
Xəbərlər


İslam İnqilabının Ali Rəhbəri Pakistanın baş naziri və onu müşayiət edən heyətlə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günortadan sonra Pakistanın baş naziri Cənab İmran Xan və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə İranla Pakistan arasındakı əlaqələrin çox dərin və xalqlar səviyyəsində olduğunu qeyd etdi və vurğuladı ki, iki dövlət arasındakı əməkdaşlıqların artırılması üçün bu imkandan istifadə etmək lazımdır:

İnqilabın Ali Rəhbəri elit gənclər və yüksək elmi istedadı olan insanlarla görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər iki min elit gənc və yüksək elmi istedadı olan insanla görüşdə qeyd etdi ki, ölkənin elmi inkişafının dünyanın çox sürətlə cərəyan edən elmi hərəkətindəki iştirakı zəruridir.

İslam İnqilabının Rəhbəri elm əsaslı şirkətlər və yüksək texnologiyalar sərgisində oldu
İslam İnqilabının Ali Rəhbəri bu gün (çərşənbə axşamı) səhər İmam Xomeyni (r.ə) adına hüseyniyədə təşkil olunan elm əsaslı şirkətlər və (İran isehsalı olan) yüksək texnologiyalar sərgisini ziyarət etdi.

İslam İnqilabının Ali Rəhbəri Sepahın minlərlə komandanı ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər İslam İnqilabının Keşikçilər Korpusunun (SEPAH) komandanları ilə görüşdə Sepahın yüksəliş və inkişaf yolunda inkişaf etməkdə olan qürurverici bir qurum olduğunu dedi və mühüm tövsiyələr verdi: “İnanıram ki, Sepah bundan daha çox inkişaf edə bilər”.

İslam İnqilabının Ali Rəhbəri qanunvericilik sisteminin ümumi siyasətlərini elan etdi
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei Konstitusiyanın 110-cu maddəsinin icrasına müvafiq olaraq, qanunvericilik sisteminin ümumi siyastələrini elan etdi və onun əlavəsinin əhəmiyyətinə əsasən, dedi: “Üç qüvvənin siyasətləri elan edilməlidir. Üç qüvvə fəaliyyətlərin qrafikini müəyyən etməli və nailiyyətlər haqqında məlumat verməlidir”.

İslam İnqilabının Ali Rəhbəri Xubriqan Məclisinin sədri və üzvləri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər xalq tərəfindən Xubriqan Məclisinə seçilmiş nümayəndələrlə görüşdə ölkənin mövcud şəraiti, şüarların yayılması, İslam Respublikasının inqilabçı və siyasi gücü və onun regionda genişlənməsinin ümumi təhlilini verərək Müqəddəs Müdafiə dövrünün dərslərindən faydalanmağın və onun cəmiyyətdə dərinləşdirilməsinin zəruri və mühüm olduğunu dedi: “Ölkənin inkişafının davamlılığı Allaha təvəkkül, müqavimət, gələcəyə ümid, gənclərə, xüsusilə inqilabçı gənclərə etimad, xalq, xüsusilə inqilab qüvvələri arasında birlik və vəhdət, daxili istehsala real dəstək, yadlardan tamamilə ümidin kəsilməsi məsələləri ilə şərtlənir”.

İnqilabın Rəhbəri Ərbəin yürüşünün xidmətçilərinə təşəkkür mərasimində iştirak etdi
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər iraqlı mokəbçilər və Ərbəin yürüşünün xidmətçilərinə göstərdikləri qonaqpərvərliyə görə təşəkkür mərasimində iştirak etdi.

İnqilabın Rəhbəri ABŞ-ın müzakirə israrının məqsədinə aydınlıq gətirdi
Bu gün (çərşənbə) səhər xalqın keçən qırx il ərzində düşmənin həyata keçirdiyi planlar qarşısındakı dərin və təqdirəlayiq ayıqlığından danışan Həzrət Ayətullah Xamenei qeyd etdi ki, ölkədəki problemlərin yeganə həlli yolu xalqa və gənclərə arxalanmaq və daxili imkanları ciddiyə almaqdadır.

Həzrət Hüseynə (ə) həsr edilmiş matəm mərasiminin sonuncu gecəsi
Abidlərin zinəti Həzrət İmam Səccadın (ə) şəhadət gecəsi İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə Həzrət Əba Əbdillaha (ə) həsr edilmiş matəm mərasiminin sonuncu gecəsi keçirildi.

Şami-qəriban mərasimi keçirildi
“Şami-qəriban” axşamı İslam İnqilabının Ali Rəhbəri, dövlət rəsmiləri, qəlbində Əhli-beyt (ə) sevgisi olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə şəhidlər ağası və öndəri Həzrət Əba Əbdillah Hüseynə (ə) və onun vəfalı səhabələrinə həsr edilmiş matəm mərasimi keçirildi.

Həzrət İmam Hüseynə (ə) həsr edilmiş Aşura gecəsi mərasimi
Şəhidlər ağası Həzrət Hüseynin (ə) Aşura gecəsində İslam İnqilabının Ali Rəhbəri, dövlət rəsmilərindən bir qrupu və Əhli-beytə (ə) sevgisi olan minlərlə insanın iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə matəm mərasimi təşkil olundu.

İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni adına (r.ə) hüseyniyyədə İmam Hüseynə (ə) həsr edilmiş Tasua axşamı mərasimi keçirildi
Dövlət rəsmilərindən bir qrupu və İmam Hüseynə (ə) matəm saxlayan minlərlə insanın iştirak etdiyi bu mərasimdə çıxış edən Höccətül-İslam vəl-müslimin Ali ilahi sınaqlar zamanı doğru duruş formasının necə olmasından danışdı: “İlahi vəd, peyğəmbələr və Allah dostlarının həyatının tarixi təcrübəsi göstərir ki, əgər ictimai təqvamız olsa, Allaha təvəkkül etsək və ilahi rəhbərdən ayrı düşməsək, Allah-taala problemləri adlamağımız üçün imkan yaradar”.

Ali Rəhbərin iştirakı ilə İmam Xomeyni adına hüseyniyyədə matəm mərasimi keçirildi
Məhərrəm ayının səkkizinci gecəsi İamam Xomeyni (r.ə) adına hüseyniyyədə İslam İnqilabının Ali Rəhbəri, üç qüvvənin rəhbərləri və xalqın ayrı-ayrı siniflərinin nümayəndələrinin iştirakı ilə şəhidlər sərvəri Həzrət Seyyidüşşühədaya (ə) həsr edilmiş matəm mərasimi keçirildi.

İmam Hüseynə (ə) həsr edilmiş birinci matəm gecəsi
İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Əba Əbdillah Hüseynə (ə) həsr edilmiş matəm mərasiminin birinci gecəsi keçirildi.

İsmail Həniə İslam İnqilabının Rəhbərinə göndərdiyi məktubda ona təşəkkürünü bildirmişdir
İslami Müqavimət Hərəkatının (Həmas) siyasi idarəsinin rəhbəri cənab İsmail Həniə Həzrət Ayətullah Xameneiyə göndərdiyi məktubda Həmasın nümayəndə heyəti ilə görüşdə Fələstin müqavimətini açıq şəkildə dəstəklədiyini və İranın Həması öz vəzifəsini yerinə yetirmək üçün ehtiyac duyduğu vasitələrlə təchiz etməyə hazır olduğunu elan etdiyi üçün ona öz təşəkkürünü bildirmişdir: “Bütün haqq, ədalət, azadlıq qüvvələri və onların əsas güc mənbəyi olan İran İslam Respublikası ilə birlikdə dəyişməz müqavimət səngərindəki iştirakımızın son qələbəyə qədər davam edəcək strategiyasının dəyişməzliyini bir daha elan edirik”.

Ali Rəhbər İmam Rzanın (ə) məqbərəsinin toz alma mərasimində
Məhərrəm ayı və şəhidlər sərvərinin matəm günlərinin başlanması ərəfəsində, bu gün (şənbə) səhər İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə Allahın səkkizinci höccəti Həzrət Əli ibn Musa ər-Rzanın (ə) qəbri-şərifinin tozalma mərasimi keçirildi.

İslam İnqilabının Ali Rəhbəri prezident və hökumət nümayəndələri ilə görüşdü
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər prezident və hökumət nümayəndələri ilə görüşdə məsul şəxslərin xalqa xidmət fürsətinin qədrini bilməsinin vacibliyi və üç qüvvə ilə əməkdaşlıq və qarşılıqlı əlaqə yaradılmasının zəruriliyinə işarə edərək iqtisadiyyat və mədəniyyətin ölkənin iki mühüm məsələsi olduğunu dedi.

Ali Rəhbər Qurucu Könüllülər və Cihadçı Təçkilatların gənc üzvlərinə müraciət ünvanladı
01 avqust 2019-cu il tarixində cihadçı qrupların bir qrup nümayəndəsi İslam İnqilabının Ali Rəhbəri ilə görüşdü.
