Ali Məqamlı Rəhbərin informasiya bloku

Xəbərlər

Ali Məqamlı Rəhbər Əllamə Qütbəddin Şiraziyə həsr olunmuş konfransa müraciət etdi
Ali Məqamlı Rəhbər Əllamə Qütbəddin Şiraziyə həsr olunmuş konfransa müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Əllamə Qütbəddin Şiraziyə həsr olunan beynəlxalq konfransa ünvanladığı müraciətdə ölkədəki elmi çiçəklənmə dövrünü geniş surətdə açıqlamağın, görkəmli şəxsiyyətləri bugünkü gənc nəslə bir örnək kimi tanıtmağın vacib olduğunu vurğulayaraq dedi: “Belə örnəklər olduğu halda, bizim orta əsrlər Avropasının qaranlıq dərinliklərindən kimlərisə tapıb çıxarmağımıza və onları görkəmli şəxsiyyətlər kimi təqdim etməyimizə heç bir lüzum yoxdur”.
Ali Məqamlı Rəhbər “İslam dünyasının universitet müəllimləri və islami oyanış” konfransının iştirakçıları ilə görüşdü
Ali Məqamlı Rəhbər “İslam dünyasının universitet müəllimləri və islami oyanış” konfransının iştirakçıları ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei “İslam dünyasının universitet müəllimləri və islami oyanış” mövzusuna həsr edilmiş beynəlxalq konfransın iştirakçısı olan yüzlərlə universitet müəllimi, ziyalı və görkəmli elm xadimi ilə bu gün (çərşənbə axşamı) səhər keçirdiyi görüşdə islami oyanış mövzusunun əhəmiyyətini açıqlamaqla yanaşı, inqilab etmiş ölkələrdə İslamın, İslam şəriətinin, eləcə də xalqın tutduğu mövqeyi kompleks şəkildə təhlil etdi, bu ölkələrin üzləşə biləcəyi risk və təhlükələrdən danışdı.
Ali Məqamlı Rəhbər Mirzə Kiçik xan Cəngəliyə həsr olunmuş konqresə müraciət ünvanladı
Ali Məqamlı Rəhbər Mirzə Kiçik xan Cəngəliyə həsr olunmuş konqresə müraciət ünvanladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Mirzə Kiçik xan Cəngəlinin xatirəsinə həsr edilmiş konqresə ünvanladığı müraciətdə Mirzə Kiçik xanın hərəkatının yüzdə-yüz dini-ideoloji bir hərəkat olduğunu qeyd edərək vurğuladı: “O, özünə aid hüdudlar içərisində – Gilanda – İslam dövlətinə miniatür bir nümunə yaratmışdı”.
Ali Məqamlı Rəhbər Ordunun Dəniz Qüvvələrinin rəsmiləri və komandanları ilə görüşdü
Ali Məqamlı Rəhbər Ordunun Dəniz Qüvvələrinin rəsmiləri və komandanları ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İran İslam Respublikası Ordusunun Dəniz Qüvvələrinin rəsmiləri və komandan heyəti ilə bu gün (çərşənbə axşamı) günorta keçirdiyi görüşdə İİR-in qarşıya qoyduğu ali hədəflərə, İslam dövlətinin bu hədəflərin qazanılması yolunda əldə etdiyi ardıcıl nailiyyətlərə toxunaraq dedi: “Dünya və regiondakı vəziyyətə nəzər saldıqda bu proseslərə İslam Respublikasının effektiv təsirini açıq-aydın görmək mümkündür”.
Ali Məqamlı Rəhbər “Salehin” layihəsinin fəalları ilə görüşdü
Ali Məqamlı Rəhbər “Salehin” layihəsinin fəalları ilə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei “Şəcəre-ye teyyibe-ye salehin” layihəsinin fəalları ilə bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə bəsicin İslam İnqilabının möcüzələrindən biri olduğunu dedi. Ölkənin, xalqın, inqilabın və tarixin bəsicə daim ehtiyac duyduğunu bildirən Ali Məqamlı Rəhbər bu qurumun fəaliyyətinin keyfiyyət baxımından yüksəldilməsini vurğuladı.
Ali Məqamlı Rəhbər 4-cü strateji ideyalar konfransında iştirak etdi
Ali Məqamlı Rəhbər 4-cü strateji ideyalar konfransında iştirak etdi
150-yə yaxın elm xadimi, fikir adamı, universitet və teoloji mərkəz müəllimi, tədqiqatçı və elmi əsər müəllifi ötən gecə (çərşənbə axşamı günü) İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə 4-cü strateji ideyalar konfransında bir araya gələrək “azadlıq” mövzusunun müxtəlif aspektləri ətrafında fikir mübadiləsinə başladı.
Ali Məqamlı Rəhbər Ayətullahül-üzma Qolpayqaninin xatirəsinə həsr edilmiş konfransa müraciət ünvanladı
Ali Məqamlı Rəhbər Ayətullahül-üzma Qolpayqaninin xatirəsinə həsr edilmiş konfransa müraciət ünvanladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mərhum Ayətullahül-üzma Qolpayqaninin xatirəsinə həsr olunan konfransa ünvanladığı müraciətdə aşağıdakıları vurğuladı: “O böyük alim yüksək şəxsi keyfiyyətlərə sahib idi. Onlardan ən bariz olanı dini məsələlərdə mətinliyi, dinə əsasən seçdiyi mövqelərin üzərində möhkəm durması idi”.
Ali Məqamlı Rəhbər Ayətullah Qazinin xatirəsinə həsr olunmuş konfransa müraciət ünvanladı
Ali Məqamlı Rəhbər Ayətullah Qazinin xatirəsinə həsr olunmuş konfransa müraciət ünvanladı
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ayətullah Seyid Əli Qazinin xatirəsinə həsr olunmuş konfransın iştirakçılarına ünvanladığı müraciətdə mərhum Qazinin böyük elmi və əməli xidmətləri olan şəxsiyyətini, mənəvi-irfani məqamlarını yüksək dəyərləndirərək vurğuladı: “Mərhum cənab Qazi dünyadakı ilahi gözəlliklərdən, xeyirlərdən biridir. Böyük dini şəxsiyyətlər arasında onun kimi bir dühanın tayı-bərabərinə, doğrudan da, az-az rast gəlmək mümkündür”.
Ali Məqamlı Rəhbər tələbə və şagirdlərlə görüşdü
Ali Məqamlı Rəhbər tələbə və şagirdlərlə görüşdü
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei minlərlə tələbə və şagirdlə bu gün (çərşənbə günü) səhər baş tutan görüşündə mühüm məsələlərə toxundu. O, İran xalqının imperialist Amerika dövlətinə qarşı 60 ildir davam edən irimiqyaslı mübarizəsinin müxtəlif mərhələləri, Amerikanın İslam dövlətinin heyrətamiz maddi-mənəvi uğurları qarşısında silsilə məğlubiyyətləri, siyasi, iqtisadi, hərbi və ideoloji statusunun enməsi haqda ətraflı danışaraq qeyd etdi ki, müqavimət ruhunun və gözüaçıqlığın qorunub saxlanması, Allaha təvəkkül, davamlı şəkildə çalışıb səy göstərmək, rəsmilər arasında birlik və həmrəylik bu ardıcıl mübarizədən alınan ibrət dərsləridir.
Ali Məqamlı Rəhbər əzəmətli həcc toplantısına müraciət etdi
Ali Məqamlı Rəhbər əzəmətli həcc toplantısına müraciət etdi
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei əzəmətli həcc toplantısına ünvanladığı müraciətdə ilahi sirlərlə dolu bu mərasimin İslam ümmətinin islahı yollarını araşdırmaq, İslam dünyasında baş verən mühüm hadisələr haqda dərindən düşünmək üçün böyük bir fürsət olduğunu qeyd etdi.
Ali Məqamlı Rəhbər Şimali Xorasan vilayətinə 8 günlük səfərini müqəddəs İmam Rza (ə) hərəminin ziyarəti ilə başa vurdu
Ali Məqamlı Rəhbər Şimali Xorasan vilayətinə 8 günlük səfərini müqəddəs İmam Rza (ə) hərəminin ziyarəti ilə başa vurdu
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin Şimali Xorasan vilayətinə 8 gün davam etmiş səfəri, vilayətin mömin və istiqanlı əhalisinin müxtəlif təbəqələri ilə görüşü bu gün (çərşənbə günü) günortadan sonra Həzrət Əli ibn Musa Rzanın (ə) müqəddəs hərəminin ziyarəti ilə başa çatdı.

Seçilmiş ünvanlar