Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
    • Nəcasətlərin ticarəti
      Çap versiyası  ;  PDF
       
      Nəcasətlərin ticarəti

       

      Sual 1088: Otlaqları və əkin sahələrini qorumaq məqsədilə ov idarəsi və ya bölgənin əkinçiləri tərəfindən ovlanan çöl donuzlarını konservləşdirmək və qeyri-islami ölkələrə ixrac etmək məqsədilə almaq olarmı?
      Cavab: Sualda qeyd olunanlara əsasən, bu işdən qazanc əldə etməmək ehtiyata müvafiqdir. Amma məntiqi bir mənfəət və halal istifadə üçün olarsa – məsələn, heyvan qidası olaraq istifadə edilməsi və ya donuz piyindən sabun istehsalında istifadə edilməsi – bu halda bu işdən gəlir əldə etməyin maneəsi yoxdur.

       

      Sual 1089: Donuz əti konservi zavodunda, gecə klublarında, fəsad məkanlarında işləmək olarmı? Bu yolla əldə edilən qazancın hökmü nədir?
      Cavab: Haram işlərdə işləməyə, məsələn, şərab satmağa, yaxud gecə klubları, fəsad və əxlaqsızlıq məkanları, qumarxana, bar və bu kimi məkanlar yaratmağa və idarə etməyə icazə verilmir. Bu yolla qazanc əldə etmək haramdır və insan bu işlərin müqabilində aldığı ücrətin sahibi olmur. Amma donuz ətinin satışına gəlincə, bu işdən qazanc əldə etməmək ehtiyata müvafiqdir.

       

      Sual 1090: Şərab, donuz əti və ümumiyyətlə, yeyilməsi və içilməsi haram olan şeyləri, bunları halal hesab edən bir şəxsə satmaq və ya hədiyyə etmək düzgündürmü?
      Cavab: Məstedici içkiləri başqalarına satmağa və ya verməyə birmənalı olaraq icazə verilmir. Məstedici içkilər istisna olmaqla, digər haram yemək və içməkləri başqasına satmaq və verməyə gəlincə, əgər qarşı tərəf onlardan istifadəni öz məzhəbinə görə haram bilmirsə, bunun maneəsi yoxdur. Donuz ətinin satışından isə qazanc əldə etməmək ehtiyata müvafiqdir.

       

      Sual 1091: Bizim qida məhsullarının satışını həyata keçirən bir şirkətimiz vardır. Satış mərkəzindəki bəzi qida məhsulları şəri kəsim olmayan ətlərdən və yeyilməsi haram olan məhsullardandır. Nəzərə alsaq ki, əldə edilən illik qazanc səhmdarlar (şəriklər) arasında bölüşdürülür, bu qazancın hökmü nədir?
      Cavab: Məstedici içkiləri başqalarına satmağa və ya verməyə birmənalı olaraq icazə verilmir. Onların vasitəsilə qazanc əldə etmək də haramdır. Məstedici içkilər istisna olmaqla, digər haram yemək və içməkləri başqasına satmağa və ya verməyə gəlincə, əgər qarşı tərəf onlardan istifadəni öz məzhəbinə görə haram bilmirsə, bunun maneəsi yoxdur. Donuz ətinin satışından isə qazanc əldə etməmək ehtiyata müvafiqdir. Haram yolla əldə edilən qazancın səhmdarlar arasında bölüşdürülməsinə isə icazə verilmir. Şirkətin sərmayəsi bu qazancla qarışdığı təqdirdə, “harama qarışmış mal” hökmündə olacaq və bunun qisimləri “Şəriət hökmlərinin izahı” adlı kitablarda qeyd edilmişdir.

       

      Sual 1092: Bir müsəlman şəxs qeyri-islami bir ölkədə hotel tikdirmişdir. O, bu hoteldə müştərilərə müxtəlif növ şərablar və haram yeməklər satmaq məcburiyyətindədir. Çünki bu ölkənin əhalisinin əksəriyyəti xristiandır və yeməyin yanında şərab da içirlər. Onlar yeməyin yanında şərab verilməyən hotellərə getmirlər. Bu müsəlman şəxsin haram işlər ilə əldə etdiyi qazancın hamısını şəri-hakimə vermək niyyətində olduğunu nəzərə alaraq, onun bu işi görməsinə icazə verilirmi?
      Cavab: Qeyri-islami ölkələrdə hotel və restoran açmağın maneəsi yoxdur. Amma məstedici içkiləri başqalarına satmağa və ya verməyə birmənalı olaraq icazə verilmir. Onların vasitəsilə qazanc əldə etmək də haramdır. Məstedici içkilər istisna olmaqla, digər haram yeməkləri və içməkləri başqasına satmağa və ya verməyə gəlincə, əgər qarşı tərəf onlardan istifadəni öz məzhəbinə görə haram bilmirsə, bunun maneəsi yoxdur. Donuz ətinin satışından isə qazanc əldə etməmək ehtiyata müvafiqdir, baxmayaraq ki, müsəlman şəxs bu pulu şəri-hakimə vermək niyyətindədir.  

