Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Ali Məqamlı Rəhbər İmam Xomeyninin (r.ə) vəfatının 24-cü ildönümü münasibətilə anım mərasimi keçirəcək
Ali Məqamlı Rəhbər İmam Xomeyninin (r.ə) vəfatının 24-cü ildönümü münasibətilə anım mərasimi keçirəcək
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei inqilabın dahi memarı, İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin (r.ə) ürəkləri dağlayan vəfatının 24-cü ildönümü münasibətilə bazar ertəsi – 3 iyun 2013-cü ildə Böyük Qum məscidində məğrib və işa namazlarından sonra anım mərasimi keçirəcək.
Ali Məqamlı Rəhbər parlamentin nümayəndələri ilə görüşdü
Ali Məqamlı Rəhbər parlamentin nümayəndələri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslami Şura Məclisinin sədri, idarə heyətinin üzvləri və parlamentarilərlə bu gün (çərşənbə günü) səhər baş tutan görüşündə parlamentin işlərin başında durduğunu, icraedici hakimiyyətin isə meydanda ağır bir yükü çiyinlərinə götürərək icraiyyə işlərini həyata keçirdiyini vurğulayaraq bildirdi ki, hökumətlə parlamentin əməkdaşlığında hər iki tərəfin qanuna riayət etməsi, qarşılıqlı həmkarlığa açıq olması və insaflı davranması vacibdir.
Ali Məqamlı Rəhbər xalqın müxtəlif təbəqələrini təmsil edən minlərlə insanla görüşdü
Ali Məqamlı Rəhbər xalqın müxtəlif təbəqələrini təmsil edən minlərlə insanla görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei xalqın müxtəlif təbəqələrini təmsil edən minlərlə insanla bu gün (çərşənbə günü) səhər baş tutan görüşündə camaata, xüsusilə də gənclərə mübarək rəcəb ayının insan mənəviyyatına kamilləşdirici təsir göstərən, geniş imkanlarından yararlanmağı tövsiyə edərək 24 xordad seçkilərinin İran xalqı üçün növbəti qürurverici sınaq olduğunu bildirdi.
Ali Məqamlı Rəhbər Müqavimət Ədəbiyyatı və İslam İnqilabı Ədəbiyyatı idarələrinin rəsmiləri ilə görüşdü
Ali Məqamlı Rəhbər Müqavimət Ədəbiyyatı və İslam İnqilabı Ədəbiyyatı idarələrinin rəsmiləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər İslami Təbliğat Təşkilatının İncəsənət departamentinin Müqavimət Ədəbiyyatı və İslam İnqilabı Ədəbiyyatı idarələrinin rəsmiləri ilə görüşdü. Görüş zamanı o bildirdi ki, müqavimət və İslam İnqilabı ədəbiyyatı sahələrində böyük, ilhamverici, mübarizəyə səsləyən bir hərəkatın formalaşdırılması, həmçinin inqilaba müxalif olan bəzi cərəyanların İslam İnqilabının həqiqət və anlayışlarını təcrid etməklə bağlı səylərinin nəticə verməsinin qarşısının alınması İncəsənət departamentinin fəaliyyətinin iki mühüm xüsusiyyəti və meyarıdır.
Ali Məqamlı Rəhbər ölkənin teoloji mərkəzlərində və universitetlərində çalışan ziyalı xanımlarla görüşdü
Ali Məqamlı Rəhbər ölkənin teoloji mərkəzlərində və universitetlərində çalışan ziyalı xanımlarla görüşdü
Mübarək rəcəb ayının astanasında – bu gün (şənbə günü) səhər ölkənin teoloji mərkəzlərində və universitetlərində, ailə və qadın problemləri sahəsində, icra strukturlarında, Quranla bağlı sferalarda, mediada və QHT-lərdə çalışan yüzlərlə fəal xanım iki saat yarım ərzində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdülər.
