Xəbərlər
Həzrət Əba-Əbdillah Hüseynə (ə) həsr olunan ikinci matəm gecəsi keçirildi
Tasua gecəsi İmam Xomeyni (r.ə) adına hüseyniyədə Həzrət Əba-Əbdillah Hüseynə (ə) həsr olunan ikinci matəm gecəsi keçirildi.
Xalqın müxtəlif təbəqələrini təmsil edən minlərlə insanın iştirak etdiyi mərasimdə Höccətül-İslam vəl-muslimin Seyidəhməd Xatəmi Aşura hadisəsinin müxtəlif aspektlərini şərh etdi.

Ali Məqamlı Rəhbər İmam Hüseynə (ə) həsr olunmuş ilk matəm gecəsində iştirak etdi
İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə şəhidlər ağası Həzrət Əba-Əbdillah Hüseynə (ə) və onun sadiq silahdaşlarına həsr olunmuş matəm mərasimi keçirildi.

Ali Məqamlı Rəhbər “Salehin” layihəsinin fəalları ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei “Şəcəre-ye teyyibe-ye salehin” layihəsinin fəalları ilə bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə bəsicin İslam İnqilabının möcüzələrindən biri olduğunu dedi. Ölkənin, xalqın, inqilabın və tarixin bəsicə daim ehtiyac duyduğunu bildirən Ali Məqamlı Rəhbər bu qurumun fəaliyyətinin keyfiyyət baxımından yüksəldilməsini vurğuladı.

Ali Məqamlı Rəhbər ölkə üzrə həcc ziyarətinin təşkilatçılığına cavabdeh olan rəsmilərlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei cari ildə ölkə üzrə həcc ziyarətinin təşkilati məsələlərinə cavabdeh olmuş rəsmilərlə bu gün (bazar ertəsi) səhər keçirdiyi görüşdə həcci müstəsna bir vacib şəri əməl adlandırdı.

Ali Məqamlı Rəhbər 4-cü strateji ideyalar konfransında iştirak etdi
150-yə yaxın elm xadimi, fikir adamı, universitet və teoloji mərkəz müəllimi, tədqiqatçı və elmi əsər müəllifi ötən gecə (çərşənbə axşamı günü) İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə 4-cü strateji ideyalar konfransında bir araya gələrək “azadlıq” mövzusunun müxtəlif aspektləri ətrafında fikir mübadiləsinə başladı.

Ali Məqamlı Rəhbər Ayətullahül-üzma Qolpayqaninin xatirəsinə həsr edilmiş konfransa müraciət ünvanladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mərhum Ayətullahül-üzma Qolpayqaninin xatirəsinə həsr olunan konfransa ünvanladığı müraciətdə aşağıdakıları vurğuladı: “O böyük alim yüksək şəxsi keyfiyyətlərə sahib idi. Onlardan ən bariz olanı dini məsələlərdə mətinliyi, dinə əsasən seçdiyi mövqelərin üzərində möhkəm durması idi”.

Ali Məqamlı Rəhbər Ayətullah Qazinin xatirəsinə həsr olunmuş konfransa müraciət ünvanladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ayətullah Seyid Əli Qazinin xatirəsinə həsr olunmuş konfransın iştirakçılarına ünvanladığı müraciətdə mərhum Qazinin böyük elmi və əməli xidmətləri olan şəxsiyyətini, mənəvi-irfani məqamlarını yüksək dəyərləndirərək vurğuladı: “Mərhum cənab Qazi dünyadakı ilahi gözəlliklərdən, xeyirlərdən biridir. Böyük dini şəxsiyyətlər arasında onun kimi bir dühanın tayı-bərabərinə, doğrudan da, az-az rast gəlmək mümkündür”.

Ali Məqamlı Rəhbər Ayətullah Məlikhüseyninin vəfatı ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə günü) günortadan sonra mücahid alim, vəli-fəqihin nümayəndəsi, Kohgiluyə və Buyer Əhməd ostanında yaşayan əhalinin Xubriqan Məclisindəki nümayəndəsi Ayətullah Hacı Seyid Kəramətullah Məlikhüseyninin vəfatı ilə əlaqədar başsağlığı müraciəti etdi.
Ali Məqamlı Rəhbər tələbə və şagirdlərlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei minlərlə tələbə və şagirdlə bu gün (çərşənbə günü) səhər baş tutan görüşündə mühüm məsələlərə toxundu. O, İran xalqının imperialist Amerika dövlətinə qarşı 60 ildir davam edən irimiqyaslı mübarizəsinin müxtəlif mərhələləri, Amerikanın İslam dövlətinin heyrətamiz maddi-mənəvi uğurları qarşısında silsilə məğlubiyyətləri, siyasi, iqtisadi, hərbi və ideoloji statusunun enməsi haqda ətraflı danışaraq qeyd etdi ki, müqavimət ruhunun və gözüaçıqlığın qorunub saxlanması, Allaha təvəkkül, davamlı şəkildə çalışıb səy göstərmək, rəsmilər arasında birlik və həmrəylik bu ardıcıl mübarizədən alınan ibrət dərsləridir.

