Ali Məqamlı Rəhbərin informasiya bloku
Yüklə:

XÜMSÜN HÖKMLƏRİ

  • Müqəddimə
  • BİRİNCİ FƏSİL: XÜMS DÜŞƏN MALLAR
  • İKİNCİ FƏSİL: XÜMS DÜŞMƏYƏN MALLAR
    • Məişət xərcləri
      • 1- İstifadəsi zamanı aradan getməyən mallar
      • 2- İstifadəsi zamanı aradan gedən mallar
        Çap versiyası  ;  PDF
         
        2- İstifadəsi zamanı aradan gedən mallar

         

        “İstifadəsi zamanı aradan gedən mallar”ın “məişət xərcləri” hesab olunması və onlara xüms düşməməsinin meyarı, dolanışıqda onlardan normal miqdarda istifadə olunmasıdır. Beləliklə, xüms ili ərzində istifadə olunan ərzağa, təmizlik vasitələrinə və bu kimi mallara xüms düşmür.
         
        İstifadəsi zamanı aradan gedən mallardan artıq qalan miqdar
        Sual 94. Əgər qələm, dəftər, yağ, sabun və s. bu kimi “istifadəsi zamanı aradan gedən mallar”dan xüms ilinin sonunda artıq qalsa və istifadə olunmasa, hökm nədir?
        Cavab: Əgər çəki ilə və ya qutunu açdıraraq alınması mümkün olan mallardan olarsa (məsələn, ət, paxlalılar, və s.), onlardan artıq qalan miqdarın xümsü hesablanmalıdır. Amma əgər qutu ilə və qablaşdırılmış şəkildə alınan mallardan olarsa, ehtiyac miqdarında alındığı təqdirdə, onlardan artıq qalan miqdara xüms düşmür.
         
        Dəftərxana ləvazimatları
        Sual 95. Dəftərxana ləvazimatlarına xüms düşürmü?
        Cavab: Əgər bu əşyalar şəxsin ürfi şəninə uyğun olan ehtiyac miqdarında alınarsa, onlara xüms düşmür. Amma əgər xüms ilinin sonunda bu əşyalardan artıq qalsa və onların satılıb-alınması mümkün olsa, bu halda artıq qalan miqdarın xümsü verilməlidir.
         
        Artıq qalan dərman
        Sual 96. Xüms ilinin sonunda artıq qalan dərmanlara xüms düşürmü?
        Cavab: Əgər dərman xəstənin ixtiyarında olmalıdırsa, belə ki, ehtiyac olan zaman xəstə yubanmadan ondan istifadə etməlidirsə, yaxud da dərmanı həmin miqdardan az almaq mümkün deyildirsə, bu dərmandan artıq qalan miqdara xüms düşmür.
         
        Simkart və internet balansı
        Sual 97. Simkartda qalan balansa xüms düşürmü?
        Cavab: Əgər balans adi və ehtiyac miqdarında alınıbdırsa və artıq qalan miqdarı da satmaq mümkün deyildirsə, ona xüms düşmür.

         

      • 3- Yaşayışın digər xərcləri
    • İş xərcləri
    • Nəfəqə
    • İrs
    • Mehriyyə
    • Vəqf
    • Diyə (qanbahası)
    • Sığorta
  • ÜÇÜNCÜ FƏSİL: XÜMSÜN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ
  • DÖRDÜNCÜ FƏSİL: XÜMSÜN SƏRF EDİLDİYİ YERLƏR
  • BEŞİNCİ FƏSİL: XÜMSÜN MÜXTƏLİF MƏSƏLƏLƏRİ
700 /