Ali Məqamlı Rəhbər təhsil işçiləri ilə görüşdü
Ali Məqamlı Rəhbər təhsil işçiləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkənin təhsil müəssisələrində çalışan minlərlə müəllimlə bu gün (çərşənbə günü) səhər baş tutan görüşündə Təhsil və Tərbiyə Nazirliyinin mühüm və əsas dövlət strukturlarından biri olduğunu qeyd edərək bildirdi ki, bu qurum yüksək insani keyfiyyətləri və islami həyat tərzini özündə əks etdirən mütərəqqi bir cəmiyyətin formalaşmasında başlıca infrastrukturdur.
Ali Məqamlı Rəhbər Seçki Komissiyasının rəsmiləri ilə görüşdü
Ali Məqamlı Rəhbər Seçki Komissiyasının rəsmiləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi günü) səhər ölkədə prezident postuna, habelə şəhər və kənd şuralarına keçirilən seçkilərə cavabdeh olan komissiyanın rəsmiləri ilə görüşdü. Görüş zamanı Ali Məqamlı Rəhbər qeyd etdi ki, xalqın 24 xordad seçkilərində hamılıqla və fəal iştirakı ölkəyə toxunulmazlıq qazandıran, onun davamlı inkişafını qarant altına alan amildir.
Ali Məqamlı Rəhbər Əhli-Beyt (ə) şairləri və söz ustadları ilə görüşdü
Ali Məqamlı Rəhbər Əhli-Beyt (ə) şairləri və söz ustadları ilə görüşdü
İki aləmin seçilmiş xanımı Həzrət Siddiqeyi-Kübra Fatimeyi-Zəhranın (s.ə) və onun şanlı övladı dahi İmam Xomeyninin (r.ə) mübarək doğum günlərində İmam Xomeyni (r.ə) adına hüseyniyə Xanım Fatimənin ali keyfiyyət və fəzilətlərinin rayihəsi ilə doldu.
Əhli-Beyt (ə) şairlərindən bir qrupunun iştirakı ilə keçən bu görüşdə Ali Məqamlı Rəhbər Həzrət Fatimeyi-Zəhranın (s.ə) doğum günü münasibəti ilə hər kəsi təbrik etdi və İmam Xomeyninin (r.ə) doğum gününün də xanımın mövludu ərəfəsinə təsadüf etdiyini xüsusi qeyd etdi.
Ali Məqamlı Rəhbər Zəhmətkeşlər həftəsi münasibətilə istehsalat sektorunun fəalları və fəhlələrlə görüşdü
Ali Məqamlı Rəhbər Zəhmətkeşlər həftəsi münasibətilə istehsalat sektorunun fəalları və fəhlələrlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə günü) səhər minlərlə fəhlə və zəhmətkeşlə, istehsalat sektorunda fəal olan sahibkarlar və əməkdar fəhlələrlə görüşdü. Görüş zamanı çıxış edən Ali Məqamlı Rəhbər ölkənin iqtisadiyyat və siyasət arenasında qəhrəmanlıq əzmli bir hərəkata, böyük və sıçrayışlı bir irəliləyişə ehtiyac duyduğunu bildirdi.
Ali Baş Komandan Ordu Günü ərəfəsində hərbçilərlə görüşdü
Ali Baş Komandan Ordu Günü ərəfəsində hərbçilərlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) günorta – 29 fərvərdin İran İslam Respublikası Ordusu Günü ərəfəsində ordu komandanlarından, nümunəvi hərbi kadrlardan, Bəsic Təşkilatının kiçik şəhərlərdəki nümayəndəliklərinin üzvlərindən, habelə hərbçilərin ailə üzvlərindən bir qrupu ilə görüşdü. Görüş zamanı çıxış edən Ali Baş Komandan İran İslam Respublikası Ordusunu qürurverici, xalqa yaxın olan, elmə və dini inanca söykənən, cürbəcür təşəbbüslərlə çıxış edən, sınaqdan çıxmış bir hərbi institut adlandırdı.

Seçilmiş ünvanlar