Ali Məqamlı Rəhbər əzəmətli həcc toplantısına müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei əzəmətli həcc toplantısına ünvanladığı müraciətdə ilahi sirlərlə dolu bu mərasimin İslam ümmətinin islahı yollarını araşdırmaq, İslam dünyasında baş verən mühüm hadisələr haqda dərindən düşünmək üçün böyük bir fürsət olduğunu qeyd etdi.

Ali Məqamlı Rəhbər avtobusun aşması nəticəsində bir qrup şagird qızın həlak olması ilə əlaqədar başsağlığı verdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Borucen rayonunda məktəb avtobusunun aşması nəticəsində bir qrup şagird qızın həlak olması ilə bağlı başsağlığı müraciəti etdi.

Ali Məqamlı Rəhbərlik Baş İdarəsi Şimali Xorasan əhalisini təqdir üçün elamnamə yaydı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Şimali Xorasan vilayətinə 8 günlük səfərinin başa çatması ilə Ali Məqamlı Rəhbərlik Baş İdarəsi vilayətin imanlı və cəsur əhalisinə təşəkkür və qədirdanlıq etmək məqsədilə elamnamə yaydı.

Ali Məqamlı Rəhbər Şimali Xorasan vilayətinə 8 günlük səfərini müqəddəs İmam Rza (ə) hərəminin ziyarəti ilə başa vurdu
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Şimali Xorasan vilayətinə 8 gün davam etmiş səfəri, vilayətin mömin və istiqanlı əhalisinin müxtəlif təbəqələri ilə görüşü bu gün (çərşənbə günü) günortadan sonra Həzrət Əli ibn Musa Rzanın (ə) müqəddəs hərəminin ziyarəti ilə başa çatdı.

Ali Məqamlı Rəhbər nazirlərin iştirakı ilə Şimali Xorasana həsr olunmuş iclas keçirdi
Ali Məqamlı Rəhbərin Şimali Xorasan vilayətinə səfərinin sonuncu – 7-ci günündə Nazilər Kabinetinin üzvləri Bocnurdda xüsusi iclas keçirdikdən sonra bu gün (çərşənbə günü) günorta Həzrət Ayətullah Xamenei ilə görüşərək vilayət əhalisinin problemlərinin həlli, vilayətin inkişaf tempinin sürətləndirilməsi istiqamətində qəbul etdikləri qərarları ona təqdim etdilər.

Ali Məqamlı Rəhbər Bocnurdun “Şəhidlər gülzarı”nı və imamzadə Seyid Abbas ibn Musa (ə) ziyarətgahını ziyarət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gecə (çərşənbə axşamı) Bocnurdun “Şəhidlər gülzarı”nı ziyarət etdi.

Ali Məqamlı Rəhbər Şimali Xorasan əhalisinin müxtəlif təbəqələrinin təmsilçiləri və vilayətin administrasiya rəsmiləri ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Şimali Xorasan əhalisinin müxtəlif təbəqələrindən seçilmiş nümayəndələr və vilayətin administrasiya rəsmiləri ilə bu gün (çərşənbə axşamı) səhər keçirdiyi görüşdə xalqa təmənnasız xidmətin ölkə rəsmiləri ilə üçün ilahi nemət olduğunu qeyd etdi.

Ali Məqamlı Rəhbər Şimali Xorasan vilayətinin bəsiciləri ilə görüşdü
Şimali Xorasan vilayətinə səfərinin 6-cı günündə – bu gün (bazar ertəsi) günortadan sonra İslam İnqilabının Ali Məqamlı Rəhbəri vilayətin minlərlə bəsicisi ilə görüşdü. Çıxışı əsnasında o vurğuladı: “Bəsic qızıl açardır, Yaradanın İran xalqına hədiyyəsidir. Bu günə qədər o, bir çox düyünləri açdığı kimi, gələcəkdə də ölkənin və cəmiyyətin ehtiyac duyduğu mühüm məsələləri irəli aparacaq”.

Ali Məqamlı Rəhbər Şirvan şəhristanının “Şəhidlər gülzarı”nı ziyarət etdi
Bu gün (bazar ertəsi) səhər Şirvanın “Şəhidlər gülzarı”nı ziyarət edən Ali Məqamlı Rəhbər “Fatihə” oxuyaraq bu məntəqənin şəhidlərinin uca məqamına ehtiramını bildirdi.