       

      Sual 1093:
      1) Tora düşüb ölən pullu balığın hökmü nədir?
      2) Əti haram olan su heyvanlarının alğı-satqısının hökmü nədir? Əti haram olan su heyvanlarını halal bilən şəxslərə bunları satmaq olarmı? Heyvan qidası olaraq, həmçinin sənayedə istifadə edilməsi üçün bunların alğı-satqısına icazə verilirmi?
      Cavab:
      1) Balıqçı toruna düşüb torda ölən pullu balıq halaldır.

      2) Əgər qarşı tərəf haram yeməklərdən istifadəni öz məzhəbinə görə haram bilmirsə, bu yeməkləri ona satmağın və ya verməyin maneəsi yoxdur. Əks halda, buna icazə verilmir. Ümumiyyətlə, əgər insan qidası olaraq deyil, başqa bir məntiqi mənfəətə görə və halal istifadə məqsədilə – məsələn, tibdə və sənayedə istifadə edilməsi, eləcə də, heyvan qidası olaraq istifadə edilməsi məqsədilə – olarsa, onların alğı-satıqısının maneəsi yoxdur.

       

      Sual 1094: Qida məhsullarının daşınması işində işləmək olarmı, qeyd etməliyəm ki, bu qida məhsullarının arasında şəri kəsim olmayan ətlər də mövcuddur? Bu ətlərin yeyilməsini halal bilən, yoxsa halal bilməyən insanlar üçün daşınmasının bir fərqi vardırmı?
      Cavab: Əgər bir şəxs öz məzhəbinə görə bu ətlərdən istifadəni haram bilmirsə, şəri kəsim olmayan ətin belə insanlar üçün daşınmasının maneəsi yoxdur. Əks halda, buna icazə verilmir.

       

      Sual 1095: Qandan istifadə edən şəxsə qan satmaq olarmı?
      Cavab: Qan satmaq əgər məntiqi və şəri məqsəd üçün olarsa, maneəsi yoxdur.

       

      Sual 1096: Müsəlman şəxs qeyri-müsəlman ölkəsində qeyri-müsəlmanlara haram yeməklər (məsələn, donuz ətindən və ya şəri kəsim olmayan ətdən hazırlanan yeməklər) və spirtli içkilər sata bilərmi? Aşağıdakı surətlərdə bunun hökmü nədir:
      a) Sözügedən yeməklər və spirtli içkilər onunku deyildir və bu məhsulların satılması qarşılığında da onun heç bir gəliri yoxdur. Onun işi yalnız bu məhsulları və eləcə də, halal yeməkləri müştəriyə satmaqdır.
      b) O, bu obyektdə qeyri-müsəlman bir şəxslə şərikdir. Belə ki, müsəlman şəxs halal məhsulların və onun qeyri-müsəlman şəriki haram yeməklərin və spirtli içkilərin sahibidir. Hər biri də ayrıca olaraq öz mallarının gəlirini götürürlər.
      c) Müsəlman şəxs haram qida məhsulları və spirtli içkilərin satıldığı obyektdə yalnız işləyir və sabit maaş alır, istər bu obyektin sahibi müsəlman olsun, istər qeyri-müsəlman olsun.
      ç) Müsəlman şəxs haram qida məhsulları və spirtli içkilər satılan obyektdə yalnız bir işçi kimi işləyir və ya oranın şərikidir, amma bu məhsulların alğı-satqısında heç bir rolu yoxdur və bu məhsullar onunku deyildir. Əksinə, onun yalnız qida məhsullarının əldə edilməsi və satışında rolu vardır. Nəzərə alsaq ki, müştərilər spirtli içkiləri həmin məkanda içmirlər, onun işinin hökmü nədir?
      Cavab: Məstedici spirtli içkiləri satmaq, bu məhsulların satıldığı məkanda işləmək, bu məhsulların istehsalında və alğı-satıqısında şərik olmaq, onların vasitəsilə qazanc əldə etmək və bu işlərdə başqalarının göstərişini yerinə yetirmək şəri baxımdan haramdır. Bu baxımdan, insan istər sərmayədə şərik olsun, istərsə də gündəlik işçi olsun, yaxud həmin məkanda istər təkcə haram qida məhsulları və spirtli içkilər satılsın, istərsə də onlarla yanaşı halal qida məhsulları da satılsın, yaxud da insan istər bu işdən gəlir götürsün və ya əmək haqqı alsın, istərsə də bu işi havayı görsün, bunun bir fərqi yoxdur. İşin sahibinin və ya şərikin müsəlman, yoxsa qeyri-müsəlman olmasının da bir fərqi yoxdur. Məstedici içkilər istisna olmaqla, digər haram yemək və içməkləri başqasına satmaq və vermək isə, əgər qarşı tərəf onlardan istifadəni öz məzhəbinə görə haram bilmirsə, bunun maneəsi yoxdur. Donuz ətinin satışından isə qazanc əldə etməmək ehtiyata müvafiqdir.

