Minlərlə tələbənin bu gün (çərşənbə günü) günortadan sonra İslam İnqilabının Ali Rəhbəri ilə təşkil etdiyi görüşdə tələbələrin elmi, mədəni, sosial, siyasi və sinfi təşkilatlarının nümayəndələri iki saat müddətində günün müxtəlif məsələləri ilə bağlı görüşlərini və narahatlıqlarını bildirdilər.
Əhli-beytin səxavətli nümayəndəsi Həzrət İmam Həsəni-Müctəbanın (ə) mübarək mövlud gecəsi münasibəti ilə Fars dili və ədəbiyyatı müəllimləri, gənc və qabaqcıl şairlərdən bir qrupu İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei ilə grüşdü.
Bu gün (çərşənbə axşamı) hökumət rəhbərləri və dövlət işçiləri ilə görüşdə məsul şəxslərə, xüsusilə xalqla bağlı işlərdə, dəbdəbəli həyat tərzindən uzaq durmaq və beytül-mal məsələlərində təqvalı olmağın zəruri olduğunu deyən İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei iqtisadi problemlərin həlli və istehsalın daha da yaxşılaşdırılması məsələsində üç qüvvənin məsul şəxslərinin üzərinə düşən vəzifələrdən danışdı.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) günortadan sonra ölkənin dörd bir tərəfindən gəlmiş iki minə yaxın din tələbəsi, elmi-teoloji mərkəzlərin alimləri, müəllimləri və rəhbəri ilə görüşdü. Görüş zamanı o bildirdi ki, teoloji mərkəzlərin və din alimlərinin vəzifəsi İslam maarifini çatdırmaq və cəmiyyətdə onların praktiki tətbiqinə çalışmaqdır: “Alimlər peyğəmbərlərin varisləri kimi tövhidin əməli səciyyə almasına və ədalətin bərqərar olmasına çalışmalıdırlar”.
Mübarək Ramazan ayı ərəfəsində İmam Xomeyni (r.ə) adına hüseyniyyə vəhy kəlanımım ürək oxşayan rayihəsi ilə ətirləndi. Quran qariləri, minacatçıları və mədhiyyəçiləri İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə üç saat davam edən Qurani-Kərimlə ünsiyyət məclisi təşkil etdilər.
Ali Rəhbərlik İdarəsi yayımladığı bir elanda bildirir ki, Mübarək Ramazan ayının görünməsi ilə bağlı heç bir qəti məlumat əldə edilmədi. Buna görə də 06 may tarixi Şaban ayının sonuncu günüdür.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei “Müəllim günü” ərəfəsində ölkənin dörd bir yanından gəlmiş minlərlə müəllim və pedaqoqla görüşdü. Görüş zamanı o, təhsillə bağlı müxtəlif məsələlərdən danışaraq mühüm tövsiyələr verdi və təhsilin inkişafında çox mühüm əhəmiyyəti olan sənədin icrasının zəruri olduğunu dedi: “Müəllimlər hər bir xalqın ən mühüm sərmayəsi olan insan kapitalını yetişdirənlər, yeni sivilizasiyanın əsasını qoyanlar, cəhalət və savadsızlıqla mübarizə meydanının mücahidləri, xalqın kimliyi və mədəniyyətinin qurucusudurlar”.
Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günorta Polis Qüvvələrinin komandirləri və rəhbər işçiləri ilə görüşdü. Görüş zamanı bu qurumun İslam Respublikasına layiq olan Polis Qüvvələri istiqamətində hərəkətinin davamlılığının zəruri olduğunu vurğulayan ali Rəhbər qeyd etdi ki, bu ilin sloqanı olan “İstehsalın daha da yaxşılaşdırılması” şüarının gerçəkləşdirilməsi, habelə kiber məkanın təhlükəsizliyinin təmin edilməsində Polis Qüvvələri mühüm rol oynayır: “Polis Qüvvələri qaçaqmalçılığa və kiber məkanın təhlükəsizliyini pozan amillərə qarşı ciddi mübarizə aparmalıdır”.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei “Əmək və zəhmətkeşlər həftəsi”nin başlanması münasibətilə sənaye sahələrində çalışan minlərlə fəhlə və zəhmətkeşlə görüşdü.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) günortadan sonra Pakistanın baş naziri cənab İrmanxan və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdü. Bu görüşdə o, İran və Pakistan xalqlarının əlaqələrinin səmimi və dərin olduğunu vurğuladı: “Düşmənçiliklərə baxmayaraq, iki ölkənin əlaqələri daha da möhkəm və güclü olmalıdır”.
Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) günorta ordu və Quru Qoşunlarının komandirləri ilə görüşdə bu günün ordusunun həmişəkindən daha dindar və səmərəli olduğunu dedi.
İslam İnqilabının Ali Rəhbəri, dünya səviyyəli Quran qariləri, görkəmli Quran müəllimləri, habelə Quran tədqiqatçıları və müsabiqədə iştirak etmiş qonaqların iştiarkı ilə bu gün (bazar ertəsi) səhər XXXVI Beynəlxalq Quran Müsabiqəsinin yekun tədbiri keçirildi.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei şəhədilər ağası Həzrət İmam Hüseynin (ə) mübarək mövlud gecəsi və İnqilab Keşikçiləri günü münasibəti ilə Keşikçilər Korpusunun bir qrup üzvü və onların ailələri ilə görüşdü.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə) günortadan sonra İraqın baş naziri cənab Adil Əbdülmehdi və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə İran və İraq dövlətlərinin inanc, mədəni və tarixi cəhətən çulğalaşdıqlarına işarə edərək dedi: “İran İslam Respublikası ilə İraq dövlətinin əlaqələri iki ölkənin qonşuluq əlaqələri çərçivəsindən daha geniş məna ifadə edir. İran dövləti və xalqı İraqın inkişafı və səadətini öz mənfəəti hesab edir.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei Mübarək “Məbəs” bayramı münasibətilə bu gün (çərşənbə) səhər hökumət rəsmiləri, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqələrindən olan bir qrup nümayəndəsi ilə görüşdü.
Bu gün (çərşənbə axşamı) günortadan sonra prezidentin birinci müavini, bir neçə hökumət nümayəndəsi, Silahlı Qüvvələrin Baş Qərargah Rəisi, Ordu və Korpus komandirləri, Quru və Dəniz Qüvvələri, Polis və Bəsicin komandirləri, Böhran Vəziyyətinin İdarə Edilməsi Mərkəzi, Kömək və Yardım Fondlarının məsul şəxslərinin iştirakı ilə təşkil edilmiş xüsusi iclasda icra və hərbi qüvvələrin məsul şəxsləri selin ziyan vurduğu regionların son vəziyyəti, habelə selə məruz qalmış əhalinin məskunlaşdırılması, əhalinin problemlərinə baxılması, yaşayış yerləri, kənd təsərrüfatı və heyvandarlıq sahələri, infrastrukturlar, bəzi əyalətlərdə gələcəkdə yaranacaq şəraiətə nəzarət prosesinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xameneiyə məlumat verildi.
Bu gün (çərşənbə) yeni ilin ilk günü, günortadan sonra İmam Rzanın (ə) hərəminin ziyarətçiləri və hərəmin qonşuluğunda yaşayan insanlarla görüşən İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei 98-ci ilin fürsətlər ili olduğunu dedi.
İslam İnqilabının Ali Rəhbəri 1398-ci hicri şəmsi ilinin başlanması münasibəti ilə ünvanladığı müraciətdə əziz həmvətənlər, xüsusilə şəhid və qazilərin möhtərəm ailələrini “Novruz bayramı” və Əmirül-möminin Həzrət Əlinin (ə) mübarək mövludu münasibəti ilə təbrik etdikdən sonra İran xalqına şad və xoşbəxt bir il, can sağlığı, daim artmaqda olan maddi və mənəvi uğurlar arzuladı və yeni ili “İstehsalın artırılması” adı ilə adlandırdı.