Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

XÜMSÜN HÖKMLƏRİ

  • Müqəddimə
  • BİRİNCİ FƏSİL: XÜMS DÜŞƏN MALLAR
  • İKİNCİ FƏSİL: XÜMS DÜŞMƏYƏN MALLAR
    • Məişət xərcləri
      • 1- İstifadəsi zamanı aradan getməyən mallar
        Çap versiyası  ;  PDF
         
        1- İstifadəsi zamanı aradan getməyən mallar

         

        Sual 84. Mən, adətən, gələn qonaqları nəzərdə tutaraq yataq əşyaları və qab-qacaq aldım. Amma il ərzində bizə qonaq gəlmədi və bu əşyalar istifadə olunmadı. Bu əşyalara xüms düşürmü?
        Cavab: “İstifadəsi zamanı aradan getməyən mallar”ın “məişət xərcləri” hesab olunması və onlara xüms düşməməsinin meyarı, bu əşyaların insanın ixtiyarında olması və ehtiyac zamanı istifadə olunmasıdır. Beləliklə, əgər siz həmin əşyaları aldığınız zaman qeyd etdiyiniz məqsəd üçün onlara ehtiyac olubsa və buna görə də onları almısınızsa, bu əşyalara xüms düşmür, baxmayaraq ki, il ərzində onları istifadə etməmisiniz.
         
        Sual 85. Aldığım, amma hələ istifadə etmədiyim kitaba xüms düşürmü?
        Cavab: Əgər həmin kitaba ehtiyacınız olubsa, həmçinin bu kitab sizin ürfi şəninizə uyğun miqdardadırsa, ona xüms düşmür.
         
        Sual 86. Mən evə lazım olan bəzi əşyaları almaq niyyətində idim, amma istədiyim əşyaları mağazalarda tapa bilmədim. Həmin ərəfədə mənim xüms ilim başa çatdı. Bu əşyaları almaq üçün saxladığım pulun xümsünü verməliyəmmi?
        Cavab: Ümumiyyətlə, əgər xüms ili başa çatmamışdan qabaq müəyyən məişət əşyalarına ehtiyac yaransa və siz onları almağa səy göstərsəniz, amma sizdən asılı olmayan səbəblərə görə onları almağınız yubansa və sizin xüms iliniz başa çatsa, səhlənkarlıq göstərmədən onları aldığınız təqdirdə həmin pulun xümsünü vermək vacib olmur.
         
        Sual 87. Mən özümə yaşayış evi almaq üçün satıcı ilə alğı-satqı müqaviləsi bağladım, amma xüms ilimin başa çatmasına bir neçə gün qalmış satıcı müqaviləni ləğv etdi. Xüms ilim başa çatdıqda ev almaq üçün topladığım pulun xümsünü verməliyəmmi?
        Cavab: Əgər yubatmadan və səhlənkarlıq göstərmədən evi almağa səy göstərsəniz və evi alsanız, bu pula xüms düşmür.

         

        İstirahət məqsədilə alınan bağ və bağ evi
        Sual 88. Ailənin istirahət etməsi üçün bir bağ almışam. Bu bağa xüms düşürmü? Əgər xüms düşürsə, ora çəkilən xərclərə, məsələn, hasarın çəkilməsi, ağacların əkilməsi və s. işlər üçün çəkilən xərclərə də xüms düşürmü?
        Cavab: Əgər bu bağ sizin ürfi şəninizdən artıq deyildirsə, ona xüms düşmür.
         
        Sual 89. Mən bağ evi tikmək üçün torpaq sahəsi almışam, amma hələ orada ev tikə bilməmişəm. Xüms ilim başa çatdıqda bu torpaq sahəsinə xüms düşürmü? Əgər xüms düşürsə, onun xümsü necə hesablanmalıdır?
        Cavab: Əgər bağ evinə istirahət məkanı ünvanında şəxsi ehtiyacınız vardırsa, habelə bu ev sizin ürfi şəninizdən artıq deyildirsə, ona xüms düşmür.
         
        Zinət əşyaları
        Sual 90. Əgər bir qadın öz şəninə uyğun miqdarda hər ay şəxsi gəliri ilə qızıl zinət əşyaları alsa, bu zinət əşyalarına xüms düşürmü?
        Cavab: Əgər bu qızıl zinət əşyaları qadınların adi bəzəyi hesab olunarsa, eləcə də bu qadının ürfi şəninə uyğun olarsa, onlara xüms düşmür.
         
        Heyvanlar
        Sual 91. Evdə saxlanılan quşlara və ya akvariumda saxlanılan balıqlara xüms düşürmü? Əgər bu quşlar və balıqlar qiymətli olsa və dekorasiya məqsədi daşısa, onlara xüms düşürmü?
        Cavab: Əgər şəxsin ürfi şənindən artıq olmazsa, onlara xüms düşmür.
         
        Sual 92. Kəndlilər dolanışıq üçün inək, qoyun və bu kimi heyvanları saxlamaq məcburiyyətindədirlər. Belə ki, bu heyvanların südündən, yağından, yunundan və s. istifadə edirlər. Bu heyvanlara və onlardan əldə edilən mənfəətlərə xüms düşürmü?
        Cavab: Əgər heyvanlar ehtiyac miqdarından artıq olmazsa, onlara xüms düşmür. Amma onlardan əldə edilən mənfəətlərə, məsələn, süd, yağ və yuna gəlincə, əgər bu mallardan xüms ilinin sonunda artıq qalarsa, artıq qalan miqdara xüms düşür.
         
        Kolleksiya
        Sual 93. Kolleksiya şəklində toplanılan əşyalara, məsələn, dəmir və ya kağız pul kolleksiyasına, marka kolleksiyasına xüms düşürmü?
        Cavab: Əgər onları almaq və saxlamaq, onlardan istifadə etmək insanın şənindən artıq olmazsa, habelə ticarət məqsədilə alınıb saxlanılmazsa, onlara xüms düşmür.

         

      • 2- İstifadəsi zamanı aradan gedən mallar
      • 3- Yaşayışın digər xərcləri
    • İş xərcləri
    • Nəfəqə
    • İrs
    • Mehriyyə
    • Vəqf
    • Diyə (qanbahası)
    • Sığorta
  • ÜÇÜNCÜ FƏSİL: XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ
  • DÖRDÜNCÜ FƏSİL: XÜMSÜN SƏRF EDİLDİYİ YERLƏR
  • BEŞİNCİ FƏSİL: XÜMSÜN MÜXTƏLİF MƏSƏLƏLƏRİ
700 /