       

      Sual 1097: Spirtli içkilərin daşınması üçün istifadə edilən yük maşınlarını təmir edərək qazanc əldə etmək olarmı?
      Cavab: Əgər harama kömək etmək məqsədilə olarsa və ya cəmiyyətdə geniş fəsada səbəb olarsa, buna icazə verilmir.
       
      Sual 1098: Bir ticarət şirkətinin bir neçə qeyri-əsas şöbəsi qida məhsullarının satışı ilə məşğuldur. Bu qida məhsulları arasında şəri baxımdan haram olan qida məhsulları da (məsələn, xaricdən idxal olunub şəri kəsim olmayan ətlər) mövcuddur. Nəticədə, şirkətin əmlakının bir hissəsi şəri baxımdan haram hesab olunur. Həm haram, həm də halal qida məhsulları satan bu şirkətin şöbələrindən ehtiyac duyulan məhsulları almaq olarmı? Əgər almaq olarsa, satıcıya verilən pulun qalığını ondan almaq üçün şəri-hakimin icazəsinə ehtiyac varmı, nəzərə alsaq ki, satıcının qaytardığı pul “sahibi bilinməyən mal” qismindədir? Əgər şəri-hakimdən icazə almağa ehtiyac varsa, ehtiyac duyduğu məhsulları bu şöbələrdən alan alıcıya siz bu icazəni verirsinizmi?
      Cavab: Şirkətin əmlakı barədə mükəlləfin dəqiq məlumatı olmadığı təqdirdə, şirkətin əmlakında haram malın olduğunu ümumi şəkildə bilmək, ehtiyac duyulan məhsulların bu şirkətdən almağın düzgünlüyünə xələl gətirmir. Buna görə də, ehtiyac duyulan məhsulları bu şirkətdən almaq hamı üçün maneəsizdir. Pulun qalığını almağa gəlincə, şirkətin əmlakı barədə müştərinin dəqiq məlumatı olmadığı təqdirdə, onu almağın maneəsi yoxdur. Həmçinin şirkətdən aldığı məhsulun özündə haram malın olduğunu bilmədiyi təqdirdə, onu almağın maneəsi yoxdur. Aldığı məhsuldan və pulunun qalığı olaraq şirkətdən aldığı puldan istifadə etmək üçün şəri-hakimin icazəsinə ehtiyac yoxdur.

       

      Sual 1099: Qeyri-müsəlmanların ölülərini yandırmaq işində işləmək və buna görə zəhmət haqqı almaq olarmı?
      Cavab: Qeyri-müsəlmanların ölülərinin cəsədini yandırmaq haram deyildir, buna görə də, bu işdə işləmək və zəhmət haqqı almağın maneəsi yoxdur.

       

      Sual 1100: İş qabiliyyəti olan bir şəxsin başqalarından maddi köməklik istəməsi və bu yardımlarla dolanmasına icazə verilirmi?
      Cavab: Bu işi görmək tövsiyə olunmur.

       

      Sual 1101: Zərgərlik bazarında və ya başqa bazarlarda qadınlar qızıl və cəvahirat sata və bu yolla qazanc əldə edə bilərlərmi?
      Cavab: Şəri hüdudlara riayət edərək bu işi görmələrinin maneəsi yoxdur.

       

      Sual 1102: Evin dekorasiya edilməsi əgər haram işlər üçün istifadə edilməsi məqsədilə olarsa, xüsusilə də, əgər bəzi otaqlar bütə ibadət üçün istifadə edilərsə, hökmü nədir? Əgər zalın rəqs və bu kimi işlər üçün istifadə ediləcəyi ehtimal olunarsa, belə zalı tikmək olar, yoxsa olmaz?
      Cavab: Evin dekorasiya edilməsi əgər haram işlər üçün istifadə edilməsi məqsədilə olmazsa, öz-özlüyündə maneəsi yoxdur. Amma bütə ibadət üçün nəzərdə tutulan otağı dekorasiya etmək, məsələn, bu otağın əşyalarını düzmək, bütün qoyulacağı yeri düzəltmək və bu kimi işləri görməyə şəri baxımdan icazə verilmir. Həmçinin haram işlər üçün istifadə olunan zalları tikməyə icazə verilmir. Amma bu xüsusda sadəcə ehtimal vermək, maneə yaratmır.

