vəzifəli rəsmiləri ilə yeni ilin ilk görüşündə qeyd etdi ki, davamlı nəzarət ölkənin məqsədlərinin gerçəkləşdirilməsi yolunda itirilmiş halqadır. İlin şüarının gerçəkləşdirilməsi üçün çalışmaq üç qüvvənin ortaq gündəliyi olmalıdır.

Silahlı Qüvvələrin komandirlərindən bir qrupunun yeni il münasibətilə görüşü
İslam İnqilabının Ali Rəhbəri bu gün günorta saatlarında yeni il münasibətilə Silahlı Qüvvələrin məsul şəxsləri və komandirlərindən bir qrupu ilə görüşdə qeyd etdi ki, Silahlı Qüvvələr ölkənin qalası və xalqın hər bir təcavüzkar amil qarşısındakı sığınacağıdır.

Məsul şəxslər, İslam ölkələrinin səfirləri və müxtəlif təbəqələrdən olan bir qrupun görüşü
İslam İnqilabının Ali Rəhbəri bu gün səhər dövlətin məsul şəxsləri, İslam ölkələrinin səfirləri və xalqın ayrı-ayrı təbəqələrdən olan nümayəndələri ilə görüşdə qeyd etdi ki, İslamın gündən-günə artan izzəti, böyük güclərin zorakılığı və bac-xərac tələblərinə qarşı mübarizə İslam ümmətinin birliyi və bəsrəti ilə şərtlənir.

İnqilabın Ali Rəhbərinin imamlığı ilə Mübarək Fitr Bayramı namazı qılındı
Mübarək Fitr Bayramının namazı bu gün səhər vətənimizin hər yerində mömin və izzətli xalqımızın izdihamlı iştirakı və yadda qalan bir əzəmətlə qılındı.

Şəvval ayının hilalının görünməsi ilə bağlı elan
Ali Rəhbərlik İdarəsi bir elanda 11 fərvərdin 1404-cü il (31 mart 2025) bazar ertəsi tarixinin Şəvval ayının birinci günü və Mübarək Fitr bayramı olduğunu bildirir.

Beynəlxalq Qüds Günü ərəfəsində telemüraciət
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gecə televiziya vasitəsilə etdiyi müraciətdə əvvəlki illərlə müqayisədə builki Qüds Günü yürüşünün daha böyük əhəmiyyət daşıdığını dedi: “İnşallah, builki yürüş ən yaxşı, ən əzəmətli və ən izzətli Qüds Günü yürüşlərindən biri olacaq”.

Tehran əhalisinin müxtəlif təbəqələrdən olan nümayəndələri önündə Novruz çıxışı
İslam İnqilabının Ali Rəhbəri yeni ilin birinci günü əhalinin müxtəlif təbəqələrindən olan minlərlə nümayəndəsi ilə görüşdə qeyd etdi ki, iranlıların dua, təvəssül, mübarək yerlərə toplaşmaqla yeni ilə başlama ənənəsi xalqın Novruz bayramına mənəvi baxışını ifadə edir.

1404-cü hicri şəmsi ilinin başlanması münasibətilə Novruz müraciəti
İslam İnqilabının Ali Rəhbəri 1404-cü hicri şəmsi ilinin başlanması münasibətilə etdiyi bir müraciətdə yeni ili “İstehsala investisiya ili” adlandırdı.

Şairlər, mədəniyyət işçiləri və ədəbiyyatçılarla görüş
Həzrət İmam Həsən Müctəbanın (ə) mübarək mövlud gecəsi gənc və təcrübəli şairlərdən bir qrupu İslam İnqilabının Rəhbəri ilə görüşdü.

Ölkənin ayrı-ayrı yerlərindən gəlmiş minlərlə tələbə ilə görüş
İslam İnqilabının Ali Rəhbəri bu gün axşam saatlarında ölkənin ayrı-ayrı yerlərindən gəlmiş minlərlə tələbə, siyasi, sosial, mədəni təşkilatların və tələbə cihad qruplarının fəalları ilə görüşdə məsələlərin qiymətləndirilməsi tənqid edilməsi və tələbə kimliyinin möhkəmləndirilməsi ilə bağlı mühüm tövsiyələr verdi.

Dövlətin məsul şəxsləri və işçilərinin görüşü
İslam İnqilabının Ali Rəhbəri bu gün axşam saatlarında qüvvələrin rəhbərləri, dövlətin ayrı-ayrı qurumlarının rəhbərləri və məsul işçilərindən bir qrupu ilə görüşdə fərdi və sosial müstəvilərdə özünü unutma və onun nəticələri barəsindəki Ramazan tövsiyələrini verərkən əhalinin maddi vəziyyəti və məişətinin yaxşılaşdırılmasının çox mühüm olduğunu vurğuladı.

Ağac əkimi günü və Təbii Sərvətlər Həftəsi münasibətilə ağac əkimi
İslam İnqilabının Rəhbəri bugün səhər saatlarında Ağac əkimi günü münasibətilə üç fidan əkdi.

Mübarək Ramazan ayının birinci günü “Quranla ünsiyyət” tədbiri
İslam İnqilabının Ali Rəhbəri Ramazan ayının ilk günü, yəni bu gün günortadan sonra təşkil edilmiş “Quranla ünsiyyət” tədbirində beynəlxalq səviyyədə tanınan Quran qariləri və ustadları qarşısında çıxış edərkən fərdi, ictimai və milli səviyyədə Quranın şəfaverici təlimlərinə ehtiyac olduğunu vurğulayaraq dedi: “Fəaliyyətləri Quranla bağlı olan insanlar elə davranmalıdırlar ki, Allahın kitabının mənəvi bulaqları qəlblərə və düşüncələrə, nəticədə isə bütün insanların əməl və davranışlarına axsın”.

Beynəlxalq "Təsnim Təfsiri” Konfransının təşkilatçıları ilə görüş
4 isfənd 1403-cü il tarixində keçirilmiş Beynəlxalq “Təsnim Təfsiri” Konfransının təşkilatçıları ilə görüşdə İslam İnqilabının Ali Rəhbərinin verdiyi bəyanat bu gün səhər Qum şəhərində konfransın keçirildiyi məkanda yayımlandı.
