Ali Məqamlı Rəhbərin informasiya bloku
Oxu / Yüklə:

ŞƏRİ SUALLARA CAVABLAR

  • Təqlidin hökmləri
  • Təharətin hökmləri
  • Namazın hökmləri
  • Orucun hökmləri
  • Xümsün hökmləri
  • Cihad
  • Əmr bil-məruf (yaxşı işlərə dəvət) və nəhy ənil-munkər (pis işlərdən çəkindirmə)
  • Haram qazanclar
  • Şahmat və qumar alətləri
  • Musiqi və ğina
  • Rəqs
  • Əl çalmaq
  • Naməhrəmin videogörüntüsü və fotoşəkli
  • Peyk antena
  • Teatr və kinofilm
  • Rəssamlıq və heykəltəraşlıq
  • Sehr etmək, fokus göstərmək, ruhları və cinləri çağırmaq
  • Hipnotizm
  • Bəxt oyunları (lotoreya)
  • Rüşvət
  • Tibbə aid məsələlər
  • Elm öyrənmək və öyrətməyin qaydaları
  • Müəllif hüquqları
  • Qeyri-müsəlman ilə ticarət
  • Zalım dövlətdə hansısa bir peşədə işləmək
  • Şöhrət geyimi və geyimin hökmləri
  • Qərb mədəniyyətini təqlid etmək
    • Özünü kafirlərə oxşatmaq və onların mədəniyyətini yaymaq
      Çap versiyası  ;  PDF
       
      Özünü kafirlərə oxşatmaq və onların mədəniyyətini yaymaq

       

      Sual 1373: Üzərində xarici yazılar və şəkillər olan geyimləri geyinmək olarmı? Bu geyimlər qərb mədəniyyətini yaymaq hesab olunurmu?
      Cavab: Əgər ictimai fəsadı olmazsa, bu geyimləri geyinməyin öz-özlüyündə maneəsi yoxdur. Amma İslam mədəniyyətinə zidd olan qərb mədəniyyətini yaymaq hesab olunub-olunmaması ürfə həvalə olunur.

       

      Sual 1374: Bu günlərdə xarici ölkələrdən geyimlər gətirilməsi və bu geyimlərin satışı, alışı və istifadəsi şəhərlərdə geniş yayılmışdır. İslam inqilabına qarşı qərbin mədəni basqısının artdığını nəzərə alaraq, bu işin hökmü nədir?
      Cavab: Bu geyimlərin idxalı, satışı, alışı və istifadəsinin – bu baxımdan ki, sözügedən geyimlər qeyri-islami ölkələrdən gətirilmişdir - maneəsi yoxdur. Amma əgər bu geyimləri geyinmək iffətə və islam əxlaqına zidd olarsa, yaxud islam mədəniyyətinə düşmən olan qərb mədəniyyətinin yayılması hesab olunarsa, onların idxalına, satışına, alışına və istifadəsinə icazə verilmir. Bunun qarşısının alınması üçün aidiyyatı qurumlara müraciət olunmalıdır.

       

      Sual 1375: Saç düzümündə qərb modellərini təqlid etməyin hökmü nədir?
      Cavab: Bu kimi işlərin haramlığı meyarı, özünü islam düşmənlərinə oxşatmaq və onların mədəniyyətini yaymaqdır. Bu məsələ müxtəlif ölkələrə, zamanlara və şəxslərə görə dəyişir. Həmçinin bu məsələ təkcə qərbə aid deyildir.

       

      Sual 1376: Orta məktəb müəllimləri saçını islam qanunlarına zidd olan qərb modellərində düzəltdirən şagirdlərin saçını qırxa bilərlərmi? Belə ki, bu, özünü kafirlərə oxşatmaq hesab olunur. Qeyd edək ki, onları başa salmağın və öyüd-nəsihət etməyin bir faydası yoxdur. Onlar məktəbdə olarkən islam qanunlarına zahirdə riayət edir, amma məktəbdən xaric olduqdan sonra görkəmlərini dəyişirlər. Bu xüsusda bizim vəzifəmiz nədir?
      Cavab: Orta məktəb müəllimlərinin şagirdlərin saçını qırxmaları bəyənilən bir iş deyildir. Məktəb məsulları şagirdlərin bəzi hərəkətlərinin islam qanunlarına və mədəniyyətinə uyğun olmadığını gördükdə, yaxşı olar ki, özləri bir böyük kimi onları öyüd-nəsihət etsinlər. Lazım gördükdə isə, problemin həlli üçün onların valideynlərini məsələdən agah etsinlər. Söz yox ki, təhsil sisteminin qayda-qanunlarına riayət etmək lazımdır.

       

      Sual 1377: Amerika istehsalı olan geyimləri geyinməyin hökmü nədir?
      Cavab: İstismarçı dövlətlərin istehsalı olan geyimləri geyinməyin – bu baxımdan ki, sözügedən geyimlər islam düşmənlərinin istehsalıdır - öz-özlüyündə maneəsi yoxdur. Amma əgər bu iş düşmənin islama zidd mədəniyyətinin yayılmasına səbəb olarsa, yaxud islam ölkələrini istismar etmək istiqamətində onların iqtisadiyyatının güclənməsinə səbəb olarsa, yaxud islam ölkələrinin iqtisadiyyatına ziyan dəyməsilə nəticələnərsə, bunun maneəsi vardır. Hətta bəzi hallarda bu işə icazə verilmir.

       

      Sual 1378: Nazirliklər və dövlət qurumları tərəfindən təşkil edilən xarici qonaqların qarşılanması və gül dəstəsinin təqdim edilməsi mərasimində qadınlar iştirak edə bilərlərmi? Qadınların bu mərasimdə iştirak etmələrini belə əsaslandıra bilərikmi ki, bizim hədəfimiz islam ictimaiyyətində qadınların azadlığını və hörmətini göstərməkdir?
      Cavab: Xarici qonaqların qarşılanması mərasimində qadınların iştirak etmələrinə bir əsas yoxdur. Fəsada və qeyri-islami mədəniyyətin yayılmasına səbəb olduğu təqdirdə isə, buna icazə verilmir.

       

      Sual 1379: Qalstuk geyinməyin hökmü nədir?
      Cavab: Ümumiyyətlə, qeyri-müsəlmanların geyimi hesab olunan qalstuk və bu kimi başqa geyimləri geyinmək qərbin azğın mədəniyyətinin yayılmasına səbəb olduğu təqdirdə, belə geyimlərin geyinilməsinə icazə verilmir.

       

      Sual 1380: Aşkar bir şəkildə qeyri-əxlaqi nüanslara malik olmayan, amma cəmiyyətdə, xüsusilə də, gənclər arasında dolayısıyla azğın və qeyri-islami bir mədəni fəzanın yaranmasına səbəb olan şəkillərin, kitabların və dərgilərin satışının hökmü nədir?
      Cavab: Gənclərin azmasına və azğın bir mədəni fəzanın yaranmasına səbəb olan bu kimi vasitələrin satılmasına, alınmasına və yayılmasına icazə verilmir və bunlardan çəkinmək vacibdir.

       

      Sual 1381: İslam ictimaiyyətinə mədəni basqı ilə mübarizə aparmaq istiqamətində bu gün bizim qadınlarımızın vəzifəsi nədir?
      Cavab: Onların mühüm vəzifələrindən biri islami hicabı qorumaq və onu yaymaq, həmçinin düşmənin mədəniyyətini təqlid etmək sayılan geyimləri geyinməkdən çəkinməkdir.

       

      Sual 1382: Bəzi müsəlmanlar xristianların bayramlarını qeyd edirlər. Bu işin maneəsi vardırmı?
      Cavab: Həzrət İsa Məsihin (ə) miladını bayram etməyin maneəsi yoxdur.

       

      Sual 1383: Üzərində şərabın təbliğatı və təşviqatı hesab olunan yazıların və şəkillərin olduğu geyimləri geyinmək olarmı?
      Cavab: Olmaz.

       

    • Mühacirət və siyasi sığınacaq
  • Casusluq, xəbərçilik, sirri ifşa etmək
  • Tütün məmulatları və narkotik maddələrin istifadəsi
  • Saqqalı qırxmaq
  • Günah məclisində iştirak etmək
  • Dua yazmaq və istixarə etmək
  • Dini ayinlərin və mərasimlərin qorunması
  • İhtikar və israf
  • Alğı-satqı və sövdələşmənin hökmləri
  • Ribanın (sələm) hökmləri
  • Şuf`ə haqqı
  • İcarə
  • Zaminlik
  • Girov
  • Şəriklik
  • Hədiyyə
  • Borc
  • Sülh (Razılaşma)
  • Vəkillik və həvalə etmək
  • Sədəqə
  • Ariyə və əmanət
  • Vəsiyyət
  • Qəsb
  • Həcr və büluğun nişanələri
  • Müzaribə
  • Bankın hökmləri
  • Sığorta
  • Dövlət qanunları
  • Vəqf
  • Qəbiristanlığın hökmləri
700 /