       

      Sual 1103: Həbsxana və polis bölməsinə şamil olan binanı tikmək və onu zalım dövlətə təhvil vermək olarmı? Bu binanın tikintisində işləmək olarmı?
      Cavab: Həbsxana və polis bölməsinə şamil olan binanı tikməyin maneəsi yoxdur, bu şərtlə ki, orada zülm məhkəmələrinin qurulması və günahsız insanların həbs edilməsi üçün məkanın hazırlanması məqsədilə olmamalıdır. Belə binanın tikintisində işləyən şəxsin nəzərinə görə, əgər belə binalar adətən sözügedən məqsədlər üçün istifadə edilmirsə, bu halda tikinti işinə görə zəhmət haqqı almasının maneəsi yoxdur.

       

      Sual 1104: Mənim işim tamaşaçılar qarşısında öküz oynatmaqdır. Tamaşaçılar buna görə hədiyyə ünvanında mənə  müəyyən məbləğdə pul verirlər. Bu işə icazə verilirmi?
      Cavab: Bu iş şəri baxımdan bəyənilməyən işdir, amma tamaşaçılardan hədiyyələr almağa gəlincə, əgər onlar bunu ixtiyari şəkildə və öz razılıqları ilə verərlərsə, maneəsi yoxdur.

       

      Sual 1105: Bəzi şəxslər orduya aid olan hərbi geyimlər satırlar. Bu geyimləri almaq və onlardan istifadə etmək olarmı?
      Cavab:  Əgər onların bu geyimləri qanuni yolla əldə etdiklərini və ya bu geyimlərin satışı üçün onlara icazə verildiyini ehtimal verirsinizsə, qanuna zidd olmadığı məqamlarda bu geyimləri almağın və onlardan istifadə etməyin maneəsi yoxdur.

       

      Sual 1106: Partlayıcı maddələrdən istifadə edilməsinin, onların düzəldilməsinin və alğı-satqısının – istər insanlara çətinlik yaratsın, istər yaratmasın – hökmü nədir?
      Cavab: Əgər insanlara çətinlik yaradarsa, yaxud pulu boş yerə xərcləmək hesab olunarsa, yaxud da İslam hökumətinin qanunlarına zidd olarsa, bu maddələrdən istifadə etmək olmaz.

       

      Sual 1107: İslam hökumətində polis, yol polisi, gömrük işçisi və vergi məmuru işləməyin hökmü nədir? Bəzi hədislərdə qeyd olunur ki, camaatın işləri barədə hökumətə məlumat çatdıran məmurların, vergi və gömrük məmurlarının duası qəbul olunmur. Bu, islam hökumətində çalışan həmin məmurlara da aiddirmi?
      Cavab: Bu məmurların işi əgər qanunlar çərçivəsində olarsa, öz-özlüyündə maneəsi yoxdur. Zahirən, hədislərdə sözükeçən “عریف” və “عشّار” ifadələrində, bu işləri tüğyankar və zalım hökumətlərdə yerinə yetirən məmurlar nəzərdə tutulur.

       

      Sual 1108: Bəzi qadınlar ailələrinin dolanışıq xərclərini təmin etmək üçün gözəllik salonlarında işləyirlər. Bu iş, iffətsizliyin yayılması və ya müsəlman cəmiyyətinin iffətinə bir təhdid hesab olunmurmu?
      Cavab: Qadınları bəzəmək və bunun müqabilində zəhmət haqqı almağın öz-özlüyündə maneəsi yoxdur, bu şərtlə ki, naməhrəmə göstərmək məqsədilə olmamalıdır.

       

      Sual 1109: Podratçı şirkətlər sahibkar ilə fəhlələr və bənnalar arasında vasitəçilik etmək müqabilində ücrət ala bilərlərmi?
      Cavab: Mübah iş müqabilində ücrət almağın maneəsi yoxdur.

       

      Sual 1110: Dəllalın aldığı ücrət halaldırmı?
      Cavab: Əgər mübah bir işi yerinə yetirmək müqabilində və qarşı tərəfin istəyilə olarsa, maneəsi yoxdur.

       

    • Vacib əməllər müqabilində ücrət almaq
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /